O GÖRDÜYÜN MİRAJ DEYİL,
QAFQAZ GÖZƏLİDİR...
Havalar nə qədər isti keçsə də, bəzi dəyişkən günlərdə payızın yaxınlaşdığı hiss olunur, özünü göstərir. Xüsusilə dağlıq yerlərdə gecələrin sərinliyi bu ovqatı özünəməxsus məqamlarla tamamlayır. İnsanlar təbiətə indi ayrı bir ovqatla qovuşmağa hazırlaşırlar. Sonbahar sevdalarıyla...
Qafqaz İncisinin - Qaxın hər bucağından payızın qoxusu hiss olunur. Hələ yaşanmır ha, hiss olunur, bir anlıq gözündən-könlündən, qanından-duyğularından keçib gedir. Eh, Qaxın havasından, suyundan, dağından, meşəsindən, təbiət gözəlliklərindən danışmaqla qurtarmaz ki...
Əsas bilirsiniz nədir? Bu təbiət gözəlliyi ilə yarışa girən və ildən-ilə bütünləşib qovuşan müasirlik, urbanik inkişaf, mədəni həyat tərzinin arzulanan səviyyəsi. Bu yerlərə gəlib-gedən qonaqları, turistləri, vətənpərvər insanları daha çox sevindirən, qürurlandıran bu amillərdir.
Keçən ay rayona səfər edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də diqqətini cəlb etdiyi bütün bu xoş məqamlar.
Prezident də görülən işlərdən razı qalıb sevincini gizlətmirsə, bunun ən böyük faydası ölkə vətəndaşlarının qismətinə düşür. Ölkə inkişaf edir, regionlar inkişaf edir, insanların həyat tərzi bütün mənalarda yüksəlişə doğru yeni istiqamət götürür.
Prezidentin hər gəlişi
Cənab Prezident Qaxda olarkən Heydər Əliyev Mərkəzinin və digər yeni tikililərin açılışında iştirak etdi. Şəhərin park və meydanlarında camaatla görüşərkən ölkədə yaşayan hər bir vətəndaşın Prezidenti olduğunu yüksək səmimiyyətlə bir daha təsdiq etdi. Yəni bütün görüş və söhbətlərin yeganə mövzusu, istiqaməti xalqın öz rəhbərinə böyük inamı və sevgisi idi.
Rəhbərliklə
camaatın
gerçək birliyi
Qax rayonu gerçəkdən son illərin inkişafını təsdiqləyən ən gözəl nümunələrdən biridir. Bu, təbii ki, ilk olaraq ölkə rəhbərliyinin yüksək qayğı və diqqətinin nəticəsidir. Üstəlik də göstərilən etimadı layiqincə doğrultmağa çalışan rayon rəhbərliyinin fədakarlığı da göz önündədir.
Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin ən üstün iş prinsiplərindən biri də budur ki, o, cənab Prezidentin tələblərinə cavab verən fəaliyyət nümunəsini gündəlik həyat tərzi kimi qəbul edir.
Elə bu səbəbdən
də Musa müəllimi işçilər
və camaat çox sevir. Və olduqca səmimi
münasibətlərlə...
İnkişaf strategiyası
Rayon bütün istiqamətlərdə daimi inkişafdadır. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əksəriyyəti icra olunmuşdur. Rayonda müvafiq sahədə bir sıra işlər görülmüş və tədbirlər həyata keçirilmişdir. Belə ki, rayon Statistika İdarəsi tərəfindən verilmiş məlumatlara əsasən 2013-cü ilin 6 ayı ərzində ümumi daxili məhsul istehsalı 73 milyon 496 min manat təşkil etmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 milyon 529 min manat çoxdur.
2012-ci ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalının tərkibində olan sənaye məhsulu istehsalı 2 milyon 576 min manat və ya əvvəlki dövrlə müqayisədə 120 min manat az, kənd təsərrüfatı məhsullarının istehsalı 14 milyon 919 min manat və ya əvvəlki dövrlə müqayisədə1 milyon 962 min manat, tikintidə 41 milyon 29 min manat və ya əvvəlki dövrlə müqayisədə 28 milyon 135 min manat, ticarətdə 13 milyon 672 min manat və ya əvvəlki dövrlə müqayisədə 525 min manat, nəqliyyatda 968 min manat və ya əvvəlki dövrlə müqayisədə 7 min manat, rabitədə 332 min manat və ya əvvəlki dövrlə müqayisədə 22 min manat çox olmuşdur.
Əsas kapitala yönəldilən investisiya 41 milyon 706 min manat olmuşdur ki, bu da əvvəlki dövrlə müqayisədə 28 milyon 204 min manat çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 9 milyon 127 min manat, əvvəlki dövrlə müqayisədə 292 min manat, adambaşına düşən pullu xidmətlərin həcmi 163 manat, əvvəlki dövrlə müqayisədə 4 manat çox olmuşdur. 229 yeni iş yeri açılmış və onlardan da 225-i daimidir. Sahibkarlıq subyektlərinin sayı 6 ay ərzində 179 nəfər artaraq 2831 olmuşdur.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2013.-13 sentyabr.-S.3.