O GÖRDÜYÜN MİRAJ DEYİL, QAFQAZ GÖZƏLİDİR...

(əvvəli ötən sayımızda)

 

Rayonun yerli xərcləri 6 milyon 918 min manat proqnoza qarşı 6 milyon 768 min manatya 98 faiz, gəlirləri 1 milyon 468 min manat proqnoza qarşı 1 milyon 487 min manatya 101 faiz əməl olunmuşdur. Büdcəyə yığılmış vəsaitin həcmi 2012-ci ilin 6 ayına nisbətən 215 min manatya 17 faiz artmışdır. Eyni zamanda yerli büdcənin gəlirləri üzrə 1 milyon 430 min manat proqnoza qarşı 1 milyon 484 min manat daxil olmuşdur ki, bu da yerli büdcə üzrə proqnozun 103,8 faizini təşkil edir.

Yol... təkcə mədəniyyət deyil

Avtomobil yollarının əsaslı təmiri ilə bağlı büdcədə nəzərdə tutulmuş 950,6 min manat hesabına Ləkit və Əlibəyli kəndlərinə giriş yoluna asfalt örtüyünün salınması, Heydər Əliyev prospektində və C.Cabbarlı küçəsində yolun əsaslı təmiri işləri planlaşdırılmışdır. Artıq Əlibəyli kəndinin giriş hissəsinə 4,5km və Ləkit kəndinin giriş hissəsinə 1km uzunluğunda asfalt beton örtük salınmış, Heydər Əliyev prospektində isə əsaslı təmir işləri aparılır.

Büdcədə nəzərdə tutulmuş 259,6 min manat vəsait hesabına şəhərin Azərbaycan prospekti-67, İ.Mustafayev küçəsi-57, V.Eyvazov küçəsi-1, Heydər Əliyev prospekti-107, X.Natəvan küçəsi-3, Ş.Rustaveli küçəsi-14 saylı kommunal yaşayış binalarının dam örtüyü əsaslı təmir olunmuşdur. Cari ilin sonunadək Heydər Əliyev prospekti-97, Heydər Əliyev prospekti-105 və V.Eyvazov küçəsi-3 saylı yaşayış binalarının dam örtüyü əsaslı təmir olunması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2013-cü il tarixli 2735 nömrəli Sərəncamına əsasən rayonun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır. Artıq layihə üzrə avtomobil yolunun 8 km hissəsində asfalt-beton örtüyünün salınmasına başlanılmışdır.

Zəlzələ unudulur

Fövqəladə Hallar Nazirliyi tərəfindən Lələli kəndində 100, Lələpaşa kəndində 100, Ləkit-Kötüklü kəndində 40, Qorağan kəndində 220, Dəymədağlı kəndində 120, Zərnə kəndində 240 və Ləkit kəndində 420 şagirdyerlik olmaqla cəmi 1240 şagirdyerlik 7 məktəb binası tikilib istifadəyə verilmişdir. Güllük kəndində 300 şagirdyerlik məktəb binasında tikinti işləri başa çatdırılmışdır.

Rayon üzrə qəzalı vəziyyətdə olan 548 fərdi yaşayış evindən hal-hazırda 417 evin tikintisi başa çatdırılmış, 131 evdə tikinti işləri davam etdirilir.

Müxtəlif istiqamətli mühüm tədbirlər

Qax şəhərinin Su Təchizatı və Kanalizasiya Sistemlərinin yenidən qurulması davam etdirilir. Layihə üzrə İlisu kəndi ərazisində tikintisi nəzərdə tutulmuş Su Qəbuledici Qurğular Kompleksinin 1 və 2 saylı su toplayıcı qurğularının, 1 saylı təzyiq nizamlayıcı qurğusunun tikintisi başa çatdırılmış, 4 su anbarında son tamamlama işləri aparılır, 2 su anbarında isə qaba inşaat işləri davam etdirilir. Keçən müddətdə 12,4 km uzunluğunda anbarlararası və 55 km uzunluğunda isə şəhər daxili xətlərin çəkilişi başa çatdırılmışdır.

Rayon Təhsil şöbəsinin inzibati binasının, Əlibəyli kənd xəstəxanasının, Güllük kənd həkim məntəqəsinin, rayon Baytarlıq idarəsinin inzibati binasının tikintisi başa çatdırılmışdır.

Kürmük çayı üzərində 730 p/m uzunluğunda körpüdə, şəhərdə "Heydər Əliyev" Mərkəzində və İdman Olimpiya Kompleksində son tamamlama işləri aparılır.

Fövqəladə Hallar Nazirliyi Qax rayon Dövlət Yanğından mühafizə hissəsinin yeni inzibati binasında, "El Resort" hotel kompleksi ərazisində yeni 4 mərtəbəli korpusunda, Qaxbaş kəndi ərazisində 9 mərtəbəli yaşayış binasında, Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən 4 mərtəbəli 36 mənzilli yaşayış binasında, İlisu kəndində "Səngər qala" istirahət kompleksində, "Aqrolizinq" ASC-nin Qax rayon Aqroservis filialnın, Ağçay kəndi ərazisində 3 mərtəbəli istirahət mərkəzinin tikintisi davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə şəhər 4, 6 saylı, Zərnə, Qorağan, Qapıçay və İlisu kənd uşaq bağçalarının tikintisi üçün sənədləşmə işlərinə başlanılmışdır.

Cari ildə rayon Məhkəməsinin, Milli Təhlükəsizlik Nazirliyinin Qax rayon şöbəsinin, Qaz İstismar Sahəsinin və Su-kanal idarəsinin yeni inzibati binalarının tikintisi, Rayon GigiyenaEpidemiologiya mərkəzinin əsaslı təmiri, Qıpçaq kənd həkim məntəqəsinin tikintisi və şəhər 4 nömrəli 830 şagirdyerlik tam orta məktəbin əsaslı təmiri nəzərdə tutulmuşdur.

Daxili imkanlar hesabına 182 min manat məbləğində tikinti-təmir və abadlıq işləri görülmüşdür.

Qax bələdiyyəsi tərəfindən 9,6 min, kənd bələdiyyələri tərəfindən isə 21,2 min manatlıq abadlıq və təmir işləri görülmüşdür.

 

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDOĞLU

ədalət.-2013.-14 sentyabr.-S.4.