Uğurlar asan qazanılmır

 

Bu doğrudan belədir. Biləsuvar rayonu bu nailiyyətə addım-addım çatmışdır. 2013-cü ilin birinci yarımilində ümumi məhsul buraxılışının həcmi 109,5 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,5 faiz çoxdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 38,6 milyon, tikinti sahəsində 39,7 milyon, nəqliyyatda 1,2 milyon, ticarətdə 24,6 milyon, sənayedə 5,0 milyon manat olmuşdur ki, bu da ötən illə müqayisədə çoxdur. Əsas kapitala yönələn investisiyalar 40,3 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 70,6 milyon manat təşkil etmişdir. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1135 manat təşkil etmişdir. 2013-cü ilin birinci yarımilində orta aylıq əməkhaqqı 255,5 manat olmuşdur. Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsidir ki, altı ay ərzində 50 fərdi ev tikilmişdir.

2013-cü ilin birinci yarımilində ailə üzvlərinin sayı 7346 nəfər olmaqla 1499 ailə ünvanlı dövlət sosial yardımı almışdır. Rayon üzrə hər bir ailəyə düşən ünvanlı sosial yardımın məbləği 118 manat təşkil etmişdir.

Biləsuvar rayonunda sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 24 sahibkarlıq subyektinə 5,3 milyon manat kredit verilmişdir. Görülmüş işlər nəticəsində 614 yeni yerləri açılmışdır.

Prezident Biləsuvarda

Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləsuvar rayonuna gəlmişdir.

Dövlət başçısı əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Biləsuvara səfəri çərçivəsində Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Biləsuvar şəhərində içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi:

- Sabahınız xeyir olsun! Sizi ürəkdən salamlayıram və bu gün burada açılacaq böyük layihənin icra edilməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu, böyük tarixi layihədir.

Biləsuvar şəhərinin içməli su ilə təminatı artıq bundan sonra 100 faiz təşkil ediləcəkdir. Bu, böyük nailiyyətdir, böyük uğurumuzdur. Bilirəm ki, Biləsuvarda su problemi həmişə olmuşdur, insanları narahat edirdi. Ancaq bundan sonra görülən işlər nəticəsində bu problem tamamilə aradan qaldırılacaq, şəhər yüz faiz su ilə təmin ediləcəkdir və 24 saat ərzində təmiz içməli su verilməlidir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.

Hər tikili bir gözəllikdir

2013-cü ilin birinci yarımilində Biləsuvar rayonu ərazisində tikinti və abadlıq sahəsində də xeyli işlər görülmüşdür. Belə ki, Bəhrəmtəpə-Biləsuvar magistral avtomobil yolunda 30,0 kilometr asfalt-beton örtüklü yol tikilmiş və hal-hazırda tikinti işləri davam etdirilir. Ələt-Astara magistral avtomobil yolunda yol təmir işləri aparılmışdır.

Şəhərin Melioratorlar qəsəbəsində 40 yerlik və Zəhmətabad kəndində 50 yerlik uşaq bağçası tikilib istifadəyə verilmişdir. Ağalıkənd kənd tam orta məktəbinin əsaslı təmir işləri davam etdirilmişdir.

Ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqətinin və qayğısının nəticəsidir ki, artıq rayonda 16 kənddə "Modul" tipli sudurulducu qurğu fəaliyyət göstərir ki, bu da 43 min nəfər əhalini təmiz içməli su ilə təmin edir.

Cari ildə şəhərin Heydər Əliyev, M.İbrahimovNizami küçələrində hasarların tikintisi, dekorativ, üzlük aqlay daşları ilə üzlənməsi, darvazaların üzlənməsi, piyada səkilərinin üzlük plitələrlə üzlənməsi və yeni işıqlandırma dirəklərinin quraşdırılması işləri başa çatmaq üzrədir. Şəhərin Heydər Əliyev küçəsində yaşıllıq zolaqlarında 3,2 min kvadrat metr sahədə qazon örtük salınmış, Heydər Əliyev, M.İbrahimovNizami küçələrində yerləşən kommersiya obyektləri yenidən qurulmuş, dekorativ aqlay daşları ilə üzlənməsi həyata keçirilmişdir.

 

(ardı gələn sayımızda)

Səxavət Məmmədli

Ədalət.-2013.-2 oktyabr.-S.7.