Nizami Gəncəvi
Parisdə anıldı
Heydər
Əliyev Fondunun təşkilatçılığı
və
ölkəmizin Fransadakı səfirliyinin
dəstəyi
ilə
noyabrın 12-də Parisdəki
Məktublar
və
Əlyazmalar Muzeyində
dahi Azərbaycan şairi Nizami Gəncəvinin
həyat
və
yaradıcılığına həsr olunan sərgi təşkil
edilib.
Muzeyin təsisçisi və prezidenti Jerar Leritiye qonaqları salamlayaraq görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən sərginin onun rəhbərlik etdiyi müəssisədə təşkil olunmasından böyük məmnunluq hissi keçirdiyini bəyan edib.
Muzeyin səlahiyyətli nümayəndəsi Paskal Fülaşe Nizami Gəncəvi kimi dünyəvi şairin Fransada az tanınmasından təəssüf hissi keçirdiyini bildirib, şairin 20 mindən artıq şerinin toplandığı " Divan”nının Şərq ölkələrində yaxşı tanındığını xatırlatmış, əsərlərində sosial problemlərdən söhbət açıldığını, məhəbbət və gözəlliyi tərənnüm edildiyini vurğulayıb.Şairin beş poemasının toplandığı " Xəmsə " əsərinin dünya ədəbiyyatında " Beş xəzinə " adı altında tanındığını, Nizami Gəncəvi tərəfindən yaradılan ədəbi məktəbin hind, fars, türk, özbək. əfqan və digər türk dilli xalqların ədəbiyyatına ciddi təsir etdiyini diqqətə çatdıran P. Fülaşe dahi söz ustasının əlyazmalarının dünyanın nüfuzlu muzey və kitabxanalarında, o cümlədən İstanbul, Tehran, Qahirə, San-Peterburq, London, Paris və Berlinin kitabxana və muzeylərində qorunub saxlanıldığını bildirib.
Paskal Fülaşe muzeydə təşkil olunan sərginin humanist filosof və şair Nizami Gəncəvinin Fransada tanınmasında, habelə Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasında mühüm rol oynayacağına əminliyini qeyd edib.Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxışında Şərq intibahının, bəşəriyyətin parlaq simalarından biri olan Azərbaycanın dahi filosofu və böyük şairi Nizami Gəncəvinin ədəbi sahədə misilsiz irs qoyduğunu, səkkiz əsr bundan əvvəl yaşamasına baxmayaraq onun ideyalarının bu günlər belə öz aktuallığını itirmədiyini diqqətə çatdırıb.Şairin vaxtilə əsərlərində əks etdirdiyi azadlıq, bərabərlik və qardaşlıq, habelə dünyəvilik, qadınlar və kişilər arasında bərabərlik ideyalarının hətta uzun əsrlər keçməsinə baxmayaraq müasir dövrün mühüm hadisələrinin əsasını təşkil etdiyini vurğulayan səfir Nizami Gəncəvinin xatirəsinin və irsinin bu gün ölkəmizdə yüksək qiymətləndirildiyini, doğulduğu doğma şəhəri Gəncədə movzeleyinin yaradıldığını, Bakıda şairin adını daşıyan muzeyin fəaliyyət göstərdiyini, şairin həyatından və yaradıcılığından bəhs edən " Nizami " filminin çəkildiyini, N. Gəncəvinin anadan olmasının 870 illiyinin təntənəli şəkildə qeyd edilməsi ilə bağlı 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən sərəncam imzaladığını, əsərlərinin müxtəlif dillərdə tərcümə edilməsində Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mühriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolunu diqqətə çatdırıb.
E. Əmirbəyov şairin anadan olmasının 850 illiyi münasibətilə UNESCO tərəfindən 1991-ci ilin N. Gəncəvi ili elan olunduğunu, 2012-ci ildə Romada şairiə büst qoyulduğunu bildirib və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə görkəmli söz ustadının 870 illiyi ilə əlaqədar Fransada keçiriləcək silsilə tədbirlər haqda məlumat verib.
Sonda səfir şairin vətəni Gəncənin qədim və müasir həyatından bəhs edən fotolarla bərabər sərgidə nümayiş etdirlən xalçaların, bəzək əşyalarının, geyimlərin Nizami Gəncəvi vaxtında hakimiyyətdə olan Atabəylər və Şirvanşahlar dövrünü əks etdirdiyini bildirib.
Mərasimdə senator Pyer Bordie Azərbaycana iki dəfə səfər etdiyini , birinci səfəri zamanı yalnız Bakıda olduğunu, ikinci dəfə isə Bakı ilə yanaşı ölkənin ikinci böyük şəhəri Gəncədə də olduğunu xatırlatmış, Gəncənin tarixiliyinin və qədimliyinin onda böyük təəssürat yaratdığını, Nizami Gəncəvinin mövzeleyinə baş çəkdiyini bildirib. Senator Azərbaycanda olduğu müddətdə hamının Nizami Gəncəvidən danışdığını, ölkəsində şair və filosof , həm də milli qəhərman tək xatırlandığını qeyd etmiş, hətta Gəncədə keçirilən şərab festivalında belə böyük ideallar tərənnümçüsünün həyat və yaradıcılığından söhbət getdiyinin şahdi olduğunu vurğulayıb.
Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun müəllimi Aygün Eyyubova Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixini zənginləşdirən yaradıcılığının əsas məziyyətlərindən bəhs edərkən şairin poemalarında şəxisiyyətə hörmətin, xeyirin şər üzərində qələbəsinin, saf hisslərin və təmiz məhəbbət in əks olunduğunu, əsərlərinin əsas mövzusunun Şərq aləmindəki rəvayət və hadisələrdən alındığını bildirib.
Sərgidə şairin
anadan olduğu Gəncə şəhərinin qədim və müasir
görnüşlərinin,
müxtəlif yerlərdə qoyulan büst və
heykəllərinin, movzoleyinin, adını daşıyan elm və
mədəniyyət ocaqlarının əks olunduğu
fotolar, əsərlərindən
ibarət
illustirasiyaların təsvir
edildiyi xalçalar,
şaririn yaşadığı dövrə məxsus geyimlər,
dulusçuluq və
misgərlik nümunələri nümayiş
etdirilib.
Ədalət.-2013.-15
noyabr.-S.8.