İllərin qanadında
Gecənin sükutunu iti addımlarla şütüyən ayaq səsləri pozurdu. Bu addımlar sanki ölümlə çarpışan kimisə həyata qaytarmağa, sönmüş bir ümidi yaşatmağa tələsirdi.
Əməliyyat otağında hər şey hazır idi. Bir anda cərrahi formasını geyinib, həmişə olduğu kimi köməkçi tibb işçilərinə lazımi məsləhətlərini verib diqqətli və cəld olmağı tapşırdı.
Əməliyyat gecə saat üçdə başa çatdı. Xəstənin vəziyyəti ağır idi. Arterial təziq düşür, nəbzi getdikcə zəifləyirdi. Sabahı xəstə ilə birlikdə açdı. Gənc cərrah kabinetə girərkən əsl Azərbaycan qadınına məxsus nurani, agsaçlı qadının intizar dolu baxışları gözündən yayınmadı.
Başına dönüm oğul, beş bacının bir qardaşıdır mənim balam. Qıyma evimin işığı sönsün. Bu söz həkimi bir anda fikrindən ayırıb, onu uzaqlara, lap uzaqlara apardı. O, dərin sükuta getmişdi. Ananın səsi isə qulaqlarında hey deyirdi:
- Beş bacının bir qardaşıdır, qıyma evimin işığı sönsün.
Tək qardaşın bacı ücün necə arxa, dayaq, əlcatmaz varlıq olduğunu sanki indi bildi, duydu, hiss etdi həkim. Axı, o da səkkiz bacının tək qardaşı idi.
Çalışdığı illər ərzində bu cür hallar çox olub İlham həkimin həyatında. Deyir kiçik yaşlarımda anam, bacılarım, qohumlar mümkün olmayan şeyləri də mənim üçün etməyə çalışırdılar. Laçın musiqi məktəbində tar sinifində oxuyan vaxtlar, tarı sinəmə götürüb çalanda anam sevincdən bilmirdi neyləsin. Bacılarım mənə tarzən deyirdilər. Atam isə deyirdi: - Mənim arzum bu balaca tarzəni həkim görməkdir.
El arasında belə
bir deyim var. Ata alqışını, arzusunu,
istəyini bəzən
daha tez eşidir ulu tanrı. Elə bu ata arzusu da gənc
İlhamı 1983-cü ildə
Azərbaycan Dövlət
Tibb İnstitutuna gətirib çıxardı.
Orta məktəbdə oxuduğu
dərsliklərdə müəllif
kimi yadında qalan alimlərin geniş auditoriyalarda tələbələr qarşısında
mühazirə oxuduqlarını
görəndə sevinci,
fərəhi yerə-göyə
sığmırdı.
Ömür mənalı keçəndə
insan illərin necə sürətlə ötdüyünü hiss etmir.
Mənalı ömür isə
hamıya müyəssər
olmur. Belə ömrü yaşayanlar
el üçün, millət
üçün, cəmiyyət
üçün dəyərli
insanlar olur, qəlblərdə əbədi
heykələ dönürlər.
İlham həkimin özü kimi, onun da
qəlbində, xəyalında
canlı heykələ
dönən, xalqın
yolunda şair demişkən, şam kimi əriyən insanlar çoxdur. Onlar yaşatdıqları adamlara
sanki ömürlərindən
pay verirlər. Özləri isə yaşadıqca ətrafa gur işıq saçırlar.
Bəli,
həkimlərin insanlara
bəxş etdiyi ömür bax belə işıqlı, nurlu, parlaqdır.
İnsan onu əhatə edən cəmiyyətdən
də əvvəl ailədə yetişir, özünü tanıyır
və qələcək
həyat yolunu düzgün müəyyənləşdirə
bilir. İlham Kazımov hələ
tibb inistitutunun üçüncü kursunu
bitirdikdən sonra, orta tibb işçisi
kimi xəstəxanaların
təcili yardım şöbələrində işləməyə
başlayır. İnstitutu
fərqlənmə ilə
bitirib, 1989-90-cı illərdə
Bakı şəhərindəki
beş nömrəli
xəstəxanada həkim-cərrah
ixtisası üzrə
internatura keçərək
akademik Böyükkişi
Ağayevin rəhbərlik
etdiyi "Elmi Tədqiqat Qastroluterologiya"
institutunda fəaliyyətə
başlayır.
İnsan arzunun qanadlarında pərvazlanır deyiblər. Dünya şöhrətli
bir alimin yanında işləməyin
özü böyük
xoşbəxtlikdir. Ulu tanrı
bunu hər adamın taleyinə yazmır. İlham Kazımov da
tanrının taleyinə
yazdığı bu xoşbəxtliyin izi ilə getdi.
Tapşırılan isə məsuliyyətlə
yanaşması, həkimlərlə
ünsiyyəti, hər
şeydən əvvəl
yüksək mədəniyyəti,
etikası, səmimiyyəti,
peşəsinə olan
marağı akademik Böyükkişi Ağayevin
diqqətindən yayınmadı. Alimin böyüklüyü
onun sadəliyində,
səmimiliyində, insanlara
diqqət və qayğı göstərməyində,
alicənablığındadır.
Akademik, İlham
Kazımova namizədlik
dissertasiyası yazmağı
məsləhət bilib,
elmi rəhbərliyi öz üzərinə götürdü.
Gənc aspirant gecə-gündüz çalışır,
oxuyur, öyrənir, elmin dərinliklərinə
baş vuraraq, sanki qanad açıb
uçmaq istəyirdi. Deyir ki,
1991-cı ilin sentyabr ayı ən yadda qalan gündür
onun üçün.
Sərbəst cərrahi əməliyyatı
ilk dəfə onda edib. 1993-cü ildə isə böyük və çətin əməliyyatlar
aparmaq etibar olunub ona. İndiyə
kimi 1500-dək cərrahiyyə
əməliyyatı aparıb
İlham həkim.
İllər bir-birini əvəz etdikcə sevinc və həyəcan dolu günlər yaxınlaşırdı. Budur, həmin
gün gəlib çatdı. 1996-cı ilin noyabr ayı.
Vaxtı
ilə təhsil aldığı Azərbaycan
Dövlət Tibb İnstitutunun akt zalı. Elmi şuranın üzvləri,
alimlər əyləşiblər.
Hamının diqqəti tribunada
təmkinlə danışan
dissertanta dikilmişdi.
Həmin
gün onun həyatında yeni günəş doğdu.
Elə bir günəş ki, onun şöləsi
elmin gələcək
yollarını daha da işıqlandıracaqdı.
Bulağın suyu dərindən çıxırsa, qurumaz,
deyib babalar. Tibb elmləri
namizədi, alimlik dərəcəsinə layiq
görülən İlham
Kazımovun içində
sanki bir enerji, vulkan qaynayırdı. Bu enerjini Böyükkişi
Ağayev kimi alimdən almışdı.
Moskvadakı Rusiya Xalqlar Dostluğu Universitetində
"müxtəlif mənşəli
qastroduodeual xoraların
qanaxmalarının cərrahi
müalicəsi" mövzusunda
elmlər doktorluğu
müdafiə etmək
üçün mövzu
götürüb işləməyə
başladı. 2008-ci ildə
bu elm ocağında müdafiə etdiyi doktorluq işi, həmin ilin ən yaxşı dissertasiyası diplomuna da layiq görüldü.
Bundan sonra ömrünün daha qaynar cağları başlayır. Moskvada, Kiyevdə, Türkiyədə,
Alma-atada, İsfahanda və dünyanın bir sıra şəhərlərində
beynəlxalq elmi konfranslarda, simpoziumlarda iştirak edib fəxri diplomlara layiq görüldü.
Söhbət əsnasında İlham Kazımov böyük razılıqla bildirdi ki, bu günədək
əldə etdiyim bütün elmi nailiyyətlərə görə
akademik Böyükkişi
Ağayevə minnətdaram. Həkim deantologiyası,
xəstələrə qulluq,
onlarla davranış,
hər xəstəyə
psixoloji təsir etməklə, onları həkimin dediklərinə
inandırmaq kimi hallar mənə bu böyük alimdən keçibdir.
Peşəkar cərrah
kimi formalaşmağında
rəhmətlik akademik
Vahid Əliyevin, professor Surxay Hadıyevin böyük əməyi olubdur.
Xalqını sevən həkim onu həmişə sağlam və xoşbəxt görməlidir. Sağlam adamların
düşüncəsi saf,
əməlləri təmiz
olur. Adamların sağlam olması
cəmiyyətimizin saflaşmasına,
möhkəmlənməsinə müsbət təsir göstərir. Əhalinin sağlam
olması dövlətimizin
möhkəmlənməsi, qüdrətinin artması
deməkdir.
Hazırda Elmi-Tədqiqat Qastroluterologiya
İnstitutunun akademik M.A.Topçubaşov adına
Elmi-Cərrahiyyə Mərkəzində
"mədə, on iki
barmaq bağırsaq cərrahlığı" şöbəsinin
müdiri işləyən
İlham Kazımov həm də Elmi-Cərrahiyyə Mərkəzinin
nəzdində fəaliyyət
göstərən dissertasiya
şurasının elmi
katibidir. İki nəfər dissertantı
var. Üç övlad
atasıdır. İki qızı,
bir oğlu var. Qızları Firuzə və Günel atalarının yolunu seçərək Azərbaycan
Tibb Universitetində, oğlu Tural isə gənc istedadlar litseyinin yeddinci sinifində oxuyur.
Ailə xoşbəxtliyi insan ömrünün bəzəyidir. Bu xoşbəxtlik işığını
İlham Kazımovun evində yandıran özünün dediyi kimi, bacıları və ömür-gün yoldaşı Arzu xanım olub.
...Bacılarım mənə həm ana, həm də həmkar olublar. İndinin özündə də körpə uşaq kimi əzizləyirlər məni. Böyük bacım Fatma və Fəridə həm də müəllimim olublar. Həyat yoldaşım çətinlikləri mənimlə birgə yaşayıb. Arxa, dayaq olub, maddi çətinliklərə dözüb, mənəvi güc verib mənə, qoymayıb elmi işim yarımçıq qalsın. Bax, beləcə Laçından Bakıya gələn bir gənç illərin qanadında uçaraq bu ünvanı gəzdiyi ölkələrdə tanıtdı. Özü isə dünya şöhrətli alimlərlə çiyin-çiyinə dayandı.
Vaqif Şükürov
Ədalət.-2013.-24 oktyabr.-S.6.