Çiçəklənən Tərtər

 

Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ölkə başçısının daim diqqət mərkəzində olub bu səbədəndir ki, 2011-ci ildə olduğu kimi, cari ilin iyul ayının 31-də də rayonun iqtisadi həyatında önəmli yeri olan yolların tikintisi üçün Azərbaycan Respublikası prezidentinin ehtiyat fondunda 3.2 milyon manat Tərtər rayon İcra Hakimiyyətinə pul ayrılmışdır. Sərəncamda xüsusi olaraq vurğulanmışdır ki, həmin pulla rayonun 44 yaşayış məntəqəsini birləşdirən və 5000 nəfər əhalinin yaşadığı Cəmilli-Dəmirçilər avtomobil yolu tikilsin bu ərazinin infrostrukturu yenidən qurulsun.

Göründüyü kimi, Tərtər rayonu da ölkəmizin digər bölgələri kimi, Azərbaycanın iqtisadi inkişafında özünəməxsus yolu ilə seçilir. İnsanların yaşayış şəraitini, həyat səviyyələrini yüksəltmək üçün zəruri olan hər bir tədbir xüsusi planlar əsasında gerçəkləşdirilir. Artıq rayonun Bərdə-İstisu avtomobil yolu 11-16 kilometrliyində yeni uzunluğu 3.9 km olan ikinci qat asfalt-beton örtüyü çəkilmişdir.

Yol tikintisi ilə yanaşı Tərtərdə məktəb və səhiyyə ocaqlarının da tikintisi, yenidən qurulması və bərpası istiqamətində də böyük işlər görülür. Artıq 220 şagird yerlik Qapanlı kənd tam orta məktəbi istifadəyə verilmişdir. Həmçinin rayonun ən böyük səhiyyə ocaqlarından biri olan mərkəzi xəstəxananın və rayon mədəniyyət evinin əsaslı təmir olunması başa çatdırılmışdır. Tərtərdə 10 çarpayılıq yolxucu xəstəliklər şöbəsi üçün yeni korpus tikilmiş, müasir inventarlar və avadanlıqlarla təmin edilmişdir. Sürtələ aparılan tikinti işləri arasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçünyeni mənzillərin tikilməsi, onların məzil şəraitlərinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılıb. Elə bunun nəticəsidir ki, rayon mərkəzində 6 mərtəbəli, 54 mənzilli yaşayış evinin tikintisi sürətlə davam etdirilir. Onu da xatrılatmaq lazımdır ki, Tərtərdə YAP-ın rayon təşkilatı üçünyeni inzibati binanın tikintisi başa çatdırılmaq üzrədir.

Cəbhə bölgəsi olan Tərtərdə kənd arası yolların, körpülərin, su arxlarının, qaz, işıq və digər problemlərin həll edilməsi üçünböyük işlər görülməkdədir. Bu bölgədə insanların fəaliyyəti üçün problem olan Borsunlu kəndindən keçən İncəçay üzərində uzunluğu 38 metr olan körpünün salınması sakinlərin böyük sevincinə səbəb olmuşdur. Həmin körpü ilə yanaşı, AzKil təşkilatının maliyyə dəstəyi ilə 34714 metr uzunluğunda yolun da yüksək keyfiyyətlə təmin edilməsi həmin körpünün əhəmiyyətini bir az da artırmışdır.

Cari ilini 6 ayı ərzində əhaliyə göstərilən xidmətlər arasında içməli su probleminin arajan qaldırılması, 11 küçə və prospektdə təmir-bərpa işlərinin başa çatdırılması, Qapanlı kəndində subartezian quyusunun qazılması, eləcə də Seydimli kəndində çəkilən su xətti üzərində 19 bulaq quraşdırılması da görülən işlər sırasındadır.

Dövlət qurumlarının yerli strukturları Tərtərdə də öz işlərini günün tələbləri səviyyəsində də qurmağa çalışır. Bu mənada rayon Mənzil İstehsalat Təmir İstismar sahəsində çalışanlar rayon mərkəzində qarşıdan gələn soyuq aylara hazırlıqla əlaqədar dam örtüklərinin təmirlərinə xüsusi diqqət yetirmişlər. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi də yarım il üçün proqnozlaşdırılmış 1652.9 min manatlıq plan proqnoza demək olar ki, əməl etmişdir. Bu qurum vasitəsilə sosial yardımların verilməsi demək olar ki, bütünlüklə başa çatdırılmış, 636 ailəyə 73 min 740 manat vəsait ödənilmişdir.

Rayon icra hakimiyyəti başçısının hesabatından məlum olmuşdur ki, Tərtərdə elektrik enerjisi və rabitə ilə təminat sahəsində də nəzərdə tutulan 6 aylıq plan tapşırıqlar yerinə yetirilmişdir. Birmənalı şəkildə qeyd etmək olar ki, cari ilin birinci yarısında rayon əhalisinə 3008 nömrə tutumu olan bir mərkəz, 4240 nömrə tutumu olan 22 kənd elektron ATS quraşdırılmış, eləcə də 10 peyk avadanlığı vasitəsilə də rabitə xidməti göstərilmişdir.

Digər xidmət sahələri kimi, Tərtərdə əhaliyə göstərilən səhiyyə xidmətinin də kəmiyyət və keyfiyyəti ilbəil artır. Onun bir səbəbi də səhiyyə sahəsində çalışanların peşəkarlığının müasir avadanlıqlarla təmin edilməsidir. Demək olar ki, bu gün Tərtərdə insanların sağlamlığı keşiyində duran həkimlərin, xəstəxana və poliklinikaların avadanlıq təminatı peşəkarlığı artıq tərtərliləri digər bölgələrə üz tutmaq qayğısından azad edibdi. Tərtər rayonunda təhsilə də xüsusi diqqət yetiilir. Elə bunun nəticəsidir ki, bu il orta məktəbi bitirən şagirdlərin müəyyən hissəsi ali məktəblərə qəbul ola bilmidir. Məktəblərin təminatı, orada kompüter sisteminin işə salınması və şagirdlərin müasir avadanlıqlardan istifadə etmək məharətinin artması da təhsilin kəmiyyət və keyfiyyətinə öz müsbət təsirini göstərir. Bununla paralel olaraq xatırlatmaq lazımdır ki, Tərtərdə mədəniyyət və turizm şöbəsinin də fəaliyyəti diqqət çəkəndir. Bircə onu xatırlatmaq yerinə düşər ki, mədəniyyət və turizm şöbəsinin əhaliyə göstərdiyi mədəni xidmətin günbəgün yaxşılaşdırılması rayonda keçirilən mədəni kütləvi tədbirlərin həm kəmiyyətinmin, həm də keyfiyyətinin artmasında özünü göstərir. İstər yubiley tədbirlərinin, bayram şənliklərinin, eləcə də ayrı-ayrı konsertlərin, müsabiqələrin keçiriləmsi də həmin görülən işlər sırasındadır.

Bəli, bu gün Tərtər rayonu özünün çiçəklənən dövrünü yaşayır. Bu da dövlət səviyyəsində rayona göstərilən diqqət və qayğının bariz nümunəsidir. Belə ki, rayon rəhbərliyinin həmin diqqət və qayğıdan müsbət mənada yararlanması, qarşıya qoyulan tapşırıqların icrasına işgüzar yanaşması sonda bugünümüzün çiçəklənən Tərtərini təkcə yeril sakinlərin deyil, həm də bu bölgəyə üz tutanların hər birinin xoş təəssüratına, sevincinə səbəb olur. Yəni qurulan, abadlaşan Tərtər cəbhə bölgəsi olmasına baxmayaraq, yaşamaq üçün, işləmək üçün hər kəsin üzünə geniş qapılar açır. sadəcə bu qapılardan ürəklə girib bu torpaq üçün ürəklə işləmək, sevə-sevə yaşamaq istəyi olan hər kəs Tərtərin inkişafına, çiçəklənməsi öz töhfəsini verə bilər.

 

 

Ədalət.-2013.-1 oktyabr.-S.3.