"Əmir Teymur"un Almatada təqdimatı keçirildi

 

Qazaxıstanın Birinci Prezidentinin Fondu, bu ölkənin Yazıçılar İttifaqı Bakıdakı Mahmud Qaşqari Fondu ilə birgə yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun Almatıda rus dilində çap olunmuş "Əmir Teymur" romanının təqdimatını keçirib.

Adalet.az-ın məlumatına görə, təqdimat mərasimində ədəbiyyat, mədəniyyət incəsənət xadimləri, şair yazıçılar, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.

Tədbiri Qazaxıstan Yazıçılar İttifaqı (QYİ) sədrinin müavini Berik Şaxanov açaraq Yunus Oğuzun yaradıcılığı haqqında məlumat verib, "Əmir Teymur" romanının tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, indiyədək Yunus Oğuzun "Atilla" pyesi, "Nadir şah", "Təhmasib şah" "Qədim türklər pasionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında", "Türkün tarixinə yeni baxış", "Qədim Anadolu Azərbaycan türkləri" digər kitabları çap olunub. 2010-cu ildə "Nadir şah", "Təhmasib şah", "Atilla" "Qədim türklər pasionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında" kitabları Türkiyədə böyük tirajla çap edilib. QYİ-nın katibi Məlik Otorbaça, yazıçı Gülzad Mirzaxmedova Yunus Oğuzu bir alim yazıçı kimi təhlil edib, əsərlərinin əhəmiyyətindən danışıblar. Bakıdan gəlmiş şair Elxan Zal Qaraxanlı Almatıdakı "Oğuz" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qərib Məmmədov ədəbi əlaqələrimizin inkişaf səviyyəsindən bəhs edib Azərbaycan yazıçılarının əsərlərinin Qazaxıstanda, qazax yazıçılarının yaradıcılıq nümunələrinin isə Azərbaycanda çap edilməsini müsbət hal kimi dəyərləndiriblər. Yunus Oğuz kitabın nəşrinə görə minnətdarlıq edib, əsər üzərindəki işindən danışıb.

Sonra "Əmir Teymur" kitabını imza mərasimi olub. Xatırladaq ki, yazıçı publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun əsərləri bir sıra ölkələrin dilinə geniş tirajla tərcümə olunaraq yayılıb. Elə bu yaxınlarda onun "Əmir Teymur" adlı iki cildliyi ("Əmir Teymur zirvəyə doğru", "Əmir Teymur dünyanın hakimi") Türkiyə Respublikasında Türkiyə türkcəsində çap olunub. Sözügedən kitabların çapını "İleri" nəşriyyatı həyata keçirib. Nəşrlər Hüseyn Adıgözəllinin tərcüməsində reallaşıb. Y. Oğuzun "Qədim Anadolu Azərbaycan türkləri", "Türkün tarixinə yeni bir baxış", "Atilla", "Nadir Şah", "Təhmasib Şah", "Türkün gizli tarixi", "Əmir Teymur zirvəyə doğru", "Qədim Türklər passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında", "Əmir Teymur-dünyanın hakimi" digər kitabları türk rus dillərində çap edilib. Onlardan "Hadir şah", "Təhmasib şah", "Attila", "Qədim Türklər passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında", "Türkün tarixinə yeni bir baxış" kitabları türk dilində işıq üzü görüb.

 

Ədalət.-2013.-19 oktyabr.-S.8.