General Məhəmməd Əsədov: böyük vətənpərvər, unudulmaz şəxsiyyət
Sucəddin ABDULLAYEV
ehtiyatda olan polkovnik
Zəngəzur mahalı Qafqazda qədim tarixə və zəngin ənənələrə malik Azərbaycan
torpağıdır. Bu torpağın bir
parçası olan Zəngilan
rayonu həm təbiətinə,
həm insanlarına
görə
seçilib. Ulu öndər, ümummilli lider Heydər Əliyevin sözləri yada düşür: “...Zəngilanda keçmiş əsrlərdə də xalqımızın
çox hörmətli, dəyərli insanları yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə, həm o torpaq üzərində insanların qurduqlarına,
yaratdıqlarına görə və bugünkü nəsillərə çatdırdıqları
irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir”.
Zəngilan torpağı Azərbaycan
xalqının fəxr
etdiyi onlarca oğul yetirib. Onların arasında Sovet
İttifaqı Qəhrəmanı, Azərbaycanın Milli Qəhrəmanı və digər şərəfli adlara layiq görülmüş igidlər, görkəmli ictimai-siyasi xadimlər, alimlər, yazıçılar,
şairlər, pedaqoqlar, hüquqşünaslar və sair peşə adamları vardır. Həmin
oğullardan biri də
general Məhəmməd Əsədovdur.
Məhəmməd Nəbi oğlu Əsədov 1941-ci il
dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. Onun
doğulub boya-başa çatdığı Baharlı kəndi dünyada ikinci,
Avropada birinci çinar meşələrinin boy verdiyi Bəsitçayın
Araza qovuşduğu yerdə
yerləşir.
O, 1958-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra Bakı Statistika
texnikumuna daxil olmuşdur. 1960-cı ildə
texnikumu müvəffəqiyyətlə başa vurduqdan sonra, əmək fəaliyyətinə öz doğma
rayonunda – Zəngilan
rayon Dövlət
Statistika Müfəttişliyində inspektor vəzifəsində
çalışmaqla başlayır. 1961-ci ildə ordu sıralarına həqiqi hərbi xidmətə
çağırılır və 1964-cü ildə “Sovet ordusu əlaçısı”
döş nişanı ilə hərbi xidmətdən ehtiyata buraxılır. Həmin
ildə gənc sənaye şəhəri Sumqayıtda Sənaye Tikinti Nazirliyinin 2 saylı
trestində işləməyə
başlayır. 1965-ci ildə keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Maliyyə və kredit” fakültəsinə daxil olur.
1965-66-cı
illərdə 2 saylı trestdə mühasib işləyərkən, yüksək isgüzarlıq keyfiyyətlərini və təskilatçılıq
bacarığını nümayiş etdirir, bilik və bacarığını,
iş təcrübəsi, o cümlədən rus dilini mükəmməl bilməsini nəzərə alıb, onu 1967-ci ildə həmin trestin 26 saylı tikinti idarəsində plan-iqtisad şöbəsinin rəisi vəzifəsinə təyin edirlər. (Onu da qeyd
etmək
lazımdır ki, o illərdə bu ixtisas üzrə trestdə işləyənlərin
80 faizi qeyri-millətlər idi).
İstehsalatda çalışdığı müddətdə M.Əsədov trestin və Sumqayıt şəhərinin ictimai-siyasi-iqtisadi həyatında yaxından
iştirak edir, müxtəlif tədbirlərin hazırlanmasında, onların həyata keçirilməsində fəallıq göstərirdi.
Sumqayıt
şəhər Partiya Komitəsinin birinci katibi Nadir Balakişiyev yüksək iş keyfiyyətlərini və təşkilatçılıq
qabiliyyətini nəzərə alıb Məhəmməd Əsədovu Sumqayıt şəhər Partiya Komitəsinin “Sənaye, inşaat, nəqliyyat və rabitə” şöbəsinin təlimatçısı vəzifəsinə təyin edir. 1973-cü ildən həmin şöbənin müdiri, 1975-ci ildə isə Mərkəzi Komitədə işləyən Təşkilat şöbəsinin müdiri İsmayıl Əsgərovun təklifi və Heydər Əliyevin razılığı
ilə
Sumqayıt şəhər partiya komitəsində əsas
aparıcı şöbənin müdiri təyin olundu.
M.Əsədov 1978-1980-ci illərdə Ağsu rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışır. Ağsu camaatı onun quruculuq fəaliyyətini, xeyirxah əməllərini bu gün də
hörmətlə xatırlayırlar.
Məhəmməd Əsədovun adı Azərbaycan
KP MK-nın perspektivli ehtiyat kadrlar siyahısında idi. 1980-ci ildə Dövlət Təhlükəsizliyi sistemində kadrların sayını artırmaq məqsədilə Azərbaycan üçün də DTK-nın Mərkəzi Ali Məktəbinə
bir yer ayrılmışdı. Azərbaycan KP MK-nın
birinci katibi Heydər
Əliyev onlarca namizədin
arasından Məhəmməd Əsədovu
seçib, onu bu yerə
məsləhət görmüşdü. DTK-nın
komissiyası tərəfindən
yoxlanıldıqdan sonra Məhəmməd Əsədov
Moskvaya göndərildi.
1982-ci ildə
isə DTK-nın Ali
Məktəbini
qırmızı diplomla başa vurub Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində məsul vəzifədə çalışmağa
başladı. Qısa müddət ərzində
DTK rəhbərliyinin böyük
etimadını qazandı.
M.Əsədovun təşkilatçılıq
qabiliyyətinə Sumqayıtda bir yerdə işlədiyi illərdən yaxşı bələd olan Azərbaycan KP MK-nın birici
katibi Kamran Bağırov DTK polkovniki Məhəmməd Əsədovu yenidən partiya işinə gətirir.
Məhəmməd Əsədov 1983-1986-cı illərdə Jdanov (indiki Beyləqan) rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışır. İşlədiyi müddət ərzində
Jdanov rayonunu Azərbaycanın
ən qabaqcıl
rayonuna çevirir (bunun üçün 1983-1986-cı illərin statistikasına
baxmaq kifayət edər).
1986-cı ildə M.Əsədov daha məsul vəzifəyə – Azərbaycan KP MK-da “İnzibati orqanlar” şöbəsinin müdiri vəzifəsinə təyin olunur. 1988-ci ildə Dağlıq Qarabağ hadisələrində, həmin ilin fevral–mart aylarında
Sumqayıt hadisələrində
Azərbaycan xalqının,
dövlətinin haqq işini prinsipiallıqla və obyektivcəsinə müdafiə edir.
Sonra o, Ağdaş
rayonuna birinci katib
gedir və qısa bir müddətdə (1988-1989-cu illər) öz təşkilatçılıq təcrübəsi sayəsində Ağdaş rayonunu respublikanın qabaqcıl
rayonları səviyyəsinə qaldırır. O, bir daha sınağa çəkilir.
Mərkəzi Komitə onu olduqca ağır
ictimai-sosial vəziyyətdə olan Quba rayonuna birinci katib təyin edir və o, 1989-1990-cı illərdə burada sakit-stabil şəraitdə fəaliyyətini davam etdirir.
Uzun illər səmərəli fəaliyyətinə, DQMV ilə bağlı verdiyi təkliflərinə və təhlükəsizlik orqanlarında
çalışdığını nəzərə alıb, 1990-cı ilin may
ayında Məhəmməd Əsədov Azərbaycan Respublikasının daxili
işlər naziri təyin edilir. Bu təyinat, o
dövr üçün, vaxtında və yerində verilən təyinat idi. Bu təyinatı ulu Tanrının Azərbaycan xalqına
töhfəsi kimi qəbul etmək olar. Əvvəla ona görə ki, o əsl ictimai-siyasi xadim idi. Nazir təyinatının ilk günlərindən, Moskvadan təyin olunmuş birinci müavin
Barannikovun Qarabağ haqqında yox, “Xlopkovoe delo”,
“Raşidovşina” haqqında fikirləşdiyini dəqiqləşdirərək, onu müstəqilliyimizə
böyük mane olacağına görə, çox çətinliklə, lakin qısa bir müddətdə bu vəzifədən azad olunmasına nail oldu,
yerinə isə əsl vətənpərvər-hərbçi Ramiz Xosrov oğlu Məmmədovu təyin etdirdi. Bununla
da Daxili İşlər
Nazirliyinin əsas fəaliyyətini Qarabağ
probleminin həllinə yönəltdi. Ramiz Məmmədova yorulmaz fəaliyyətinə, vətənpərvərliyinə görə general-mayor rütbəsi verdirdi.
Nazir
işlədiyi müddətdə onun sorağı Qarabağ bölgəsindən,
sərhəd rayonlarından gəlirdi. Azərbaycanın
ərazi
bütövlüyü uğrunda, sözün əsl mənasında, əsgərlərlə
çiyin-çiyinə,
Vətəni, torpağı
qoruyurdu. Azərbaycan
vətəndaşlarının
müstəqil
dövlətimizdə sərbəst
yaşayacaqlarına çox inanırdı. 1985-89-cu illərdə MK-da inzibati
şöbəyə rəhbərlik
edən Məhəmməd
Əsədov
nə qədər cəsarətlə hərəkət etsə
də, Moskva “yenidənqurma” pərdəsi altında erməniləri
M.S.Qorbaçovun dəstəyi ilə müdafiə edirdi.
Azərbaycanın Ermənistanla sərhəd
rayonlarını gəzərək erməni-daşnaq təcavüzünü gözləri ilə görən nazir Məhəmməd Əsədov həyəcan təbili çalır, təcili tədbirlərin görülməsi üçün Moskvaya – SSRİ Daxili İşlər Nazirliyinə müraciət ünvanlayır, asayişi
qorumaq üçün silah-sursat tələb edirdi. Tez bir
zamanda xüsusi təyinatlı
milis dəstəsini (OMON) yaradır.
Xocalı aeroportunda ermənilərin gediş- gəlişinə nəzarəti gücləndirmək üçün DİN-in
qüvvələrini səfərbər edir. DİN Respublikanın
çıxış yollarını ciddi nəzarətdə saxlayırdı.
Məhəmməd Əsədovun əsl sərkərdə məharətini görən yerli vətənpərvər insanların təkidi ilə mərkəzi rəhbərlik ona general ali
hərbi
rütbəsinin verilməsini vacib bilir.
Ali rütbənin verilməsi onu heç də arxayın salmır. O, yenidən sərhəd
rayonlarına, Qarabağa, Ağdama, Xanlara (indiki Göygöl
rayonu), Gədəbəyə, Kəlbəcərə, Laçına, Goranboya, Tərtərə gedir. Çaykənd, Qarabulaq, Todan, Erkəc, Mənəşid və digər kəndlərin quldurlardan təmizlənməsi əməliyyatlarında şəxsən iştirak edir. “Azərbaycanın
Milis Dəstələri Göranboyun içərisinə doğru irəlilədi. Mənəşidə, Buzluqda, Erkəcdə erməni baza məntəqələri dağıdıldı. 1991-ci il yaz-yay əməliyyatından sonra
ermənilər ciddi şəkildə geri çəkildilər” (Vikipediyadan
“Çaykənd əməliyyatı” haqqında yazıdan
çıxarış).
General
Ramiz Məmmədovun xatirələrindən: “Məhəmməd Əsədovun adından belə erməni separatçıları qorxurdular. Ratsiya
vasitəsi ilə
danışıqlar zamanı onun gizli kodu “Çornıy
polkovnik” idi. Vaxtı ilə bizimlə
əziyyət çəkmiş milis zabiti, həmkarımız,
müstəqilliyimizin,
sabitliyin qorunmasında xüsusi xidmətləri olan
respublikamızın daxili işlər
naziri, general-polkovnik çox hörmətli
Ramil Usubov bunu bilir”.
XTMD-nın (OMON) yaradılması, milis rotaları və alaylarının qaynar
nöqtələrdə fəallığı dinc əhalidə tezliklə münaqişəyə son qoyulacağına inam
yaradırdı. Bölgələrdən Bakıya dönən Əsədov müdafiənin gücləndirilməsi üçün təxirəsalınmaz, təcili tədbirlərin görülməsi barədə 27.08.1991-ci il tarixli ¹2/149
saylı altı vərəqdən ibarət məktubla Baş nazirə və Prezidentə kəskin müraciətlər edir, təkliflərini bildirirdi. Respublikamızın ərazi
bütövlüyü artıq təhlükədə idi. Əsl hərbçi, general
Valeh Bərşadlı müdafiə naziri təyin edilsə də ordu quruculuğunun
formalaşmasında operativ kömək yox idi. Məhəmməd Əsədov 1991-ci ilin noyabrında
Milli Ordunun yaradılmasını tezləşdirmək, ordu quruculuğu işində mərkəzlə hüquq-mühafizə orqanları arasında birgə işin təşkilini həyata keçirmək üçün dövlət müşaviri təyin olunur.
1991-ci il noyabrın 19-da Ağdama uçan Məhəmməd Əsədov orada Dövlət katibi Tofiq İsmayılovun
təşəbbüsü ilə keçirilən geniş müşavirədə iştirak edir. Bu müşavirədə həmçinin Rusiyanın,
Qazaxıstanın qondarma Dağlıq Qarabağ problemi ilə məşğul olan yüksək çinli rəsmi nümayəndələri
də iştirak
edirdilər.
Azərbaycanın Dövlət katibi T.İsmayılov Qarabağda, Xocavənddə, ümumiyyətlə, azərbaycanlılar yaşayan kəndlərdə
qırğınların, terrorun
aparıldığını, dinc azərbaycanlılara
qarşı genosid siyasətinin həyata keçirildiyini Qarabağın Hərbi komendantına kəskin
şəkildə bildirmişdi. Bunu sübut etmək üçün hər üç dövlətin nümayəndələrinin Xocavəndə uçmasını təmin etməyi hərbi
komendantdan tələb edir. Hərbi komendant hər vasitə ilə bu işdən yan keçməyə çalışsa da, Tofiq İsmayılovun haqlı tələbinə tərəfdaş çıxan
Qazaxıstanın daxili işlər nazirinin birinci müavini, general Serikov
Qazaxıstandan olan Mİ-8 N72 hərbi vertolyotuna tələb olunan göstərişi verir.
Bir müddət sonra xəbər yayılır ki, Mİ-8 vertolyotu ya yoxa
çıxıb, ya da dağa çırpılıb. O vaxtın səriştəsiz rəhbərləri min-bir yalanlar uydurmaqla həqiqəti gizlətməyə
çalışırdılar. Lakin məlum oldu ki, sülhməramlı nümayəndə heyəti Mİ-8 vertolyotunda Qarakənd səmasında “olmayan dağa”
çırpılmış və hamısı da həlak olmuşlar. Bu hadisəni
erməni
terrorçularının törətdiyi
ən dəhşətli, ən qanlı cinayətlərindən
biri hesab etmək
olar.
Erməni quldurları tamamilə əsassız olaraq general Məhəmməd Əsədovu Haaqa Məhkəməsinə vermişdilər, onun başına külli miqdarda pul vəd edirdilər və axır ki, 20 noyabr 1991-ci il tarixində “Qarakənd tələsinə” salıb məhv etdilər. Lakin unutdular ki, Məhəmməd Əsədov kimi cəsur oğlu olan xalq bu faciəni heç vaxt unutmayacaq.
Hal-hazırda Zəngilan, Sumqayıt, Ağsu, Beyləqan, Ağdaş, Quba və Bakıda bir neçə təhsil müəssisəsi, gəmi, küçə və xiyaban, idarə və müəssisə general Məhəmməd Əsədovun adını daşıyır.
Məhəmməd Əsədov müstəqil Azərbaycanın ilk generalı, ordusu olmayan dövləti milis dəstələri ilə, xalqının köməkliyi ilə müdafiə edən unudulmaz şəxsiyyətdir. Həyatını Azərbaycan Respublikasının ərazi bütövlüyünə, xalqının azadlığına qurban vermiş general Məhəmməd Əsədova bu yaxınlarda həsr edilmiş tarixi, sənədli, sanballı kitab görkəmli yazıçımız Elçin Mehrəliyevin böyük sənət əsəridir. Əsərdə müəllif generalın Vətəni Zəngəzurdan, onun orada doğulub, yaşadığı illərdən, ömrünün faciəli Qarabağ günlərinə qədər rastlaşdığı bütün hadisələri qələmə almışdır. Bu tarixi, sənədli əsər gələcək nəsillərin milli-mənəvi ruhunun formalaşmasına, vətənpərvərlik tərbiyəsində böyük rol oynayacaqdır. Əsərə ön sözü mərhum akademik Bəkir Nəbiyev yazmışdır. General Ramiz Məmmədov Məhəmməd Əsədovu yaxından tanımış, 1981-91-ci illərdəki fəaliyyətini birbaşa izləmişdir. Bütün bunlar göstərir ki, general Məhəmməd Əsədov kimi tarixi şəxsiyyətlər xalqımızın yaddaşında əbədi yaşayacaq, onların xatirəsi hər zaman sevgi ilə anılacaq.
Ədalət.-2013.-21
noyabr.-S.6.