“Məmməd Araz poeziyası ruhumuzun poeziyasıdır”

 

Oktyabrın 14-də xalq şairi Məmməd Arazın 80 illik yubleyi qeyd olundu. Şairin Fəxri Xiyabandakı məzarı önündə reallaşan tədbirə Məmməd Araz ocağının dəyərli nümayəndələri ilə yanaşı millət vəkilləri,  şair sevərlər və ictimayyətin tanınmış simaları qatılmışdı. Millət vəkili       Aqil Abbas çair haqqında danışarkən qeyd etdi ki, Məmməd Araz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına yeni bir nəfəs gətirib. Onun sözlərinə görə, şair yaradıcılığında bir çox çalarlar cəmləşib ki, bütün bunlarda şairin daxilinin zənginliyindən xəbər virir. Təbdirdə çıxış edən AYB sədri Anar Məmməd Arazı tez itirdiyimiz üçün təəssüfləndiyini bildirdi. Onun sözlərinə görə, şair cismən aramızda olduğu zaman gözəl əsərlər yazıb: "Məmməd Araz yaradıcılığı illər ötdükcə yaşayacaq. O, bizim aramızdan cismən ayrılıb. Ruhən isə daim bizimlədir”. Şair haqqında bir sıra yazılar yazdığını bildirən Anar Məmməd Arazlı günlərinin həyatının ən xoş günü olduğunu diqqətə çatdırdı. Tədbirdə çıxış edən millət vəkili Nizami Cəfərov ədəbiyyat tarixində Məmməd Arazın yeri olduğunu dedi. Onun sözlərinə görə, Məmməd Arazın özünə məxsus üslubu zaman keçdikdən sonra daha da seviləcək: "Məmməd Araz bir məktəb yaratdı. Bu gün şairin məktəbindən layiqincə yararlanan şairlər ədəbiyyatımızda öz sözünü deməkdədir”. Millət vəkili Məmməd Araz irsinin, poeziyasının təhlilinə ehtiyac olduğunu bildirdi. Millət vəkili Musa Quliyev çıxışı zamanı Məmməd Arazın dövrünün ən böyük şairi olduğunu bildirdi. AYB katibi Rəşad Məcid şairin şerlərini dilə gətirdi. Məmməd Arazın poeziyasının zənginliyindən danışdı. Tədbirdə çıxış edən Məmməd Arazın qızı, yazıçı, publisist İradə Tuncay Məmməd Arazın 80 illik yubleyinin dövlət səviyyəsində keçirilməsi üçün prezident İlham Əliyevin imzaladını sərəncamı yüksək dəyərləndirdi. O, Prezident İlham Əliyevə təşəkkürlərini çatdırdı. Təbdirdə çıxış edən digər natiqlər Məmməd Araz yaradıcığı barəsində öz fikirlərini bölüşdülər.

 

Ədalət.-2013.-15 oktyabr.-S.5.