QARABAĞDAN
DÜNYAYA
Bir il də ötüb keçdi, yaşadıq Qarabağsız,
Biz ki, "dözə bilməzdik" o dərəsiz, o dağsız.
Neçə uşaq yetimdir, neçə ana uşaqsız,
Yaşadız on səkkiz il, boyun əydik ah-vaya,
Səsimiz niyə çatmır Qarabağdan dünyaya?!
İgidlər öldürüldü, güllələndi arxadan,
Çoxu susub, danışmır bildiyini qorxudan.
Kimdir, nədir
görəsən bu milləti qorxudan?
Sən özün yardım eylə millətimə, Xudaya!
Qoy səsimiz
ucalsın Qarabağdan
dünyaya.
Bacarmadıq silaha sarılıb
şəhid olaq,
İl üstünə il
gəldi, dərd oldu qalaq-qalaq.
Özümüz özümüzü etməliyik daşqalaq,
Peyklər, raketlər uçur
bu gün ulduza, aya,
Bizim səsimiz
çatmır Qarabağdan
dünyaya.
Həm lal, həm kar,
həm topal, həm də dönüb kor olduq,
Ömrü boşa yaşadıq, qeyrətsiz, nankor olduq.
Vətən adı gələndə
taqət bitdi, yorulduq,
Ancaq ümid bağladıq gələcək ilə aya,
Necə
çıxsın səsimiz
Qarabağdan dünyaya...
GƏL ÖRT ÜRƏYİMİ,
ÇOX ÜŞÜYÜRƏM...
Xəyalın bu gecə qeybə çəkilib,
Fikrim zülmətləri
yarır, ha yarır.
Ulduzlardan
işıq əmən
gözlərim,
Aydan boylanaraq
səni axtarır.
Hara yoxa çıxdın, ey mələk üzlüm,
Gecənin bu dəmi tək qoydun məni,
Ey gecə kipriklim, ey bulud gözlüm,
Axtardığım yer qalmadı səni...
Bəlkə də yatmısan
yuxularımda,
Mən oyağam
deyə tapmıram səni.
Sən mənim qəlbimdən beynimə axıb
Gözümə salmısan eşqdən pərdəni.
Gəl,
yuxusuz gecəm eşqə boyansın,
İçimə dol gülüm, yorğun nəfəstək.
Canına,
qanına hopdur sevgimi,
Məni
nəfəs kimi içərinə çək...
Hər nəfəs alan
da yaşayır sanma,
O qədər yaşarkən
yaşamayan var.
Mən nəfəs yerinə ciyərlərimə
Eşqini çəkirəm, ey sevgili yar.
Gəl,
bu gecə məni tənha buraxma,
Xəyalını göndər sən gəlməsən də.
Gəl ört ürəyimi, çox üşüyürəm
Hər yarpaq titrəyib, hər meh əsəndə.
Sən gəl ki, gecə
də sübhə qovuşsun,
Zülmət də ağlayır sənsizlik ilə.
Kəlmələr uçuşur qulaqlarımda,
Sevirəm zülməti səssizliyilə...
Zülmət gecələri izsizliyilə...
DÖRD DİVAR
Harda duracaqdır ömür karvanım,
Son mənzilim harda
yerləşəcəkdir?!
Qəm,
kədər, düşüncə,
əzab dörd yanım,
Dördü dörd divartək birləşəcəkdir.
Birləşib sıxacaq, axacaq
qanım,
Qanım düşən yerdə gül bitəcəkdir.
O gülü üzəcək
könül sultanım,
Məzarım üstünə göndərəcəkdir...
ALIN YAZIM
Dünya
mənə qəhər
verdi,
Bal vermədi, zəhər verdi.
Sevinci bir təhər verdi,
Kədər oldu alın yazım.
Gərildikcə duyğularım,
Köklənmir məhəbbət tarım.
Çin
olmayır yuxularım,
Bu yuxunu hara yozum?!
Yaz gəlməmiş payız
olur,
Xəzan vurur, ömrüm solur.
Ürəyimdə pünhan qalır,
Xəyala
çevrilir arzum...
SƏNLƏ BAŞDAŞIM
Sən yalanı sevdin, mən səni sevdim,
Sən ondan qopmadın, məndə ki səndən.
Günbəgün böyüyən, artan
bu sevgim,
Yalana öyrəşdi
səni sevəndən.
Yalandan uzaq ol, uzaq
ol dedim,
Sən hər gün yalanla çıxdın qarşıma.
İndi
mən neyləyim, indi nə edim,
Hansı daşı salım dərdli başıma?!
Heç
nədir yanımda yağan yağışlar,
Yuyar bu dünyanı, yuyar göz yaşım.
Bəlkə də yalanı
onda bağışlar,
Üzbəüz qalanda sənlə
başdaşım...
ÜÇ DÜNYA
Həyatı anlayıb dərk
edəndə biz,
Bu dünya əbədi
deyil dedilər.
Sınaq
dünyasıdır yaşadığımız,
Yaxşılıq önündə əyil dedilər.
İnkar
olunmayan iki dünya var,
Sınaq və axirət adı daşıyan.
Axirət
günündə cənnətə
düşər,
Sınaq dünyasında təmiz yaşayan.
Lakin unudurlar, biz bu dünyaya
Başqa bir dünyadan ağlar gəlirik.
Süzmədən çeşməyə, axmadan çaya,
Sular da bulaqda çağlar, bilirik.
Bizi bu dünyaya gətirən zaman,
Birinci dünyadan
qoparır ana.
Qaranlıq bətndən, ilk dünyamızdan,
Sınaq dünyasına aparır ana.
Qonağıq burada beş
gün, on beş gün,
Ömür göz qırpımı, bir çaxım şimşək.
Dünyanı dünyadan ayırmaq
üçün,
Gərək çox öyrənib, çox kamilləşək.
Bir insan ömrünü bölüb
üç yerə.
Üç dünya bəxş etdi Yaradan bizə.
Öz əməlləriylə yol
alar hərə,
Sınaq
dünyasından axirətimizə...
SEVMƏK
Sevmək
ömrün boyu kölə olmaqdır,
Ağlaya-ağlaya saçı yolmaqdır.
Göy üzünü tutan qara buludtək,
Boşalıb, boşalıb bir də dolmaqdır.
Sevmək
sevdiyindən ayrı qalmaqdır,
Sevmək sevdiyini oda salmaqdır.
Öoynu
bükülmüş bir
bənövşətəki,
Möhnətdən saralıb hər
gün solmaqdır...
BİR ADDIMLIQ YOL
Sevgidən nifrətə yol
bircə addım,
Məsafə qısadır, getmək
nə çətin...
Mənim
sevgi üçün
alışan odum,
Çevrildi külünə acı nifrətin.
Sən xain çıxdın öz məhəbbətinə,
Dəyişdin sevgini şöhrətə,
şana.
Axı eşq yolunda düşsə çətinə,
Vicdansızlar belə gələr vicdana.
Gör sən nə itirdin, nəyi qazandın,
Bir düşün,
mənimtək sevən
olarmı?!
Ötəri hisslərçün eşqdən usandın,
Sənin mənliyində həya, ar varmı?
Yox gülüm, mən səni sevməməliydim,
Yansa da səninçün qəlbim
nə qədər.
Mən sənin yolunda qəddimi əydim,
Sən mənə
nə verdin? Dünyaca kədər.
Günah
səndə deyil, yox, yox məndədir,
Mən səni
ucaltdım öz gözlərimdə.
Öldürəndə deyil, səhv öləndədir,
Mən bunu demişdim öz sözlərimdə.
Ayrılmaq qismətmiş, ayrıldıq
gülüm.
Sanmıram yolumuz kəsişər bir də.
Mənə səadəti gətirən
ölüm,
Mən xoşbəxt olacam yalnız qəbirdə...
SULU GÖZLÜM
Mən bilmirəm sənsiz həyat mənim üçün olar necə,
Bilirəm ki, yaşaramsa gündüzlərim olar gecə.
Mən bilmirəm bu ürəyi necə oldun əsir aldın,
Bilirəm ki, əsirlikdə sevən qəlbi xəstə saldın.
Mən bilmirəm sən varikən sənsiz həyat nəyə gərək,
Bilirəm ki, bir an belə sənsizlikdə
çarpmaz ürək.
Mən bilirəm səni məndən aparan bu yollar nədir,
Bilirəm ki, getməyinçün hamısı boş bəhanədir.
Mən bilirəm varmı sənə mənsiz dünya, sulu gözlüm,
Bilirəm ki, sənsiz dünya yalnız röya, Sulu gözlüm...
SƏN SOYUQ
OLDUQCA
MƏN ODLANIRAM
Həyatın qəribə təzadları var,
Ürək dolan zaman dil-dodaq
susar.
Sən oldun qəlbimə sehrli açar,
Eşqini
ömrümün məğzi
sanıram,
Sən "soyuq
olduqca" mən
"odlanıram".
Fərqə bax! soyuqla
alov yan-yana,
Qəlbə eşq lazımdır,
qızına, yana.
Mən səni görürəm,
baxsam hayana,
Bəzən həqiqəti belə
danıram,
Sən "soyuq
olduqca" mən
"odlanıram".
Soyuqsan...
Soyuqdan soyuqsan mənə,
Ömrüm bürünübdür dumana, çənə,
Çox
təəssüf etsəm
də olub keçənə,
Köhnə xəyallarla qanadlanıram,
Sən "soyuq
olduqca" mən
"odlanıram".
Ramil MƏRZİLİ
Ədalət.-2013.-11 oktyabr.-S.6.