AKIF SƏMƏD
İnsan Mənzərələri
1.ETÜD
Tanışlıq
Sözündə özümü gördüm,
Özümdə Akif Səmədi.
Zülümdə fani dünyanı,
Dözümdə Akif Səmədi.
İlk tanışlığımız Tusi adına pedaqoji Universitetdə Tələbə dostum Soltan Ateyivin otağında oldu. Soltan:
-Məmməd, bu incəli balasıyla tanışsınızmı? - deyib divanda oturmuş 50-55 yaşlı, (əslin də isə 30-35 yaşı olardı) lopabığlı, çalsaçlı, gülər üzlü Akifi göstərdi. O ayağa durub mənimlə görüşdü. Təzəcə çapdan çıxmış "Uzaqlardan gəlirik" kitabını "Ən əsası İncəli olduğu üçün Məmməd bəyə" avtoqrafıyla mənə bağışladı və elə o gündən bağlandıq bir-birimizə.
Ağamalı Sadiq itkisiylə necə barışıb, Ağamalısız illəri necə yaşayacağım bir müəmma kimi hər an ürəyimi parça-parça etdiyi bir zamanda tapmışdım Akif Səmədi. Bax beləcə, Ağamalıya olan, Ağamalıdan qalan bütün həsrət və sevgilərimin ünvanı, səbir və dözüm yerim oldu arkadaşım Akif. Bir-birimizə müraciət idi "Arkadaş"sözü.
Şeir yazmağımdan xəbəri yox idi. Ancaq bütün yazdığı şeirləri ilk dəfə mənə oxuyurdu. Sözə münasibəti, sözə sevgilərimi görüb ,"Vallah sən ki. sözü belə duyursan, sən bizdən böyük şairsən" - deyərdi. Sonralar, yəni, 2004-cü ildə "Dəmircioğlunu dindir" adli ilk kitabım nəşrə hazırlanan ərəfələrdə sirrimi açıb: "Kitaba da "Dəmirçioğlunu dindirmə" adını qoymuşuq, xoşuna gəlirmi?" - dedim. O isə heç düşünmədən: "Arkadaş, dindirmə ni dindir eləsən yaxşıdır. Qoy kitabı açan səni dindirsin" - deyib xeyir-dua vermişdi.
2 ETÜD
Gözümün qabağında yazılan şeirlər
Evimizə dəvət etmişdim. İşlədiyim portretlərə baxmaq üçün gəlmişdi. Öz portretini görüb xeyli tamaşa etdi:
- Ayə, a qıvlasız, məni məndən gözəl işləmisən, bu nədi belə? - deyib, bütün portretləri nəzərdən keçirdi:
- Sən bu portretləri cəm halında "İnsan mənzərələri" adlı kitaba topla, - deyib "İnsan mənzərələri" kitabına həm ad qoydu, həm də ilk xeyir-duanı verdi. Bunu da əlavə elədi ki, kitabın ön sözündə Hazim Hikmətə bir rəhmət oxuyub, ondan üzr diləyəsən. Çünki, bu ad ona məxzusdur - deyib, tövsiyəsini də əsirgəmədi. Sonra süfrə arxasına orurduq. Yemək arası birdən dayanıb: "Məmməd, arkadaş, tez mənə bir kağız, bir qələm ver" - deyib, məni tələsdirdi. Dərhal məsələni başa düşdüm. Belə hallarla çox rastlaşmışdım. Söz gələndə qaçırmazdı, yerindəcə tutub saxlamağı varıydı. Bu dəfə zarafata salıb, bir vaxtlar Ağamalı Sadiqin, "sən rəssamsan, lazımın olar" - deyib, bağışladığı nazik, qəzet boyda olan ag vərəqlərdən birini gətirib bir neçə yerə qatladım. Cib dəftərçəsinə oxşayan kağızı ona uzadıb: "Al, nəqədər istəyirsən yaz", - dedim. Bığaltı qımışdı, kağıza nəsə yazıb cibinə qoydu:
- Sən zarafat elə, bir də görüşəndə görəcəksən bütün vərəqləri doldurmuşam deyib, zarafatımdan xeyli xoşhal oldu. Beş-üç gün keçməmişdi zəng vrdu:
- Məmməd, gözəl kişilərlə oturmuşuq. Qonaqlığı mən verirəm. Onlarla tanış olmaq istiyirsənsə, gəl şotu ver, səninlə tanış edim, - deyib mənə görüş yerini dedi. Məsələ aydin idi. Cibində pulu az olanda məni köməyə çağırardı.
Görüşdük. Şair dostumuz Kəmaləddin Qədimlə dostluğumuz elə o gündən başladı. Sonra əlini cibinə salıb:
- Ayə, kağızını da doldurmuşam, - deyib, mənim qatlayıb düzəltdiyim "kitabçanı" cibindən çıxarıb, o üzə çevirib bir şeir oxudu, bu üzə çevirib bir şeir oxudu, kağız bütün açıldı. İlahi, mən verən o kağız, bir az əl dəsmalına, bir az cib yaylığına, bir azda salfetkaya oxşayırdı. Yağ ləkəsi, tər ləkəsi içərisində qaralı-ağlı şeirləlr.
- Həgkağız dolub, birini də hazırla - deyib, bir şeirdə oxudu.
Ya Rəbb, adamam, adıma
Canıma yazığım gəlsin.
Bu dünya xandı, mən qulu,
Xanına yazığın gəlsin.
Bir ulu, bir qədim səsdim,
Bilmirəm niyə tələsdim.
Qılıncam, qınımı kəsdim,
Qınıma yazığın gəlsin.
Ay qaranlıqdı, qar işıq,
Gecə gündüzə yaraşıq.
Qanım qanlara qarışıq,
Qanıma yazığın gəlsin.
Nə oxuyur bu saz, bu tar.
Canimdaqoymadı tutar.
Canimdan canimi qurtar,
Canima yazığın
gəlsin.
Yaz vaxtıydi. Hər yaz
onunla səfərə
çıxardıq. Son
zamanlar xəstəliyi
onu üstələyir,
ayaqları şişir,
amansız öskürək
amanını qırır,
təngnəfəslik nəfəsini
kəsirdi. Ağ
su aşırımlarında
hər döngə başı maşını
saxladıb: "o nərgizdən
bir qom al, o qulançardan, o bənövşədən..."gBeləcə nazıyla oynayırdım. Hamımız
bilirdik, elə özü də bilirdi bu dünyada
onun vaxtı çox az
idi.
İncəli səfərimizdən geri qayıdırdıq. Yolumuzu Qəbələ rayonundan saldıq. Qaradeyin kəndində, bacımgil
yaşayırdılar. Onlara qonaq olmaq qərarına
gəldik.
Yeznəmiz Rasim bəy bizi həmişəki kimi çox səmimi qarşıladı,
yemək-içmək məclisi
gecə yarıya qədər uzandı. Birdən
Akif:
- A Rasim, buralarda bulaq yoxdumu, bir əl üzümüzü
yuyardıq, bir az sərin
su içərdik, - dedi. Rasim gecənin
bu nisbində bulaqmı olar, deyə düşünüb
zarafatla:
- Niyə yoxdur Akif bəy. Qiblə bulağı elədir ki, buz kimi,
çox uzaqda deyil. Xətrin istiyir, durun
gedək. Akifə
bu söz bənd imiş kimi:
- Durum! Ayə bulağınızın
nə gözəl adı var. Durun gedək bir az sərinləyək
deyib, hamını ayağa qaldırdı. Gecə qaranlığında, əzəmətli
bir ağacın altında yerləşən
"Qiblə" bulağına
adlamaq asan olmadı. Ayaqlarımız daşlardan sürüşüb,
çeyilə, çamıra,
batdı.
Akif ayaqlarını soyunub, yaxşıca yuyundu, sudan içib
geri qayıtdıq.
Gecə öskürək bir anda aman vermədi
yazığa. Demək olar ki, səhərə qədər
arası kəsilmədən
öskürdü. Yuxudan çox
erkən durquzdu bizi.
- Ayə durun, görün quşlar nə gözəl oxuyur, bir şehli
çəməndə ayaqyalın
gəzin, bəsdi yatdınız-deyib hamımızı
oyatdı. Bacım mənə yaxınlaşıb:
- Qardaş, bu adam nə
qəribə adamdı.
Səhərə qədər öskürdü,
bunun ciyəri partlamadımı? İndidə elə gülür, zarafat edir, mat qalmışıq, - deyib təəccübünü gizləyə
bilmədi. Sonra da iki uşaq
gülə-gülə bizə
yaxınlaşıb: "Akif
dayı, nasqıların
bulaq başında qalıbmış" - deyib,
islaq nasqıları Akifə uzatdılar. O da qımışıb:
- A bala, məktəbinizə aparın, orada müzeyə qoyarlar - deyib, uşaqlarla zarafat etdi.
Sonra üzünü mənə
tutub:
- Arkadaş, siz yuxu bişirdiniz, məndə səhər-səhər
bir şeir yazmışam - deyib, bu şeiri oxudu:
Uzanıb
sübhə qədər,
Çəkirəm ah... Gecələr.
Gedir yenə qayıdır
Mənə sabah gecələr.
Gecəyə yiyə durmur,
Sabahın sağ sahibi.
Qaralar ağı yedi
Hardadı ağ sahibi.
Ulduzlar ulduz deyil,
Səbrim dara çəkilir.
Neçə bəyaz duyğunun
Üstündən qara çəkilir.
Görsəniz yoxam, deyin
Ay tək batmağa getdi.
Öldü deməyin, dostlar
Akif yatmağa
getdi.
3. ETÜD
Mən gələnə qalmadı
Alma-ata şəhərinə
işgüzar səfərə
çıxmalıydım. 2004-cü ilin əvvəlləri idi. Görüşmək üçün Akifgilə getdim. Xeyli söhbətləşdik.
- Məmməd, gecmi gələcəksən? Sənsiz heç
bilmirəm necə duracam. Məmməd İlqarı da
özümdən küsdürmüşəm.
Tez gələrsən, bizi barışdırarsan... deyib
susdu. Ayrıldıq. Beş-on addım gedib
geri döndüm.
Akif Arxamca mənə baxırdı.
- Məmməd, nə olaydı sən gələnə qədər
ölməyəydim - deyib,
gülümsədi. Onu gözləri
dolan görməmişdim.
Üzümü çevirib,
uzaqlaşdım, göz
yaşımı gizləmək
üçün...
İyul
ayının 12-si billet alıb
Bakıya qayıdırdım.
Təyyarədə oturub bizə
paylanan qəzet-jurnalları
vərəqləyirdim. Qəzet səhifəsinin birində
Akifin şəkilini gördüm. Yazını oxuyanda, elə bil damarlarımda qanım dondu. Bir xanim yazar (adı
yadımda qalmayıb)
Akifə xatirə yazısı yazıb, ağılarla, laylalarla İncəliyə gedən
karvana, "Amandı,
ay ildən əylən"
Qım-qımısıyla bağrımın
başını oyuq-oyuq
elədi. Hönkürtümə
yaxınlaşan stüardessa,
əlimdəki kağıza,
qara haşiyəli şəkilə baxıb,
kor-peşman geri qayıtdı...
Məni qarşılamağa oğlum
Daşqın gəlmişdi. O bu qara xəbəri mənə necə deyəcəyini bilmirdi. Bir-iki dəfə dili dolaşa-dolaşa nə isə demək istədi. Mən onu qabaqlayıb,
bilirəm, oğlum bilirəm deyib, maşınına oturduq.
Akif mən qayıdana qalmadı. Son anlarında
yanında ola
bilmədiyimə gorə
heç özümü
bağışlaya bilmirəm.
Şair dostum Şəmsi qoca, görəsən Məmməd Akif ayrılığına necə
dözəcək deyibmiş.
Sonra Akifə yazdığım
qım-qımını oxuyub
başını bulayıbmış.
Fil olan ağırdı,
Gül olan fağırdı
Dil olan çağırdı
Göz olan ağladıg
Çağırma fələyi,
Kəfəndi bələyi.
Çat
verən ürəyi
Köz olan ağladı
Bu etüdlər Akiflə
keçən ömrüm
çox tələsik
cizgilərlə qələmə
alınmış qısaca
anları, xatirələridir. Bu zatipələrin isə sayı-hesabı yoxdur.
Akif Səməd həm poeziyamızda, həm könüllərimizdə özünə
bənzər, bənzərsiz
bir iz, bir
yol qoyub gedənlərdəndir. "Amandır, ay gedən əylən" yaza bildi. Ancaq əylənə bilmədi. Çox tələsirdi. Cəmi dünya hesabı ilə 45 yaş yaşayıb, min illik, nə min il, düz
Adəmdən Akif Səmədəcən yaşadı
bu ağır taxtalı kişi.
Beləliklə mənə həsr etdiyi bir şeirlə
sizlərlə sağollaşıram
möhtərəm oxucular.
DƏMİRÇİOĞLUYA
Bütün yollar dolanıbdır
dünyanı,
Kəndə dönür, kəndə dödür arxadaş.
Üz çevirməz bəndəsindən
yaradan,
Bəndə dönür, bədə
dönür arxadaş
Yanar ocaq bir dəfəlik
ha sönmür,
Kül altında qor illərə ha sönmür,
Üzüdönük bircə dəfə ha dönmür,
Gündə dönür,gündə
dönür arxadaş.
Qara qoçun sabahı yox, sabahı,
Qara acın
pənahı yox, pənahı.
Qara saçın günahı
yox, günahı,
Kündə dönür, kündə dönür arxadaş.
Səndən qabaq kimlər baxıb bu çaya,
Nə hesaba gələsidi, nə saya
Yer firlanmır
nə günəşə,
nə aya.
Səndə dönür, səndə dönür arxadaş.
Nə yatıbsan bu sərində, kölgədə,
Səni
gəzir ağrı dağı bəlkə də,
İmmanlısı Akif olan ölkədə.
Dində dönür-dində dönür
arxadaş.
Məmməd Dəmirçioğlunun
təqdimatında
Ədalət.-2013.-14 sentyabr.-S.10.