BU İNKİŞAF, BU YÜKSƏLİŞ SEVİNDİRMƏZMİ?

 

Qəribə hadisələrin sirri sevinci. İndi bu yerlərə Azərbaycanın İsveçrəsi deyirlər

 

 (əvvəli ötən saylarımızda)

Səhiyyədə yeniliklər çoxdur

Əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi sahəsində 2013-cü ilin I yarısında doğuş zamanı ana ölümü uşaq ölümü istisna olmaqla əsas göstəricilər üzrə müsbət tendensiya davam etmişdir.

Stasionar müalicə üçün 2036 nəfər ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 355 nəfər, ambulator müalicə üçün 137 min nəfər ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4971 nəfər çox olmaqla rayon xəstəxanasına müraciət etmişdir. 382 cərrahiyyə əməliyyatı keçirilmiş, 528 uşaq doğulmuşdur. Hesabat dövründə bir ana ölümü bir yaşadək bir uşaq ölümü olmuşdur. Dərman preparatları ilə təchizat yaxşılaşdırılmış, şəkərli diabet xəstələri üçün 200 ədəd qlükometr aparatı paylanmışdır. 4615 xəstəyə təcili təxirəsalınmaz yardım göstərilmişdir.

Hesabat dövründə rayonun bütün təhsil mədəniyyət müəssisələrində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq müxtəlif tədbirlərin keçirilməsi təmin edilmişdir. 2013-cü ilin I yarısında Heydər Əliyev Mərkəzində, Tarix-diyarşünaslıq muzeyində, mərkəzi kitabxanada, uşaq incəsənət məktəbində digər mədəniyyət müəssisələrində ulu öndərin 90 illiyinə həsr olunmuş film nümayişləri, dəyirmi masa, konfrans disputlar keçirilmiş, təhsil müəssisələrində Heydər Əliyev mərkəzinin əməkdaşları tərəfindən ulu öndərin həyat fəaliyyətinə həsr olunmuş mühazirələr oxunmuşdur. Hesabat dövründə Heydər Əliyev mərkəzində eksponatların sayı 820-ə çatdırılmış, gələn ziyarətçilərin sayı 4203 nəfər olmuşdur.

Rayon gənclərinin uğurları sevinc bəxş edir

Hesabat dövründə gənclərin yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların zərərli vərdişlərdən uzaq olmaları, istedadlı gənclərlə asudə vaxtın səmərəli təşkili məqsədilə çox sayda rayon tədbiri keçirilmiş, bu qəbildən olan respublika səviyyəli yarışlarda gənclərin iştirakı təmin edilmişdir. Rayonumuzun idmançıları 29 respublika səviyyəli yarışlarda iştirak etmişlər. Həmin yarışlarda idmançılar 14 dəfə I yeri, 2 dəfə II yeri 8 dəfə III yeri tutmuşlar. Müvafiq dövr ərzində gənclər arasında müxtəlif növ müsabiqə görüşlər, idman sahəsi üzrə rayon səviyyəli şahmat, voleybol, basketbol, futbol, stolüstü tennis, gimnastika s. yarışlar keçirilmişdir.

Yunan-roma güləşçisi Rəsul Çunayev respublikanın yığma komandasının tərkibində Türkiyədə keçirilən beynəlxalq turnirdə I yerə, Dünya Kubokunda III yerə çıxmışdır. İyul ayında isə bu idmançı daha bir yüksək nəticə göstərmiş, Rusiya Federasiyasının Kazan şəhərində keçirilən Universiadada yunan-roma güləşi üzrə qızıl medala layiq görülmüşdür.

Vətəndaş müraciət qəbullarına ciddi münasibət

2013-cü ilin birinci yarısında RİH-i başçısı yanında şuranın 9 yığıncağı keçirilmiş, həmin yığıncaqlarda sosial-iqtisadi inkişafın müxtəlif sahələrini əhatə edən 19 məsələ müzakirə olunmuşdur.

Hesabat dövründə RİHB aparatında vətəndaşların qəbulu, məktub, ərizə və müraciətlərinə baxılması sahəsində müvafiq işlər görülmüş, vətəndaşların haqlı tələblərinin yerinə yetirilməsinə, müxtəlif sosial problemlərinin həllinə yardımlar göstərilmiş, imkan xaricində olan, əsassız hesab edilən müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahatlar verilmişdir.

Cari ilin birinci yarısında RİHB aparatına 1177 vətəndaş müraciəti daxil olmuş, RİHB tərəfindən 725 nəfər vətəndaş qəbul edilmişdir.

Yuxarı orqanlardan 657 ədəd, o cümlədən Respublika Prezidentinin Administrasiyasından 583 müraciət daxil olmuşdur. Hesabat dövründə RİHB aparatına 39 ədəd kollektiv müraciət, 51 ədəd isə təkrar müraciətlər daxil olmuşdur.

Müraciətlərə həssaslıqla yanaşılması, vətəndaşların qanuni hüquqlarının müdafiəsinə qayğıkeşlik, araşdırılma prosesində vətəndaşların haqlı tələblərinin yerinə yetirilməsi icra hakimiyyətinin bu sahədə işinin əsas qayəsini təşkil etmişdir. Eyni zamanda, müraciətlərə baxılarkən şikayətlərin yaranma səbəblərinin öyrənilməsi, rəhbər şəxslərə, dövlət qulluqçularına qarşı tələbkarlığın artırılması, etik davranış qaydalarına ciddi əməl olunması, təkrar və kollektiv şikayətlərin səbəblərinin ətraflı araşdırılması kimi məsələlər diqqət mərkəzində saxlanılır.

Cari iln 6 ayı ərzində daxil olan yazılı və şifahi müraciətlər əsasında 37 nəfər vətəndaşa müvafiq problemlərinin həllində yardım göstərilmiş, 122 ərizə və məktub müsbət həll olunmuşdur.

 

Məzahir ƏHMƏDOĞLU

ədalət.-2013.-7 sentyabr.-S.4.