BU İNKİŞAF, BU YÜKSƏLİŞ SEVİNDİRMƏZMİ?

Qəribə hadisələrin sirri sevinci. İndi bu yerlərə Azərbaycanın İsveçrəsi deyirlər

 

 (əvvəli ötən sayımızda)

Heyvandarlığın intensiv inkişafı

 

Rayonda bitkiçiliklə yanaşı heyvandarlığın da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, əvvəlki ilin müvafiq dövrünə nisbətən 58 ton ət, 1413 ton süd, 0,5 ton yun, 19,7 min ədəd yumurta artıq istehsal edilmişdir. Göründüyü kimi, heyvandarlıqda bütün növ məhsulların istehsalı üzrə artım əldə olunmuşdur.

Bütövlükdə 2013-cü ilin 6 ayında aqrar sahədən 24,0 milyon manat gəlir əldə edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 1,7 milyon manat çoxdur. İstehsal olunan məhsulun 45 % -i, yəni 11,0 milyon manatı bitkiçilik, qalan 55 %-i yəni 13,2 milyon manatı isə heyvandarlıq məhsullarının payına düşmüşdür.

"Azəryemsənaye" MMC- son 6 ayda heyvandarlıqda istifadə olunan 800 ton qüvvəli yem istehsal edilməklə fermerlərə satılmışdır.

Azərbaycan Respublikası Prezidentinin " Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamının icrası ilə əlaqədar 2013-cü ilin 01 iyun vəziyyətinə 2302 nəfər istehsalçıya becərdikləri 5630 ha əkin sahəsinə görə 225214 manat yardım hesablanmış sənədlər respublika komissiyasına təqdim edilmişdir.

Hesabat dövründə kənd təsərrüfatı istehsalçılarının texniki tələbatının ödəniməsi üçün 486,5 ton azot gübrəsi gətirilməklə 50% güzəştlə satılması təmin edilmiş, 1 ədəd qarğıdalıyığan kombaynın gətirilməsi təmin olunmuşdur. "Aqroservis" filialının anbar binaları tikilmişdir ki, bu da gələcəkdə istehsalçılara göstərilən xıdmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına imkan verəcəkdir. Birinci yarımillikdə 24 ton müxtəlif növ kənd təsərrüfatı məhsullarının Bakı şəhərində yarmarkalarda satışı təşkil edilmişdir.

Zəlzələnin nəticələri aradan qaldırılır

Hesabat dövründə ötən ildə rayonda baş vermiş əhalini ən çox narahat edən məsələlərdən biri olan zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə ziyan dəymiş fərdi yaşayış evlərinin siyahısının dəqiqləşdirilməsi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin rayonda fəaliyyət göstərən müvafiq komissiyalarının rəyinə əsasən ötən ilin may ayında baş vermiş zəlzələ zamanı 215 evin qəzalı vəziyyətə düşdüyü müəyyən edilmiş, ondan 213 ev tikilərək sahiblərinə təhvil verilmişdir.

Komissiyanın rəyinə əsasən 13-14 oktyabr 2012-ci il tarixlərində baş vermiş zəlzələ zamanı 436 evin qəzalı vəziyyətə düşdüyü müəyyən edilmiş, 1852 evdə bərpa-gücləndirmə işlərinin aparılmasının zəruriliyi qənaətinə gəlinmişdir. Qəzalı evlərdən 428 ev sökülərək tikintisinə başlanmışdır.

Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş 300 yerlik Qarahacılı kənd tam orta, 80 yerlik Püştətala kənd ibtidai məktəbi Gərəkli kəndində 8 mənzilli yaşayış evi tikilərək istifadəyə verilmiş, Katex 1 saylı uşaq bağçasında daxili tamamlama işləri aparılır. Həmçinin, Sarıbulaq, Qaysa, Şambul Şərif kənd körpələr evi-uşaq bağçasının tikintisinə dair müvafiq qərar qəbul edilmişdir.

Məktəb tikintilərinə xüsusi diqqət qayğı

Hesabat dövründə məktəb tikintiləri sahəsində 80 yerlik Qaracabinə kənd ümumi orta məktəbi üçün yeni bina tikilərək istifadəyə verilmiş, Hənifə, Qazma-2, Qullar-2, Qazbinə, Şambul kənd tam orta məktəblərinin tikintisi davam etmişdir. Məktəb binaları yeni dərs ilinə şagirdlərin istifadəsinə veriləcəkdir. Ötən dövrdə 280 yerlik Talalar-2 saylı orta məktəbin tikintisi üçün vəsait ayrılmış məktəbin tikintisinin layihələndirilməsinə başlanmışdır.

Balakən-Qazma-Darvazbinə yolunun, "Aqrolizinq" ASC-nin Balakən rayon Aqroservis filialının inzibati anbar binasının tikintisi başa çatdırılmış, Heydər Əliyev prospektində şəhər seyrəngahı salınaraq istifadəyə verilmişdir.

"Balakən-1" su-elektrik stansiyasının, rayon Mədəniyyət evinin, YAP rayon təşkilatının Təhsil şöbəsinin inzibati binalarının, məcburi köçkünlər üçün çoxmənzilli yaşayış binasının tikintiləri sürətlə davam etdirilir. Katex kəndində inşa olunan soyuducu anbarın tikintisində son tamamlama abadlıq işləri aparılır. Heydər Əliyev prospektinin Səttar Gözəlov küçəsinin abadlaşdırılması işləri başa çatmaq üzrədir. Prospektin yol qovşaqları sahibkarlıq obyektlərinin fasad hissələri, səkilər yenidən qurulur.

Şəhərin R.Səmədov küçəsində 525 m2 asfalt-beton səki quraşdırılmış, Ə.Ansuxski küçəsində H. Əliyev prospektində beş mərtəbəli yaşayış evlərinin aqlayla üzlənməsi əsasən yekunlaşdırılmışdır.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

ədalət.-2013.-5 sentyabr.-S.3.