BÜTÜN FƏSİLLƏRİN GÖZƏL MƏKANI

Dağların qoynunda oxunan şərqi

 

Çoxları üçün turist mövsumu başa çatdı. Daxili turizmin də qələbəliyi hələ sentyabr bitmədən adi günlərə döndü. Bütün bunlara normal baxmaq gərəkdir. Ancaq respublikanın elə bölgələri də var ki, istək və zövqə görə, bütün fəsillərdə qonaq-qaralı olur, "peşəkar turistləri" cəlb edir. Məsələn, Şəkidəki Yuxarı Karvansaray qədim bir turizm obyekti kimi il uzunu dünyanın hər yerində sifarişlər götürür. Yaz-yay aylarındakı kimi olmasa da, hər halda boş qalmır, gəlib-gedənlər maraq göstərirlər.

Qəbələdə də belədir. Qaxda, Zaqatalada, Balakəndə də belədir. Əsas səbəblərdən biribudur ki, ölkənin şimal-qərb bölgəsində sosial-iqtisadi inkişafın yeni mərhələsi kimi, turizmin də yüksəlişinə önəm verilir. Təbiət gözəllikləri, qədim abidələrin çoxluğu, yeni otellər, istirahət evləri, müxtəlif təyinatlı turizm obyektləri... Bütün bunlar insanları indi bütün fəsillərdə özünə çəkir. Böyük Qafqazın cənub silsiləsinin təbiət möcüzələri və infrastruktur müasirliyi...

Bu yazıda bir-birindən gözəl olan bölgə rayonlarından Zaqatalanı seçmişik.

Görənləri ovsunlayan Zaqatala

Xüsusi bir səbəb yoxdur. Onda elə gəlin təbiətdən başlayaq. Uzun illər "pavilyon" adlanan Qax yolunun üstündə azacıq sola meyllənib beş-altı kilometr qət etməmiş, yaşıl bir tunellə düşürsən burada. Bu yol, bu tunel səni "qızıl güllər" diyarına, "bala Tiflisə", "kiçik Parisə"... aparır. Baxın, ucqar bir Azərbaycan rayonunun - Zaqatalanın həm də nə qədər fərqli adlandırılması, epitetləri də var. Hələ birini də mən tapmışam. Əgər buralarda bir dəniz də olsaydı, Zaqatala şəhərində çaşıb qalardın. Dağlar, meşələr, çaylar, küçələr, parkmeydanlar, müasir binalar, havadakı xoş qoxueyni zamanda yüngül nəmlik gözəl Soçini xatırladır. O Soçini ki, 2014-cü ildə Qış Olimpiya Oyunları bu şəhərdə keçiriləcək. Rusiyanın ən cənub ucqarında. Paradoksdur...

İndi payızın ortalarına doğru Zaqatala elə yaydakı kimi qonaq-qaralıdır... Yaradılmış infrastruktur mükəmməlliyi və hər fəslin öz gözəlliyi bu yerləri tanıyanları həmişə cəlb edir. Zaqatalanın tarixi abidələri və təbiət gözəllikləri ilə yanaşı, onun şəhər mədəniyyəti, qonaq (turist) qəbul edib xidmət göstərmək ənənəsi həmişə diqqət mərkəzində olub, onun bu özəlliklərini uzaqlara daşıyır. Yəqin elə çoxları məhz bu səbəblərə və ya mənim bilmədiyim başqa səbəblərə görə, bu şəhəri məşhur yerlərlə müqayisə edir.

Prioritet məsələ - turizmin inkişafı

Rayon mərkəzinin və bir çox kəndlərin müasirliyi təbiət gözəllikləri ilə qovuşub insanlara rahatlıq və sevinc bəxş edir. Bütün bunlar eyni zamanda əhalinin məşğulluğunda da mühüm rol oynayır. Rayon rəhbərliyi də digər məsələlərlə yanaşı, turizmin inkişafına da xüsusi əhəmiyyət verir. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə söhbətimiz zamanı deyir:

- Zaqatala onsuz da qonaq-qaralı yerdir. Burada həqiqətən turizm üçün gözəl şərait var. Ancaq biz çalışırıq ki, bu şəraiti daha da genişləndirib mümkün potensialları reallaşdıraq. Dünya təcrübəsinə əsaslanaraq qeyd etmək lazımdır ki, təbiətin bəxş etdikləri ilə kifayətlənmək azdır. Bu səbəbdən də məsələyə çox ciddi yanaşırıq. Çünki turizm qeyri-istehsal sahələrindən biri kimi yaxşı gəlir gətirir. Təbii ki, bütün infrastrukturlar, xidmət mədəniyyəti və digər sahələr yüksək səviyyədə qurulduqda. Regionda turizmin inkişafı rayonumuz, camaatımız üçün əlavə gəlir mənbəyidir. səbəbdən də bütün imkanlardan maksimum istifadə etməyə çalışırıq. Hər il elə yanvar ayından daxilixarici turistlərin qəbulu və onlara yüksək səviyyəli xidmət göstərilməsi üçün ciddi hazırlıq işləri görülür. Otellər, istirahət mərkəzləri, restoran və kafelər, rabitə, səhiyyə, digər istirahət strukturları üçün məxsusi planları tərtib olunur. Rayon mədəniyyət və turizm şöbəsi, idman və gənclər təşkitaları, internet klubları, Dövlət qoruğubaşqa təşkilatlar öz işlərini gündəlik olaraq bu istiqamət üzrə qururlar. Və beləcə Zaqatalanın turizm potensialı həm mövcud infrastruktur baxımından, həm də təşkilati-praktik baxımından mükəmməl səviyyəyə yaxınlaşır. Bütün bu məsələlərin daha üstün şəkil alması üçün rayonda geniş imkanlar yatarmışıq. Çünki bu sahənin inkişafı eyni zamanda dövlət maraqlarına xidmət edir...

Rayon ərazisində xeyli obyekt fəaliyyət göstərir. Bu obyektlər sırasında "Qafqaz", "İsoil", "Turqut", Olimpiya kompleksi, "Ləzzət" istirahət güşəsi və başqaları əsas yeri tuturlar. Obyektlərin hamısı müasir tələblərə cavab verir. Adı çəkilən obyektlər gün ərzində 800-1000 nəfər turisit qəbul etmək imkanına malikdir. Regionda güclü zəlzələ baş verməsinə baxmayaraq, bu il indiyədək rayon gələn turistlərin sayı 10000 nəfərə yaxındır.

İstirahət və turizm xəritəsindən...

Rayonun istirahət və turizm xəritəsinə nəzər saldıqda təbii ki, birinci olaraq Zaqatala şəhəri göz önünə gəlir və biz də bu gözəl şəhər haqqında xeyli söhbətlər açmışıq. Burada 1947-ci ildə salınmış şəhər parkının sahəsi 13 hektardır. Parkda 27 ağac növü vardır. Sonradan şəhər parkında geniş yenidənqurma işləri aparılmış, ümummilli liderimizin abidəsi ucaldılmış və rayon sakinlərinin arzusuna əsasən Heydər Əliyev parkı adlandırılmışdır. Park yerlilərin və qonaqların ən çox maraq göstərdikləri istirahəi məkanıdır. 2008-ci ildə qurulmuş Zərifə Əliyeva parkı da müasirlik baxımından bura gələnlərə zövq verir. Zaqatala şəhərində təbiətin möcüzəsi hesab edilən 750 yaşlı və gövdəsinin diametri 7 metr olan çinar ağacı Dədə Qorqud meydanındadır. El arasında "Qaqa düzü" pilləkənləri adlanan gözəl qurğular da bu meydanda yerləşir. Zaqalata tarix-mədəniyyət qoruğu, 1830-cu ildə inşa edilən Zaqatala qalasında yerləşir. Məşhur "Potyomkin" zirehli gəmisinin üsyançıları məhbus kimi məhz bu qalada saxlanılıb. Qala divarlarının eni 1,5 metrdir. Qalanın daxilində 20-dən çox yerli əhəmiyyətli tarixi abidə var. Zaqatala kəndlərinin - məşhur Car kəndinin, Qəbzdərə, Pərzivan, Yuxarı Qalabaşqa kəndlərinin təbiət gözəllikləri, tarixi abidələri turistləri özünə daha çox cəlb edən füsunkar məkanlardır.

Əsl qızıl payız nəfəsini, təbiətin əsl qızıl payız nəğmələrini və pıçıltılarını duymaq, görmək, eşitmək istəyənlər üçün bu günlər Zaqatala bənzərsiz bir dünyadır...

 

Məzahir ƏHMƏDOĞLU

ədalət.-2013.-19 oktyabr.-S.13.