XALQIN
SAĞLAMLIĞINA VƏ GƏLƏCƏYİNƏ HESABLANAN
DÖVLƏT QAYĞISI
(mövzu
əsasında IX yazı)
(Əvvəli ötən
sayımızda)
Bu gün həmin ənənələrin qorunması, inkişaf etdirilməsi, əhaliyə tibbi xidmətin yüksəldilməsi rayonun səhiyyə işçilərinin üzərinə düşən ən böyük vəzifələrdən biridir. Bayaq qeyd etdiyimiz kimi, Göyçay Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Famil Zeynalov bu sahəyə bacarıqla rəhbərlik edir. Onunla söhbətlərimiz bəzən müsahibə xarakteri aldığından müəyyən məqamları biz də olduğu kimi diqqətə çatdırırıq.
- Həkim, siz yenidən bu vəzifəyə təyin edilərkən tərəddüd etmisiniz. Ancaq hər halda doğma kollektivə qayıtmısınız. Burada hansı fakt böyük rol oynamışdır?
- Bilirsinizmi, ilk olaraq etiraf edilməlidir ki, Göyçay səhiyyəsində heç vaxt elə bir acınacaqlı vəziyyət yaranmayıb ki, baş həkimin çıxarılması, dəyişdirilməsi problemi yaşansın. Bütün bunlar, sadəcə könüllülük, bəzən də kimin daha çox hansı vəzifəni daha yaxşı yerinə yetirə bilər prinsipləri ilə reallaşıb. Burada məndən əvvəl də, məndən sonra da baş həkim vəzifəsində çalışanlar indi də rayonun səhiyyə sistemində aparıcı sahələrə rəhbərlik edirlər və biz hamımız ümumi uğurlar üçün əlbir çalışırıq. Burada hansısa fövqəladə bir faktın mövcudluğundan da söhbət gedə bilməz. Sadəcə kim hansı işi daha yaxşı bacarır prinsipi səhiyyədə ən vacib şərtlərdəndir, o üzdən...
- Digər amillər də...
- Sözsüz ki, rayon əhalisinin sağlamlığına qayğı və diqqət baxımından çox işlər görülməlidir. Özü də gündəlik olaraq. Bunun üçün təşkilatçılıq, daimi qayğı və tələbkarlıq, ciddi intizam mühüm məsələdir. Bütün məsələləri yoluna qoymağa çalışırıq. Qlobal məsələlərin həllində, təbii ki, Səhiyyə Naziri Oqtay Şirəliyevin birbaşa diqqət və nəzarətində olan köməkliklər, rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədovun görülən tədbirlərə önəm verməsi vəziyyətin daha da yaxşılaşması üçün stimul yaradır. Kollektivimiz bu qayğı və diqqətə cavab olaraq yeni bir ruhla, həvəslə çalışır.
- Yəni
görülən tədbirlər səhiyyənin ümumrayon miqyasında inkişafına,
müasirləşməsinə təkan verir,
eləmi?
- Bəli, məsələni elə bu cür dəyərləndirmək
lazımdır. Tədbirlərin effektivliyi
bir çox istiqamətlərdə
özünü göstərir...
Təminat
razılıq doğurur
Baş
həkimlə söhbətimiz zamanı digər məlumatlar
da əldə edir, görülən işlərin müəyyən
istiqamətləri ilə tanış oluruq.
Rayon əhalisinə 170 çarpayılıq mərkəzi
rayon xəstəxanası, 55
çarpayılıq uşaq xəstəxanası,
25 çarpayılıq Qaraməryəm kənd xəstəxanası,
təcili və təxirəsalınmaz tibbi
yardım stansiyası, GEM, tam təsərrüfat
hesablı stomatoloji poliklinika,
16 kənd həkim məntəqəsi, 31 kənd tibb məntəqəsi və digər səhiyyə
müəssisələri xidmət göstərir. 748 nəfər
həkim və orta tibb
işçisi əhalinin
sağlamlığı keşiyindədir.
Mövcud tibb müəssisələri
də müasirləşir
Ötən
il rayonun sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq əhalinin
sağlamlığının qorunması, yolxucu xəstəliklərin
qarşısının alınması, ana və
uşaqların mühafizəsinin gücləndirilməsi,
tibb müəssisələrinin maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində xeyli işlər
görülmüşdür. Öyrənirik ki, mərkəzi rayon xəstəxanasında
ötən ilin avqust
ayından etibarən Dövlət Proqramına uyğun
olaraq əsaslı təmir işləri
aparılır. İşin çox hissəsi arxada
qalmışdır. Xəstəxana tam
müasirləşdirilərək yüksək standartlara cavab verəcəkdir.
İmtiyazlı xəstələr
xüsusi diqqət mərkəzində
Göyçay MRX-da imtiyazlı xəstələrə xüsusi qayğı göstərilir və xidmət istiqamətləri ildən-ilə nümunəvi xarakter alır. Təkcə bu ilin 9 ayı ərzində 336482,2 manatlıq dərman alınmış və imtiyazlı qruplar üzrə bölünmüşdür.
Bu ilin 9 ayı ərzində 12 doza ilan zəhəri əleyhinə zərdab, 771 doza antirabik zərdab, 30 doza isə tetanus əleyhinə zərdab alınaraq istifadəyə verilmişdir.
2013-cü ildə MRX-na 10 ədəd yeni EKQ apparatı, laboratoriya üçün mərkəzi fuqa, tanometr, quruducu şkaf, stomatoloji qurğular alınmışdır.
MRX-da 3269 nəfər şəkər
xəstəsi qeydiyyatdadır. Şəkərli diabet xəstələrinin 23 nəfəri 18 yaşa qədər uşaqlardır. Bu ilin 9 ayı ərzində
şəkəri təyin edən "olükrometr"
cihazı ilə təmin olunmuşlar. Bu xəstələrə 1500 ədəd test paylanmışdır.
Göyçay səhiyyəsi ənənəni
yaşadır
MPX-nin cərrahiyyə şöbəsində 709 nəfər əməliyyat olunmuşdur. Bu xəstələrdən 87 nəfəri başqa rayonlardan gətirilmişdir. Uşaq xəstəxanasının cərrahiyyə şöbəsinə 155 müraciət etmişdir. Bu xəstələrin də müəyyən faizi qonşu rayonlardan olmuşdur. Eyni zamanda poliklinika şöbəsinin oftalmoloji kabinetlərinə müraciət edənlərin müvafiq olaraq 1031 və 821 nəfəri başqa rayonların sakinlərindir. Bütün bunlar və digər faktlar Göyçay səhiyyəsinin ənənəvi inikşaf perspektivini müəyyənləşdirir.
Göyçay MRX-nın həkim və tibb işçiləri gələcəkdə də əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərilməsi üçün var qüvvə ilə çalışacaqlarını özlərinin şərəf işi hesab edirlər.
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2013.-9 oktyabr.-S.7.