Neftçala - uğurlar, arzular ünvanı

 

Azərbaycanın bütün bölgələri kimi Neftçala rayonunda da çox uğurlu islahatlar həyata keçirilir. Bunun nəticəsidir ki, 2013-cü ilin I yarısında rayonda ümumi məhsul istehsalının həcmi 2012-ci ilin müvafiq dövrünə nisbətən 24,6 faiz artmışdır.

Ümumi məhsul istehsalı isə 101,2 milyon manat olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 2012-ci ilin I yarımilinə nisbətən 5,6 faiz artaraq 86,4 faizə çatmışdır. Adambaşına 1224,6 manatlıq ya ötən ilin müvafiq dövrünə nisbətən 23,1 faiz çox məhsul istehsal edilmişdir. Rayonda 3 yeni müəssisə yaradılmış, 350 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 6, fiziki şəxslər üzrə 350, mövcud müəssisə təşkilatlarda 35, cəmi 391 daimi yeni yeri yaradılmışdır. Rayonda aparılan tikinti, quruculuq, abadlıq işlərinə 184 nəfər, kənd təsərrüfatında mövsümi işlərə 998 nəfər cəlb olunmuşdur. Neftçalada fəaliyyət göstərən 11 sənaye müəssisəsi bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 14 milyon 406,7 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 86,4 faiz təşkil etmişdir. Əhalinin nominal pul gəlirləri 25 milyon 231 min manat olmuşdur. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur. Adambaşına düşən pul gəlirləri 1,5 faiz artaraq 274,3 manat olmuşdur. Rayon üzrə hər bir işçinin orta aylıq əməkhaqqı 252,4 manat təşkil edir.

2013-cü ilin I yarısında Neftçalada fəaliyyət göstərən 3 nərə balıqartırma zavodları tərəfindən 3 milyon 461,7 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır. Yenə qeyd edək ki, 2012-ci ilin ilk yarısı ilə müqayisədə bu 20,6 faiz çoxdur.

Aqrar sahədə nələr baş verir?

Haqqında danışdığımız rayon aqrar sahədə bir sıra irəliləyişlərə nail olmuşdur. Ötən müddət ərzində kənd təsərrüfatının ümumi məhsulu 44 milyon 244 min manat olmuşdur. Göstərilən dövrdə diri çəkidə 4752,2 ton ət, o cümlədən quş əti 2853,7 ton, süd istehsalı 9672,3 ton, yumurta istehsalı 2 milyon 842 min ədədə çatdırılmışdır.

Əkinçiliyə daha böyük önəm verən neftçalalılar taxıl əkin sahəsini xeyli genişləndirərək 42944 hektara çatdırmışdır. Sahələrdən yüksək məhsul götürmək məqsədi ilə melorativ tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. 336 kilometr suvarma kanalları, 52 kilometr kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 32 ədəd, kollektor-drenlərdə 36 ədəd hidrotexniki qurğular, 3 nasos stansiyası aqreqatları əsaslı cari təmir edilmişdir.

Neftçalalılar heyvandarlıq sahəsində nailiyyətlər qazanmışdır. 01 iyul 2013-cü il tarixə kimi burda iribuynuzluların sayı 42062 başa, qoyun keçilərin sayı 134555 başa çatdırılmışdır.

Fermer və sahibkarların texnikamineral gübrələrlə təminatını yaxşılaşdırmaq məqsədi ilə Neftçala "Aqroservis" filialının fəaliyyəti genişləndirilərək müxtəlif növ texnikaların sayı 127 ədədə çatdırılmışdır. Torpaq istifadəçilərinin mineral gübrələrlə təminatında irəliləyişlərə nail olunmuşdur.

Rayonun Xol bölgəsində 17 min hektardan yuxarı suvarılan əkin sahələrinin su ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar respublika rəhbərliyinin yaxından köməyi nəticəsində Kür çayından Xol zonasına 25 kilometr uzunluğunda "Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisi"nə 2006-cı ildə başlanmışdır. Bu kanalın tikintisi 2008-2015-ci illərdə Azərbaycan Respublikasında "Əhalinin ərzaq məhsulları ilə tam təminatına dair Dövlət Proqramı"na daxil edilmişdir. Kanalın 2008-2013-cü illər ərzində tikilib başa çatdırılması nəzərdə tutulmuşdur. Bununla əlaqədar 2006-cı ildə hal-hazıradək kanalın tikintisinə 7,8 milyon manat vəsait sərf olunmuşdur. Hazırda bu işlərin davam etdirilməsi üçün 2013-cü ildə kanalın tikintisinə 1 milyon 186 manat vəsait ayrılmış və bu həcmdə işlər həyata keçirilmişdir.

 

Göz oxşayan gözəllik

 

Haqqında danışdığımız müddət ərzində rayonda aparılan abadlıq-quruculuq işləri bir qədər də genişləndirilmişdir. Rayon İcra Hakimiyyəti rayon ərazisində təmir-tikinti və abadlıq işlərinin aparılmasını daim diqqətdə saxlamış, onların həyata keçirilməsində keyfiyyətə xüsusi diqqət vermişdir. Təmir-tikinti işlərinin görülməsinə, yol çəkilişinə 2 milyon 334,4 min manat, kommunalsair xidmətlər sahəsinə 1 milyon 959 min manat vəsait sərf olunmuşdur.

 

(ardı gələn sayımızda)

Səxavət Məmmədli

Ədalət.-2013.-11 oktyabr.-S.7.