Vaqif Cavadov:
"Nədənsə, legioner Rauf Əliyev qədər tənqid olunmur"
Hazırda "Qarabağ"la birgə
Antalyada təlim-məşq toplanışında olan Ağdam
klubunun hücumçusu Vaqif Cavadov Qol.Az saytının
Türkiyəyə ezam olunmuş xüsusi müxbirinə
müsahibə verib
- Sən
hər zaman və medianın və azarkeşlərin diqqətində
olmusan. Bir futbolçu kimi səndən tələblər da
çox olub. Bu mənada, 2012-ci ildə bu gözləntilərin
qarşılığın verə bildinmi? Yaddan
çıxarmayaq ki, ötən il də az tənqid
olunmadın.
-
2012-ci il mənim üçün yaxşı il oldu. Həm
milli komandada, həm də klubumda əsasən start heyətdə
meydana çıxmışam. Çalışmışam
ki, komandama əlimdən gələn köməyi edim. Amma istənilən
futbolçunun eniş və yüksəliş dövrü
olur. Ümumulikdə keçən il həm komandamın, həm
də mənim yaxşı oyunlarımız oldu.
Çalışacağam ki, 2013-cü ili daha uğurlu
keçirim.
- O fikirlə razılaşırsan
ki, "Tvente"dən qayıtdıqdan sonra bir müddən
çıxış etdiyin "Bakı" ilə müqayisədə
Qarabağ"da oyunun daha yaxşı alındı?
- "Bakı"da tam başqa bir heyət və ab-hava var idi. Denək
olmaz ki, "Bakı"dap pis oyunlar keçirmişəm.
Ümumilikdə komanda şəklində
yaxşı çıxış
etmədik. Bunun da əsas səbəblərində
biri məşqçi
dəyişikliyi idi.
"Qarabağ" isə komanda oyunu oynayır və topla yaxşı
davranır.
- Amma
"Bakı"da səni
ehtiyatda da görürdük. O vaxtkı baş
məşqçi Vinfred
Şeferlə nə kimi problemin var idi?
- Bəzi amillər vardı ki, mən onları demək istəmirəm. Çünki bunlar artıq
geridə qalıb.
"Bakı" yaxşı bir klubdur. İndi də düşünürəm
ki, orada yaxşı mövsüm keçirmişəm. Amma mən
deyərdim ki, hər bir futbolçunun
öz komandası var.
Hansı ki özünü orada daha yaxşı göstərə bilər.
Mənim
üçün də
belə komandalardan biri "Qarabağ"dır.
- Bəlkə məhz elə "Qarabağ"dır?
- Bəlkə də.
- Ötən ilin bu vaxtı "Qarabağ"a qayıdanda
demişdin ki, Azərbaycanda bir daha Ağdam komandasından başqa klubda çıxış
etməyəcəksən.
- Əlbətdə, nə
vaxta qədər ki, komandama lazımam,
buradayam. Heç heç bir
kluba getmək fikrim yoxdur. Çünki "Qarabağ"da mənim üçün hər şey yaxşıdır.
- Bir futbolçu üçün
mühit amili böyük rol oynayır. "Qarabağ"ın
mühiti sənin üçün doğmadır.
Bu mənada, özünü
başqa bir klubda, deyək ki, "Neftçi",
"İnter" və
ya "Qəbələ"də
görürsənmi?
- Yox, görmürəm. Hamısına böyük hörmətim
var. Amma mən "Qarabağ"da oynayıram,
bu komandanın uğurları haqda düşünürəm.
- "Bakı"da çıxış
etdiyin dönəmdə
də yaxşı oyun sərgələdiyini
deyirsən. Amma mediada sən az tənqid
olunmurdun. Ümumiyyətlə, indinin özündə
də belə fikirlər var ki, əvvəlki oyunu sərgiləyə bilmirsən. Buna baxmayaraq, bəzən sənin haqqinda onu da deyirlər
ki, tənqidə dözümsüzsən, iradları
qəbul etmək istəmirsən.
- Yoxg Mən razıyam ki, 2010-cu ildə mənim oyunumda eniş olub. Həmin il zədələndiyim
üçün "Tvente"də
möhkəmlənə bilmədim,
sonra "Bakı"ya
gəldim. "Bakı"da uğur qazana bilmədik. Bu da komanda daxilindəki bəzi məsələlərlə əlaqədar
idi. Əgər komandamız öndə
olsaydı, bəldə
bunlar danışılmazdı.
2011-ci ili isə Rusiyada keçirdim, əsasn ilk onlirlikdə yer alırdım. Tənqidə gəlincə, buna
normal yanaşıram. Amma gərək qərəzli
tənqid olmasın.
- Sənə qarşı haqlı tənqid çox olub, yaxsa qərəzli?
- Onu deyə bilmərəm.
Çünki medianı çox
izləmirəm. Keçən
mövsüm komandamda
adətən start heyətdə
meydana çıxmışam.
Yəqin
ki, oyunum alınmasa, belə olmazdı. Mənə elə gəlir
ki, tənqidlərə
ən yaxşı cavab oynamağımdır.
- 2009-cu ildəki
Vaqif Cavadovu bir də nə
vaxt görəcəyik?
- Mən artıq zədədən sonra öz formamı yığıram. Ağır zədədənsonra
hər bir futbolçuya bərpa olunmaq üçün vaxt lazımdır. Yavaş-yavaş formaya düşürəm.
- Rauf Əliyevin "Qarabağ"dan
gedişi son günlər
ən çox müzakirə olunan mövzudur. Bu haqda
sənin fikirlərin necədir?
- Media Raufu çox tənqid etdi. Amma ona təsəlli
vermək daha yaxşı olardı.
Çünki yuxarıda
qeyd etdiyim kimi, hər bir futbolçunun yaxşı və pis dövrü olur. Nədənsə, legionerləri bu
qədər tənqid
etmirlər. Nəyə görə?
- Legionerlər də tənqid olunur. Amma yerli futbolçu və millinin oyunçusu olduğu üçün Raufun üzərində medianın
nəzarəti güclüdür.
- Raufdan çox yazdılar ki, qol vura bilmir.
Bu da ona
pis təsir edirdi. Bəlkı də onun qol
vura bilməməsinin
bir səbəbi də tənqidlərə
fikir verməyi idi, sərbəst ola bilmirdi.
- Mətbuat
Raufu öz oyununa görə yox, qol vurmadığına
görə tənqid edirdi. Hər
halda, etiraf edilməlidir ki, o, bir hücumçu kimi rəqibin müdafiçilərini təzyiq
altında saxlayırdı.
Amma əsas problem onun bu çempionatın geridə qalan 18 oyununda bir dəfə
də fərqlənə
bilməməsidir. Səncə,
bu, normal bir bir şeydi?
- Düzdü, qış fasiləsinə kimi qol vurmadı. Amma çempionatln ikinci mərhələsində, ilk altılıqda
vura bilərdi axı. Yəni dediyim odur ki, hər bir
futbolçuda belə
hal baş verə bilər.
- Rauf Əliyevin gedişatında Vaqif Cavadov amili nə
dərəcədə rol
oynadı? Yəni Qurban Qurbanov
əsas heyətdə
səni meydana buraxdı və onun etimadını doğrultdun.
- Biz Raufla dostuq. Mən həmişə sol cinahda
oynamışam. Sonra baş
məşqçi qərara
gəlmişdi ki, öndə oynayım.
Biz qol vurmaq
üçün heç
vaxt bir-birimizlə rəqabət aparmamışıq.
Hər ikimiz komandamızın uğurları üçün
çalışmışıq. Mən bütün hallarda Raufa inanıram. Onun yeni komandasında öz sözünü deyəcəyini ümidim böyükdür. Onun "Qarabağ"dan
getməsinə gəlincə,
hər bir futbolçu komandasını
dəyişə bilər.
Bu, normal haldır. Futbol həyatı elədir ki, tez-tez klub
dəyişə bilərsən.
Karyeranı bitirəndən sonra
heç kimin yadına da düşməyə bilərsən.
- Bayaq Azərbaycanda oynayan legionerlərin
az tənqid olunması haqda danışdın. Sənin bizdə
çıxış edən əcnəbi hücumçular
haqda fikirlərin necədir?
- Elə
komandalar var ki, legionerləri səviyyəlidir. Belə olanda
çempionatımız güclənir. Amma elə legionerlər
də var ki, yerli futbolçulardan zəifdir. Buna baxmayaraq,
onları əsas heyətdə oynadırlar.
- Xüsusi fərqləndirəcəyin
legioner hücumçular kimlərdir?
-
"Neftçi"dən Nikolas Kanalesin qeyd etməmək
olmaz. Hazırda o, çempionatımızın bombardiridir. Pis
hücumçu deyil. Amma ona o imkanları yaradan
yarımmüdafiəçilər də var. Kanales elə bir
hücumçudur ki, ötürmə almasa, çox az qol
vurar. Özü fərdi qaydada az imkan yaxalaya bilər.
- Gələk "Qarabağ"a.
Qış fasiləsindən sonra özünü necə hiss
edirsən?
-
İstirahətimiz yaxşı keçdi. Yeni ili ailəmlə
birgə keçirdim. 20 gündə yaxşı dincələ
bildik. Antalyaya yaxşı əhval-ruhiyyədə gəlmişik.
Mənə elə gəlir, burda yaxşı hazırlıq
keçəcəyik və "altılıq"da problemlə
üzləşməyəcəyik. İlk
"altılıq"da maksimum nəticə üçün
oynayacağıq.
- Yəni çempionluq
üçün?
-
Arada bəzi klublara keçməyimi nəzərə almasaq, mən
2007-ci ildən "Qarabağ"dayam. Neçə ildi
çempion olmuruq. Buna yaxınlaşsaq da, sonda
üçüncü ya dördüncü yerləri
tutmuşuq. Amma bu il daha istəkliyik.
Çalışacağıq ki, birinci yeri tutaq.
Ədalət.-2013.-15 yanvar.-S.8.