Lənkəranda limon
sarı
Onu Səməd Vurğun
da vəsf edib
(Əvvəli ötən sayımızda)
Dünyanın istənilən nöqtəsində,
o cümlədən də
Azərbaycanda insanların
həyat şəraiti,
sosial durumu xüsusi əhəmiyyət
kəsb edir. Ölkənin durumu gözdən keçiriləndə məhz
bu məqam xüsusi ilə qabardılır. Yəni
iqtisadi cəhətdən
təmin olunmaq, problemlərdən qismən
də olsa, can qurtarmaq hər bir insanın özəl arzusudur və bütün həyatının da çox böyük hissəsini məhz buna həsr edir. Elə ona görə
də ölkəmizdə
Azərbaycan prezidenti İlham Əliyev cənablarının bilavasitə
tapşırığı və nəzarəti altında paytaxtla yanaşı, regionların
da inkişaf etdirilməsinə davamlı
və həm də tələb edilən bir şəkildə diqqət
göstərilir. Burada məqsəd
şəhərlə kənd,
bölgəylə paytaxt
arasında fərqləri
minimumua endirmək, insanların sosial durumunu yüksəltməkdir.
Bax elə Lənkəranda, yəni bu Cənub bölgəmizdə
də ölkə prezidentinin tələblərinə
diqqətlə yanaşılır
və onun yerinə yetirilməsinə
çalışırlar. Biz bu bölgədə olarkən ilk öncə şəhərdəki, küçədəki
yollara, ümumiyyətlə,
Lənkəranda aparılan
tikinti-abadlıq işlərinə
diqqət yetirdik.
Bir az
da dəqiq desək, görülən
işlər, abadlıq
özü bizim diqqətimizi çəkdi.
Bir qəribə deyim var. Belə deyirlər ki, "abad kənd yolundan tanınar". Məhz
Lənkəranda küçə
və yolların abadlaşdırılması və
bu məqsədlə də xüsusi bir plan hazırlanması
son dərəcə diqqətçəkəndir.
Təsadüfi deyil ki, bölgənin yollarını abadlaşdırmaq,
çaylar üzərində
körpülər tikmək,
eləcə də zəruri olan yerlərlə keçidlərin
inşa edilməsi bu gün Lənkəranda
heç kimi təəccübləndirmir və
adamlar bilirlər ki, ölkə rəhbərliyinin və yerli icra strukturlarının
məqsədi onların
qayğısına qalmaqdır.
Təkcə təmir- tikinti, abadlıq işlərinin icra strukturlarında olan layihələrinə,
smeta sənədlərinə
göz yetirəndə
aydın olur ki, bu gün
Lənkəranda doğrudan
da çox böyük işlər görülür. Həmin işlərin sırasında
Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, Regional müalicə diaqnostika mərkəzi, çay fabriki, konserv zavodu, tikiş fabriki, Pal süd və eləcə "Paldat" dondurma zavodları dediklərimizə
bariz bir nümunədir. Təsəvvür edin ki, bu gün əyalətdə
çay fabriki, tikiş fabriki, konserv zavodu və digər müəssisələr fəaliyyət
göstərirsə, bu,
artıq xeyli sayda insanın işlə təmin edilməsi, özünün
sosial durumunun yaxşılaşdırılması baxımından çox gözəl nümunədir.
Üstəlik bu gün Lənkəranda Mərkəzi Xəstəxanının
nəzdində Perinital
mərkəz, uşaq
poliknikası, əlillərin
regional bərpa mərkəzi
də fəaliyyət
göstərir ki, bunların da hər birində kadrların çalışması
üçün normal iş
şəraiti yardılıbdı.
Lənkəranda olan səhiyyə
işçiləri məhz
bu dövlət qayğısı nəticəsində
region əhalisinin sağlamlığının
keşiyində dayana bilir.
Onu da xatırladım ki, Lənkəranda Xalq Sənətkarlığı
Şəhərciyi, dənizkənarı
bulvar, Qarabağ müharibəsi əliləri
və şəhid ailələri üçün
çoxlu sayda evlər, binalar tikilmiş, həmin kateqoriyadan olan insanların qəzalı vəziyyətdə olan evlərinin təmir və bərpası üçün də müəyyən işlər
görülmüşdü. Ümumiyyətlə, Lənkəranda tikinti-abadlıq işləri
demək olar ki, günün tələbləri səviyyəsində
qurulmuşdu. Ona
görə də şəhərdə tikilmiş
Heydər Əliyev Muzeyi, müasir standartlara cavab verən Regional Boks Təlim Mərkəzi, Uşaq evi, Dram Teatrı, Şəhidlərin
ruhuna ehtiram əlaməti olaraq tikilmiş "Dairəvi qala" tarixi kompleksi sözün əsl mənasında bu şəhərin yaraşığı, bəzəyidir.
Bəli,
bu gün turistlərin davamlı olaraq üz tutduğu Lənkəranda
hər kəsin istirahət edə biləcəyi və tələbatını ödəyəcək
keyfiyyətdə olan
5 hotel, həmin sayda istirahət mərkəzi,
çoxlu poçt və elektron tipli ATS-lər fəaliyyət göstərir.
Bax, bu tikinti-abadlıq da Lənkəranın simasını hər gün dəyişir, hər gün gözəlləşdirir. Gözəlləşən Lənkəranda tikilən
körpülər, eləcə
də genişləndirilən,
davamlığı artırılan
yollar da öz növbəsində
əlavə bir rahatlıq, dinclik gətirir.
Təbii
ki, paytaxda, eləcə də böyük şəhərlərdə
bölgələrə nisbətən
iş və iş yerləri çox böyükdür.
Lakin Azərbaycan prezidentinin imzaladığı
Regionların İnkişafına
dair Dövlət Proraqımının layihəsi
çərçivəsində bu gün Lənkəranda
xeyli iş yeri açılmışdır.
Həmin iş yerləri həm regionda sosial durumu yaxşılaşdırıb,
həm də regionun iqtisadi gücünü, qüdrətini
artırır. Təkcə onu
xatırlatmaq lazımdır
ki, Lənkərandakı
tikiş fabriki, çay fabriki, konserv zavodu öz məhsulları ilə artıq istehsal olunduğu bölgənin sərhədlərini
çoxdan keçib.
Təbii
Lənkəran çayının
sorağı çox-çox
uzaqlara gedib çatıbdır. Deməli, bu
müəssisələrdə çalışan insanların
qabiliyyəti, gücü
öz bəhrəsini
veribdi.
Onu da xatırladım ki, Lənkəranda aparılan
tikinti, təmir işlərində çalışan
insanların da sosial durumu yaxşılaşmaq
istiqamətində irəliləyir. Yəni, yolların,
körpülərin, binaların,
eləcə də digər obyektlərin tikintisində çalışan
əmək adamları
öncədən zəhmətlərinin
haqqını ala biləcəklərinə
tam əmindirlər. Elə şəhərin
xüsusi yaraşığından
biri olan Heydər Əliyev prospektindəki mənzərələri
seyr etmək bu bölgədə işlərin necə getməsini hər kəsə özü-özlüyündə
deyir.
Cənub mirvarisi olan Lənkəranda tikilən
"Gilan" konserv zavodu, "Pal-FOOD" MMC-nin
dondurma zavodu, "Gilan -TEA" MMC-yə məxsus çay fabriki də bu bölgədə aparılan uğurlu iqtisadi siyasətin bəhrəsidir. Yerli sahibkarların və
dövlət sifarişlərinin
bəhrəsi olan tikinti işləri Lənkəranda bu gün də davam etdirilir. Təkcə onu demək yerinə düşər ki, Lənkərada məktəb binalarının
tikintisinə, təmirinə,
bərpasına, səhiyyə
ocaqlarının yenidən
qurulmasına çox
böyük qayğı
və diqqətlə yanaşılır. Burada mövcud
olan tikinti təşkilatlarının yaxından
iştirakı ilə
görülən bütün
işlərdə yeri
materiallardan da istifadə edilir və həm də bölgəyə məxsus arxitektura dəyərlərindən də
tikintidə yararlanırlar.
Göründüyü kimi, Lənkəranda bu gün böyük
coşqu ilə görülən işlərin
bünövrəsində xüsusi
olaraq, qeyd olunan regionların inkişafına dair dövlət proqramı dayanır. Məhz bu proqrama əsaslanaraq, region üçün
inkişaf proqramı hazırlayan yerli icra strukturları demək olar ki, Lənkəranda həyatın bütün
sahələrini öz
nəzarətlərinə götürə
biliblər. Ona görə də istər təhsil, səhiyyə sahəsi üçün önəmli
olan binaların tikintisi, istərsə də digər sosial obyektlərin inşa edilməsi, park və bulvarların yenidən qurulması yerli sakinlərin ürəyindən xəbər
verir.
Bu gün Lənkərandakı
Heydər Əliyevin adını daşıyan,
Ulu Öndərimizin xidmətlərini hər gün nəzərə çarparaq xatırladan xatirə parkında yerli sakinlərin və qonaqların istirahəti üçün
kifayət qədər
işlər görülmüşdür. Həmin işlərin
sırasında yaşıllaşdırma,
müxtəlif qurğuların
qurulması, fəvvarə,
müasir elektrik dirəkləri və digər zəruri işlər çox yüksək bir səviyyədə görülmüşdür.
Diqqətçəkən məqamlardan biri
də odur ki, Lənkəranda görülən bütün
işlərə yerli
icra strukturlarının
rəhbərləri, ziyalılar,
ağsaqqalar diqqətlə
yanaşır, çatışmazlıqların
dərhal və yerində aradan qaldırılmasına öz
töhfələrini verirlər.
Bəli, bu gün KİV-ə dəstək fondunun ayırdığı vəsait hesabına özünün layihəsini davam etdirən "Ədalət" qəzeti Azərbaycanın bu cənub bölgəsində çox maraqlı məqamların şahidi oldu. Biz gördük ki, paytaxtımız kimi, Azərbaycanın bir parçası olan Lənkəran da necə qurulur, tikilir, necə inkişaf edir. Təbii ki, bundan qürur duyuruq. Bu qürurun mayasında bizim azərbaycanlı olmağımız və bir də Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndərimizin layiqli davamçısı prezidentimiz İlham Əliyev cənablarının Azərbaycanımıza, xalqımıza sevgisi və qayğısı dayanırdı. Tam əminliklə demək olar ki, bu diqqət və qayğı bizi yeni-yeni uğurlara və qələbələrə aparacaq. Lənkəranın və bütövlükdə Azərbaycanın ən gözəl günləri hələ öndədir.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2013.-26 oktyabr.-S.12.