Cəlilabad - Taleyini
günəş yazır bu diyarın
Cəlilabad rayonu ölkədə aparılan genişmiqyaslı işlərdə öndə gedir. Son illər rayonda həyata keçirilən işlər, sosial-iqtisadi sahədəki inkişaf uğurların təsadüfi olmadığını sübut edir. Rayon İcra Hakimiyyətində işlərin gedişi tez-tez müzakirə olunur, qarşıya çıxan problemlərin həlli üçün operativ qərarlar qəbul edilir.
2013-cü ilin birinci yarısındakı sosial-inkişafın yekunlarını təhlil edəndə Cəlilabadın bütün sahələrdə inkişaf etdiyini görmək mümkündü.
Üz ağardan
üzüm
Cəlilabadın aqrar sahədə əldə etdiyi nəticələr sevinməyə əsas verir. Rayonda üzümçülüyün inkişaf etdirilməsinə xüsusi diqqət ayrılır. Bu diqqətin sayəsində bağların ümumi sahəsi 1500 hektara çatdırılıb. Bağların yüksək səviyyədə becərilməsi, müalicə-profilaktika işlərinin vaxtında və düzgün aparılması öz müsbət təsirini göstərib. "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün İnkişafına dair Dövlət Proqramı"na uyğun olaraq rayonda bir sıra işlərin görülməsi nəzərdə tutulub. Dadlı üzümü ilə tanınan Cəlilabadda üzüm sahələrinin 5700 hektara çatdırılması planlaşdırılır. Calaq üzüm əkin materialları müəssisəsi, Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun rayondakı dayaq məntəqəsi Dövlət Proqramının həlli istiqamətində mühüm addımlar atmaq üçün lazımi tədbirlər həyata keçirir. Rayon rəhbərliyi qarşıya qoyulan bu mühüm vəzifənin uğurla yerinə yetiriləcəyinə əmindir.
Rayon üçün ənənəvi sahə sayılan taxılçılığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılıb. Taxıl sahələrinin itkisiz və vaxtında biçilməsinə nail olunub. 71018 hektar zəminin hamısı biçilib. Hər hektardan 20,1 sentner məhsul götürülüb. Cəlilabadda 142745 ton taxıl tədarük olunması işlərin yaxşı təşkil edilməsindən xəbər verir.
Bu ilin 6 ayı ərzində 78100 ton kartof, 1291 ton tərəvəz, 418 ton meyvə, 308 ton bostan və digər kənd təsərrüfatı məhsulları istehsal olunub. Tarlalara aqrotexniki qaydada qulluq edilməsi, 3370 ton gübrənin satılması sahələr üzrə məhsuldarlığın artmasına və nəticədə ərzaq bolluğunun yaranmasına gətirib çıxarıb.
Yetişdirilən məhsulun saxlanılması üçün tədbirlər həyata keçirilib, taxıl anbarları, soyuducu kameraları tikilib kənd zəhmətkeşlərinin ixtiyarına verilib. Sahibkarlar üçün yaradılan münbit şəraitin nəticəsində paytaxtdakı kənd təsərrüfatı yarmarkalarına 35 adda keyfiyyətli məhsul çıxarılıb.
Cəlilabadda heyvandarlığın
inkişafına da xüsusi
önəm verilir. Bu ilin 6 ayı ərzində 9200
ton ət, 50985 ton süd,
15 milyon 217 min yumurta istehsal olunub. Ötən ilin eyni dövrü
ilə müqayisədə
bütün göstəricilərdə
artım göz önündədi.
Yol hamar, məqsəd aydın
Rayon sakinləri, yolu
bu gözəl və bərəkətli diyardan düşənlər
Cəlilabadın son illər
necə dəyişdiyinin
şahidi olurlar. Müsbətə doğru dəyişiklik elə bu rayonun
yollarından başlayır.
Cəlilabadın təkcə mərkəzi
küçələrinə deyil, ucqar dağ
kəndlərinə aparan
yollarına da asfalt döşənir.
Yolların yenidən qurulması istiqamətində
böyük həcmli
işlər görülüb
və bu proses ilboyu davam
edir.
Ələt-Astara magistral yolunun Cəlilabaddan keçən
hissəsində təmir
işləri aparılıb,
yol kənarında yaşıllığın salınmasına
xüsusi diqqət göstərilib. 24 min əhalisi
olan və 14 yaşayış məntəqəsini
əhatə edən
17 kilometrlik Cəlilabad-Hamarqışlaq-Sadatlı
yolunun tikintisi başa çatmaq üzrədir.
Cəlilabad-Astanlı-Cəngan-Soltankənd, Göytəpə-Komanlı, Cəlilabad-Soltankənd,
Təklə-Boyxanlı, Şiləvəngə-Adnalı,
Muğan-Söyüdlü-Maşlıq, Əliqasımlı-Üçtəpə yollarının yüksək
səviyyədə təmir
olunması nəzərdə
tutulub.
Cəlilabad Rayon İcra Hakimiyyətinin
başçısı Əziz
Əzizov yol infrastrukturunun inkişafına
önəm verilməsini
təsadüfi saymır:
"Cəlilabadda yolların
salınması, təmiri
və bərpası
ilk gündən bizim üçün prioritet məsələlərdən biri
olub. Dövlət başçısı cənab İlham Əliyev Nazirlər Kabinetinin toplantısında
bu sahəyə diqqət ayrılmasını
bir vəzifə kimi qarşıya qoyub. Ölkə rəhbərinin dediyi
kimi, yol həyat, inkişaf, rahatlıq deməkdir.
Kənd yollarının tikintisi sırf sosial xarakter daşıyır.
Çünki yol olmasa heç bir tərəqqidən, turizmin
inkişafından söhbət
gedə bilməz.
Bizim Cəlilabadda bu sahəyə gündəlik
diqqət ayrılır
və çox böyük işlər görülür. Necə deyərlər,
yollarımız hamar,
məqsədimiz aydındır".
(Davamı qəzetimizin növbəti
sayında)
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2013.-24 oktyabr.-S.7.