Səhnədəki "Qəbir qazma üsulu"ndan nə öyrənməli?
"Yuğ"un tövbə oyunu
üzərində qurduğu tamaşanın anonsu
Öz
daimi tamaşaçılarını təəccübləndirməyi
bacaran "Yuğ" Dövlət Teatrı bu
yaxşılığından əl çəkməyə
hazırlaşmır. Missiyasına sadiq qalan yaradıcı kollektiv
25-ci mövsümün planına uyğun olaraq yeni bir
tamaşanın ictimai baxışını təşkil etdi.
Argentinalı Kasares...
Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə "Yuğ"un
divarları arasında ərsəyə gələn səhnə
əsəri "Qəbir qazma üsulu" adlanır.
Tamaşa Argentina yazıçısı A.B.Kasaresin əsəri
əsasında hazırlanıb.
Uzaq
Argentinadan olan müəllif bizə yaxın görünən
mövzuya toxunub. Bir-birini sevən iki gənc ailə qurur. Onların bir istəyi da var. Gözdən-könüldən uzaq bir yerdə
iş qurmağı planlaşdırırlar. Nəhayət, belə bir məkan
tapırlar. Aldıqları
ev və
açdıqları kafe
xəyallarında canlandırdıqları
məkana necə də uyğun gəlir... Tam xoşbəxt
olmaq üçün
bəs nə çatmır?
Maddi sıxıntılar
bu iki gənci
sıxır. Belə bir məqamda
xeyirxah bir cənab gənclərə
pul borc verməyə razı olur. Təbii ki, şərtinə
əməl olunacağı
halda. Gənc ailə bu cənabı da başladıqları işə
şərik etməlidirlər.
Kafeni açıb
işə başlayırlar. Lakin yenə
nəsə çatmır.
Nə?
Kafeyə müştəri gəlmir. Hər gün üst-üstə
yığılan borcları
necə qaytarmaq olacaq? Bu yükün
altından çıxmağın
mümkünsüz olduğunun
fərqindədilər. Amma çılğın gənclər
şəhərdən gələn
təklifləri də
rədd edirlər.
Qurduqları bu məkanı
şəhərə dəyişmək
istəmirlər.
Bu zaman tale onların
qarşısına bir
qadın çıxarır. Özü
də çantası
pulla dolu bir qadın! Lakin bir-birini sevən iki gənc taleyin
sınağından çıxa
bilmirlər. Onlar pula görə
bu qadını qətlə yetirməklə
cinayətə əl atırlar. Üstəlik, müdhiş cinayəti
törədənlər günahlarını
yumaq barədə düşünmürlər. Necə deyərlər, cinayət digər cinayətlərə
yol açır.
Sıralanan cinayətlər dəlicəsinə
bir-birini sevənlərin
sağlam ailəsinə
zərbə vurmaqla yanaşı hətta onların fiziki həyatlarını da məhv edir.
Cinayəti bir yerdə törədən insanlar bir-birlərini sevən iki gənc olduğundan
bu qədər günahın içində
ailələrini qoruyub
saxlaya bilmirlər. Ailənin dağılması
sevgilərinin məhv
olmasına və sonda onların ölümünə səbəb
olur.
Müəllif Kasaresin fikri "Yuğ" Teatrının
poetikasına uyğundu.
6 nəfərin qurduğu...
Əsəri dilimizə tərcümə
edən və səhnə variantını
hazırlayan Gümrah
Ömər həm də tamaşanın quruluşçu rejissorudu. "Yuğ" teatrının
yetirməsi Gümrah Ömər digər teatrlarımızda da uğurlu tamaşalar hazırlayıb. İstedadlı rejissor "Qəbir qazma üsulu" üçün maraqlı
komanda formalaşdırıb.
Əməkdar rəssam Rəşid
Şerif tamaşanın
quruluşçu rəssamıdı.
Umay Həsənova obrazların
geyim eskizlərini hazırlayıb. Ramiq Mehdi
ilə Mələk Vəlizadə musiqi tərtibatçılarıdı. Anar Mikayılova xoreoqraflıq
həvalə olunub.
Rejissor assisenti isə Aytən Məmmədovadı.
Quruluşçu rejissor Gümrah Ömərin başçılıq
etdiyi yaradıcı komandanın tamaşaçıya
mesajı var- Mənəviyyatlı insan
qarşısına çıxan
hər hansı bir problemi cinayət
yolu ilə həll etməyə çalışırsa o, məhvə
məhkum olacaq.
...və 4 aktyorun yaratdığı
Bu
mesajı necə və kiminlə çatdırmalı? Təbii
ki, aktyorlarla. Özü də aktyorların istedadlıları
ilə. Tanrıya şükür ki, "Yuğ"da bu
sarıdan problemi yoxdu.
Gümrah
Ömər bu tamaşada görün kimlərə güvənib-
Yaqut Paşazadə, Oqtay Mehdiyev... Hələ bu
harasıdı - əməkdar artistlər Sonaxanım
Mikayılova, Vidadi Həsənov.
4 istedadlı aktyordan
ibarət güclü
bir arsenal.
Yaradıcı
heyət tamaşaçının aktyorla nəfəs-nəfəsə
qaldığı bu səhnədə "Qəbir qazma
üsulu"nu ustaca mənimsəyib. Premyeranın vaxtı da
dəqiqləşib- yanvarın 19-u. Bircə detal
çatışmır-siz tamaşaçıların
reaksiyası.
İndi
sıra sizdədi...
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2013.-12 yanvar.-S.17.