DAĞLARA BOY GÖSTƏRİR...
(əvvəli ötən saylarımızda)
Tikinti-quruculuq işləri və digər tədbirlər
Öyrənirik ki, bu il təhsil, səhiyyə və mədəniyyət müəssisələrində də təmir işləri aparılmış, Salban kənd ibtidai, Poşbinə 2 saylı ümumi, Kortala kənd tam orta məktəbləri, uşaq yaradıcılq mərkəzi, mərkəzi kitabxana, şəhər kitabxanası, Qaysa kənd mədəniyyət evi, Hənifə, Qullar və Sarıbulaq kənd həkim məntəqələri, şəhər 2 saylı körpələr evi-uşaq bagçası təmir olunmuşdur.
Ötən dövrdə 21 ədəd fərdi yaşayış evi tikilmişdir ki, bu evlərin ümumi sahəsi 3280 m2 təşkil edir. Bundan başqa ümumi sahəsi 513 m2 olan 9 sahibkarlıq obyekti tikilmiş, 2 yeni şadlıq sarayı istifadəyə verilmiş, 1 şadlıq sarayının və digər sahibkarlıq obyektlərinin tikintisi davam etdirilir.
Qeyd olunmalıdır ki, son illərdə rayona dair əsas sosial-iqtisadi göstəricilərdə tikinti işlərinin xüsusi çəkisi xeyli artmışdır. Bu da dövlət tərəfindən sosial və texniki investisiya layihələrinə külli miqdar vəsaitin və diqqətin ayrılması, həmçinin, əhalinin rifahının yaxşılaşması ilə əlaqədardır.
Keçən dövr ərzində əhalinin sel sularından müdafiəsi sahəsində Mazımçayın Meşəşambul kəndinin ərazisindən keçən hissəsində 250 p/m, Mazımçayın gömrük postunun ətrafındakı hissəsində 200 p/m uzunluğunda daş beton bəndin tikintisi başa çatdırılmış, Şərif kəndinin sel sularından mühafizəsi üçün 481 p/m daş-beton bənd tikilmişdir.
Katexçayda 100 p/m uzunluğunda daş-beton bənd tikintisi başa çatdırılmış, Balakənçayın Mahamalar kəndi ərazisindən keçən hissəsində 100 p/m uzunluğunda daş-beton bəndin tikintisinə başlanılmışdır. Qabaqçöl qəbiristanlığının müdafiəsi üçün 230 p/m uzunluğunda qabion bənd tikintisi davam etdirilir.
Balakən çay sisteminin daş-beton bəndlərində 485 m3 həcmində cari təmir, 315 min m3 həcmində çay məcralarının təmizlənməsi işləri, təsərrüfat əhəmiyyətli kanallarda 70 min m3 həcmində təmizləmə işləri aparılmışdır.
Rayonda qazlaşdırma işləri başa çatmaq üzrədir
Rayonun qazlaşdırılması sahəsində doqquz ayda 5969 evə qaz xətti çəkilməklə rayon üzrə abonent sayı 17634 nəfərə çatdırılmışdır. Rayonun qazlaşmayan sonuncu-Meşəşambul kəndinə qaz xətlərinin çəkilməsi davam etdirilir. Cari ilin sonunadək rayonun qazlaşdırılması 100 faizə çatdırılacaqdır. Qabaqçöl istiqamətində yerləşən kəndlərin qazla təchizatının yaxşılaşdırılması məqsədilə Püştətala qazpaylayıcı stansiyasından rayona daxil olan qaz xəttindən Qabaqçöl istiqamətinə 10 km uzunluğunda orta təzyiqli qaz xətti çəkilməsinə başlanmışdır.
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində magistral və şəhər su xətlərinin 224 p/m-lik hissəsi dəyişdirilmiş, su xətlərində cari təmir işləri aparılmışdır. Rayonun Cederovtala, Sarıbulaq, Yeni Şərif, Xalatala, Roçəhməd və Gərəkli kəndlərində 6 artezian quyusu qazılmış, Sarıbulaq kəndində 700 p/m su xətti çəkilərək şəbəkə qurulmuş, Xalatala kəndində isə 2500 p/m məsafədə su xəttinin dəyişdirilməsinə başlanmışdır.
2013-cü ilin doqquz ayında əhaliyə elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün 70 transformator əsaslı, 22 transformator cari təmir edilmişdir. Yüksək və aşağı gərginlikli elektrik hava xətlərində 205 yeni dəmir beton dayaq basdırılmış, 7,3 km məsafədə 0,4 kvt-luq elektrik verilişi xətləri "SİP" kabellə əvəz edilmişdir.
Təhsildə qazanılan uğurlar2012-2013-cü tədris ilinin sonunda rayon məktəblərində şagirdlərin sayı 11699 nəfər olmuşdur. 2013-2014-cü tədris ilinin başlanğıcında tədrisə cəlb olunan şagirdlərin sayı 2013-cü ilin əvvəlinə nisbətən 30 nəfər artmışdır. Son 10 ildə məktəblərin maddi-texniki və tədris bazasının yaxşılaşdırılması istiqamətində vüsət almış tədbirlər cari ilin hesabat dövründə də davam etmişdir. Məktəb tikintiləri və təmirləri ilə yanaşı məktəblərin avadanlıq və tədris vəsaitləri ilə təchizatına da diqqət yetirilmişdir. Rayonun məktəblərində hər 19 nəfər şagirdə 1 kompüter düşür. 11 məktəbdə kompüterlər sürətli internet şəbəkəsinə qoşulmuşdur.
Məktəblərdə və məktəbdənkənar uşaq tərbiyə müəssisələrində təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşdırılması diqqətdə saxlanılmışdır. Bu məqsədlə keçirilən respublika miqyaslı yarış və turnirlərdə rayonun əksər ümumtəhsil və məktəbdənkənar müəssisələrinin şagirdlərinin iştirakı təmin olunmuşdur.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
ədalət.-2013.-21
noyabr.-S.7.