YENİ LAYİHƏMİZ:
ÖMRÜMDƏKİ İNSANLAR SİLSİLƏSİNDƏN
2012-Cİ İLDƏ ƏN
ÇOX OXUNAN YAZIM
VİDADİ MƏMMƏDOV
- 1 (1968 dəfə OXUNUB)
Yola saldığım yetmiş yaş bəzi şeyləri anlatsa
da, artıq yaşamağa
davam edirəm. 70 yaş
az yaş deyil. Şükürlər olsun
Allahıma, bu yetmiş
ilin 69-nu sağlam və
ağrısız başa vurduq
və indi "incə bir
yolun" başlanğıcından həyata
davam edirəm. Bu
yetmiş ilin ATA-ANA bölümünü hamı kimi
yaşamışam. Bakı dünyamda bir çox hadisələr
baş vermiş və
mənim bu yetmiş yaşa çatmağımda, bu
gün bu
yazını yazmağımda çox böyük yardımçı insanlar olub. Geriyə
baxanda həmin insanları bir
daha xatırlamaq mənim üçün
kədərli və çətin olsa da, deyim ki,
həm də maraqlıdı. Bu
insanların bəzilərini itirsəm də, şairlər
demişkən, onları yenə də canlı görürəm,
bəziləri hələ də həyata davam
edir və Allah onlara uzun ömür
versin. BU YARADICI VƏ SIRADAN İNSANLAR
haqqında düşünəndə çox
zaman ən xoş məqamlar
və anlar canımı isidir
və həyata daha çox
bağlanmalı oluram. Onların
bəziləri mənim bədii yazılarımın adsız
insanlarıdı, bəziləri haqqında əvvəllər
də yazmışam və həmin yazılar da
indi ayrı bir dad verir, bəziləri isə
bu proyekti
düşünəndə yaddaşımın alt qatından bir novruzgülü kimi boy verir.
BU İNSANLAR KİMLƏRDİ?
Bir
neçə il öncə sevgili Azər Abdulla mənə bir
məktub yazır ki, bəs xahiş edirəm sən mənə
Şahmar (69-cu illər nəslinin vaxtsız itirdiyimiz bir
yaradıcısı) haqqında yazı yaz. Ona xüsusi bir
nömrə həsr eləyirəm. Mən bilmirəm, Azər
Abdulla Vidadi Məmmədov haqqında belə bir fikrə
düşüb, ya düşməyib və yaxud bəlkə
də belə bir nömrə hazırlayıb, ya
hazırlamayıb, amma mən ona belə bir cavab yazdım:
"Əziz
və Hörmətli Azər!
İstanbulda
mənən çürüdüyüm bu yeddi ildə
Bakıdan məni təkidlə xatırlayan bir Adam varsa o da Sənsən.
Təbii sənin bu xatırlamanda mən bir "İnad"
hissinin də olduğunu görürəm və inan ki, bu da mənə
ləzzət eləyir.
Bilmirəm,
bəlkə də bir az tale oxşarlığı və bəxtin
gətirməməyi kimi bir hiss də var sənin bu
"İnadının" içində, amma bu
"İnad" məni son dərəcə rahatladan və
özümə bir az da hörmətimi artıran,
uşaqlarımın yanında başımı yuxarı eləyən
bir "İnad" olduğu üçün
(uşaqlarımın və ailəmin mənə nə
yazdıqlarından xəbəri yoxdur) sənə minnətdaram.
Bax,
Azər, mən Əlidən (60-ci illərin başqa bir
yazarı) gileyli deyiləm, amma bunu düşünürəm
ki, mən Əlini çox sevirəm, amma düşün ki,
sən necə dəfə mənə məktub yazsan da bir dəfə
də olsun Əlinin də "sənə salamı var deyə
bir şey yazmamısan" (hər halda mən
xatırlamıram bu anda) ola bilər ki, mənim bu yeddi ildə
bir dəfə Bakıya gəlişimdə onunla
görüşə bilmədiyimin (amma o şərt qoydu harda
görüşək) bunda müəyyən bir təsiri var,
amma məndən də asılı olmayan şeylər
ucbatından biz görüşə bilmədik.
Mən
bu Əli məsələsini elə-belə yazıram ki, bəzi
şeylər sənə aydın olsun və sənin
İnadının mənim üçün nə dərəcədə
qiymətli olduğunun da fərqində olasan.
Məlumun
olsun ki, bir çox şeylər qazansam da (xüsusiylə
Türkiyəni və buradakı Türkləri tanımaq
acısından və buraları başa düşmək
baxımından və bir çox yazılar yazmaq
baxımından) Türkiyədə
"yaşadığım və yaşayacağım"
illər mənim ömrümün ən Dəhşətli və
məndən asılı olmadan ən Alçaq (yəni
qarşı tərəf üçün, bir Ağdamlı
müəllim var Konyada, Novruz müəllim, bir kərə o,
mənə dedi: "sən niyə özünü bu qədər
üzürsən, səni bu günə salanlar
üzülsün". Əsil qiymət idi bu) illərini
yaşadım.
Təbii
bu uzun bir ömür hekayəsidi ki, bunu Nazim Hikmət Sovetlərdə
yaşadı, amma böyük fərqlə yaşadı, ona
görə ki, ruslar heç olmasa ona sahib çıxdı və
o özü bunu istəmədi.
Təbii
bir çox yazılarımda mən bunları anlatmağa
çalışmışam, ancaq bunu mən hekayə-filan və
yaxud Anar müəllim yazdığı kimi povest yoluyla deyil,
birbaşa bir həyatın hekayəsi olaraq bu gün də
yazdığım ən kiçik xəbərdən
tutmuş ən böyük yazıma qədər onların
hamısında butün bunlar var.
Mən
belə bir yazım var: "Sonunda Adil Qaçayoğlu da dilləndi:
uşaqlar təhsilini bitirsin, çıx gəl bəri..."
və bir zaman "Ortadoğu" qəzetində çap
olunan bir yazı da var "Çək git, arkadaş"
adında... O yazıları da bu məktubla sənə
göndərirəm.
Nəysə...
Rəhmətlk Şahmar haqqda mən yazı yazmağa
hazır deyiləm və yazsam da bu ortabab bir xatirdən o yana
getməz, çünki, Şahmarı bir türlü daha
geniş yadıma sala bilmirəm və hekayələrini
heç xatırlamıram, neçə gündür
xatırlamaq istəsəm də...
Mənim
üçün Sənət və Yazı Bir Cümlədi,
Bir Sətirdi, Bir Sözdür və ya Bir Kəlmədi və
buna görə də bu dəqiqə bu kəlmələri, bu
sözləri Şahmarın yadımda qalmayan heç bir sənət
əsərindən də seçib tapa bilmirəm və bir də
inan ki, bu xatirə kimi şeylər yazmaq mənə artıq
ağır gəlir. Gəncliyimizdə başqalarına
gülürdük belə şeylər yazılanda, indi
özümüz bu işlə məşğuluq ki, buna da mən
yaxşı baxmıram, amma Anar haqqında yazımda
yazdığım kimi elə şeylər var ki, onları
yazmaya bilmirsən. Şahmar son dərəcə gözəl
aktyor (Kukla teatrındakı həyatını deyirəm) və
"son dərəcəsiz" gözəl bir
yazıçı olsa da İstanbulda bu ağır və əzablı
qürbətdə yaşadığım illərdə
çox az yadıma düşüb.
Ola
bilər bu bir günahdı və ola bilər mən vəfasızlıq
(orijinalında eşşəklik) eləyirəm, (sənə
olan bu məktubumu istədiyin qəzetdə çap etdirə
bilərsən, amma heç nəyi dəyişmədən).
Olanı budur.
Mənim
onun haqqında yazacağım şeylər bu dəqiqə mənə
əzab vərməkdən başqa bir şey olmaz,
çünki, yaza bilmirəm.
Sənə
olan bu məktubum su kimi axıb gəldiyi halda onun haqqında
yazacağım yazı bir o qədər incidəcək məni...
Hazır
deyiləm, hazır...
Şahmar
Aktyorluq və Yazarlıq arasında faciəli bir həyat
yaşayan sənət adamı oldu ki, bunu
araşdırmağa indi hələlik hazır deyiləm (amma
içimdə bunun acı toxumları var) və mən bu faciəni
hələ o zaman da görürdüm və özünə
də demişdim...
Son dərəcə
kritik bir vəziyyətdəyəm, bu vəziyyətimi sevdiyin
("n" hərfidir bu, "m" hərfi deyil) Türkiyəni
"525"-ə göndərdiyim bir çox yazıda
anlatmağa çalışıram, təəssüf ki,
onları da bəzən şəxsi şeylər bilib
çap etməkdə çətinlik çəkirlər...
Gələcəm
bir gün və Səninlə bir qəzet buraxacağıq və
o zaman sən də, mən də yenidən
doğulacayıq... Ömür vəfa
etsə..."
...Belə
bir məktub yazdım və inanın ki, bu məktubda bir
şey əksik idi və indi onu əlavə eləyirəm:
canım Azər, əgər sən məndən Vidadi Məmmədov
(bundan sonra Vidadi Məmmədovun adı keçən yerlərdə
seçdirmə ilə yazılmış kimi oxunmasını
rica edərdim) haqqında bir yazı istəsəydin onu
canla-başla sənin üçün yazardım... İnan
ki, bu heç də Şahmara və onun qələminə
hörmətsizlik deyil, bu elə bir sirrdir ki, mən bunu izah eləməyə
belə çətinlik çəkirəm. Çünki
Vidadi Məmmədov bizim nəslin (60-cı illərin son
çərəyinin) ən möcüzəli bir Adamı və
Yaradıcısı idi...
Və həyatı da beləcə davam edirdi...
Bunu bizim yazar dostlarmız
hamısı bilir və hətta onun bir az tez ölməyi
də bir çox faciələri aradan qaldırdı ki, bunu indi
izah etməyə imkan belə yoxdu və izah
etmək mümkün
deyil. Heç gərək də
deyil.
Amma bütün
bunlara baxmayaraq Vidadi Məmmədov mənim üçün bir möcüzə İnsan olaraq və Möcüzə Yazar olaraq qalmaqdadı. Halbuki, inanın Vidadi Məmmədov özü dəfələrlə etiraf
etmişdi ki, mən "Araz" kinoteatrının yanındakı
çayxanada Tofiqə
yanaşdım və dedim: "mən sənin yazılarını
oxumuşam".
Və yenə də nəsə şirin bir söz demək
istəmiş, mənsə
həmən demişəm:
"gözüm aydın
oxumusan".
Mən bunu özümü tərif üçün xatırlamadım. Mənim
üçün Vidadi
sonralar elə bir yaradıcı və insan oldu
ki, onun mənim haqqımda kiçik bir şey deməsinə çox ehtiyac duyurdum və bir zaman "Ədəbiyyat" qəzetində
bir dəyirmi stol keçirdi, orada publisistika şöbəsinə başçılıq
eləyəndə, məni
də ora çağırmışdı və mən belə şeyləri heç sevməsəm də qaça-qaça getdim o dəyirmi stola...
Heç
unutmuram: görkəmli
və unudulmaz yazarımız Sabir Əhmədov Vidadi haqqında gözəl bir ifadə demişdi:
"ƏDƏBİYYATA BU CÜR ADAMLAR DA LAZIMDI".
Sabir müəllimin Vidadi Məmmdova verdiyi bu qiymət həqiqətən son dərəcə
layiqli bir qiymət idi və bu ifadədə
Vidadinin yazar kimliyi, şəxsiyyəti
bir az
zədə görsə
də, amma çox dəqiq bir ifadə idi.
"Bu cür"... Yəni nə cür?
Təbii mənim düşüncəmə
görə Sabir müəllimin bu fikri belə açıqlanmalıdı və
bir yazı adamı olaraq mən bunu belə
yorumlardım.
AMMA ÖNCƏ BİR QISA
AÇIQLAMA:
Vidadi Məmmədov
adda-budda yazan bir Yazar idi,
amma son dərəcə
gözəl bir Yazar idi. Vidadi Məmmədovun
vurtut bir neçə hekayəsi və bir neçə
publisistik yazısı
çap olundu. Mən illər sonrası unudulmaz yazarımz Yusif Səmədoğlu haqqında
bir vəda yazısı yazanda Yusif Səmədoğlu haqqında belə yazacam: "Bilirsən Vaqif, qardaşın Yusif ədəbiyyatda bir şeyi təsdiqlədi:
cilid-cilid yazı yazıb yazıçı
olmaq olmaz. Bu dünyada bir Yazıçı, bir Sənətkar kimi qalmaq üçün çox yazmaq şərt deyil, gözəl yazmaq şərtdir... Qardaşın, Yazıçı Yusif Səmədoğlu bilinən bu həqiqəti bir daha təsdiq etdi, bir neçə
əsər yazaraq.
Sayılacaq qədər əsəri
var. Amma unudulmayacaq və şeir kimi xatırlanacaq əsəri var".
Təbii
bizim ədəbiyyatımızda Vidadi Məmmədovun yerini
heç də Yusif Səmədoğluyla müqayisə etmək
olmaz və əgər Vidadi Məmmədov ömrünə
düşən bu yazarlığı tam istifadə eləsəydi,
Yusif Səmədoğlu kimi əsərlər yaza bilərdi
fikri mübahisəli olsa da, Vidadi Məmmdov da eynən Yusif Səmədoğlu
kimi az yazıb yaddaşlarda (bu Vidadiyə aiddir) və az
yazıb ədəbiyyatda (bu isə Səmədoğluya
aiddir) qalmağı bizə göstərdi və göstərdilər..
(davam
edəcək)
Tofiq Abdin
abdin41@mail.ru
Ədalət.-2013.-12 yanvar.-S.15.