TƏKAN

(Povest)

 

Musiqi nəşriyyatındaədəbiredaktor işləyirdim. Bura quru, cansıxıcı, sükutu vahimədoğuran nəşriyyatlardan daha çox çal-çağırlı filarmoniyanı xatırladırdı. Klassik musiqi əsərləri fortepianolarda çalınıb redaktə olunur, mahnı və romanslar görkəmli müğənnilərimizin ifasında dinlənilir, çapa imzalanırdı. O zaman respublikada xüsusi səlahiyyətləri olan bəzi bədii şüraların üzvüydüm. Ona görə də aparıcı bəstəkarlarla yazdığım mahnılar tez qəbul olunur, dildən-dilə düşürdü.Pyeslərim teatrlarda anşlankla oynanılır, çap olunan roman və povestlərim rezonans doğururdu. Qələmimdən nə çıxırdısa ədəbi tənqid musbət reaksiya verirdi. Nəşrlərə bədii tərtibat verməyə dəvət etdiyimrəssamlar öz emalatxanalarında, şair və bəstəkarlar bahalı restoranlarda mənə ağır qonaqlıqlar verir, mey-məzə məclisləri həftələrlə sönüb-soyumaq bilmirdi.

Nəşriyyat bağlandı. Balığı sudan kənara atdılar. Bağa arxası üstə çevrildi. Ədəbi aləmdə özgələşdim. Redaksiyalarda üz göstərmədilər. Şeir, nəsr, tərcümə kitablarımı süründürürdülər. Azad yazıçı olsam da,yaradıcılıq imtiyazlarımdan məhrum olundum. Nəhayət doğma şəhərimə, ata-ana ocağıma qayıtmağı qət etdim.

Qubanın avtovağzalında məni uşaqlıq və məktəbli dostlarım qarşıladılar.

Görüş ziyafəti Danqa Kamilin çolpa tabakalarıyla ad çıxaran "Quba" restoranındabaşlandı, sonra"Dəvədabanı" köşkündə,dahasonrahavasında bişmiş kərpic qoxusu qalan qədim yarıqaranlıq "Gülüstan" kafesindəvurhavurdavametdirildi.

Hər yerdə məni barmaqla göstərirdilər. "Bəy balası, bəydi də". "Yeriyən ensiklopediyadı!". "Şairimizmənəm deyən şairlə döş-döşə durar", çalmışdı qulağım bir neçə yerdə. Şəhərin başbilənlərindən bəziləri də yanımda ayaq saxlayır, "Qubamızın şairinə eşq olsun" deyibəlimi sığanda dizimi baltalayırdı sanki.-"Ay kəmsavad, mənbalaca bir provinsiyanın yox, böyük bir ölkənin, bir az da dərinə getsək dünyanın şairiyəm! Poeziya bayrağımı da ustad Nizami zirvəsinə sancacam", - deyib üzünə qabarmaq istəsəm də, səbrimi basır, özümü saxlayırdım.

Üzbari gələn yeniyetmə qızlar mənə çata-çatda addımlarını yavaşıdır, bir-birinə qısılıb böyümüş gözləriylə uca, yaraşıqlı boy-buxunuma, xətlə ayrılmış parıltılı saçlarıma, bir ətəyi salanmış dəri gödəkçəmə tamarzı-tamarzı baxaraq "hi-hi-hi" uşaqsayağı gülüşür, bu gülüşlərinyelpic sərinlikləri şövqümün, ehtirasımın alovlarını bir az da şiddətləndirirdi.

Bəzi qədeşlər də - Şair, qulluğanda olaq, - deyib məni restorana çəkir, mən də - axı sizi tanımıram, - deyə bilmir, bu səmimiyyətlərə saxta təbəssümlərlə cavab verdiyimə görə özümü danlayırdım.

Cansıxıcı günlər bir-birinə calanır, aylar davam edirdi. İşsizlik, kasıbçılıq üzündən tənəzzülüm dərinləşir, ruhi sarsıntılarım artırdı. Doğma adamlar arasında get-gedə təkləşir, yadlaşır, özgələşirdim.

Mənimlə badə-badəyə vurmağı şərəf sayan bəzi dırnaqarası dostlarım indi yanımdan saymazyana keçir,kişilikdən, etibardan danışanda ağızına çullu dovşan sığmayan "qədeşlər" də üz-üzə gələndə səkilərini dəyişir, məni görməməzliyə vururdular.

Amma necə güclü cazibəsi varmışbu "Padşahlıq bağı"nın. İlk görüşdəcəyaşıl otlu xiyabanlarına, çiçəkli güldanlarına heyran oldum.Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərindəki "cənnət bucağı" elə buradı - dedim. Amma əslində bura işləmək deyəndə canı çıxan avaraların, əli gətirməyən qumarbazların, məstlikdən illərlə ayıla bilməyən sərxoşların toplaşdığı daldanacaqdır.

Mən də onun cazibəsindən çıxmağa can atır, çabaladıqca dərinliklərə sovruluram.

Üzüm gülsə də ürəyim qan ağlayırdı. Buna baxmayaraq şaqqatarımı sındırmır, özümü şux göstərirdim. Amma dolaşmış kələfimi məndən başqa heç kim aça bilməzdi. Boynumdakı dəyirman daşının altından necə çıxım?Ümid ancaq Bakıda yaşayan uzaq qohumumuza qalırdı.

Şəhərin mərkəzi poçtuna gəldim. Danışıq məntəqəsindəki şüşə arakəsmə arxasında oturan tanış dispetçer məni görən kimi ayağa qalxdı və başıyla salamladı.Sifariş etdiyim nömrəni əzbər bilirdi. Əlaqə yaranan kimi kabinəyə çağıracaqdı.

Qanım qaraydı. Cidd-cəhdimin boşa çıxacağından qorxurdum.

Bayırdayağan yağışınoynaq caz-orkestrcingiltiləri ən ölü duyğuları da qızışdırar, ehtizaza gətirərdi. Səma ağappaq idi. Yuxarıdan aşağı millənən dənələr diyirlənə-diyirlənə bir-birinə birləşir, uzun yağış çubuqları yerə çırpılırdı. Su şırımları çağlaya-çağlaya küçələr uzunu axır, sonra busular birləşib böyük arxlarda sellərə çevriləcək, sonra bu sellər dənizlərə qovuşacaq,üfüqlər boyu dalğalanacaqdılar. Amma mən ədəbi dünyamdan ayrı - tək, köməksizəm.

Dispetçer adımı çağırıb barmağını təzəcə boşalmış kabinəyə tuşladı. Bakıda məni işə düzəltməyə söz verən, vaxtıyla Şəki, Göyçay, Ucar mahallarında milis rəisi işləmiş, "Qozdəstə Baladdaş əmi"dənumurdum nicat işığını. Səsimi eşidən uzaq qohum təmkinlə boğazını arıtlayıb "Çox darıxırsınız, bir münasib iş tapılan kimig"Kişinin sözünü ağzından vurub "Ay əmi, sənə canım qurban. Ay atam, ay anam. Bu dalandan çıxıb o biri dalana neyçün girdiyini anlamayan bir küçə itinin həyatıdı həyatım. Maşallah, altınız qalındı. Amma qapınıza cibi, əli, qucağı dolu gələnlərin işi tez düzəlir. Övladlarınız, kürəkənləriniz daşıyıb gətirirlər. Qozdəstə mauzeriniz elə indi də üstayaqdadı. Amma qırıq bir quş tüfəngim var, onun da patronu, pistonu yox!Sən Allah, sizə söz verənləri tələsdirin bir azg"

Zumerin ağır, qurğuşun nidaları beynimə güllə kimi işlədi.

Qalmasın belə zadəganlıq. "Bizdə bu soyuqqanları neylərdin, İlahi?" - deyən böyük Sabirin sinəsində ürək yerinə daş gəzdirən laqeydlərdən nələr çəkdiyini indi başa düşdüm. Birdən özümü "üstü bəzək, altı təzək" "Padşahlıq bağı"nın qapısında gördüm. Oradakı araq, badə dostlarımın bir dırnağına dəyişmərəm o yalançı polkovnikləri. Girimmi içəri? Sonra hər şey rəvan görünəcək. Daş qəlblərin biganəliyinə əsəbləşməyəcəksən. Heç kəsdən asılı olmadan, utanmadan, çəkinmədən yaşamaq heyif deyilmi? Amma yox, utanmadan, abırsız, həyasız yaşamaq istəmirəm. Mən niyə belə aciz qalmışam? Tanınmış şairəm. Yazıçılar Birliyinin üzvüyəm.

Bakıya gedib, katiblərin qapılarını dabanından çıxarıb özümə bir gün ağlayacam. Telefonda hər şeyi demək olmur. Amma üz-üzdən utanar. Ürəyindəkiləri də ürəklə deyərsən. Ancaq o Bakıya da nəynən, necə gedim? Cibimdə cət-köpük desən, o da yoxdu. Ümid ancaq "Pabşahlıq bağı"nın böyründənkeçənyol maşınlarına qalırdı.

Rusyət tərəfdən gələn bəzi maşınlar Qudyalçay körpüsünün yoxuşa dirənən yerində sürəti artırır, üzü yuxarı millənib, əyri-dolanbac yolun başında dayanırdılar. Bəzi sürücülər özlərini yaxınlıqdakı "Şahdağ" restoranına salır, burda yuyunur, nahara otururdular. Mən də cavan, dəliqanlı yox, yaşlı bir şoferə yaxınlaşar, dil-ağız elər, bir təhər qılığına girib az pulnan özümü Bakıya çatdırardım.Orda Yazıçılar İttifaqında artıq heç kəsə yalvarmaz, birbaşa sədr Mehdi Hüseyndən haqqımı tələb edərdim.

Amma "Yoxuş başı"na da gərək bu "Padşahlıq bağı"nın içindən keçib gedəydim.İndineyləyim? Bağagirsəm yenə qoltuqaltı araqlar gələcək, taraş stəkanlar sağlıqsız-filansız başlara çəkiləcək,"Araz aşıqdan, Kür topuqdan" olanda Bakıda iş verənin, burda iş axtaranın da keçən-keçmişini təzələyəcəm. Bu günkü günüm də dünənkinin tayı olacaq. Qorxu var ki, sabah da elə bu günkü kimi olsun.

Gün qızmışdı. Tez cazibəli bağdan yan ötüb yolun o biri tərəfindəkipalıd ağacının kölgəsinə gəldim.Bu, neçə xırmanlıq tacıyla budaqlarındaqaratoyuqları, sığırçınları qaqqıldaşan bəxtəvər ağaclardan deyildi. Cılız, boyu batıqdı. Səkiyə asfalt döşəyənəli qurumuşlarağacın kökünə bir xərək asfalt basıb,damarlarını qurutmuşdular. Laqeydlik, ürəksizlik qurbanı olmuşdu ağac. "Yoxuş başı"daqol-budaq atsaydı, payızda uçub keçən neçə-neçə durna qatarına yol nişanı, yazda qayıdan quşlara yaşıl mayak ola bilərdi palıd. Ancaq ağaca qəsd etmişdilər. Quruyub qabıqverməsəydi, bu qabıqlar altında qarışqalar yem axtara-axtara ağacı qıdıqlayar, cansız canı qızar, palıd dirçələrdi. Poliklinika həyətinə soxulanbudağınortası kotan kəlinin boynu kimi ağarırdı. Dəmir hasarın mişar dişləri buoğru budağıüzüb atmır, işgəncələrlə öldürürdü. Yox, əyri-oğru yollaragetməyəcəm! Qalxıb dikəlməliyəm! Amma Bakıdabir qələm dostum şeirləri, hekayələri ilə jurnalları, qəzetləri zəbt eləyib!Hansı televiziya kanalını açsan ordadı.Yaxşı vəzifəyə çəkilib. "Ağ gün ağardır". Poeziyanın lacivərd dənizlərində İsgəndəriyyə mayakına dönüb. Ordenlərin, medalların ağırlığından yaxası salxaq gəzir. Altında "Şessotka"sı. Kabinetində üç nömrə, dörd nömrə dövlət telefonları. Şeir gecələrində gözəl-göyçək qızların öpüşlərinə qərq olur.Bəs mən kiməm? Dərdim ürəyimdən misra-misra qopurdu.

 

Sən yazar,

Mən də yazar.

Sənin gəlhagəlindir,

İndi dünya sənindir!

Məndən Allah da bezar,

Evdə uşaqlar da bezar.

Sən şair, mən də şair, -

Sənin adın siyahılarda başda.

Mənim adım

Və ilaxır, və sair.

Sənin məzarın Fəxri Xiyabanda,

Çiçəklər, güllər altında!

Mənim nəşim -

"Qurd qapısı" deyilən bir biyabanda

Yağışlar, sellər altında!

 

Birdən ətraflara vıyıltı düşdü. Bəlkə yoxuş yuxarı maşıngəlir?Noolar, qoy gəlsin. Qadasını alaram. Amma maşın görünmədi. Sağ əldəki şəhər Bulvarında qorsovet Oltay Qəniyevin nəzarəti altında səhər-axşam sulanan,quru çör-çöpü budanan qovaq ağacları şaxlaşır, hündürləşirdilər.Başımı qaldırdım. İlahi, bu necə gözəllik, necə cazibədi?! Əhsənül-xaliqin, ey ali qüdrət sahibi. Günəş şəfəqləri altında qovaqların yarpaqları alışıb yanırdı. Qıçalanan budaqlarıyla çaxılan ildırımlara dönürdülər gözümdə. Damarlarında çağlayan nur-işıq selləri budaqları şövqlə çırpındırır, yaşılyarpaq lampalar bulvar yuxarı Şahdağ zirvələrinə gedənlərin yolunu işıqlandırırdı.

Bəs basaratım niyə bağlanıb? Yaşamaq həvəsim tükənir yavaş-yavaş. Oxucuların gözündə yandırdığım işıqlar sönməkdədi. Soyuq bir üşütmə düşdü canıma. Arxaya çevrilib "Padşahlıq bağı"na baxdım. Gedimmi? Qayıdımmı? Əsəblərim dincələrdi bəlkə?

Boynumun ardında bir çıqqıltı eşitdim. Palıd yarpağı çiynimdən sürüşüb yerə düşdü. İstidən yanlarıqıcanıb büzüşmüş, ucugeri qatlanmışdı.Yarpaq quruyub qırışmış çarığa oxşayırdı."Elə-belə yarpaqdı da, quruyub düşüb də"! Yarpaq başqa bir vaxt, başqa bir yerə düşə bilərdimi? Bilərdi. Amma ayağımın altına düşməyi mənə nəsə deyirdi. Bəli!Bəlkə bulabirintlərdən çıxmağa yenə çarıq geyim mən?

Xeyr, daha bəsdi! Yağışın, qarın altında Qəçrəş meşələrində çıxıb canım. Şəhər bazarınagətirdiyimbir araba odunu bir qara qalaca dəyişənə kiminələr çəkdim! Daha bəsdi. Az-çox tanınmış şairəm. İndi mətbuata yaxın olmalıyam. Ədəbi mühitdə yazıb-yaratmalıdı yazıçı. Yiyəli, sahibli bulvar çinarları kimi şaxlanıb şuxlanaram. Dahi proletar yazıçısıMaksim Qorkiincə ruhlu Çexova yazırdı: "Hörmətli Anton Pavloviç! Mən gözdən uzaq bir vilayətdə yazıb-yaratmaqla məşğulam. Lakin burda elə bil havam çatmır. Məni narahat edən məsələləri kiminləsə bölüşmək, sadəcə dərdləşmək istəyəndəətrafımda bir kolleqa tapmıram. Amma yaxşı bilirəm ki, ədəbi-mərkəz həm də dedi-qodular, paxıllıqlar, fitnələr, yalanlar mərkəzidir".

Uzaqgörən Çexov qısa və sərt cavab vermişdi: "Təəssüf ki, dedikləriniz doğrudur. Lakin ədəbi mühitdən kənardakı yazıçı tək qanadlı quşdur. Tək qanadla uçmaq olmaz".

İstər-istəməz ayaqqabıma baxdım. Ağ meşin üzünü tər kəsmiş, pəncəsi qara zolaqlarla doğram-doğram olmuşdu. Yasdı-yapalaq dabanlarıyla o, kisəci çəkələklərini xatırladırdı.Şalvarımın balaqları yerə sürtülməkdən qarı nənənin dişləri tökülmüş damağı kimi yontar-yontar idi. Pencəyimin didilmiş dirsəkləri it ağzından çıxmışdı sanki. Bu kökdə Bakıya getsəm, şəhərə özü boyda əskiklik, biabırçılıq gətirərdim. Dalğaların yaraşıqlı sahilə atdığı bir kopa mazutlu yosun olmağı özümə sığışdıra bilməzdim. Amma meşəyə də qayıtmayacaqdım. İndi mən odla su arasında yox, cəhənnəmlə cəhənnəm arasında qalmışdım.

Göy üzü gömgöy idi."Şah dağ" arxasındanqalxantəyyarə bu qatı göylüyücıra-cıra irəliləyir, qaratüstü zolaqları dar ağacının kəndirləri kimi yırğalanırdı. Sonra bu kəndirlərə düyün düşdü. Sonra o düyündən bir bulud topası asıldı. Bulud topası yonulub, sürtülüb insan şəklinə düşdü. Bu nədi, ilahi? Dayan, bəlkə Tanrı yol göstərir mənə! İntihar etməliyəm. Bəlkə elə bu palıd ağacından?!. Başımı əllərim arasına alıb bir xeyli tərpənməz qaldım. Sığıldı ürəyim. Genişlik, aydınlıq istədim. Göylərə, Tanrıya əl açdım. Amma bu nədi belə? Diqqətlə baxdım. "Qızıl qaya" dağının başındaadam vardı. O pencəyini çıxarıb harasa vızıldatdı, şalvarını iki para cırıb aşağı tulladı. Ağ tuman-köynəkdə heykəl kimi ucaldı dağın kəlləsində. O, əl-qol atıb bağırır, yumruğunu düyübkimisə hədələyirdi. Şəhərə lov düşdü. "Padşahlıq bağı"ndakı skamyalarda mürgüləyən qocalar yerlərindən dik atıldılar. Yarı kefli-yarı ayıq şirbinlər ağızlarını köynəklərinin nifəsiylə silə-silə dağ başında durana baxdılar. "Yoxuşbaşı"ndaböyük-kiçik bir-birinə dəydi. Yolu keçən sürücülər maşınlarını sağa çəkdilər. "Qatıqçı" tinində göy-göyərti, şor-qaymaq, semiçka, siqaret satan alverçilər "Yoxuş başı" meydanına tələsdilər. "Balıqçı" dükanının satıcıları, poliklinikanın həkimləri, xəstələri, "Şah dağ" restoranının aşbazları, yeyib-içən müştəriləri də küçəyə tökülüb "Qızıl qaya" dağına zilləndilər. Hadisə qəhrəmanıatılıb-düşür, əl-qol atır, arabir göyə də tullanırdı. "Yoxuş başı"nda iynə atsan yerə düşməzdi.

Hər ağızdan bir avaz gəlirdi.

- Ərəb Mustafaya bax ey! Malades! Gör hara çıxıb! Vurub-tutan, basıb-kəsən olduğunu bilirdik. Bunun alpinistliyi də varmış!

- Eh, türmədən təzə çıxıb yazıq. Oğrudu-əyridi, hər nədi çəkib srokun da.Raykomun qapısında durub, ispalkomda iş axtarıb. Verməyiblər. O da üsyan qaldırıb, nümayişə çıxıb da ora. Əclaf məni başa salsaydı ona qoşulub mən də çıxardım ora. Tfu, belə zakona! - deyəçırtdadığı simiçkanın qabığlarını qabağında duranın kürəyinə şapbıldatdı şələbığ Müzəffər!

"Təcili yardım", "Yanğınsöndürmə" maşınları, avtomobil müfəttişliyinin motosikletləri, yol müfəttişləri "Qızıl qaya"yolunun "Cuvud sırt"indətozu dumana qatmışdılar.

- Yoldaşlar, tez olun,ərəb Mustafanı ölümdən qurtaraq! - deyə səsgücləndirici cihazlar özünü didib-dağıdırdı. - "Niyə donmusan yerində? Nə çaşıb qalmısan?Durub yüyürsənə "Qızıl qaya" dağının başına! Ağıl, zəka, istedad, dünyagörüş də heç nə vermir həyatını qura bilməyənə! Amma odu bax, adını yaza bilməyəngör nə əməl, qurğuynan düzəldir işini? Bud əti yemirəm, qıça yaxındı, deyənac oturar ömrü boyu", düşünür, üzülürdüm. Amma yox! Mən ölüb yerə girərəm, özümü belə gülünc vəziyyətə qoymaram. Axı mən bəy balası bəy, həm də o böyük Füzulinin balaca bir nəvəsiyəm, - deyə düşünür,amma özüm dəyavaş-yavaş "Qızıl qaya" dağına tərəf gedirdım. Birdən içimdən bir səs qopdu. Dayan! Tapdanmış yolla getmə! Şairin intiharı da şeiri kimi orijinal olmalıdı. Bir də axı ərəb Mustafa intihar etmək məqsədiylə yox, artistlik etməyə çıxmışdı o dağın kəlləsinə.İntihar acizlik əlamətidi!

O, dağın başında dünyaya meydan oxuyan ərəb Mustafa çox inamla, həm də bacarıqla oynayırdı özünü dağdan atanın rolunu. Görkəmli aktyorlarımız Ələsgər Ələkbərov, Möhsün Sənani səviyyəsində çıxışı ona xoşbəxtlik gətirdi.Ərəb Mustafanı o dağın başından pəhə-pəhlə endirib birinci katibin maşınında şəhərə gətirdilər. Səhəri gün ərəb Mustafanı "Şahdağ" restoranına baş aşbaz qoydular.

Pedoqoji məktəbdəki dram dərnəyində hazırladığımız tamaşalar yadıma düşdü.

"Bahar suları" əsərində oynadığım bir rol həyatımda əsaslı dönüş yaradıb, tale yollarında mayaka çevrildi. Bunlar xoşbəxtlik deyil, ya da taleyin hökmü deyil?! Müsabiqəyə çıxarılan tamaşamıza əsərin müəllifi də baxmış, oyunumu bəyənmiş, mənə qol-qanad verərək, ədəbiyyataləminə qovuşdurmuşdu. Sonralar şeir, sənət cıdırlarında qələm dostlarım Qıratımın tozuna da çata bilmədilər. Gərək elə o vaxtı göylərə əl açıb: - Ey Tanrım, sən mənim ömrümdən kəsib "Bahar suları" müəllifininömrünə cala" - deyə yalvaraydım. Sonralar məni həyata qaytarmaq səyləriningözəl nəticələr verdiyini görüb sevinər, bu sevinclər ömrünü uzadar, bu gün necə yazıb-yaratdığımı görərdi.

***

Sözü bir yerə qoyub qərara gəlmişdik. Bu baxış-müsabiqəsində birinci yer bizimdi. Bəli, əsl dəm-dəsgah da elə bundan sonra olacaqdı. O biri kollektivlər yana-yana qalacaq, amma bizi maşınlara mindirib Bakıya aparacaqdılar. Biz də qalıb gəlmiş əsəri Dövlət Dram Teatrı səhnəsində Şeksprin "Otello", Cəfər Cabbarlının "Solğun çiçəklər" dramları qoyulan səhnədə oynayacaqdıq. Şan-şöhrətimiz tutacaq bütün dünyanı. Qəzetlərdəböyük-böyük şəkillərimiz çap olunacaq, radiolar bizdən danışacaq, televizorlar bizi göstərəcəkdi.

- Hamınızdan daha çox mənim oyunum gələcək xoşlarına. - deyə Nurağa yuyulmamış çömçə kimi düşdü ortaya. - Əlüstü də teatra stajor götürəcəklər məni. Sonra da bir telefon zənginə Teatr institutuna qəbul olunacam! - deyə qarışqa yuvasına çöp salmışdı Nurağa.Əcəb işdi. Şöhrətin Olimp zirvəsinə qalxmağı kim istəməz? Altında "Mersedes", əynində bahalı kostyum, yanında çemodan gəzdirənlər. Səndən intervyü istəyən jurnalistlər qapında baş yarır. Eh, Nurağa heç özü də bilmədən səhnəyə, aktyorluq sənətinə gözə görünməz tellərlə bağlayırdı məni.

Lakin "könlü balıq istəyənin quyruğu suda gərək".

 

(ardı var)

 

YUSİF HƏSƏNBƏY

ədalət.-2013.-3 oktyabr.-S.6.