BÖYÜK ŞƏHƏRDƏ BÖYÜK İŞLƏR GÖRÜLÜR

 

Prezident: "əminəm ki, dinamik inkişaf gələcəkdə də özünü göstərəcək..."

 

Nazirlər Kabinetinin 2013-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edən cənab Prezident demişdir: "Deyə bilərəm ki, doqquz ay çox uğurlu keçdi, qarşımızda duran bütün vəzifələr icra edildi. Azərbaycan iqtisadiyyatı bu il uğurla inkişaf edirbu dinamik inkişaf əminəm ki, gələcək illərdə də özünü göstərəcəkdir".

Dövlət başçısı 2013-cu ilin 9 ayında Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini, bu müddət ərzində kənd təsərrüfatının təxminən 5 faiz, qeyri-neft sektorunun 10,4 faiz, əhalinin pul gəlirlərinin 7,6 faiz artdığını, inflyasiyanın 2,3 faiz olduğunu bildirmişdir. Cənab Prezidentimiz Dövlət İnvestisiya Proqramının və ölkənin sənaye potensialının möhkəmləndiyini, iqtisadiyyatın şaxələndirilməsi və ölkəmizin rəqabətə davamlı olması ilə əlaqələndirmişdir.

Oktyabrın 9-da ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçirilmişdir. Prezident postu uğrunda 10 namizəd mübarizə aparmışdır. İlkin nəticələrə görə, yüksək seçici fəallığı ilə keçən səsvermədə səsvermə hüququ olan 5 milyon 164 min 345 seçicinin 3 milyon 723 min 544-ü və yaxud 72,1 faizi səs vermişdir. Min məntəqədə quraşdırılmış veb-kameralar səsvermənin gedişini onlayn izləməyə imkan vermişdir.

Azərbaycan Respublikası Prezidentinin seçkiləri Şəkidə də demokratik və seçicilərin fəallığı şəraitində uğurla keçirilmişdir. Seçkilərin gedişini müxtəlif siyasi partiyaları təmsil edən yerli, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu, MDB Parlamentlərarası Assambleyası və ABŞ səfirliyini təmsil edən xarici müşahidəçilər izləmişlər.

Şəkinin Azərbaycan tarixində xüsusi yeri var

Şəki Şəhər İcra Hakimiyyətinin Başçısı Elxan Üsubov 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə dair məruzəsində demişdir:

- Qeyd etmək istəyirəm ki, bu ilin avqust ayı şəhərimiz üçün olduqca əlamətdar hadisələrlə zəngin olmuşdur. Avqust ayının 14-də cənab Prezidentimiz İlham Əliyev Şəkiyə səfər etmişdir. Dövlətimizin başçısı Şəkidə umummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun açılışında iştirak etmiş, əsaslı təmirdən sonra istifadəyə verilən XVIII əsrə aid tarix-memarlıq abidəsi - "Şəki xanlarının evi" Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Dövlətimizin başçısı Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir "Şəkinin Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Şəki Azərbaycanda deyə bilərəm yəqin ki, bölgədə dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Burada əlbəttə ki, təbiət memarlıq, qədim tarixi binalar, Şəkinin şəhərsalma qaydaları gözəl bir mənzərə, bir vəhdət yaradır. Təsadüfi deyil ki, Şəkinin mədəniyyəti ilə maraqlananların sayı getdikcə artır. Həm daxili turizm artır, həm xaricdən gələn qonaqların sayı. Şəkinin tarixi o qədər zəngindir ki, bu tarixə nəyisə əlavə etməyə ehtiyac yoxdur. Yəni, bu tarix qorunmalıdır. Əlbəttə, yeni binaların tikilməsi lazımdır. Çünki hər bir şəhərdə olduğu kimi, burada da yeni binalar tikilməlidir. Qədim üslubda tikilməlidir ki, bu, Şəkinin özünəməxsus simasına ziyan vurmasın. Amma görürəm, şəhərin tarixi mərkəzində, bax, bu bərpa işləri çox böyük zövqlə həssaslıqla aparılır ki, Şəkinin nadir şəhərsalma ansamblını qoruyaq. Biz bunu bərabər edəcəyik".

Azərbaycan Respublikası Prezidenti 20 avqust 2013-cü ildə Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə 2 Sərəncam imzalamışdır. Qeyd etmək istəyirəm ki, cənab Prezidentimiz 2011- 2013 ildə Şəkiyə 4 dəfə səfər etmiş, bu səfərlər zamanı 13 obyektin açılışında təməlqoyma mərasimlərində iştirak etmişdir. Qısa müddətdə Şəkinin sosial - iqtisadi inkişafı ilə bağlı 6 Sərəncam imzalanmışdır. Bu bir daha onu göstərir ki, cənab Prezidentimiz bütün tarixi şəhərlərə, o cümlədən, şəhərimizə böyük qayğı diqqət göstərir. Mən bir daha bütün şəkililər adından hörmətli Prezidentimizə Şəkiyə şəkililərə göstərdiyi diqqət qayğıya görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2013.-29 oktyabr.-S.7.