O GÖRDÜYÜN MİRAJ DEYİL,
QAFQAZ GÖZƏLİDİR...
(əvvəli ötən
saylarımızda)
16 saylı Yol İstismarı idarəsi tərəfindən hesabat dövründə respublika əhəmiyyətli yolların saxlanması və təmirinə 180 min manat, yerli əhəmiyyətli yolların saxlanılması və təmirinə 89 min manat olmaqla ümumilikdə 269 min manat məbləğində işlər görülmüşdür.
Suvarma sistemlərinin
nümunəvi işi
Rayonda daşqın və selə qarşı mübarizə məqsədilə 375,9 min m3 məcra təmizləmə işləri aparılmışdır. Sahilbərkitmə işlərinin aparılması məqsədilə 2190m3 daş beton bənd əsaslı təmir olunmuş və 685m3 qabyon bənd vurulmuşdur. Mövcud suvarma kanallarında 206,92 min m3 həcmində lildən təmizlənmə işləri aparılmışdır. Güllük və Əmbərçay kəndlərində suvarma şəbəkəsi üçün beton kanalların tikintisi başa çatdırılmışdır. Qaxmuğal beton kanalının tikintisi davam etdirilir. Qaratala, Şotavar, Qarabaldır, Fıstıqlı və Çudulu kəndlərində yeni su artezian quyuları qazılıb istifadəyə verilmişdir. Suvarma kanalları və hidrotexniki qurğular işlək vəziyyətə salınmış, əsas və təsərrüfat daxili suvarma kanallarında 206 min kub. metr həcmində lildən təmizləmə işləri aparılmışdır. Cari ilin keçən dövrü ərzində aparılan aqrotexniki xidmət işləri nəticəsində fındıq bağlarında bol məhsulun əsası qoyulmuşdur. Fındıq bağlarında 60 hektar sahədə təhlükəli ziyanverici olan dəyişikipəksarıyana və 4470 hektar sahədə alaqlara qarşı kimyəvi mübarizə aparılmışdır.
Bitkiçilik diqqət mərkəzindədir
2013-cü
ilin məhsulu üçün əkilmiş 12198 hektar
payızlıq taxıl, o cümlədən 6972 hektar
buğda, 5226 hektar arpa sahələrində biçin başa
çatdırılmış, 24508 ton payızlıq dənlilər
istehsal olunmuşdur.
Buğda istehsalçılarının maddi
marağının artırılması və buğda
istehsalının stimullaşdırılması məqsədi
ilə dövlət büdcəsinin vəsaiti hesabına 1024
nəfər buğda
istehsalçısının 6345 hektar əkdiyi
sahəyə görə 253816 manat
dövlət büdcəsi vəsaiti hesabına
yardımın verilməsi artıq təmin olunmuşdur.
Yazlıq bitkilərin əkininə və
payızlıqların biçini ilə əlaqədar
2739 nəfər istehsalçıya 599861 manat
yardım verilməsi ilə bağlı sənədlər Respublika Komissiyasına təqdim olunmuşdur.
Maldarlıq
bu rayonun dədə-baba ənənəsidir
Rayonda
aqrar bölmənin əsas sahələrindən olan
heyvandarlıq sahəsində də cari ilin birinci yarımili ərzində
həyata keçirilən məqsədyönlü tədbirlər
öz nəticəsini vermiş, heyvandarlıq məhsulları
istehsalının dinamik artımı təmin edilmişdir.
01 iyul 2013-cü il tarixə rayonda 26355 baş iribuynuzlu mal, o cümlədən 12772 baş ana mal, 115588 baş qoyun-keçi mövcud olmuş, ailə-kəndli təsərrüfatlarında hal-hazırda 100 mindən artıq müxtəlif növ ev quşları, 8 mindən yuxarı arı ailəsi saxlanılır.
Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv inkişaf etdirilməsinə zəmin yaradan cins maldarlığın inkişafı və süni mayalandırmanın tətbiqinin daha da genişləndirilməsi istiqamətində aparılan tədbirlər davam etdirilmişdir. Belə ki, ötən dövr ərzində Respublikaya idxal olunan cins düyələrdən 10 baş gətirilərək 50 faiz güzəştlə lizinq yolu ilə 1 nəfər sahibkara satılması təmin olunmuşdur.
Sahibkarlara
satılmış cins düyələr baytar nəzarətinə götürülmüş,
tələb olunmuş baytarlıq tədbirləri
həyata keçirilmişdir. Cins düyələrə normal
yemləmə-bəsləmə şəraiti
yaradılması ilə bağlı sahibkarlara
lazımi tövsiyələr verilir. Rayonda heyvandarlıq məhsulları
istehsalının dinamik
artımının təmin olunması məqsədilə həyata
keçirilən tədbirlər müsbət nəticəsini
vermişdir. Belə ki,
ötən ilin müvafiq
dövrü ilə müqayisədə 6 ay ərzində ət istehsalı 48 ton artaraq 1303 tona, süd istehsalı 430
ton artaraq 7101 tona, yumurta istehsalı 83 min ədəd artaraq 4 milyon 70 min ədədə
çatmışdır. Cari ildə 114,3
ton fiziki çəkidə
yun istehsal olunmuşdur.
Təhsil
və mədəniyyət sahələrində yeniliklər
Rayon
Təhsil şöbəsi cari ilin ötən 6 ayında təhsilin
inkişaf etdirilməsi, onun keyfiyyətinin
yaxşılaşdırılması istiqamətində bir
sıra işlər görmüşdür.
Rayonun bütün ümumtəhsil məktəblərində fənn olimpiadaları, rəsm, inşa-yazı müsabiqələri, idman oyunları keçirilmişdir. Respublika Prezidentinin sərəncamı ilə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" respublika müsabiqəsində şəhər 2 №-li tam orta məktəb, "Ən yaxşı müəllim" müsabiqəsində isə həmin məktəbin İnformatika müəllimi Nərminə Abdullayeva, Qorağan kənd tam orta məktəbinin müəllimi Alqış Həsrətov iştirak etmiş və qalib olmuşlar. Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən 2012-ci ilin 6 ayı ərzində tarixi gün, bayram və yubiley tədbirlərinin həyata keçirilməsi təmin edilmişdir. Şöbə Respublika Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən respublika səviyyəli tədbirlərdə rayonu layiqincə təmsil etmişlər.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin illik iş planına müvafiq olaraq Qax rayon Dövlət Rəsm Qalereyasında "Xalı və xalçaçılıq sənəti" adlı zona sərgisi keçirilmişdir. Ümumrespublika əhəmiyyətli sərgidə 14 bölgədən olan xalçaçıların 60-dan çox xalçası nümayiş olunmuşdur.
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2013.-17 sentyabr.-S.3.