HƏR SƏHƏRİ XOŞ GÜZARA AÇILAN ŞƏHƏR...

(əvvəli ötən saylarımızda)

 

2013-cü ildə ayrılmış yerli büdcə vəsaiti hesabına bu il şəhərin 16 küçəsində abadlıq işlərinin aparılması, 17 küçədə isə asfalt beton örtük çəkilməklə yolların əsaslı təmir edilməsi nəzərdə tutulmuşdur. Cari ilin I yarısında H.Əliyev, M.Ə.Rəsulzadə, M.F.Axundov prospektlərində, Salman Mümtaz küçəsində müasir işıqlandırma sisteminin qurulması işi davam etdirilmiş, bir sıra çoxmərtəbəli ictimai yaşayış binalarının dam örtükləri, fasadları əsaslı təmir edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında " 2012-ci il 4 sentyabr tarixli Sərəncamına uyğun olaraq Aşağı Küngüt - Aydınbulaq avtomobil yolunun tikintisi davam etdirilir. 34 kilometr uzunluğu olan avtomobil yolunun indiyədək 30,1 kilometrlik hissəsinə asfalt örtüyü çəkilmiş, yol üzərində 2 suötürücüinşa edilmişdir.

Yolun qısa müddətdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Kiş, Oxud, Qoxmuq və İnçə kəndlərinin kəndarası yollarının əsaslı təmir edilməsi məqsədilə müvafiq strukturlara müraciət olunmuş, 18 əsr abidəsi olan "Şəkixanovların evi"nin əsaslı təmiri, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülən sakinlər üçün 24 mənzilli yaşayış evinin tikintisi demək olar ki, başa çatdırılmışdır.

Yaxın vaxtlarda Şəkinin bütün kəndlərinin girişlərində milli-memarlıq uslubunda lövhələrin vurulması nəzərdə tutulur.

Təhsil, səhiyyə, mədəniyyət və turizm...

Təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. Müddət ərzində yeni tikilən şəhər 12, 14 nömrəli tam orta məktəblərin, Əlyar kəndində 80 şagird yerlik ümumi orta məktəbin, Aşağı Layısqı kəndində 360 şagird yerlik tam orta məktəbin, əsaslı təmiri başa çatan fizika-riyaziyyathumanitar təmayüllü liseyin, 8 nömrəli tam orta məktəbin istifadəyə verilməsi təmin edilmişdir.

Bununla yanaşı, 2013-cü ildə Şəki Şəhər Təhsil şöbəsinin yeni inzibati binasının, Baş Küngüt kənd tam orta məktəbin əsaslı təmiri, 17 nömrəli şəhər, Göybulaq, Baş Göynük, Baş Şabalıd kənd məktəbləri üçün yeni binaların tikintisi aparılır.

28 saylı bağçada təmir işləri başa çatmaq üzrədir.

Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən 2013-cü ilin I yarısında əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür. Şəki Doğum Evi Kompleksi əsaslı təmirdən sonra istifadəyə verilmiş, Aşağı və Baş Göynük kənd xəstəxanaları üçün yeni binaların tikintisi , Şəki Mərkəzi Rayon Xəstəxanasında bir sıra əsaslı yenidənqurma işləri başa çatmışdır.

Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir.

Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın turizm potensialının daha geniş təbliğ edilməsi məqsədilə Almaniyanın qabaqcıl turizm şirkətləri ilə danışıqlar aparılmış, turizm sahəsində beynəlxalq təcrübəyə malik olan ekspertlər Şəkiyə dəvət edilmişdir.

Cinayətkarlığa qarşı mübarizədə uğurlu nəticələr

2013-cü ilin I yarısında Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 68 cinayət hadisəsi qeydə alınmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 17 fakt azalmışdır. Qeydə alınan cinayətlərdən 91,0 faizin açılması təmin edilmişdir. Müddət ərzində Şəki Şəhər Rayon polis Şöbəsi tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 9 fakt aşkar edilmişdir.

Hərbi vətənpərvərlik tərbiyəsi yeni ampulada

Respublikamızda ordu quruculuğunun möhkəmləndirilməsi, gənclərin hərbi xidmətə çağırışının həyata keçirilməsi, hərbi vətənpərvərlik tərbiyəsi ölkə rəhbərliyinin daim diqqət və nəzarətindədir.

Şəki Şəhər İcra Hakimiyyəti rayon ərazisində yerləşən hərbi hissələrlə daim əlaqə saxlamış, həri hissələrin yerli əhəmiyyətli problemlərini öyrənmiş, onların həlli istiqamətində bir çox tədbirlər həyata keçirmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2013-cü ilin I yarısında 413 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.

 

Məzahir ƏHMƏDOĞLU

ədalət.-2013.-12 sentyabr.-S.3.