Mən köhnə kişiyəm, bala!”

 

 (Vaqif Bayatlı haqqında)

 

Gözəl bir şair, gözəl bir insan vardı, Azərbaycan Yazıçılar Birliyinin katibi İsaq İbrahimov. Mən onu düşünəndə dəqiq bilirəm ki, adam doğurdan da diri gözlü unudulur. İndi onu heç kəs xatırlamır. Burda Vaqif Bayatlının məşhur şeirindən bir misra yadıma düşür: “Görünməzsən unudarlar”. İsaq İbrahimov Vaqif Bayatlı haqqında bir şeir yazmışdı: “Mən köhnə kişiyəm, bala”. Bu şeir yazılanda ötən əsrin 80-ci illərin əvvəlləriydi, Vaqifin ən çox döyülən vaxtlarıydı. İsaq İbrahimov da Vaqifi müdafiə eləyirdi. Mən köhnə kişiyəm, balaifadəsi o dövrün ağrı-acılarını, senzurasını, təzə sözün üzünə bağlı qapıları təzə sözə hücumları dəqiq ifadə eləyirdi. Həm bu o zaman idi ki, akademik Bəkir Nəbiyev Vaqif Bayatlının əleyhinəKommunistqəzetində bir yazı yazmışdı. Bəkir müəllimin məqaləsinin ədəbi orqanlarda deyil, məhz Mərkəzi Komitənin orqanıKommunistqəzetində çap olunması oxuculara çox məsələləri anladırdı. Mənim fikrimcə, İsaq İbrahimovun o şeiri bu yazıya  ən gözəl cavab idi.

Bu yazını ağrıyıb yazıram. Vaqif Bayatlı haqqında ancaq İsaq İbrahimov, Aydın Məmmədov, Kamil Vəli Nərimanoğlu, Elçin, Əkrəm Əylisli, Tofiq Hacıyev yaza bilərdi doğurdan da vaxtı ilə çox maraqlı məqalələr yazdılar. Nədənsə indiki tənqidçilər Vaqif Bayatlının yaradıcılığınagirişmirlər”.

Əsl şair odur ki, heç kəsi yamsılamır, həm əsil şair odur ki, heç kəs onu yamsılaya bilmir. Əli Kərimin ən çox sevdiyi şair Orxan Vəli  olub, onun şərəfinə oğlunun adını Orxan qoyub, Əli Kərimin yaradıcılığında Orxan Vəliyə oxşar bir detal tapmaq mümkün deyil. Əli Kərimi özündən sonra yamsılayan bir şair yoxdur. Vaqif Bayatlı da belədir. Bu, əsl şairin əsas göstəricisidir.

Vaqif Bayatlı 70-ci illərin sonunda, “Ulduz”, sonra isəAzərbaycanjurnalında 12 şeiri ilə göründü. Biz onda Gəncədə tələbə idik. Biz deyəndə, Kəramət, mən Əjdər Ol. Dostlarımı deyə bilmərəm, Tofiq Abdinin sözü olmasın, şeirləri oxuyan kimi əlimdən qələm düşdü. Qoy burasını izah edim ki, vaxtı ilə Tofiq Abdin  özünün dediyinə görə, Aqşinin şeirlərini oxuyanda qələm əlindən düşmüşdü. Rəhmətlik Böyükxan Pərviz yazdı ki, Tofiq Abdinin əlində vaxt qələm olub ki, o da düşsün. Bu sözü özümə aid eləyirəm. isə, sözüm bunda yox, Vaqifdədi. Vaqif Bayatlının həmin 12 şeiri böyük bir ədəbi partlayış oldu. İndi o şeirlərin hamısını əzbər bilirəm.

O zaman, yəni 80-ci ildə unudulmaz şairimiz Bəxtiyar Vahabzadə Gəncəyə - biz tələbələrlə görüşə gəlmişdi. Orda mən Bəxtiyar müəllimə Vaqif Bayatlının şeirləri haqqında sual verdim, o da dedi ki, mən o oğlanı başa düşə bilmirəm.

VaqifUlduz”, “Xəzərjurnallarında işləyəndə ya işləməyəndə həmişə gənçlərə kömək eləyib bu gün eləməkdədi.

O illərdə 3 şairi daha çox sevmişəm, Ramiz Rövşəni, Vaqif Bayatlını, Dilsuzu. Vaqifin  şeirində xəyalın qanadları daha güclü çırpınır. Üslub da, enerji elə bu gücün özündədir. Şairliyin bir əsas keyfiyyəti elə budur. Təyyarənin üslubunu sürəti müəyyən etdiyi kimi, şairi xəyalının sürəti təyin edir.

Vaqiflə mənim bir dostumuz vardı, Gəncədən, mənim tələbə yoldaşım, şəhid şair Nizami Aydın. Vaqif Bayatlı onun xətrini çox istəyirdi, o Ağdərədə şəhid oldu, öləndə cibindən Vaqifin şeirlər kitabı çıxmışdı.

Vaqifin ilk şeirlər kitabının adıTənha ulduz altındaidi. Özünün dediyi kimi, kitab  məktuba oxşayırdı. Elə bil göyərçin dimdiyində gətirmişdi.

Vaqif Bayatlı Əli Kərimdən sonra şeirimizdə bir mərhələdir.

Vaqif Bayatlı 90-cı illərin əvvəlində əyninə bir yaşıl köynək geyinmişdi. Yəqin ki, Vaqifin yaxşı yadındadı. Elə bil Vaqif Bayatlı bayrağa bürünmüşdü... Türk bayrağı kimi dalğalanırdı.

 

 

Yazar

Qəşəm Nəcəfzadə

 

Ədalət.-2013.-12 yanvar.-S.16.