Zaqatalada sevinc dolu yeni evlər
(əvvəli ötən sayımızda)
Ötən ilin mayında zəlzələnin
Zaqatalada yaratdığı fəsadlar aradan qaldırılır. Təbii fəlakət
nəticəsində evlərini itirən insanlar
yeni inşa edilən
mənzillərə köçürlər. Zəlzələdən
ziyan çəkən sosial
obyektlər, məktəblər də təmir və bərpa edilir.
Beton kimi möhkəm iş rejimi
Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün bölgəyə cəlb olunan tikinti şirkətlərindən biri də "ŞİNKAR" İnşaat Şirkətidi. Şirkətin gördüyü işlər barədə daha ətraflı danışmağa vaxtımız olacaq.
Zaqatalada və qonşu rayonlarda görülən tikinti-bərpa işlərindən danışarkən "ŞİNKAR" Tikinti Şirkətinin səyyar beton zavodundan yazmamaq obyektivlikdən kənar olardı. İnşaatçıların qazandığı uğurlarda Yuxarı Tala kəndində quraşdırılan zavodun öz payı var.
Direktor Şahin Hüseynov səyyar beton zavodunun fəaliyyəti barədə danışır: "Müəssisəmiz saatda 40 kubmetr beton istehsal etmək gücünə malikdir. İstehsal etdiyimiz betondan Zaqatalada, Balakəndə, Şəkidə və Qaxda evlərin tikintisi zamanı istifadə olunur. Zəlzələdən ziyan çəkən ailələr üçün tikilən 600-ə yaxın evin tikintisini betonla bizim zavod təmin edib. Məktəblərin və digər sosial obyektlərin inşasında da əməyimiz var. Zaqatala rayonunun Muxax kəndindəki məktəbin yenidən qurulmasında, Qarğay və Cüdülübinə kəndlərində məktəblərin tikintisində bizim zavodun betonundan istifadə olunub. Zaqatalada müvəqqəti yaşamaq üçün 10 otaqlı metal konstruksiyalı bir mərtəbəli binanın tikintisini betonla təmin etmişik. Müəssisəmiz Şəkidə 12 və 14 saylı orta məktəblərin tikintisində də yaxından iştirak edib. Digər təşkilatların sifarişlərini də yerinə yetiririk. Gördüyümüz işin keyfiyyəti də öz yerində. İstehsal etdiyimiz betonun keyfiyyətinə xüsusi diqqət yetirilir. Zavodda ən müasir texnika və texnologiyalardan istifadə edilir. Məhsulumuz Fövqəladə Hallar Nazirliyinin xüsusi laboratoriyasında ciddi yoxlamadan keçir".
Şahin Hüseynov
müəssisənin uğurlarının səbəbini belə
izah edir: "Nizam-intizam hər bir
müəssisədə vacib olan məsələlərdən biridi, həm də uğura
aparan yoldu. Bizim səyyar beton zavodunda da nizam-intizama
ciddi fikir verilir. Müəssisədə 25 nəfər çalışır,
hamısı da yerli sakinlərdir. Hamı üzərinə düşən
işi keyfiyyətlə
görmək üçün
ciddi səy göstərir".
İş bilən və iş görən
"ŞİNKAR"
Ötən ilin mayında Zaqatalada və ətraf rayonlarda zəlzələ baş verəndə Fövqəladə
Hallar Nazirliyinin aidiyyəti qurumları, o cümlədən ayır-ayrı
şirkətlər fəlakətin
fəsadlarının aradan
qaldırılmasına cəlb
edildi. Qısa müddət ərzində
qüvvələr səfərbər
olundu. Zəlzələdən ziyan çəkən
evlər, məktəblər,
inzibati binalar müəyyənləşdirildi, evsiz qalan insanlar
üçün yeni fərdi mənzillər tikildi. Bu prosesdə
ən çox fəallıq göstərən
və uğur qazanan özəl şirkətlərdən biri
də "ŞİNKAR" İnşaat Şirkətidi.
Reportajımızın bu yerində
şirkətin fəaliyyətinə
geniş yer ayırmağa dəyər.
Bu işdə bizə "ŞİNKAR" İnşaat
Şirkətinin işlər
müdiri Səxavət
Kərimov yardımçı
olacaq.
Həmsöhbətimiz Səxavət Kərimov əvvəlcə
şirkət barədə
qısa məlumat verdi: "Bu gün Azərbaycanda özəl şirkətlərin
fəaliyyəti üçün
hər cür şərait yaradılıb.
Bu şəraitdən yararlanan müəssisələr
bütün sahələr
kimi, tikinti sektorunun inkişafına da töhfələrini verirlər. Qabaqcıl şirkətlərdən olan "ŞİNKAR" İnşaat
10 ildən çoxdur
ki, bu sektorda
çalışır. Ötən illər ərzində mühüm dövlət sifarişləri həyata
keçirmişik. Qəbələ
hava limanının inzibati binasını, Gəncədə, Şamaxıda,
Qubada, Şəmkirdə,
Tovuzda və digər rayonlarda yaşayış binalarını,
otelləri, məktəb
və digər obyektləri, paytaxtın Zığ qəsəbəsində
Mülki Müdafiə
Qoşunları üçün
hərbi hissəni yüksək keyfiyyətlə
və vaxtında inşa edib istifadəyə vermişik.
Son illər Azərbaycanın müxtəlif bölgələrində baş verən təbii fəlakətlərdən ziyan çəkən insanlar üçün yaşayış evlərinin və müxtəlif təyinatlı sosial obyektlərin tikintisinə "ŞİNKAR" İnşaat Şirkəti də cəlb edilib. Kür çayının daşmasından əziyyət çəkən İmişlinin Allahmədətli qəsəbəsinin sakinləri üçün 104 fərdi ev, məktəb, klub və poçt binaları, tibb məntəqəsi tikmişik. Ümumiyyətlə, İmişli rayonunun 21 yaşayış məntəqəsində 200-ə yaxın fərdi ev inşa edib təhvil vermişik. Kürdəmir rayonunun müxtəlif kəndlərinin daşqından əziyyət çəkən sakinləri üçün 40-a yaxın fərdi ev tikmişik. Şirkətimizin uğurları çoxdur. Təsadüfi deyil ki, "ŞİNKAR" İnşaat Şirkətinin prezidenti Ələsgər Mehdiyev dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla "Tərəqqi" medalı ilə təltif olunub".
Səxavət Kərimov təmsil etdiyi şirkətin Zaqatala və qonşu rayonlarda gördüyü işləri diqqətimizə çatdırır: "Şirkətimiz ötən ilin mayında baş verən zəlzələdən sonra başlanan tikinti-bərpa işlərinə cəlb olunub. Zaqatala şəhəri də daxil olmaqla rayonunun 30-a yaxın yaşayış məntəqəsində, Qaxın 12 kəndində 2, 3, 4 və 5 otaqlı da daxil olmaqla 593 fərdi ev inşa edib sakinlərə təhvil vermişik. Görəcəyimiz işləri 3 mərhələyə bölmüşük. Birinci və ikinci mərhələni uğurla başa vurmuşuq. İlk mərhələdə 254, ikincisində isə 339 fərdi ev tikilib. Digər obyektlərin tikintisini də həyata keçirmişik. Sakinlərin müvəqqəti yaşayışı üçün 10 otaqlı 1 binanın tikintisi, təbii fəlakətdən ziyan çəkən Zaqatala Ət Kombinatının yenidən qurulması başa çatdırılıb. İnzibati binaların, xüsusilə orta məktəblərin tikintisi və əsaslı şəkildə bərpasına böyük önəm vermişik. Zaqatalanın Muxax kəndindəki 1 saylı orta məktəbin təmiri və bərpası, rayonun Qarğay və Cüdülübinə kəndlərindəki məktəblərin tikintisi buna əyani sübutdur. Bu yöndəki fəaliyyətimizi Şəkidə də davam etdirmişik. Şəkinin 12 və 14 saylı orta məktəblərini yenidən inşa edib şagirdlərin ixtiyarına vermişik".
Şirkət təmsilçisinin sözlərinə görə, bu işlərə 30-dan çox mühəndis, 1200-ə yaxın usta, 100-ə yaxın maşın və ağır texnika cəlb olunub. 200 nəfərlik yataqxana, 120 nəfərlik yeməkxana, tibb məntəqəsi işçilərə xidmət göstərib. Səxavət Kərimov deyir ki, çalışdıqları bu müddət ərzində Fövqəladə Hallar Nazirliyinin diqqət və qayğısını xüsusi hiss ediblər: "Fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov, onun müavinləri, nazirliyin aidiyyəti qurumları işlərin gedişini daim diqqətdə saxlayıb, qarşıya çıxan problemlərin vaxtında və operativ həlli üçün köməklərini əsirgəməyiblər. Bütün kollektivimiz adından onlara minnətdarlığımızı bildiririk. Zaqatala Rayon İcra Hakimiyyəti ilə də daim əlaqəli işləmişik. Rayon rəhbərliyi normal fəaliyyət göstərməyimiz üçün hər cür şərait yaradıb".
"ŞİNKAR" İnşaat Zaqatalada və qonşu rayonlarda həyat keçirdiyi işin sonuncu-üçüncü mərhələsinə başlayıb. Bu mərhələnin də vaxtında və uğurla tamamlanacağına ümid edirik.
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2013.-5 oktyabr.-S.4.