Azər Turan: “Çox istərdim ki...”

Əgər Yusif Vəzir Çəmənzəminlinin məzarının yerini aydınlaşdırmaq mümkündürsə, xalq qaynağımızıdır, məzarının vətənə gətirilməsi böyük hadisə olar. Elçin Hüseynbəylinin təklifi məzmunca çox mütərəqqi, vətənpərvərdir. Yusif Vəzir Çəmənzəminlini bütövlükdə xalqa vermək lazımdır”.

Bunu Modern.az-a açıqlamasında tənqidçi, publisist, “Ədəbiyyat” qəzetinin baş redaktor müavini Azər Turan deyib.

Bilirsiniz, biz hələ onu tam şəkildə tanımırıq axı. Çəmənzəminli bir-iki əsəriylə aydınlaşmır. O, Azərbaycan ədəbiyyatı tarixini yazmış bir adamdır. 37-ci ildə gedənlərdən hansı birinin izi-tozu bilinsə, gətirilməyini istəyərəm. Xüsusən, Mikayıl Müşfiqi arzulayardım”.

Qeyd edək ki, son zamanlar bir sıra Azərbaycan yazıçılarının məzarının Azərbaycana gətirilməsi ideyaları səslənib. İlk olaraq Kreml divarları önündə qəbirlərin köçürülməsi ilə bağlı Nəriman Nərimanovun nəşinin Bakıya gətirilməsi fikri ortaya çıxdı. İndi dəUlduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylinin Yusif Vəzir Çəmənzəminlinin nəşinin Azərbaycana gətirilməsi təklifi müzakirə mövzusudur.

“Azərbaycan ədiblərinin nəşlərini qürbətdən gətirilməsi artıq bir nümunəyə söykənir. Ötən əsrin 80-ci illərində sürgündə vəfat eləmiş Hüseyn Cavidin məzarı Naxçıvana gətirilərək orda torpağa tapşırıldı. Əgər sovet dövründə repressiyaya uğramış bir şairin nəşini Azərbaycana gətirmək mümkün olubsa indi də bunu etməkdə heç bir çətinlik yoxdur”.

Bu təklif də yazıçı-tərcüməçi Əziz Rzazadədən gəlib.

Repressiya dövrü ilə bağlı sənədlər arxivlərdə qalmaqdadır. Bununla yanaşı, ayrı-ayrı şəxslər fərdi qaydada 20-30-cu illər və sonrakı  dövrlərdə təqiblərə məruz qalmış ədiblərlə bağlı araşdırmalar aparıblar. Yəni yetərincə məlumat bazası var. Belə olan halda sürgündə vəfat eləmiş ədiblərin məzarlarının müəyyənləşdirilməsi və Azərbaycana gətirilməsində heç bir maneə görmürəm. Onları ümumi bir məzarlıqda dəfn eləmək də olar, ya da hazırda uyuduqları məzarlıqlarda qəbirlərinin abadlaşdırılmasını həyata keçirmək də. Hökumətin bu məsələdə digər dövlətlərdən nümunə götürməsi lazımdır. Qürbətdəki məzarlar bir növ, Azərbaycan dövlətinin ələmləri, bayraqlarıdır. Yazarlardan belə bir təşəbbüs gələrsə, o müraciətin altına ilk olaraq imzanı qoymağa hazıram”.

Ədalət.-2013.-21 noyabr.-S.8.