Azərbaycanda Beynəlxalq Konfrans
öz işinə başladı
Bakıda Central Park Hoteldə
"Dünyanın dağlıq regionlarında turizmin
davamlı inkişafı üçün dağ idman növlərinin
Qafqaz nümunəsində mühüm rolu mövzusunda Beynəlxalq
Konfrans işinə başlayıb.
Adalet.az xəbər verir ki, 3 sessiyada təşkil olunan konfransın 1-ci sessiyası "Davamlı dağ turizmi: tarix və nailiyyətlər, 2-ci sessiyası "Dağ turizminin inkişaf perspektivlərinə baxış, 3-cü sessiyası isə "Dağlıq ərazilərin bioloji müxtəlifliyi, mühafizə metodları və prinsipləri adlanır.
Konfransda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti, Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov, IDEA Kampaniyasının layihə direktoru Anara İsmayılova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Quba rayon icra başçısının birinci müavini Yusif Abidov, Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının (UIAA) Dağların Mühafizəsi Komissiyasının Prezidenti xanım Linda Makmillan, Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının Vitse prezidenti Peter Farkas, Geoloji kəşfiyyat üzrə beynəlxalq ekspert Roni Qalaher və digər mötəbər şəxslər iştirak edir.
Konfransda nüfuzlu beynəlxalq mütəxəssislər, yerli dövlət qurumlarının, elmi tədqiqat idarələrinin, tədris müəssislərinin, vətəndaş cəmiyyətinin nümayəndələri, alimlər "Dağların mühafizəsinin təşviqində UIAA-nın beynəlxalq rolu, "Dünyanın dağlıq regionlarının mühafizəsində dağçıların tarixi rolu, "Dağların Mühafizəsi Mükafatının ilham mənbəyi, inkişafı və hədəfləri, "Dağ idman növləri və dağ ekoturizminin inkişafı ilə ətraf mühitin mühafizəsi arasında balansın saxlanılması, "Qubada dağ turizminin inkişafı üçün geniş imkanlar, "Yüksək dağlıq ərazilərdə turizm və ətraf mühit, "Şahdağ Milli Parkının qayayadırmanma idmanı və ekoturizm sahəsində potensialı və s. mövzularda çıxış edəcəklər.
Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyanın "Dağların Mühafizəsi Mükafatı ("Mountain Protection Award) proqramı çərçivəsində təşkil olunan Beynəlxalq Konfrans oktyabrın 26-dək işini davam etdirəcək.
Xatırladaq ki, "Dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolu mövzusunda Beynəlxalq Konfrans Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyanın (UIAA) təşəbbüsü, IDEA Kampaniyası, Qərb Universiteti, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) birgə təşkilatçılığı ilə keçirilir.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının3 sessiyada təşkil olunan konfransın 1-ci sessiyası "Davamlı dağ turizmi: tarix və nailiyyətlər, 2-ci sessiyası "Dağ turizminin inkişaf perspektivlərinə baxış, 3-cü sessiyası isə "Dağlıq ərazilərin bioloji müxtəlifliyi, mühafizə metodları və prinsipləri adlanır. Konfransda Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov, Gənclər və İdman Naziri Azad Rəhimov, IDEA Kampaniyasının layihə direktoru Anara İsmayılova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Quba rayon icra başçısının birinci müavini Yusif Abidov, Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının (UIAA) Dağların Mühafizəsi Komissiyasının Prezidenti xanım Linda Makmillan, Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının Vitse prezidenti Peter Farkas, Geoloji kəşfiyyat üzrə beynəlxalq ekspert Roni Qalaher və digər mötəbər şəxslər iştirak edir.
Konfransda nüfuzlu beynəlxalq mütəxəssislər, yerli dövlət qurumlarının, elmi tədqiqat idarələrinin, tədris müəssislərinin, vətəndaş cəmiyyətinin nümayəndələri, alimlər "Dağların mühafizəsinin təşviqində UIAA-nın beynəlxalq rolu, "Dünyanın dağlıq regionlarının mühafizəsində dağçıların tarixi rolu, "Dağların Mühafizəsi Mükafatının ilham mənbəyi, inkişafı və hədəfləri, "Dağ idman növləri və dağ ekoturizminin inkişafı ilə ətraf mühitin mühafizəsi arasında balansın saxlanılması, "Qubada dağ turizminin inkişafı üçün geniş imkanlar, "Yüksək dağlıq ərazilərdə turizm və ətraf mühit, "Şahdağ Milli Parkının qayayadırmanma idmanı və ekoturizm sahəsində potensialı və s. mövzularda çıxış edəcəklər.
Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyanın "Dağların Mühafizəsi Mükafatı ("Mountain Protection Award) proqramı çərçivəsində təşkil olunan Beynəlxalq Konfrans oktyabrın 26-dək işini davam etdirəcək.
Xatırladaq ki,
"Dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz
nümunəsində mühüm rolu mövzusunda Beynəlxalq
Konfrans Dağçılıq və
Dırmanma üzrə Beynəlxalq Federasiyanın (UIAA) təşəbbüsü,
IDEA Kampaniyası, Qərb Universiteti, Azərbaycan
Dağçılıq və Ekstremal
İdman Növləri Federasiyaları
Assosiasiyası və Azərbaycan Hava və
Ekstremal İdman
Növləri Federasiyasının (FAİREX) birgə təşkilatçılığı
ilə keçirilir
Ədalət.-2013.-25 oktyabr.-S.5.