GERİYƏ BAXANDA. İKİNCİ DÖNƏM: HÜSEYNAĞA ATAKİŞİYEV

REJİSSOR HÜSEYNAĞA ATAKİŞİYEV HANSI QƏZETLƏRİ OXUYARDI

 

Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA, QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. GERİYƏ BAXANDA proyektimizin İKİNCİ DÖNƏMində də ömrün müəyyən məqamları öz yazılarımla birlikdə, zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda da son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.

Bu gözəl şairi (əslində bilmirəm onun gözəl şair olmağından qayınanasının xəbəri var, ya yox) Qulu Ağsəsi (bəxtəvərin nə gözəl Soyadı, yəni FAMİLYASI var) qayınanası çox istəmiş olmalı ki, gəlib bir günorta yeməyinin üstündə çıxdı o zaman və nə illah elədiksə bizimlə bir tikə kəsmədi və bəhanəsi də bu oldu ki, vallah vaxtım yoxdu və üstəlik də əlavə elədi: yazıları oxumalıyam.

O zaman işlədiyi "Xalq Cəbhəsi"qəzetini nəzərdə tuturdusonra bir-iki dəfə də dedi ki, bəs, Tofiq, nə vaxt yazı verirsən.

Bu həmən Qulu Ağsəs idi ki, bir zamanlar "Avropa" qəzetində işləyirdi və mən də İstanbuldan təzə gəlmişdim. Onlara bir yazı göndərdim emaillə və o yazı onun əlinə keçdimi, keçmədimi bilmirəm, yada xoşlarına gəlmədi bəlkə də, yazının nə öldüsünün xəbərini ala bildim, nə də türklər demiş dəyərləndirilməsinin.

Yox dəyərləndirilməməsinin, yəni çap olunmamasının xəbərini bildim. Çünki qəzet bağlandı və mən də əlimi üzdüm o yazıdan.

... və sonra mən "Qobustan" toplusunda işə alındım və bir sorğu keçirdim, bu müxalif qəzetlərin sənət şöbələrinin başçıları ilə. Bəxtə bax ki, mənim suallarıma cavab verənlərdən biri bu Qulu Ağsəs olduo qədər maraqlı cavablar vermişdi ki, həqiqətən vergülünə və nöqtəsinə toxunmadan eləcə də çap elədik. Amma məsələn, mənim yerimə kim olsaydı Qulunun bir neçə sözü ona toxunardı. Vallah mənə ləzzət eləmişdi onun bu sərbəstliyi, SƏRMƏSTLİYİ yox ha SƏRBƏSTLİYİ...

o zaman mənim o yazıma soyuq yanaşanindi məndən yazı istəyən Qulu Ağsəs haqqında o fikirdə deyiləm ki, məğlub olunmuş durumdadır və mən də qalib gəlmiş durumda, yox inanın ki, elə bir iddiam yox. Amma Qulu Ağsəs mənə deyəndə ki, bəs nə zaman yazı verirsən, o günə qədər mən daha yazı yazmağı düşünmürdüm, ən azından Qulunun işlədiyi qəzet üçün düşünmürdüm və hər dəfə də yazı yazanda deyirəm: bu son yazım olacaq (bütün qəzetlər üçün) amma son olmur və mən də bir neçə vaxt idi ki, bir yazı yazmağı düşünürdüm, bu yazı da olacaqdı gözəl rejissor Hüseynağa Atakişiyev haqqında, onun rejissorluğu haqqında olmayacaqdı bu yazı, təbii buna da toxunacaqdım, amma bu yazı tamam başqa bir səpgidə olacaqdı. Adını da tapmışdım. Beləydi adı:

"REJİSSOR HÜSEYNAĞA ATAKİŞİYEV HANSI QƏZETLƏRİ OXUYUR".

Zaman o zaman idi... O zaman ki, Hüseynağa sağ idi. Yuxarıda indicə oxuduğunuz başlıq da göydən düşmə deyildi, yox, mən bu metroyla işə gedəndə bir neçə dəfə Hüseynağa Atakişiyevlə birlikdə bir stansiyada düşmüşdük, Sahil stansiyasında bir-birimizi görsək görməməzliyə vururduq (mən şəxsən onu müşahidə eləyirdim, onun məni görüb-görməməyini deyə bilmərəm) bu müşahidələrim zamanı onun hansı qəzeti aldığını da müşahidə eləyirdim. Amma Hüseynağa bəy qəzeti alan kim elə bükürdü ki, mən onun adını belə görmürdüm hətta bir gün yanaşdım qəzet satana, soruşdum: qardaş, sən bu qəzet alanı tanıyırsanmı? Adam bir gücəndi, iki gücəndi mən ona kömək elədim. , - odu, - dedi soruşdum ki, bu adam hər gün sizdən qəzet alır, o hansı qəzetdir?

Qəzetin adını dedi əlavə etdi: aradabir "Xalq Cəbhəsi" qəzetini alır.

Bunu mən görmüşdüm.

O birisinin adını deməyə ehtiyac yoxdur. Aramızda qalsın.

Təbii, mən Hüseynağa müəllimin hansı qəzeti oxuduğunu tutuquşu kimi yazan deyildim, bu fonda bir şeylər yazacaqdım...Yazmağı düşünürdüm, bu xətrini çox istədiyim Elçin Qaraçuxayla bu məsələ barədə dərdləşəndə dedi: "Vallah, Tofiq, mən məsləhət görmürəm".

"Tamam, canım", - dedim. əlavə elədim: Xanəmir demşkən: "problem yox".

Amma problem vardı. Problem bu idi ki, MƏNİM BİR YAZIM ÖLMÜŞDÜ ARTIQ mən o yazını daha yaza bilməyəcəkdim.

(Bir gün yenə Sahil metrosundan çıxanda Hüseynağa bəyə bu istəyimi dedimi o da dedi: "yaxşı eləyib, elə deyib").

onu da deyim ki, mən bir gün Hüseynağa bəyin arxasınca yavaş-yavaş yürüyüb onu müşahidə edərkən, gördüm ki, bəs bir orta yaşlı qadın Hüseynağa bəyə maraq içində baxır hətta arxasınca da durub xeyli baxdı düşündüm: bir kərə olsun mənim dalımca belə baxan adam olmadı bu fani dünyada.

Həqiqətən Hüseynağa bəyi qısqandım belə...

Elçin dedi, mən yazmadım. Amma Elçin mənə daha acı bir şey danışdı mən o acı şeyi Elçindən icazə almadan yazacağam Allaha təvəkkül.

Son dərəcə ziyalı olan bir adamı mən uzun illərdir ki, tanıyıram durub-durub birdən dedi: "Tofiq, mənim oğlum bir ukraynalı ilə evlənib bir qız nəvəm var. Bu Xocalı hadisələrinin on illiyi günlərində bu nəvəm yəqin ki, televizyonlara baxdığından duru-durub məndən soruşdu: ÇTO TAKOY XOCALI?

, Tofiq, ona mən cavab verməliydim? Deməliydim, bala sənin ananın ataları o gecə bizim körpələrimizi, qocalarımızı qanına qəltan elədi... , deyə bilərdim?"

Təbii, mən bir az özümü mədəni göstərmək üçün, amma həqiqətən içimdən keçəni dedim: " eləmək olar Elçin müəllim, bu bir tale işidir".

Bir az da əsəbiləşən kimi oldu Elçin Aslanov mən daha bir mədəni bir addım atdım: "Elçin müəllim axı onun dədələri ukraynadandır".

Təbii, mənim bu bəhanəm keçərli deyildi, çünki kimi aldatmaq mümkün olsa da, Elçin Aslanovu aldatmaq olmazdı həqiqətən mən bir az özümü itirən kimi oldum zamanın bizə gətirdiyi bəlalardan qurtarmağın heç biri yolu olmadığını düşününcə, hər şeyi yenidən başlamağın da qədər çətin olduğunu bir daha anladım.

Bizim bu cür suallara cavab verəcək gücümüz tükəndiyindən artıq burada təkcə bir nəslin deyil, bir neçə nəslin qan təmizlənməsi gərəkdir ki, bunu da mən mümkünsüz hesab eləyirəm, ən azından artıq qan qarışmış durumdadır.

Çətin sualların çətin cavabı var.

bəzən cavabı olmayan suallar var ki, bunu biz özümüz öz taleyimizə yazmışıq.

Ha çalış... ha vuruş...

...bu yazını da yazdım. Səhərisi Qulu Ağsəsə aparacaqdım ki, onunla birgə işləyən Sədi bəylə (çoxdandı xəbərim yoxdu hardadı) Yazarlar Birliyində qarşı-qarşıya gəldim soruşdum :Qulu Ağsəs hardadır?

Adam qayıtdı ki, "Qulu Ağsəs kimdir?"

Dedim; "Canım, nədən belə deyirsən. Bəyəm Qulu Ağsəsi tanımırsan?"

"Tanıyıram", - dedi mən həmişə belə deyirəm. Əlavə elədi.

tam bu məqamda bir nəfər məndən soruşdu: "İntiqam Qasımzadənin otağı hardadır?"

Mən otağı göstərdim və Sədi bu dəfə qayıdıb nə desə yaxşıdır: "Tofiq müəllim, nəhayət mən bildim ki, Siz burada nə işə baxırsınız..."

Not: Zaman o zaman idi. O zaman ki, mən "Qobustan" toplusunun Məsul Katibiydim.

 

***

 

Hüseynağa

Atakişiyev kimdir?

 

Hüseynağa Atakişiyev 8 sentyabr 1949-cu ildə Bakıda anadan olub. M. Əliyev adına İncəsənət İnstitutunu bitirdikdən sonra (1975) bir müddət Şəki Dövlət Teatrında işləyib. Sonra Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərib. 1989-cu ildə Gənclər Teatrını açıb vəfatına qədər teatrın bədii rəhbəri direktoru olub. Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev 9 aprel 2006-cı ildə vəfat edib.

 

Çəkildiyi filmlər:

 

1. "Üzeyir ömrü" (film, 1981)

2. "Ac həriflər" (film, 1993) (tammetrajlı film-tamaşa) (Aztv)

3. "Olum, ya Ölüm ya Hər Şeyə Rəğmən" (1994)

4. "Ömürdən Uzun Gecə" (1996)

5. "Fatehlərin Divanı" (1997)

 

Tofiq Abdin

abdin41@mail.ru

www.tofigabdin.com

Ədalət.-2013.-17 avqust.-S.15.