BU İNKİŞAF, BU YÜKSƏLİŞ SEVİNDİRMƏZMİ?

Qəribə hadisələrin sirri sevinci. İndi bu yerlərə Azərbaycanın İsveçrəsi deyirlər

 

 (əvvəli ötən saylarımızda)

Ə. Ansuxski küçəsində yerləşən iki çoxmənzilli yaşayış binasının şəhər 2 saylı uşaq bağçasının istiliklə təchizatı məqsədilə yeni, müasir qazanxananın tikintisi məhəllədaxili istilik sisteminin qurulması başa çatdırılmış, Heydər Əliyev prospektində daha bir beşmərtəbəli yaşayış binasının istiliklə təchizatı məqsədilə yeni, müasir qazanxananın tikintisinə başlanmışdır.

Hesabat dövründə təhsil, səhiyyə mədəniyyət müəssisələrində təmir işləri aparılmasına başlanmış, Salban kənd ibtidai məktəbində, uşaq yaradıcılq mərkəzində şəhər kitabxanasında təmir işləri başa çatmışdır. Mərkəzi kitabxanada şəhər kitabxanasında, Qaysa kənd mədəniyyət evində, Hənifə, Qullar Sarıbulaq kənd həkim məntəqələrində, Kortala kənd tam orta məktəbində, şəhər 2 saylı körpələr evi-uşaq bagçasında təmir işləri davam edir.

Ötən dövrdə 14 ədəd fərdi yaşayış evi tikilmişdir ki, bu evlərin ümumi sahəsi 1680 m2 təşkil edir. Bundan başqa ümumi sahəsi 313 m2 olan 6 sahibkarlıq obyekti tikilmiş, 1 yeni şadlıq sarayı istifadəyə verilmiş, 2 şadlıq sarayının digər sahibkarlıq obyektlərinin tikintisi davam etdirilir.

Sel təhlükələri aradan qaldırılır

Birinci yarımillikdə Mazımçayın Meşəşambul kəndinin ərazisindən keçən hissəsində 250 p/m, Mazımçayın gömrük postunun ətrafındakı hissəsində 200 p/m uzunluğunda daş beton bəndin tikintisi başa çatdırılmışdır. Şərif kəndinin sel sularından mühafizəsi üçün 481 p/m daş-beton bəndin tikintisinə başlanmışdır. Balakən çay sisteminin daş-beton bəndlərində 315 m3 həcmində cari təmir, 224 min m3 həcmində çay məcralarının təmizlənməsi işləri, təsərrüfat əhəmiyyətli kanallarda 44 min m3 həcmində təmizləmə işləri aparılmışdır.

Hesabat dövründə respublika rayon əhəmiyyətli avtomobil yollarına xidmət göstərilmiş, ümumilikdə asfalt-beton qarışığı ilə 3225 m2, çınqıl materialı ilə 57085 m2 çala təmiri işləri görülmüşdür.

6 ay ərzində yerli bələdiyyələrin vəsaiti hesabına 31,8 km uzunluğunda kəndarası yollara qum-çınqıl döşənərək qreyderlə hamarlanmış, 8,3 km uzunluğunda su kanalları arxlar qazılmış, sosial obyektlərdə inzibati binalarda cari təmir işləri aparılmış, 5 artezian quyusu 1 körpü təmir edilmişdir.

Xidmət sahələrinin fəaliyyəti yüksəlişdə

Rayonun qazlaşdırılması sahəsində birinci yarımillikdə 3236 evə qaz xətti çəkilməklə rayon üzrə abonent sayı 14895 nəfərə çatdırılmışdır. Rayonun qazlaşmayan sonuncu 3 kəndində- Sarıbulaq, Yeni Şərif Şambul kəndlərində qaz xətlərinin çəkilməsi davam etdirilir. Aparılan işin sürəti onu deməyə əsas verir ki, cari ilin sonuna rayonun qazlaşdırılması tam başa çatdırılacaqdır.

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində magistral şəhər su xətlərinin 224 p/m-lik hissəsi dəyişdirilmiş, su xətlərində cari təmir işləri aparılmışdır. Rayonun Cederovtala, Sarıbulaq, Yeni Şərif Gərəkli kəndlərində 4 artezian quyusu qazılmış, Sarıbulaq kəndində 700 p/m su xətti çəkilərək şəbəkə qurulmuşdur.

2013-cü ilin birinci yarısında əhaliyə elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün 12 transformator əsaslı, 51 transformator cari təmir edilmişdir. Yüksək aşağı gərginlikli elektrik hava xətlərində 197 yeni dəmir beton dayaq basdırılmış, 38 ədəd 0,4 kv-luq, 4 ədəd 10 kv-luq ayırıcı quraşdırılmışdır. 6,9 km məsafədə 0,4 kvt-luq elektrik verilişi xətləri "SİP" kabellə əvəz edilmişdir.

Əhaliyə rabitə xidmətlərinin göstərilməsi sahəsində Qazbinə Qaravəli kəndlərində yeni elektron stansiya tikilərək istifadəyə tam hazır vəziyyətə gətirilmiş, 4 kənd elektron telefon stansiyası təmir edilmişdir. Hesabat dövründə rayon üzrə 210 nəfərə telefon çəkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. 401 abunəçi sürətli internetə qoşulmuş, cəmi internet istifadəçilərinin sayı 1771 nəfərə çatmışdır. Birinci yarımillikdə rayon poçt filialının binası əsaslı təmir olunmuşdur.

Hesabat dövründə sosial cəhətdən ən az müdafiə olunan vətəndaşlara dövlət tərəfindən verilən ünvanlı sosial yardım proqramının icrası davam etdirilmişdir. 1 iyul 2013-ci ilə ünvanlı sosial yardım alan 1215 ailənin 5450 üzvü olmuş, hər ailəyə ödənilən orta aylıq yardım 110 manat təşkil etmişdir. 6 ay ərzində 565 aztəminatlı ailəyə ünvanlı sosial yardım təyin olunmuş, 3260 nəfərə sosial müavinət, 257 nəfərə təqaüd ödənilmişdir.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2013.-6 sentyabr.-S.3.