TƏKAN
(Povest)
(əvvəli ötən
saylarımızda)
Açıq pəncərədən salona dolan otun-çayırın qoxusu, cırcıramanı qovan sığırçının bağırtıları bu yollarda keçən uşaqlığımı yadıma salırdı. Elə bu Qəçrəş meşələrində ləpirlərə yığılan sulardan içib, loluxlamış əzgillə, yemişanla, fındıqla qarnımı doydurub, ancaq quru şax-şulaxla burazladığım arabamı oxuya-oxuya, oynaya-oynaya şəhər bazarına gətirirdim. Məni yedirtdi, geyindirdi, məşəqqətlərdə sınmamağı öyrətdi, mənə şeirlər yazdırdıbu meşələr.
Eh, məktəb yolları,
Eh, meşə yolları.
Nədənsə qarışıq salardım
Həmişə yolları.
Səhər dərsəg
Sonra meşəyəg
Çəkərdim odun dolu arabamı
Təntiyə-təntiyə, tövşüyə-tövşüyəg
Nə könlün başqa bir istəyi vardı,
Nə qəlbin diləyi.
Sanardım hər yerdə gözəldir,
Alıc meşəsi, Oruc güneyi.
Xəlbirimiz mıxçalarda
asılı qaldı,
Ələyimiz hisli qaldı,
paslı qaldı,
Qazanlar ağappaq,
boşqablar tər-təmiz idi,
Bu ağlıq, bu təmizlik
ən böyük dərdimiz idi!
Yumşaq, hamar meşə yolunda maşın sakit, səssiz gedirdi. Sağ tərəfdə dəmir lövhədə nida işarəsinin "aşağı sürət" əmrini görən Timuçin ayağını əyləcə qoydu. Maşın silkələndi. İlyas müəllim:
- Nooldu, niyə yavaşıtdın?
- Ata, ora bax!
Qabaqda burnu baltalı traktorlar qayaları çapır, sarı candonlu fəhlələr külünglərlə, lomlarla xəndəklər, çalalar qazıyırdılar. Sağ tərəfdəki ekskolatorçu iri dişli çömçəsini zərblə yerə çırpır, qaldırdığı daş-torpaqı böyründəki maşının banına boşaldanda yarısı yerə tökülür, toz dumana qarışırdı.
İlyas müəllim qurcalanıb qapını açmaq istədi. Timuçin:
- Ata, neynirsən? Hara düşürsən? - deyə İlyas müəllimin əlini geri çəkdi. - Düşmə, tez çıxaq aradan. O, Sərsəng səfərimiz yuxuma girir tez-tez. Getsin gəlməsin bir də o günlər. Evə qayıdandan sonra düz bir ay yuyunduq.
- Heylə qeyzli danışma. Bəs gecə-gündüz o toz-torpaqda işləyənlər neyləsin? Ailə saxlayır, uşaq oxudur, cəmiyyətin sabahına işıq olur əməlləri. Oğlum, Sərsəngin toz-torpağı canıma hopdu, qanımda çağladı. Bir gün də bu toz-torpaq qızıl külçələri kimi töküldü varaqlara. Mən "Körpüsalanlar" romanımı yazdım. O toz-torpaq qəhrəmanlarından gələn məktublar həyəcan təbillərimin əks-sədasıdı. Saxla maşını! Qoy düşüm aşağı. Bax, o buldozerin vurnuxduğu çökəkliyə bax. Onun böyründən suyu şırhaşırla axan qədim bir arx olmalıdı - Hə, Şıxəmməd arxı. Şeyx Məmməd adlı bir xeyriyyəçi çəkdirib onu. Buldozerçi fikir verməz. Vurar, dağıdar birdən!
Biz maşından düşdük. Meşədən təngnəfəs çıxan üzü təmiz qırxılı, qırmızısifət oğlan bizə çata-çatda:
- Götürün maşını burdan! O
ekskovatorçu Staxanovçulardandıı. Bir gündə üç plan
doldurur. Qızışanda yan-yörəsinə
baxmır, çömçəsini hara gəldi
boşaldır. Maşını zədələyə
bilər! - Təlaşının, həyəcanının
heç bir reaksiya doğurmadığını görən
iş icraçısı İlyas müəllimdən
soruşdu: - Üzr istəyirəm, siz kimsiniz? Mənə
çox tanış gəlirsiniz. Harda görmüşəm sizi? Yadıma ox
batıb! - deyə eynəyini
çıxardıb, sətin pencəyinin yaxasına
sürtüb təzədən gözünə taxdı:
- Hə,
deyəsən Qalaxudat kəndində. Biz orda
ferma kompleksi tikirdik. Sovxoz rəhbərləri
sizinlə görüş keçirməyi
plandaşdırmışdılar. Hə,
yadıma düzdü. Yazıçısınız! Bəli, İlyas müəllim, o ekskovatorçu
Staxanovçulardandı. Beş-on
adamın işini görür. Bir az
tərif xoşlayandı. Haqqında bir şey yazılsa, əmək
tempini bir az da artırar. Amma
xahiş edirəm, maşını buradan götürün.
Onu bax o meşəyə salın, - deyərək
əlini dəvə beli kimi donqar təpəyə tərəf
uzatdı. Mən uşaqlara
tapşıraram. Orda bir neçə
ağac kəsib sizə yol açsınlar.
"Necə, ağacları kəsib yol
açacaqlar?" - bir anlıq fikrə getdim. Bu həmin meşədir ki, bir ayaqüstü
ağac, bir yaş budağı kəsənin atasını
yandırıb, iplərini doğradıb, dəhrəsini
müsadirə edib meşəbəyi Bəxtiyar. Lap haqq
da eləyib! Ağac da, çay da, quş da,
insan da ona verilən ömür payını arxayınca, sona
qədər yaşamalıdı.
İş
icraçısı geri çevrilib: - Ə, briqadir Mamedov, -
bağırdı. Elə ağzımı açmaq istəyirdim
ki, Timuçin ona yaxınlaşaraq:
- A
yoldaş, heç nə lazım deyil! - dedi. - Ağacları
kəsdirməyə ehtiyac yoxdur. Onsuz da seyrəkdir
meşə. Lazım gəlsə özüm yol tapıb
çıxaram bir yana.
İlyas
müəllimin ekskavatorun işlədiyi meydançaya tərəf
getdiyini görən iş icraçısı qoltuq cibindən
əl telefonunu çıxardıb tez-təcili nömrə
yığmağa başladı. "Staxanovçu"
başını pəncərədən çıxartdı.
Ekskovatorun uğultusu xırp kəsildi.
İlyas
müəllim:
- Odu bax,
- deyə başını narazılıqla bulayıb yolun
sağ tərəfinə addadı. - Bəs belə məsuliyyətsizlik
olar? - iş icraçısına ciddi nəzərlərlə
baxdı İlyas müəllim. - Ekskavatorçu deyək ki, əmr
quludu, başı işə qarışıqdı, sən
deyən kimi beş-on adamın işini görür. Amma siz oxumuş, savadlı mütəxəssissiz.
Gördüyünüz iş, ərsəyə
gətirdiyiniz tikinti sizə başucalığı, şərəf-şan
gətirməlidi. Buna görə də obyektinizin
ətrafında nə var, nə yoxu götür-qoy edib, tikinti
meydanının imkanlarını hərtərəfli öyrənməlisiniz.
- Noolub
ki, İlyas müəllim? Burdan kabel keçmir,
kanalizasiya xətləri yoxdur. Tikinti planla
gedir.
- Bəs
bu arxın qabağıni niyə boğmusunuz? Su
yığılar, partlayar, darmadağın olar bu qədim arx.
Buna tarixi abidə də deyə bilərəm mən.
- Hanı
burda bir tikili heykəl-abidə? Bəs burda bir
pir, bir övliya ocağı, abidə olsa mən görmərəm?!
- İlyas müəllimin əsəbi
baxışlarını görüb səsini qısdı.
- İlyas müəllim, siz nədən
narazısız?
- Bura gəl,
- o, iş icraçısının qolundan tutdu. Onlar arx boyu enişə getdilər. İlyas müəllim qaratikan kolluqlarının
yanında ayaq saxladı. - Mən bu arxı deyirəm. İlk baxışda hərəkətsiz kimi
görünür. Ancaq diqqətlə
baxsan, lal-dinməz axdığını görərsən.
- Bu
möcüzədi. Gözümə inana bilmirəm.
Arxın suyu üzü yuxarı
çıxır?
- Bəli,
unikal, dəqiq hesablamalarla çəkilib bu arx. Su öz gücü hesabına dərədəki
çaydan Qubanın dağətəyi "Dəvədabanı"
massivinə qalxır.
- Belə
çıxır ki, o şeyx "Dəvə dabanı"da
məskən salıb. Öz ev-eşiyinə su
çəkdirib Qudyalçayından? - soruşdu
iş icraçısı.
- Yox,
Şıxəmməd kişi başqa bir
kənddə yaşayıb. Orada indikilərin diliylə desək
yaxşı villası, çeşməli, sulu
bağ-bağçası olub.
- Bəs
"Dəvə dabanı"ya niyə çəkdirib
axı bu arxı?
- Bəli,
böyüklük, alicənablıq hissləri insanları fədakarlığa
ruhlandırır. "Dəvə
dabını" dəmyə, quraq bir yerdi. Orda yaşayan kasıb camaat su sarıdan korluq çəkib.
Göyərtiyə, meyvəyə tamarzı
qalıblar. Əkib-becərə bilməyiblər.
Şıxəmməd kişinin çəkdirdiyi arx
suları oranın quru torpaqlarına can verib.Bağlar
salınıb, tərəvəzlər, bostanlar əkilib. Başıuca, qürurla yaşamağı
xoşlayır türk olan hər kəs. Ona
görə də döyüşdə basılmaz olurlar,
sözdə bütöv. Əl
tutmağıHəzrət Əlidən öyrəniblər.
Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və bir
para başqaları da göydəndüşmə deyillər
bu millətin həyatında. Xalqa iş yeri açıb, məktəb,
mədəniyyət veriblər. Bəli, o
uzaqgörən, xeyirxah kişilər öz babaları
Şıxəmmədin tökdüklərini yığa-yığa
gələnlərdəndi. Təkcə
Zeynalabdin Tağıyev neçə milyonlar qoyub Samurun suyunu
Bakıya gətirib.
İş
icraçısıqulağının ardını
qaşıya-qaşıya gileylənirdi:
- Hanı
bizdə o imkan? Xırda-mırda işlər
görürəm mən. İki dərənin
üstünə bir körpü qoyacam. Plan
veriblər, mən də yerinə yetirməliyəm. Buna görə mənə heç bir "sağ
ol" da deyən olmayacaq. Hanı bizdə
o bəxt?!
- Adın
nədi, oğlum? - deyə iş
icraçısının əlindən tutdu İlyas müəllim.
- Bənna Həşimin nəvəsiyəm. Adım
Zülfüqardı.
İlyas
müəllim mənə tərəf çevrildi:
- Sədrəddin,
burda gördüyümüz zəhmət adamlarının
işindən, həyatından canlı bir oçerk yaza bilərsən.
Birləşdirən, qovuşduran körpülər
şairlərin romantik uçuşlarına qol-qanad verər.
"Azərbaycan gəncləri" qəzeti
üçün çox zəngin material var burda. Dərələr, çaylar üstündə
salınan körpülər ölkələri, xalqları, mədəniyyətləri
birləşdirir. Dünyamız sabahlara,
insanlıq qardaşlığa gedir körpülərdən
keçib. "Zülfüqar körpüsü" ola bilər qəzetə göndərəcəyin
reportajın adı.
Arifə bir işarə bəs elər. Mən də
fil qulağında yatanlardan deyildim. Anlayır,
yaxşı başa düşürdüm ki, İlyas müəllim
bu oçerk söhbəti ilə məni təzədən ədəbi
aləmə qovuşdurmaq istəyir. Tək-tək
qığılcımları görünən ocağın
külünü eşələyib, üfürüb
alovlandırmağa çalışırdı.
Zülfüqar başını yavaş-yavaş
qaldırdı. Sac kimi qızaran sifətini yana
tutdu:
- Üzr
istəyirəm, mən gedim. Briqadaları tənəffüsə
buraxmalıyam, - deyib uzaqlaşdı.
Araya ağır sükut çökmüşdü. Amma mən hər
qarışına yaxşı bələd olduğum bu
meşədə yarpaqların
pıçıltısını, cücülərin, həşəratların
xışıltısını da eşdirdim. Bu nə şaqqıltıdı bəs? Meşədə qılınc oynadırdılar
sanki. Baltalar
ağaclaraçırpılır, şaqqıltılar qopur,
sanki plemyot atəşləri açılırdı. İçi boş gövdəyə
çırpılan baltanın səsi gurultulu nağara səsiydi.
Quru gövdəyə vurulan balta ağacı çəkic
altındakı mis kimi zarıdır, zingildədir, amma iti
baltalar "hav, hav"laağacları it kimi qapırdılar.
Baltaçıların ürəyi daşdan
deyildi. Tapılmayan çörək,
övladların paltar, dəftər-kitab ehtiyacı onların
duyğularını korşaltmışdı. Baltaçılarbu fəryadları eşitməməzliyə
vururdular. Neyləsinlər bəs?
Vicdan, namus, qeyrət hissi insanı cana
doydurur, amma qarın doyurmur. Ac qılınca
çapar.
- Ay
İlyas müəllim, dünyanın bir çox ölkələrində
olmuşam. Ac, yoxsul gördüm insanların əksəriyyətini.
Mozambikdə, Tanzaniyada uşaqlar xəstə
doğulurlar. Niyə insan insan kimi
yaşamasın? BMT-lər, Avropa
Şuraları mötəbər tribunalarda bağıraraq
dünyada firavanlıq yaratmaqdan dəm vururlar.
Danışırlar, quru vədlər verirlər. Amma dünyada
hər gün üç yüz min nəfər aclıqdan
ölür. Allah Təala ulduzlu göyləri,
ceyranlı çəmənləri, yağışı,
küləyi, turş narı, şirin üzümü yerə
göndərib ki, insanlar sağlam, gümrah yaşasın.
Bir yapon yazıçısı "Mən
insanları sevmirəm" deyir. O yazıçı cəmiyyəti
saflaşdırmağa çalışmır. Mübarizədən
qaçır. Bu onun bədbəxtliyidi.
Amma bir çox hallarda bizdə də insan aliliyi
gözlənilmir.
-
Yaxşı, müddəalarınla ümumi şəkildə
razılaşıram. Amma bir az aydın,
konkret danış!
- Baş
üstə! Dəfələrlə
başıma gəlib. Çoxdan görmək
istədiyim bir tamaşaya bilet alıb teatra gəlmişəm.
Ancaq qapılar bağlıdı. Məlum
olur ki, tamaşaya bilet az satılıb. Əsər oynanılmayacaq. Bəs o əsəri
görməyə günlərlə hazırlaşan,
qonşusundan "prokat"a paltar, daş-qaş götürən
xanımlar, saç düzümünü,
manikürünü təzələyən gəlinlər niyə
tamaşaya baxmasınlar? O "azlar" insan deyillər?
Deyəsən
çibanını basmışdım İlyas müəllimin:
- Əhə, əhə... bir-iki ağız bərkdən
öskürdü. Havası çatmadı elə bil. Köynəyinin yaxasını açıb əlini
sinəsində gəzdirdi. - Sən mənim yaralı
yerimə toxundun. Bu naqislikdi,
tamaşaçıya hörmətsizlikdi. Müqəddəs
bir ocaqda çılpaq tərbiyəsizlik, xuliqanlıqdı.
Bu barədə Mədəniyyət Nazirliyinin
kollegiya iclasında ciddi söhbətlər olub. Mən demişəm - əgər zalda bir
tamaşaçı varsa, əsər oynanılmalıdı.
- Bəs
ay pirim, ay övliyam. Deyirlər yüz dəfə
imamçın ağlayan bir dəfə də yezidçin
ağlasın. Bəs öz
aramızdı, de, bir bilet satmaqla teatr özünü necə
dolandırsın? Yaradıcı heyətin
maaşları necə verilsin, kommunal xərclər necə
ödənilsin?
- Sədrəddin,
sən hədəfdə onluğu vurdun yenə. Teatrın "qazanmaq", "başını
saxlamaq" problemi məni çox
düşündürüb. Ha çalışsam da həllini
tapa bilmirəm. Daha doğrusu gücüm
çatmayıb bu daşı qaldırmağa. "Sən həmişə mənimləsən"
pyesim uğurla oynanılırdı. Mən
də Mərkəzi Komitənin birinci katibi, söz sərrafı,
ədəbiyyatın qayğıkeşi Heydər Əliyev
yoldaşı əsərə baxmağa dəvət etdim.
Tamaşa xoşuna gəlmişdi. Sonra bizi başına topladı. Aparıcı
aktyorların işini təriflədi. Rejissor
tapıntılarından danışdı. Söhbət zamanı Cəfər Cabbarlı
dramaturgiyasının Azərbaycan ədəbiyyatında
mühüm bir mərhələ olduğunu söylədi.
Bir kənarda durub qulaq asırdım. Yaxınlaşıb əlimi sıxdı. Mən də təşəkkür edib teatrın
"qazanmaq", "başını saxlamaq" məsələsinə
toxundum. Diqqətlə qulaq asdı. Sözümü kəsmədi. Sonra da gülə-gülə:
- İlyas müəllim, çox həyəcanlı, həm də
gur səslə danışırsınız. Bəzi nazirlərimiz
eşidib yəqin ki, bir təklif hazırlayarlar! Teatrı
yaşatmaq dövlətin işidir, - dedi. - Bəli, ədəbiyyatın,
incəsənətin vəzifəsi insanlarda yüksək
insani keyfiyyətlər aşılamaqdı. Sizin
bir tamaşaçı üçün böyük bir əsəri
oynamaq təklifinizə mən əllərimin ikisini də
qaldırıram. Belə bir addım
kollektivə başıucalıq gətirər.
Tamaşaya o tək baxan, bəlkə hansı bir epizoddansa səmərəli
nəticə çıxarıb ətəyindəki şər
daşlarını yerə tökər! Bəlkə evində,
ya iş yerində onu sarsıdan bir suala cavab tapmaq
üçün gəlir o gələn?! O bir nəfər
tamaşaya gündə iki dəfə gəlmiş olsa, truppa əsəri
iki dəfə oynamalıdı. Biz insan amilini ön plana
çəkməliyik, - dedi Heydər Əliyev və söhbəti
yekunlaşdırdı. Eh, - dərin bir köks
ötürüb sözünü davam etdirdi İlyas müəllim.
- Əzizim, Sədrəddin, bitib-tükənməz
qayğılarıyla çətin sənətdi sənətimiz.
Bir an əvvəl hamısını
yazdım - deyib, nöqtəni qoymusansa, bir an sonra heç nə
yazmamış kimi təzədən qələmlə qol-boyun
olursan. Milli dram teatrında əsərlərim
oynanılır, xarici ölkələrdən teleqramlar, zənglər
gəlir ünvanıma. "Geriyə
baxma, qoca" romanım qardaş xalqların dillərinə
çevrilib. Povest və hekayələrim əl-əl
gəzir; oxucu məktublarının ardı-arası kəsilmir.
Ancaq noolsun? Kürdəmir cəhənnəmininpambıq
tarlasında qaxaca dönən, bir qız
uşağını ev-eşik yiyəsi eləyə bilsəydim
özümü xoşbəxt sanardım. Ay Sədrəddin,
bəlkə sənət seçməkdə
yanılmışam? Sən necə baxırsan
bu məsələyə?
- Elə
deməyin, Sizin o "Unuda bilmirəm"
pyesinizdəki Nərminə çəkir indiki bütün
qızlarımız. Amalya xanımın
ifasında Nərmin sevilən, unudulmaz obrazdır.
-
Çox sağ ol. Əlbətdə,
ürəkaçan xəbərdir.Ancaq bu azdı. Hər bir əsər müəllifin ürək
hayayı, həyəcan təbilidir. Fırlanan ərzin
çarxını zəncirləmək istəyənlər
var! İstərdim ki, əsərlərim bu maneələri
qıran, parçalayan xəncəl olsun. Yüksəliş
yolunda qabağa qayalar, daşlar çıxır. Məhəbbətin sehrindən dəliləşib,
çöllərdə Leylisini axtaran Məcnuna vüsal
sorağı versin. Əsərlərim
qohumbaza, yerilipərəstə, rüşvətxora yol
yoldaşı olmaq istəməyən bir
yazıçının ürək
çırpıntıları, həyəcan təbilləridir.
- Demək
təbillər daha gur səslənəcək, - dedim və məni
narahat edən bir məsələyə toxundum: - Əlbəttə,
biz çalışmalıyıq. Amma tək burda yox, indi
Avropadada oxucu kitabdan küsüb,- dedim. Xəbər
İlyas müəllimi qıcıqlandırar,
düşünsəm də o, təmkinlə:
- Bu
müvəqqəti bir haldır. Bir çox
ölkələr qlobal iqtisadi böhranla əlbəyaxadadı.
"Ehtiyac qapından girəndə məhəbbət
bacadan çıxar" deyir Şekspir. Ancaq
oxucuları mütaliəyə yazıçılar gətirməlidir.
Sən özün də bu sahədə az
iş görməmisən. "Cənnətin
bağlı yolları" poemasını oxuyanlar mətbuat səhifələrində
məqalələr çap etdirir, bu yolların nə zaman
açılacağını soruşurlar.
İlyas müəllim susdu. Araya sakitlik
çökdü. Sonra da qulağı ağır
eşidənə deyirmiş kimi ucadan: - Dayanma! Süstlük,
durğunluq çürümə deməkdir. Amma qoymaram. Yadındadımı
Masallıya getmişdik. Orda Üzeyir həkimin
əlli illiyində "Qədəhim qırıldı"
adlı bir şeir oxudun.
- Bəli,
o Türk poeziyasının ən gözəl nümunələrindən
biridir:
Kimi qəmdən içər, kimi nəşədən,
Kimi yar əlindən, kimi şüşədən,
Kimi ayrılıqdan, kimi işvədən.
Qədəhim qırılmış, badəm artıq boş,
Sormayın mən niyə sərxoşam, sərxoş.g
- Bəsdi, dayan, - dedi İlyas müəllim, sonra - əhə, əhə... iki ağız öskürdü. Bu balaca şeir içki aludəçisi haqqında elegiyadır. - Sədrəddin, bax o şeirdəki qədəhin qırılmağı nə deməkdir? Nəyə işarədi?
Get-gedə hündürləşən Şahdağın əzmi, əzəməti ürək genişləndirirdi. Hava sərinləşir, canımıza şirin vicvicə salırdı.
- Qırılmaq bütövün məhvidir. Qırılan qatarda yüksüz vaqondur. Arabada beşinci təkərdi.
- Çox dəqiq xırdaladın. Amma, əzizim, gərək bunu da biləsən ki, şairlərin ilham pərisi qısqanclıqda Şekspirin Otellosunu kölgədə qoyar. Xəyanəti bağışlamır o pəri. Ancaq o pəri başqa birini yox, onu sevən aşiqi öz qanadlarında göyün yeddi qatına qaldırır. Amma səni İblis başdan çıxarıb, onun toruna düşmüsən. İfritəyə könül verib İlham pərisini özündən küsdürmüsən. Yazıçı sənət yolundan sapanda, relsdən çıxmış qatar kimi parça-parça olur. O, fildi, qarışqa yerişi yerisə qıçları qırılar.
Məni soyuq tər basır, dodaqlarım kərpic-kərpic kəsilir, hülqumumdakı yapışqan udlağımı qıcıqlandırırdı. Öskürək məni boğsa da, cınqırımı çıxara bilməzdim. İlyas müəllim:
- Ay Timuçin, toz bizi boğdu, bardoçokda boğaz islatmağa bir şey var? - soruşdu.
Timuçin başını arxaya döndərib mənə baxdı və göz vurdu. "Bic-bic gülməklə nə demək istədi? Ölsəm bundan yaxşıdı".
- Yox, ata, heç nə yoxdu. Amma qabaqda maqazin var, lazımdısa düşüm bir butulka götürüm - deyib, üzümə irişdi. Özümü saxlaya bilmədim:
- Bura bax!
Mənə heç nə lazım deyil, - dedim.
- Mən
sərin bir "Badamlı" nəzərdə tutmuşdum -
deyə, mızıldandıTimuçin. "Sədrəddin,
öl, sənə bu da azdı. Səni
sınağa çəkirlər. Dözməlisən.
Polad döyüldükcə bərkiyir".
Arkadi Ostrovskinin "Polad necə bərkidi" əsərini
nahaq yerə oxumamışam ki" düşündüm.
(ardı var)
YUSİF
HƏSƏNBƏY
Ədalət.-2013.-9 oktyabr.-S.6.