OQTAY XALLOĞLU

İnsan Mənzərələri

 

3-cü yazı

"ZARINCI"

 

İllər zülümlə ötüb gedirdi. Nə baharın əlvan çiçəklərlə gəlişi, nə isti, qızmar yay genləri, nə solğun bənizli payız fəsli, nə də hirsli, hikkəli qış ayları öz növraqları ilə onun gözünə görünmür, hər xoş gününün, hər şaqraq gülüşünün içində yuvalanmış Vəzzühə dərdini bircə an belə unuda bilmirdi.

Vəzzuhənin son görüşdə söylədiyi o ağır, fil dizini bükəcək qədər ağır təklifi, nəvazişlə söylədiyi öyüd-nəsihəti köz olub ürəyinin içinə dolmuşdu. Tam əminliklə söylədiyi o məsləhətləşməsi tez-tez qulaqlarında çingildəyir, bir an belə onu rahat buraxmırdı: " Qurbanın olum, məni nə qədər sevdiyini bilirəm. Bu bir tale qədəriydi başımıza gəldi. Yazıya pozu yoxdur, ömrüm-günüm. Allahın verdiklərinə şükür eyləmək lazımdı, bundan ağır dərdlər də var, sən çəkmə, mən çəkməyim, bəs bu dərdləri kimə versin, qurban olduğum?"g Bu yerdə Oqtay belinə bağladığı tapança kimi açılmışdı: " Qurban olduğumun bizə yazığı gəlmədimi? Hansı günahlarımıza görə bizi bu günlərə saldı? Bundan böyük dərdmi olar? Allahımız necə qıydı o gözü yaşlı balalarımıza, bu müqəddəs sevgimizə, bu xoşbəxt ailəmizə necə qıydi?"- dyib, hayqırtılarla yumruğunu divara çırpmağa başladı.

Gözlərində yaş gilələri donub qalmış Vəzzühə heyrətlə onun çılğın hərəkətlərinə tamaşa edirdi, onu necə sakitləşdirəcəyini bilmirdi.

-Məni bağışla, Allahım! Özün bilən məsləhətdi- deyib, yenə də Vəzzuhənin yanındaca çarpayıya oturdu, sevgilisinin gözlərində donmuş yaşı sildi, yanaqlarını ovucarının içinə alıb, qəm dolu baxışlarına qarışdı.

-Mən çox götür- qoy eləmişəmg-Vəzzühənin dodaqları səyridi, üst dodağını dişləri ilə çeynəyərək hönkürməkdən özünü saxlzmağa çalışdı, söz dodaqlarında kilidlənib qaldı.

-Nəyi götür qoy etmisən?- deyib maraqla onun ağlamaqdan qızarmış xumar gözlərinə baxdı.

-Sağ olsunlar, Altay gil uşaqlara yaxşı baxırlr, Səfurə bacıma çox minnətdaram, balalarıma anadan yaxşı qulluq edir. Amma onların da öz ailələri, uşaqları var. Onlara da yazığım gəlir. Artıq iki ildir ki, elə sən də zülümlər içindəsən, nə yeməyin məlumdu, nə geyməyin məlumdug

-Bizdən heç nigarançılığın olmasın , gözümün nuru, bizim dərdimiz ancaq sənsən, sənin dərdindi bizi üzən, əzab verən. Uşaqlar böyüyəcək, Safura da qıraq ha deyil, öz dayım qızıdı, uşaqlara anadan da əzizdi. Sən belə şeylərdən nigaran olma.

-Yox, Oqtay, fikrimdə qətiyəm! Sən hökmən evlənməlisən!

-Nəəə!! Sən nələr söyləyirsən? Başına atmı təpdi, nə dediyindən xəbərin varmı?...

Oqtayın əllərindən bərk-bərk tutmuş Vəzzuhə daha ciddi görkəm aldı, yarı yalvarıcı, yarı amiranə səslə:

-Başa düş, daha məndən sənə arvad, uşaqlara ana olan deyil. Daşı ətəyindən tök. Mən halallıq verirəm, bir halal süd əmmişini tapıb evlən. Amma bircə xahişim olacaq, çalış eləsi ilə evlən ki, sonsuz olsun, yəni səndən uşağı olsa, mənim uşaqlarıma ana kimi baxa bilməyəcək. Nə qədər insan adam olsa belə döğma balasına nəvazişi artıq edəcək, bundan da bizim balalarımızın bağrı şan-şan olacaq.

Gözləri yerindəcə donub qalmış Oqtay onu eşitmirdi, fikri xəyalı harasa uçub getmişdi sanki.

-Bunun başqa yolu yoxdu, mehribanım. Sənə də qayğı lazımdı, hələ nə yaşın var ki. Onsuz da bilirəm məni, tək məni sevirsən. Amma alacağın qadını da sevməlisən. Sev, onu da sev, ancaq məni unutma- deyib hönkürməyə başladı bu başı bəlalı, dili nəvalı xanımg

Düz deyirdi Vəzzuhə xanım. Amma Oqtay evlənməyi heç ağlına belə gətirmirdi. Onun fikri-zikri, ancaq ömurlük yataq dustağına çevrilmiş Vəzzuhəsi idi.

Qohum-əqrabaların, dost-tanışların, ələlxüsus da Vəzzuhənin davamlı xahişləri onu yola gətirdi. Qızı Aişə məktəbə getməliydi, Ataş da böyüdükcə qayğıları da böyüyürdü, Altayın da Sərdarı, Ülkəri ayaq açıb yeriyidilər, Safura xnım nə qədər böyük ürək, mərifət sahibi olsa da qarğaşa altında sıxılırdı, nə qədər fədəkar olsa belə, öz ailəsinə də qayğılar göstərməliydi. Birdə ki, ailəsində azad olmağın yerini heç nə ilə əvəz etmək olmaz. Bunu Oqtay da hiss edirdiçox çətin də olsa bu işə razılaşdı.

Goranboyun hərbi komissarı olduğundan elə oradaca soraqlaşıb axtardı, Vəzzuhənin arzularına rəğmən, gözəl bir xanımla,- Nafilə xanımla ailə həyatı qurdu.

Allah bir tərəfdən bağlayanda bir tərəfdən açırmış. Hafilə xanım həlim xasiyyəti, intellekt səviyyəsi, insani keyfiyyətləriylə Vəzzuhə xanımın arzu etdiyi bir anaya çevrildi. Uşaqlar ona isnişdi, ana qayğılarını hiss edib, hətta onu ana deyib çağırdılar. Vəzzuhə heç bundan darılmadı, əksinə sevindi ki, uşaqlarına əsil ana qayğısı göstərən bir insan tapıldı. Hafilə xanım əsil nəcabət sahibi olduğundan öncə Vəzzühədən halallıq almış, onun xeyirduasıyla Oqtayla ailə qurmuşdu. Sonralar da Oqtaya qoşularaq hər bayramda, elə ara günlərdə də Vəzzuhəyə baş çəkər, özü ona ayrıca hədiyyələr alıb, bacı nəvaşini ondan əsirgəmədi.

Oqtayın həyatında hər şey axarına düşməyə başladı, günü- gündən rütbəsi böyüdü, Daşkəsən payonuna hərbi komissar təyin olundu.

Başdan- başa eşqlə yoğrulmuşdu xəmiri bu qeyriadi türk kişisinin. Son illər bir-birimizə bağlandığımızdan tez-tez mənə zəng edərdi, Akifin, Məmmədin kefini, halını sorardı. Günlərin birində yenə zəng etmişdi:

-Ayə, ay Dəmidçioğlu, bir elə yerdə oturmuşam ki, buludlar məndən aşağıdadı. Gülün bülbülə necə naz etməyini, bülbülün necə cəh-cəhlər vurduğunu, çiçəklərin, böcəklərin nələr söylədiklərini eşitmək istəyirsənsə dəlilərini də başına cəm elə, gəl bu Daşkəsən dağlarına, Xoşbulaq yaylağına.- sonra əlavə edib- Ayə bildik ki sən Dəmirçoğlusan, bə sizin Koroğlunuz kimdi?

Dodağım qaçdı, gülümsəyərək:

-Koroğlu dağların belində, buludlardan yuxarılarda olar- dedim.

İroniyamı anlayıb güldü:

-Başınhaqqı düz deyirsən. Səni baş dəli seçmişəm, o biri dəlilərinidə başına cəm elə gəl bu yanlara. Ayə, bircə yol o kərəsgədən qıfcınmağı da bacarın dana. Başın haqqı buraların ayrı gözəlliyi var, yubanmadan səfər edin g

Hardaydı bizdə o təpər. Özü demiş, kərəsgəmizdən* qıfcınıb çıxa bilmirdik. Günlərin birində özü gəldi Bakıya. Hamımızı cəm edib dedi ki, qardaşlar, sizdən koroğlu dəliləri çıxmaz, gəlin qonaqlığınızı elə buralardaca verim. Amma sizlərdən bir iltimasım olacaq. Eşitdiyimə görə bir kamil aşıq peyda olub, kasetinə də qulaq asmışam. Haxvəkili ustad aşığa oxşayır. Cahangir Gədəbəylini deyirəm, onu da məclisimizə dəvət edin, həm tanış olaq, həmdə mənim aşığımla deyişdirək.

Yazımın ön hissəsində də qeyd etmişdim. İt boğuşdurmaq, at ötəşdirmək, adam güləşdirmək, xoruz döyüşdürmək və həmişə də qalib olmaq onun həyat kredosuna çevrilmişdi.

İndi də Aşıq Cahangirlə, Aşıq Qəribi döş-döşə gətirmək nuyətindəydi.

- Amma bu işi aşıqlar bilməsin, xətirlərinə dəyər. Sadəcə siz onu mənim məclisimə dəvət edin, özüm hər ikisini imtahandan keçirəcəm- deyib, görüşəcəyimiz yeri- Sumqayıt yolunun kənarlarında qatarlaşmış kababxanaların birinin ünvanını söylədi.

Məclis üzvləri cəm olmuşduq, Məmməd ilqar, Akif Səməd, mən bəndəniz, Mahal, Ceyhunbir neçə yaxın dostları. Qərib qara köynəkli sazını köynəyindən çıxarıb bir tərəfə çəkilərək kökləyirdi.

Bu ara Aşıq Cahangir "Qaz 21" Volqasını ağacın kölgəliyinə verib sazını da götürərək bizə yaxınlaşdı. Məmmədlə, Akiflə, mənimlə görüşüb öpüşdü, (bizi yaxından tanıyırdı) qalanlar ilə əl verib görüşdü.

Oqtay Cahangirin əlini buraxmadan özünə tərəf çəkdi:

-Ustad, səni göydə gəzirdim, yerdə əlimə düşmüsən. Adımı eşitmiş olarsan Oqtay Xalloğluyam.

Oqtay adını eşidən Cahangir:

-Ayə elə məndə səni tütyə kimi gəzirdim, a Xalloğlu. Sənin "Layla de layla sözləriyin vurğunlarından biri də mənəm.-deyib, Oqtayla qucaqlaşıb öpüşdülər.

Bu ara Qərib bizə yaxınlaşdı. Qiyabi olaraq bir-birini tanısalarda, iki böyük sənətkar heç üz-üzə gəlməyiblərmiş. Onlar da qucaqlaşıb görüşdülər və nəhayət gözlənilən anlar gəlib çıxdı.

Belə məclislərdə ömrünün ən xoşbəxt günlərini yaşayırdı Xalloğlu Oqtay. Xərclədiyi pulun qərəlini bilməz, ruhu sonsuz səmalarda dolaşar, könlü səməndər quşu kimi al-əlvan rənglərə qərd olardı.

Məclis canlandıqca aşıqlarda döş-döşə verərək sazın ciyrini sökür, gah boz qurdlar kimi ulaşır, kah ac aslanlar kimi heykirir, gah Cununa, gah Kərəmə, gah Qəribə, gah da Dədə Koroğluya dönürdülər. Hər ikisi kamil aşıq olduğundan Oqtayın bütün sifarişlərinin öhdəsindən gəlirlər, "Sultanıdan" "Sallama kərəmiyə" ," Bənmənidən" "Paşaköcdüyə", "Çuxurobadan" "Osmanlı divanicinə" və s. sadalamaqla tükənməyən ən qədim saz havalarını növbəylə oxuyur, heç biri o birinə təslim olmaq istəmirdilər.

Daş qayaya rast gəlmişdi. Oqtay hökmən qalib olmalıydı və Cahangir Gədəbəlini məğlub etmək isə çox müşgül məsələ idi.

Məclisin sonunda son imtahan olaraq "Zarıncı" havasını hər iki aşıq ifa etməli oldu. Etiraf etməliyik ki, Aşıq Cahangir bu havanın ən yaxşı ifaçısı kimi tanınır və Aşıq Qəribin "Zarıncısı"-sı İncə yoluyla ifa olunduğundan və həm də Cahangir qonağımız olduğundan bu havanın qalibini Cahangiri elan etdidedi:

-Hər ikinizə eşq olsun, qalib Cahangir oldu, amma Cahangir Qərib ola bilməz.

Təbii bu onun seçimiydi və hər iki ustadımız yəqin o günləri xatırlayacaqlar.

 

* Kərəsgə-qoyunlar üçün taxtadan düzəldilmiş arakəsmə

 

Məmməd Dəmirçioğlunun təqdimatında

Ədalət.-2013.-26 oktyabr.-S.10.