Zaman yaşadacaq
Azərbaycanı!
Qazana
boy tutub, boylayıb gedib,
Beyrəyə toy tutub toylayıb
gedib,
Qaraca çobanı haylayıb gedib,
Eldən
ayrılmayıb elin ozanı,
Ozan yaşadacaq Azərbaycanı!
Koroğlu qocalıb, nərəsi
qalıb,
Nəsimi
soyulub, dərisi qalıb,
Babəkin qol boyda yarası qalıb,
Əsrlər ötsə də,
kəsilmir qanı,
O qan yaşadacaq Azərbaycanı!
Füzuli
sevgidən öncədi
burda,
Müşfiq açılmamış qönçədi burda,
Vurğun
bənövşədən incədi burda,
Bu günsə Fikrətdir sözün sultanı,
Sultan yaşadacaq Azərbaycanı!
Rəşid həyatını səsinə
verdi,
Qədir
ürəyimdə ağrıyan
yerdi,
Deşir
sinəsini millətin
dərdi,
Hıçqırır, hönkürür
Habil kamanı,
Kaman yaşadacaq Azərbaycanı!
Qoşqarı, Kəpəzi, Dəlidağı
var,
Hər dağın döşündə
min oylağı var,
Yağılar əlində Qarabağı
var,
Səsindən asıblar Şuşada
Xanı,
O Xan yaşadacaq Azərbaycanı!
Cəng
üçün "cəngi"lər
çalınacaqdır,
Düşmən at belindən salınacaqdır,
Bu yurdun qisası alınacaqdır,
Uzaqda deyildir intiqam anı,
O an yaşadacaq Azərbaycanı,
Zaman yaşadacaq Azərbaycanı!
Azərbaycanı
Saraylar bəzəyir qızılquş
kimi
Dam üstə dam olan Azərbaycanı,
Kordur o gözlər ki, görə bilməyir
Zülmətdə şam olan Azərbaycanı.
Haçan şimşəyini çaxan
görürəm,
Tanrını səmadan baxan görürəm,
Dünyanı yandıran, yaxan
görürəm
Alovu vam olan Azərbaycanı.
Bülbüllər ötüşür qoynunda hər an,
Yoxdur yağılara, yadlara aman,
Böyük zəfərlərə yetirir zaman
Gözündə kam olan Azərbaycanı.
Yaxşı ki, bu yerdə ömür-gün
sürdüm,
Hüsnünün nurunda əridi dərdim,
Nifrət
üzərinə şığıyan
gördüm,
Sevgiyə ram olan Azərbaycanı.
Mirdamət, çən kimi
çəkildikcə qəm,
Sevinc nəğmələri bəstələr
qələm,
Parçalaya bilməz, tökülsə
aləm
Qəlbimdə tam olan Azərbaycanı.
Getmisən
Ayaq izlərinə dalğa baş çəkir,
Dəniz
yoxluğuna inanmır
amma,
Getdiyin yollara lalə göz dikir,
Nərgiz yoxluğuna inanmır amma.
Ayrılıq günündən ötsə
də ay, il,
Könlüm o sevgini unudan deyil,
Sözünlə bəzənib cilvələnir
dil,
Ağız yoxluğuna inanmır amma.
Getmisən, büsbütün dəyişib
aləm,
Bir də o çağlara qayıda biləm,
Sənin
həsrətindən hey yazır
qələm,
Kağız yoxluğuna inanmır amma.
Ağ atın nurunda
Allah, ağ atların
gözləri qanmı,
Başları aşağı əyilmir
daha,
Torpağın çəkdiyi acılardanmı
Otu da zəhərdir, yeyilmir daha?!
Müəllif
Gəzirdim elləri dost sorağında,
Neçə qəhrəmanlar yadıma
düşdü,
Gördüm ağ atları yol qırağında,
Ağ atlı oğlanlar
yadıma düşdü.
Yenə
ağ atlardır,
hüsnü mübarək,
Yurdun incisi də, yurdun zəri də,
Günəş dan yerinə yetişənədək
Ağ atlar ağardır üfüqləri
də.
Qoyar gözlərində muradlarını,
Alar qisasımı yadellilərdən,
Odlar diyarının ağ
atlarını
Bəyaz şimşəklərə bənzədirəm
mən.
Çıxar çiyinlərdən qoşa qanadlar,
Uçar
vətənimin ər
balaları,
Bir az da səbrini bassa ağ atlar,
Görə biləcəklər Nərbalaları.
Haqq özü açacaq düyünləri də,
Qisas qiyamətə qalmaz, bu haqdır-
Anam Qarabağa ağ
günləri də,
Ağ atlı oğlanlar
qaytaracaqdır.
Xalqım
haqqın kölgəsinə
sığınıb,
Acı tarix deyil, şirin
çağdır o,
Qır atın belində aradığını,
Ağ atın nurunda tapacaqdır o!
Məni
Haqqın
danışan diliyəm,
Axıra
saxlayıb məni,
Gözəgörünməz tellərlə
Özünə bağlayıb məni.
Hər gündə bir hala çəkib,
Huşumu
xəyala çəkib,
Sevinclə sığala çəkib,
Kədərlə dağlayıb məni.
Dua oxuya-oxuya,
Dalıb
bir həzin duyğuya,
Getsəm
əbədi yuxuya,
Oyatma, ağlayıb
məni.
Mən dayanıram
Dolub səbr kasam siləbəsilə,
Payızın yerini qış
alıbdımı,
Vaxt ötür ildırım sürəti ilə,
Zamanın qaytanı boşalıbdımı?!
Zirvədən dərəyə yellənən
daşam,
Demə
oylağını tərk
et, əzizim,
Bir-birinə dəyir səhərlə
axşam,
Vaxtın sayğacını bərkit,
əzizim.
Nə bir qış soyudur, nə yay isidir,
Mayak tək alışıb sönən eşqimi,
Ayır
şəbəkədən yer kürəsini,
Bəsdir fırlandığı karusel
kimi.
Səmadan gah yağış,
gah da qar
enir,
Tapmır
qaranquşlar qonmağa
aman,
Məni
qınamayın, başım
hərlənir
Ayların-illərin vıyıltısından.
Arana-yaylağa qibtə edirəm,
Səngimir dərədə dağların
seli,
Sürət qatarında yolmu
gedirəm,
Dağıdır saçımı zamanın
yeli.
Əqrəbəm, günləri saya
bilirəm,
Yoxdur yerişimin bundan yeyini,
Nə ömrün dadını duya bilirəm,
Nə günün
görürəm gözəlliyini.
Bir anda boy atan ağaca
bir bax,
Bir gündə yetişir bar da, bəhər də,
Dünən atasıyla gördüyüm
uşaq
Bu gün uşağıyla
gəzir şəhərdə.
Baş daramağa da vaxt tapmır adam,
Ox yaydan çıxmamış
dəyir hədəfə,
Altmış üç yaşında
köç edən atam
Məndən ahıl idi altmış
üç dəfə.
Mən sizdən savayı kimə ərk edim,
Elə tutaşmışam, elə
yanıram,
Ya vaxtın ipini çəkib bərkidin,
Ya sizə
yaxşı yol, mən dayanıram.
Qələt eləmədik dünyaya
gəldik
Doğmalar qaldılar qaya qaşında,
Aranı,
yaylağı verdilər
yada,
Yerimiz göründü məclis
başında,
Otura bilmədik ayağında da,
Nə urvata mindik, nə saya gəldik,
Qələt eləmədik dünyaya gəldik.
Neçə maneəni əyib
yıxsaq da,
Ləngidik, yolları daşlar
alanda,
Səhər açılanda yola
çıxsaq da,
Yetişdik mənzilə qaş
qaralanda,
Beş qarışlıq yolu bir aya gəldik,
Qələt eləmədik dünyaya gəldik.
Həyat
saçımıza dən
ələdikcə,
Haqqın
dolaylarda boğuldu səsi,
Göylərin sahibi səbr elədikcə,
Artırdı hökmünü yerin
yiyəsi,
O taydan qovulduq, bu taya gəldik,
Qələt eləmədik dünyaya gəldik.
Vurulduq,
yar olduq biz təbiətə,
Dağaydı, düzəydi ehtiyacımız,
Meylimiz yoxuydu vara-dövlətə,
Sazaydı, sözəydi ehtiyacımız,
Damla götürməyə dəryaya
gəldik,
Qələt eləmədik dünyaya gəldik.
Günəş öz nurunun hər zərrəsini
Sancdı
bir ürəyə dan söküləndə,
Tanrı
bəxş etsə də yer kürəsini,
Qıymadı bir qarış
torpağı bəndə,
Qəzaya
uğradıq, bəlaya
gəldik,
Qələt eləmədik dünyaya gəldik.
Mirdamət ƏZİZ
Ədalət.-2013.-24 oktyabr.-S.7.