"Cavid Qurbanovun işıqlı keçmişi"
və yaxud "Gündəm" qəzetinin baş redaktoruna
Açıq məktub
Ramiq Muxtar şair-dramaturq,
prezident təqaüdçüsü
Hörmətli baş redaktor!
Sizin rəhbərlik etdiyiniz
"Gündəm" qəzetinin
31 avqust 2013-cü il nömrəsində dərc
olunan "Cavid Qurbanovun qaranlıq keçmişi" adlı
yalan, böhtanla dolu, qərəzli yazınızı oxuyandan
sonra bu qənaətə gəldim
ki, müstəqil Azərbaycanımızda elə
adamlar, elə qruplar var ki,
onlar günü-gündən
çiçəklənən, dünya dövlətləri
arasında böyük
nüfuz qazanan, iqtisadi cəhətdən Qafqaz regionunda at oynadan, xalqın rifahı naminə yeni-yeni planlar, layihələr hazırlayan,
bütün işləri
göz qabağında
olan Azərbaycanımızın
əsl qurucu, yaradıcı adamlarının
gördüyü işləri
gözləri götürmür
və həm də həzm edə bilmirlər.
Belə adamlar bütün əsrlər boyu olmuş və olmaqdadır. Bu adamların
xisləti insanlara qara yaxma, işlərinə
kölgə salma, ancaq riyakarlıqla məşğul olan, gözləri kor, qulaqları kar olan bir ovuc
varlıqlardır. Onlar göydə
günəşi də
qaranlıq, Ayı da nursuz görürlər.
Bu adamlar kimlərdir?
Vaxtilə kreslo görmüş, sonralar murdar əməllərinə
görə işdən
qovulmuş, xalqın gözündə nüfuzunu
itirmiş, ancaq özünü düşünən,
var-dövlət naminə
mənliyini satan,
Vətən və torpaq təəssübündən
çox-çox uzaq olan nankorlardır.
Qəzetinizin əməkdaşı Elçin
Əmirov yazır ki, Xaçmazda polis rəisi Şəhriyar Şəmşirlinin rayonda
əxlaqsızlıq yuvasına
dayaq olması haqda məlumat araşdırıldıqdan sonra,
aydın olmuşdur ki, bu məlumatı
internetə yerləşdirən
adamın özü dələduz və məhkum olunmuş şəxsdir. Ortaya belə bir sual
çıxır: Ay peşəkarlıqdan
uzaq olan məqalə müəllifi,
niyə işin, faktın dərinliyinə
getmədiyin halda, dövlətin qanunlarının
keşiyində duran
polis rəisinin adını
qəzetinizdə hallandırırsan
(özü də, adı respublikamızda qurucu, işgüzar kimi tanınan, ulu öndərimizin sədaqətli silahdaşı
Şəmsəddin Xanbabayevin
rəhbərlik etdiyi bölgədə)?
Şəhriyar Şəmşirli böyük
ocağın oğludur. Onun babası Dədə Şəmşir hələ
ulu öndərimiz Heydər Əliyev ikinci "Qızıl ulduz" alanda 87 yaşlı ustad belə gözəl sətirlərlə rəhbərimizi
vəsf etmişdi:
Azərbaycanımın igid oğluna
Qızıl ulduz qoşa-qoşa yaraşır.
Alqış kamalına, alqış
ağlına
Zərli
tac kamallı
başa yaraşır.
Ataların gözəl bir
məsəli var: Yalan ayaq tutar,
ancaq yeriməz. Müəllif yazısında Cavid
Qurbanovun Maştağa
qəsəbəsinə yol
çəkməsini elə
təqdim edir ki, guya o qəsəbədə
ancaq bir nəfər yaşayırmış
və həmin qadın da eks
prezident Ayaz Mütəllibovun qaynanasıymış.
Doğrudan çox gülünc
görünür. O qəsəbədə
neçə min insan yaşayır. Bu gülməli
son lətifədir. Cavid Qurbanov
Qubaya gözəl, müasir, yaraşıqlı
yol çəkibdir.
Onu da belə
hallandırmaq olar ki, Cavid Qurbanovun
Mircəfər Bağırova
olan sevgisindən onun doğulduğu rayona yol çəkibdir!
Qəribə anlayışdır.
Müxbir yazır ki, Cavid Qurbanov ulu öndərimiz Heydər Əliyevə
sui-qəsd hazırlayan
qruplarla yaxınlıq
edib, planlar cızırmışlar. Bu, Cavid
Qurbanov barəsində
ağ yalandır!
Heç
bir kəs bu böhtana, yalana inanmaz. Çünki mən prezident təqaüdçüsü,
Gürcüstan respublikasının
ali "Şərəf"
ordeninə layiq görülən, 1980-ci ildən
AYB-nin üzvü,
YAP-ın yaradıcılarından
olan on nəfərdən
biri kimi, 1987-ci ildən Ulu Öndərimiz Siyasi Bürodan uzaqlaşdırılanda
Kremllə ilk döyüşə
atılan mən, Ramiq Muxtar olmuşam.
Bu haqda gözəl
şairimiz İlyas Tapdıq "Azərbaycan"
qəzetinin birinci və ikinci səhifəsində Heydər
Əliyevlə mənim
qurultay fasiləsində
söhbətimizi geniş
dərc etmişdir. Ulu öndər
anamla həm orta məktəbdə, həm də Pedoqoji texnikumda birgə oxumuşdular.
O venetka hazırda H.Əliyev Fondunda nümayiş etdirilir. O şəxsiyyət məni
özünə ən
sədaqətli dost, silahdaş
bilirdi. Bunun şahidləri olan
Prezident Aparatının
əməkdaşları Fatma
xanım Abdullazadə
ilə köməkçisi
Tariyel Ağayev yaxşı bilirlər.
Heydər Əliyevə
kim dost olubsa,
mən onu özümə dost bilmişəm.
Kim ona qarşı
çörəyi dizində
olubsa, onlara qarşı nifrətim böyük olubdur.
1992-ci il dekabr
ayının 30-da Gənc
Tamaşaçılar Teatrında
mənim əlli illik yubileyimdə mənə yerdən Heydər Əliyevlə bağlı verilən suala belə cavab verdim:
- O, böyük şəxsiyyətdir, dünya arenasında xüsusi çəkisi var, Allah mənim ömrümdən kəsib, ona versin ki, bəlkə gəlib Azərbaycanı bu bəladan qurtara! (həmin kaset evdə saxlanır)
Sonra mən Naxçıvana Heydər Əliyevin görüşünə gedəndə o kaseti Heydər Əliyevin şəxsən özünə təqdim etdim. Düzdür, mənim bu cavabım o vaxt iqtidarda olan Xalq Cəbhəsinin nümayəndələrinin xoşuna gəlmədi.
Lakin mən ona qarşı sevgimi gizlədə bilməzdim. Hələ 1992-ci ildə mənim xalam oğlu Əli Nağıyev, rəhmətlik Fərəməz Maqsudov YAP-ın layihəsini hazırlayanda biz, yəni Ziya Bünyadov, Fikrət İsmayılov, Səriyyə Abutalıbova, Səlimə xanım, Sona Vəliyeva, Eldar Sabiroğlu, Qafar Əliyev, Ağabəy Əsgərov, Əhliman Tağıyev və mən düşünmürdük ki, Heydər Əliyev sonradan prezident seçiləcək və biz onun ətrafında toplaşacağıq. Ölkədə ağır vəziyyət idi. Hər dəqiqə Azərbaycanın ziyanına işləyirdi. Heydər Əliyevin ağlına, zəkasına xalqın böyük ehtiyacı var idi.
Bəli, YAP yarandı. "Əlincə" xeyriyyə cəmiyyəti YAP-ı doğdu və bütün ümidlər Naxçıvana dikildi. Tanrının bu millətə yazığı gəldi, H.Ə.Əliyevə qüvvət, güc verdi və bu ağır missiyanın öhdəsindən gəlmək üçün yeni üfüqlər açdı.
Heydər Əliyevin Bakıya gəlişindən bircə gün sonra bizim ailənin ən yaxın adamları Nazim Nağıyev (polis rəisi), bəstəkar Nəriman Məmmədov, şair dostum Nəriman Həsənzadə, Dədə Şəmşirin oğlu Qəmbər Qurbanov, Ənvər Əsgərov (Ziyafət Əsgərovun qardaşı), mənim bacanağım mərhum İlyas Hüseynov bizə toplaşdıq, ilk badəni ulu öndərimizin sağlığına içdik. Həmin qonaqlıqda Qəmbər müəllimin söylədiyi bu sözlər yaddaşımda əbədi qaldı: "Bir il yubandıq. Xalq Cəbhəsi gələn kimi gərək kişini tez dəvət edərdik, onda bu qədər torpaqlarımızı itirməzdik".
Hörmətli redaktor!
Şəxsən mən, Ramiq
Muxtar Cavid Qurbanovla ailəvi dostuq. Bunun iyirmi beş illik
tarixi var. Özü də bizim dostluğumuz
"görək dostluğu",
çörək dostluğu
deyil, ürək dostluğudur. Əgər mənimlə dostluq
edən bir şəxs H.Ə.Əliyevə
sui-qəsd hazırlayıbsa,
deməli mən də qrupun üzvü olmuşam.
Cavid Qurbanovun atasını ispalkom edən, onun babası Aşıq Şəmşirin
anadan olmasının
110 illiyinə sərəncam
verən Ulu Öndərimizin bu ailəyə xüsusi hörməti vardı.
Mən
son sözümü bu
sətirlərlə bitirmək
istəyirəm: Bu günlərdə
Aşıq Şəmşir
Mədəniyyət Mərkəzində
prezident seçkiləri
ilə əlaqədar
olaraq böyük yığıncaq keçirildi.
Həmin yığıncaqda bütün
ziyalılar bir səslə bildirdilər ki, xalqın bir namizədi vardır, o da İlham Əliyevdir.
Həmin tədbirin sonunda Aşıq Şəmşir
Mədəniyyət Mərkəzinin
rəhbəri Qəmbər
Qurbanov iştirakçılara
üz tutaraq, seçkilərdən sonra
hamını Yevlağa
İlham Əliyevin şərəfinə veriləcək
ziyafətə dəvət
etdi.
Ədalət.-2013.-3
sentyabr.-S.3.