BU İNKİŞAF, BU YÜKSƏLİŞ SEVİNDİRMƏZMİ?

Qəribə hadisələrin sirri sevinci. İndi bu yerlərə Azərbaycanın İsveçrəsi deyirlər

 

Ölkənin şimal-qərbində, xüsusilə bir-birinə qovuşuq üç qonşu rayonda yaxşı mənada qəribə hadisələr baş verir. Əvvəllər Zaqatala istisna olmaqla müasirliyin uzaqlığında qalan bölgənin şəhər, qəsəbə kəndləri indi sanki yarışa giriblər. İki xarici dövlətlə həmsərhəd olan Balakən rayonunun primitiv görüntüsünü uzun illər idi ki, bu yerlərin dağ əzəməti, təbiət gözəllikləri bir növ kompensasiya edirdi. Edirdi deyəndə ki, ilk baxışda, ilk təmasda belə görünürdü. Qalan vardısa bu yerlərə, bu gözəlliklərə heç yaraşmırdı.

İndi həmin Balakəndən əsər-əlamət qalıbmı? Qalan zirzəvisində qartallar uçuşan nəhəng dağlardır, hər tərəfi yaşıl örpək kimi bəzəyən zümrüd meşələrdir, çaylardır, dərələrdir, bərəkətli düzənlərdir... Rayon mərkəzi, Balakən şəhəri isə görənləri aşkar heyrətləndirir. Bir zamanlar biz Laqodexini keçib Gürcüstanın kurort zonalarına daxil olarkən keçirdiyimiz hissləri, indi qonşu dövlətin Azərbaycana yolu düşən vətəndaşları keçirirlər. Əslində inkişafın belə bir səviyyəsinə heyran qalırlar.

Qürurlu anlar - Prezident Balakəndə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili xarici siyasətinin nəticəsi olaraq ölkənin əksər bölgələrində olduğu kimi Balakən rayonunda da son illər bütün istiqamətlər üzrə ciddi dəyişikliklər baş verməkdədir. Prezidentin qayğı diqqəti nəticəsində strateji bölgənin kəndlərində inkişaf yüksək templə davam etməkdədir. Baxmayaraq, bu rayonda da paralel olaraq zəlzələnin vurduğu ziyanlar aradan qaldırılır, əhalinin arzu istəkləri yerinə yetirilir.

Balakəndə rəhbərliklə camaat arasında sıx birlik, inam etibar uğurların əsas şərtlərindəndir. Balakənlilər rayon icra hakimiyyətinin başçısı İslam Rzayevdən hər yerdə razılıq edir, onun səmimiliyini prinsipiallığını yüksək qiymətləndirirlər. Elə bu səbəbdəndir ki, rayonda görülən bütün işlərdə, bütün tədbirlərdə hamı əlbir olur, eyni məqsəd uğrunda çalışırlar.

Balakən rayonunda ciddi dəyişikliklər olduğunu, rayonun müntəzəmliklə inkişaf etdiyini müasirləşdiyini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avqustun 17-də bölgəyə səfəri zamanı bir daha vurğulayaraq burada görülən işlərdən razı qaldığını bildirdi. Cənab Prezident ictimaiyyətin nümayəndələri ilə görüşləri zamanı Balakənin daha da inkişaf edəcəyini, əhalinin rifah halının daha da yaxşılaşacağını söylədi.

İnkişafın dinamikliyi

Balakən rayonunda inkişaf çoxistiqamətli mərhələdədir. Rayon rəhbərliyi bu inkişafın dinamikliyini daha mütərəqqi sistemə uyğunlaşdırmaq üçün bütün imkan vasitələrdən istifadə edir.

Qeyd olunmalıdır ki, 2013-cü ilin əvvəlində iqlim şəraiti yazlıq bitkilərin optimal müddətdə əkilməsinə imkan verməmiş, buna baxmayaraq fermerlərlə, torpaq mülkiyyətçiləri ilə birgə əkin sahələrinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən kəndlər üzrə hədəf göstəricilərin müəyyən edilməsi, toxuma olan tələbatın ödənilməsi üçün "Azəryemsənaye" MMC ilə birgə işlərin görülməsi, gübrə təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər özünün müsbət nəticəsini vermiş, əkin sahələrinin 6,8 % artırılması təmin edilmişdir. Fermerlər və torpaq mülkiyyətçiləri də öz növbəsində onlara göstərilən köməklikdən maksimum istifadə etməyə çalışmış, istehsalın artırılması üçün zəruri tədbirləri həyata keçirmişlər.

Hesabat dövründə rayonda 7060 hektar sahədə qarğıdalı, 310 ha sahədə lobya, 2006 ha sahədə tərəvəz, 330 ha sahədə bostan, 889 ha sahədə kartof, 779 ha sahədə yonca əkilmişdir. 2012-ci ilə nisbətən rayonda qarğıdalı əkinləri 9,6 %, lobya əkinləri 4%, tərəvəz əkinləri 1,2 %, kartof əkinləri 3,7%, bostan bitkilərinin əkini 10 %, yonca əkinləri 13, % artırılmışdır.

Təsərrüfatlarda 15526 ton tərəvəz, 2268 ton kartof, 728 kq barama istehsal olunmuşdur. Kənd təsərrüfatı üçün əlverişli iqlim şəraitinin davam etməsi və yazlıq bitkilərə göstərilən keyfiyyətli xidmət onu göstərir ki, cari ildə əkin sahələrinin artırılması sahəsində olduğu kimi istehsalın artırılması sahəsində də qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi mümkün olacaqdır.

Rayonda meyvəçiliyin inkişaf etdirilməsinə, yeni intensiv bağların salınmasına diqqət yetirilir. Hesabat dövründə Qullar kəndində və "Təpəçöl" ərazisində əvvəlki ildə salınmış 123 ha intensiv meyvə bağlarına qulluq göstərilmişdir. Katex kəndində 48 ha sahədə yeni intensiv meyvə bağları salınmış və damlama üsulu ilə suvarma sistemi qurulmuşdur. Bununla da rayon üzrə cəmi intensiv bağların sahəsi 171 hektara çatdırılmışdır.

 

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDOĞLU

ədalət.-2013.-4 sentyabr.-S.3.