HƏR
SƏHƏRİ XOŞ GÜZARA AÇILAN
ŞƏHƏR...
(əvvəli
ötən sayımızda)
2013-cü ilin I yarısında Şəki rayonunda 694 yeni iş yeri açılmışdır ki, onların da hamısı daimi iş yerləridir. İş yerlərinin 3,7 faizi yeni yaradılmış müəssisə və təşkilatların, 5,5 faizi mövcud müəssisə və təşkilatların, 90,8 faizi isə fiziki şəxslərin payına düşür. Qeyd etmək lazımdır ki, 01 oktyabr 2003-cü ildən - 01iyul 2013-cü il tarixədək rayonda 11235 yeni iş yeri açılmışdır ki, bunun da 95,6 faizi daimi iş yerləridir. 2013-cu ilin I yarısında Şəki rayonunda əmtəə dövriyyəsinin ümumi həcmi 138 milyon 152 min manat olmuşdur.
Bu 2012-ci ilin
müvafiq dövrü
ilə müqayisədə 3 faiz çoxdur. Hazırda rayonda 23 sənaye müəssisəsi fəaliyyət
göstərir ki, bunların da 15-i kiçik müəssisədir.
2013-ci ilin I yarısında Şəki rayonunda istehsal və qeyri-istehsal sahələrinin inkişafına
yönəldilmiş investisiyanın həcmi 46 milyon 283 min manat olmuşdur ki, bunun da
81,8 faizi tikinti
quraşdırma işlərinə sərf edilmişdir.
Əhalinin sosial müdafiəsinə
dövlət qayğısı
Şəkililər ölkə rəhbərinin əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti yüksək qiymətləndirir, aztəminatlı əhali qrupuna göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edir. Nazirlər Kabinetinin iyul ayının 18-də keçirilən geniş iclasında çıxış edən Prezident demişdir: "Bir daha demək istəyirəm ki, iqtisadi islahatlar cox güclü sosial siyasətlə dəstəklənməlidir. Hesab edirəm ki, ölkəmizin bu sahədə əldə etdiyi uğurlar nümunə ola bilər. Bu gün Azərbaycanda orta əməkhaqqı 520 dollar səviyyəsindədir. Bu rübdə vətəndaşların pensiyaları da, əməkhaqları da artacaqdır".
Bəhs olunan dövrdə Şəkidə əməkhaqları, pensiyalar və ünvanlı sosial yardımların əhaliyə çatdırılmasında, əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması istiqamətində bir sıra işlər görülmüşdür. 2013-cü ilin I yarısında 1019 ailəyə Ünvanlı Dövlət Sosial Yardımı təyin olunmuşdur. Hal-hazırda 2072 ailə Ünvanlı Dövlət Sosial Yardımı alır. Şəki rayonu üzrə hər bir ailə üzvünə təyin edilən Ünvanlı Dövlət Sosial Yardımın orta aylıq məbləği 26 manat, hər ailəyə düşən orta məbləğ isə 115 manat 24 qəpik təşkil etmişdir.
Dövlət Sosial
Müdafiə Fondunun Şəki Şəhər
Şöbəsi 2013-cü ilin I
yarısında 25626 nəfər əmək
pensiyaçısına xidmət göstərmişdir. Həmin
pensiyaçılardan 16852 nəfəri yaşa
görə, 7221 nəfəri əlilliyə,1553 nəfəri
isə ailə başçısını itirməyə
görə pensiya alanlardır. Dövlət
Sosial Müdafiə Fondunun
Şəki şəhər şöbəsi üzrə
pensiyanın orta aylıq məbləği
140 manat 66 qəpik təşkil edir ki, bu
da 2003-cü ilin müvafiq dövrü ilə
müqayisədə 5 dəfə artım deməkdir.
Məhsul istehsalında aqrar sahənin
öz yeri
Ötən illərdə olduğu kimi, bu ilin I yarısında da məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2013-cü ilin məhsulu üçün 81051 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir. Yetişən məhsulu tez və itkisiz yığmaq üçün bütün zəruri tədbirlər həyata keçirilmiş, taxıl biçini tez və itkisiz başa çatdırılmışdır.
Nazirlər Kabinetinin 2013-ci ilin I yarısının yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezidentimiz iri fermer təsərrüfatlarının yaradılmasının vacib olduğunu bir daha vurğulayaraq demişdir: "Burada qeyd olunduğu kimi, 5 min hektar torpaq artıq dövriyyəyə buraxılıb və orada məhsuldarlıq hektardan 54 sentnerdir. Bu, orta məhsuldarlıqdan iki dəfə çoxdur. Hesab edirəm ki, biz bu təcrübəni əlbəttə ki, genişləndirməliyik".
Rayonun kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Bu sahənin də dinamik inkişafının təmin edilməsi, heyvandarlıq məhsulları istehsalının həcminin artırılması daim diqqət mərkəzində saxlanılır.
Qeyd etmək lazımdır ki, istər bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, emal olunmasının təşkili, yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satışına köməklik göstərilməsi, aqroservis xidmətlərinin genişləndirilməsi vacib məsələlərdəndir.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2013.-11 sentyabr.-S.3.