HƏR SƏHƏRİ XOŞ GÜZARA AÇILAN ŞƏHƏR...

İndi tamam başqa günlər yaşanır...

 

İndi növbəti dəfə Şəki rayonundan yazı hazırlayarkən nəyi xatırlayıram? Yaxın keçmişin yeknəsək günlərini. Yox, bu da ədalətsizlik olardı ki, Şəki tam durğunluq içində olub deyə ittiham irəli sürək, müəyyən tədbirlərin, irəliləyişlərin sevincini, inamını xatırlamayaq. Ancaq hər halda, istər Dövlət Proqramının icrasının uğurları, istərsə də inkişafın digər mərhələləri heç vaxt indiki kimi mükəmməl və effektiv olmayıb.

Son illərin Şəkisi tamam başqa rakursdan görünür: uğurlu layihələrin sistemli olaraq həyata keçirilməsi nəticəsində qədimliklə müasirliyin zəruri kompleksləşməsi. Təkcə şəhərdə deyil, qəsəbə və kəndlərdə də şən əhvallı canlanmanın hiss olunması. Hətta Şəkidə çox maraqlı bir deyim də formalaşmaqdadır: "Bu qədər işgüzarciddi bir adam Şəkinin təbəssümünü, gülüşünügeri qaytara bildi..." Təbii ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Elxan Usubov nəzərdə tutulur. Bəli, Şəki özünün 2500 illik qədimliyinin qürurlu yaşamında, həm də abadlaşıb müasir bir şəhərə çevrilməsi ilə, iqtisadi göstəricilərinin yüksəlişi və sakinlərin rifah halının yaxşılaşması ilə, çoxsaylı yerli və beynəlxalq tədbirlərə ev sahibliyi etməyi ilə, bir müddət öləzimiş ənənəvi yumorunun, dadının-duzunun yeni formada canlanması ilə keçmiş şöhrətini bərpa etməkdədir.

Sevimli Prezident

...Bütün bunlara sevinmək lazımdır.

Bütün bunlara görə şəkililər sevimli prezidentləri İlham Əliyevə həmişə minnətdar olduqlarını bildirirlər.

Elə bu yaxınlarda Prezidentin Şəkiyə növbəti səfəri zamanı da biz bu məhrəm doğma münasibətin şahidi olduq. Prezident hər yerdə böyük inam sevgi ilə qarşılandı.

Həm görülən işlərdən razı qaldığını bildirdi, Şəkinin daha da inkişaf edəcəyinə inandığını vurğuladı.

"İpək Yolu"nun dünya şöhrəti Şəkidən keçir

Prezidentimizin Şəkiyə növbəti səfərindən əvvəl burada bir həftə davam edən böyük bir beynəlxalq tədbir uğurla başa çatmışdı. Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhərdə "İpək Yolu" IV Beynəlxalq Musiqi Festivalı keçirilmişdir. Festivalda Azərbaycan Bəstəkarlar İttifaqının, ölkəmizdə akkreditə olunmuş bir sıra dövlətlərin - o cümlədən, Fransa, İordaniya, Qazaxıstan, Belarus, Latviya, Rusiya, Hindistan, Ukrayna, Polşa, Tacikstan, Çin Türkiyənin fövqəladə səlahiyyətli səfirləri səfirliklərin əməkdaşları, TÜRKSOY-un, Türkiyə Respublikasının Giresun Konya şəhər bələdiyyəsinin nümayəndələri, respublikanın xarici ölkələrin tanınmış musiqi ansambllarının rəqs qruplarının kollektivləri, ziyalılar, musiqişünaslar, aparıcı kütləvi informasiya vasitələrinin ictimaiyyətin nümayəndələri - ümumilikdə 1000 nəfərdən çox qonaq iştirak etmişdir.

Bu böyük bayram tədbiri MDB ölkələri rəqs ansambllarının geniş konsert proqramı ilə başlamışdır. İyunun 29-da " Aşağı Karvansaray" kompleksində festivalın rəsmi açılış mərasimi keçirilmiş, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı solistlərinin iştirakı ilə "Yeddi gözəl" baleti nümayiş olunmuşdur.

Festivalda Azərbaycanla yanaşı 12 ölkənin tanınmış musiqi kollektivləri çıxış etmişdir. Bu böyük musiqi bayramı nəinki Şəkinin, bütövlükdə ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir.

Şübhəsiz ki, Şəki "İpək yolu" Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə qeyd olunması xalqımızın zəngin mədəniyyətinin, Şəkinin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

Reallığı, yəni inkişafı əks etdirən statistika

2013-cu ilin I yarısında ilkin hesablamalara görə faktiki qiymətlərlə 174 milyon 305 min manatlıq məhsul buraxılmışdır ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 90,3 faiz təşkil edir.

Adambaşına faktiki qiymətlərlə 978 manatlıq, yaxud 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 90 faiz məhsul buraxılmışdır. Rayon üzrə orta aylıq əməkhaqqı 233 manat olmuşdur. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz çoxdur.

 

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2013.-10 sentyabr.-S.3.