Saatlı rayonu Prezidentin etimadını doğrultdu
(əvvəli ötən sayımızda)
Rayon sakinlərinin həyətyanı sahələrini əhatə edən 200 kvadrat metr divarlar hörülüb suvaq edilmişdir. Ərazidə salınan Bayraq Meydanı ilə həmsərhəd olan yaşayış evlərinin dam örtüyü dəyişdirilmişdir. Saatlı şəhərinin Gənclər küçəsində yerləşən 2 mərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, binanın fasad hissəsi aqlay üzlük plitələrlə yenidən üzlənmiş, köhnə pəncərələr plastik pəncərələrlə əvəzlənmişdir.
Daxili imkanlar hesabına rayonun bir neçə yaşayış məntəqəsində 60 min kvadrat metrə yaxın daxili yollarda qum-çınqıl materiallar tökülməklə cari təmir işləri görülmüşdür. 2013-cü ilin 1-ci yarımilində 132 kilometr yerli əhəmiyyətli avtomobil yolunun 125 kilometr hissəsinin saxlanmasına aidiyyati təşkilatlar tərəfindən 137,3 min manat vəsait sərf edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 12 may 2011-ci il tarixli Sərəncamı ilə Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisinə başlanılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Saatlı rayon İcra Hakimiyyətinə ilkin olaraq 1 milyon manat vəsait ayrılmışdır.
Simmetriya
dəyəri 12,5 milyon manat olan
idman kompleksinin
"A" blokunda hal-hazırda
tikinti işləri davam etdirilir. Kompleksdə 800 nəfər
tamaçaşı yeri
olan əl oyunları meydançası
və inzibati otaqlardan ibarət 2 mərtəbəli əsas
korpusu, 200 nəfər
tamaçaşı yeri
olan üzgüçülük
korpusu, 5 ədəd 2
mərtəbəli kotteclərin
tikintisi aparılacaq. 4 hektar ərazi
abadlaşdırılmaqla yaşıllıq
zolağı salınacaq.
Bu işlərin avqust-sentyabr aylarında başa çatdırılması
nəzərdə tutulmışdır.
Saatlı
şəhər mərkəzində
İstiqlaliyyət-Bayraq Meydanı
yaradılmaqla, sahəsi
1,2 hektardan çox olan meydanda İstiqlaliyyət
muzeyinin tikintisi, hündürlüyü 86 metr
olan bayraq qülləsinin ucaldılması,
ərazinin müasir görkəmə salınması
işləri başa çatdırılmışdır. Meydanda aparılan abadlıq və yaşıllıq işləri
çərçivəsində 2500 kvadrat metr sahədə
üzlük plitələr
döşənmiş, 160 metr
qala tipli daş hasarlar, 120 tağ şəkilli hasarlar hörülmüşdür.
Bayraq Meydanında aparılan bu işlər şəhərə tamam başqa bir görkəm vermişdir.
Kənd təsərrüfatı
rayonun əsas
məşğuliyyətidir
Xeyli əkin
sahəsi olan Saatlı rayonunda kənd təsərrüfatının
inkişafı üçün
geniş imkanlar var. Bu
mənada Azərbaycan
Respublikası Prezidentinin
23 yanvar 2007-ci tarixli sərəncamı ilə
kənd təsərrüfatı
məhsulları istehsalçılarına
dövlət büdcəsi
hesabına maliyyə yardımı verilməsi xüsusi qeyd edilməlidir. Bu ilin əvvəlində 5824 nəfər
buğda istehsalçısına
20405,52 hektar əkin sahəsi üçün 816,2 min manat
pul yardımı verilmişdir. 10077 nəfər
istehsalçıya 47678,37
hektar becərilən əkin sahəsi üçün 1907,1 min manat
subsidiya hesablanaraq toplanmış sənədlər
Respublika komissiyasına
təqdim edilmişdir.
Rayonda fəaliyyət göstərən
pambıq zavodları tərəfindən əhaliyə
qabaqcadan avans olaraq 367,8 min manat nəğd pul vəsaiti verilmişdir. 2013-cü ilin məhsulu üçün 23902 hektar
sahəyə taxıl
əkilmişdir. 20 iyul
2013-cü il tarixə
kimi 20960 hektar buğda sahəsindən
86232,2 ton məhsul yığılmışdır
ki, bu da
hər hektardan 41,1 sentner məhsul deməkdir.
2013-cü
ilin 6 ayında rayonda diri çəkidə
3546 ton ət, 19330 ton süd
və 4599000 min ədəd
yumurta istehsal edilmişdir. İndi Saatlıda iribuynuzluların
sayı 31585 baş, xırdabuynuzluların sayı
isə 101389 baş olmuşdur. Keçən ilin müvafiq
dövrü ilə müqayisədə mal-qara
79 baş, qoyun və keçilərin sayı isə 773 baş artmışdır.
Saatlı
"Aqroservis" filialı
və müvafiq təşkilatlar tərəfindən
2013-cü ilin 6 ayı
ərzində 2292 nəfər
istehsalçıya 11450,2 hektar
becərilən əkin
üçün 50 faiz
güzəştlə ümumilikdə
1604,9 ton azot gübrəsi
satılmışdır.
Saatlı rayonu üzrə
2013-cü ilin birinci yarımilində rayon ərazisində
fəaliyyət göstərən
pambıq zavodları əhali və fiziki şəxslər daxil olmaqla, 4984 hektar sahə üçün istehsalçılarla
pambıq toxumu əkilməsi üçün
müqavilə bağlanmışdır.
Burda sahibkarlığa geniş
imkan var
Saatlıda ötən illərdə olduğu kimi, bu ilin ilk 6 ayında
da sahibkarlığın
inkişafına xüsusi
fikir verilmişdir. İş adamları
və sahibkarların iqtisadi fəaliyyət proqramına cəlb olunması öz bəhrəsini vermişdir.
Hazırda rayonda 612 hüquqi, 3479 fiziki şəxs kiçik və orta sahibkarlıqla məşğul olurlar. 2013-cü ilin
6 ayında 265 yeni iş yerinin açılması da buna sübutdur.
Məhsul
istehsalının həcminin
yüksəlməsi, əməkhaqlarının,
pensiya və müavinətlərin artırılması,
yeni iş yerlərinin yaradılması
əhalinin pul gəlirlərinə müsbət
təsir etmişdir.
2013-cü ilin 6 ayında
əvvəlki eyni dövrlə müqayisədə
əhalinin pul gəlirləri 5,6 faiz artaraq 114 milyon 278 min manat olmuşdur.
Sahibkarların dövlət tərəfindən
dəstəklənməsi, fəaliyyətlərinə hüquqi
və təşkilati
yardımların göstərilməsi,
kreditlərlə köməklik
edilməsi önə
çəkilmişdir.
Bundan əlavə sahibkarlığı
inkişaf etdirmək, iş adamlarının
fəaliyyəti üçün
daha normal və hərtərəfli şərait
yaratmaq məqsədi ilə hüquqi və fiziki şəxslərin müraciətləri
əsasında onların
mülkiyyətində, istifadə
və icarəsində
olan torpaq sahələrində ticarət,
iaşə, bostan və tərəvəz məhsullarının saxlanılması
üçün anbarlar,
aptek və digər obyektlərin tikintisinə icazə verilmişdir.
Səxavət Məmmədli
Ədalət.-2013.-21 sentyabr.-S.4.