Rusiyada bestseller olan 29 yaşlı azərbaycanlı
yazıçı
"Uşaq vaxtı qadınları çox dinləmişəm"
1984-cü ilin mart ayının
12-də, Bakıda anadan
olub. Jurnalistika fakültəsini bitirib. Bir sıra yerli
qəzetlərdə və
ANS teleşirkətində çalışıb.
Moskvaya köçəndən
sonra "Komsomolskaya pravda"
qəzeti, "Oqonyok" , "Kosmopolitan,
"Qastronom" jurnalları
ilə əməkdaşlıq
edib.
2008-ci ildə Rusiyada
fəaliyyət göstərən
nəşriyyatlardan birində
Səfərlinin debüt
romanı - "Bosforun
şirin duzu" - işıq üzü görüb. Azərbaycanlı yazıçı yeddi roman müəllifidir.
Rusiyanın "Qazeta" qəzeti E. Səfərlini "gələcəyin
mümkün carçısı"
elan edib. Ukraynanın
"L:::Officiel"ı isə onun kitablarına "əsl bestseller" adını
verib. Subaydır.
- Mümkünsə azərbaycandilli
oxucu üçün
Elçin Səfərli
haqda bir az danışın
- Mən Rusiyada fəaliyyət göstərən
"AST" nəşriyyatında çapdan çıxmış
yeddi romanın müəllifiyəm. Necə oldusa, özüm
üçün yazdığım
mətnlər kitablara
çevrildi. Bu - çox
vaxt adamı sevindirir, bəzənsə
yox...İndi mənə "yazıçı"
deyirlər, mənsə
özüm barədə
bu sözü eşidəndə utandığımdan
qızarıram. Yox, əslində
mən təvazökar
deyiləm. Sadəcə adamın özünün
özünə yazıçı
deyə bilməsi üçün gərək
onun kitabları zamanın sınağından
keçsin və bu müddət ərzində öz aktuallığını itirməsin.
Məsələn, Markesin əsərləri
kimi. Mən həmişə özüm üçün
yüksək hədəflər
qoyuram. Odur ki, mənim
yazıçı olub-olmadığımı
zaman göstərəcək.
- Elçin, necə oldu ki, azərbaycanlı, bakılı bir yazar Moskvada, rus dilində çap olunmağa başladı və Rusiyada məşhurlaşdı?
- Azərbaycanda nizamlı kitab nəşri sisteminin olmadığı
heç kim
üçün sirr deyil. Müəlliflər özləri kitablarını
nəşr etdirməli,
özləri onları
yaymalı olur, gəlir əldə edə bilmir və özünü, ailəsini dolandırmaq üçün ofislərdə
işləməli olurlar.
Bundan başqa Azərbaycanda hələ də yazarın zəhmətinə
qiymət verən azdır - prokurorlar, biznesmenlər, müğənnilər,
restoran sahibləri bizim cəmiyyətə daha maraqlıdır.
Amma mən hər şeyi ümumiləşdirmək istəmirəm. Son vaxtlar Azərbaycan gəncləri arasında kitab oxumaq bir
dəb halını alıb - bu adamı sevindirir. Mən öz oxucu auditoriyamı
müşahidə edərək,
bu qənaətə gəlmişəm. Məhz bu
sadaladığım kədərli
faktlar məni 2007-ci ildə əlyazmalarımı
Rusiyada fəaliyyət
göstərən nəşriyyatın
ünvanına göndərməyə
məcbur elədi.
Və alındı - mənlə
maraqlandılar. İlk kitabım
- "Bosforun şirin
duzu" hətta
"Moskvada çıxan
yüz məşhur kitab"ın siyahısına
da düşdügAmma
mənim bəxtim ona görə gətirdi ki, mən rus dilini
yaxşı bilirəm.
Bəs, Azərbaycan dilində yazan müəlliflər nə etməlidir? Bizdə onları beynəlxalq miqyasa çıxaracaq ədəbiyyat agentlər
yoxdur axı.
- Hər bir yazar öz
oxucu auditoriyasını
tanıyır. Siz də
tanıyırsınızmı? Sizi daha çox kimlər oxuyur?
- Məni daha çox qadınlar oxuyur. 18-30 yaşlarında
qadınlar. Bu məni sevindirir. Çünki qadın - ən
alicənab oxucudur.
O səni elə ilk vərəqdəcə qaralamaz,
açılmağına, içini
tökməyinə imkan
verər. Qadınlar - anlayışlı oxuculardır. Onlar barədə
yazmaq da maraqlıdır. Bir də
ki, mən qadınların nə gözlədiyini, nə istədiyini, nələri
qəbul elədiyini bilirəm. Uşaq vaxtı onları
çox dinləmişəm.
Mən qaradinməz uşaq idim, ünsiyyətcil deyildim, odur ki, qulaq asmağı
daha çox xoşlayırdım. Bizim evdə,
Bakının Əmircan
kəndində nənələrim,
əmiqızılarım, çoxsaylı
bibilərim yığışardı
- mən də onların söhbətlərinə
qulaq asardım.
- Belə bir fikir var
ki, Rusiyada azərbaycanlılar sevilmir.
Ziyalı, yaradıcı
çevrələrə gürcü
və ermənilər
asanlıqla girə bildiyi halda, elitar çevrə azərbaycanlıların üzünə
qapalıdı. Sizin təcrübəniz
isə bunun əksini deyir. Doğrudan, belə problem varmı?
Varsa, Sizin uğur qazanmağınızın sirri
nədədir?
- İnanın mənə
bu - stereotipdir. Mən bütün
ümumiləşdirmələrə ağrılı yanaşıram,
mənim üçün
həyatda individual yanaşma
çox vacibdir.
Şəxsən mən Rusiyada
milli mənsubiyyətimə
görə neqativ münasibətlə üzləşməmişəm.
Hə, etiraf etməliyəm ki, Moskvada azərbaycanlıları
daha çox bazar alverçiləri kimi tanıyırlar.
Və inanın mənə, bu bazar alverçiləri
də çox vaxt özlərini olduqca idbarcasına aparırlar. Rusiyadakı karyerama
gəlincə, etiraf eləyim ki, burada bəxt məsələsi öz rolunu oynadı. Qalanları isə artıq zəhmətkeşlik məsələsidir.
Qarşıma hansı çətinliklərin
çıxacağına baxmayaraq,
mən heç vaxt gördüyüm işdən imtina eləmirəm. Başqa cür
bacarmıram. Pafosa görə
məni bağışlayın,
amma mən hərflərsiz yaşaya bilmirəm.
- Rus dilində və rus oxucusu üçün
maraqlı olan əsərlərinizin azərbaycandilli
oxucular tərəfindən
necə qarşılanacağını
gözləyirsiz?
- Mən bütün insanları maraqlandıran
şeylərdən yazıram.
Sevgi, tənhalıq, şübhə,
xoşbəxt olmaq cəhdləri, başqa ölkəyə səfər
etmək arzusu...Mən oxucuları milli faktora, coğrafi yerləşməyə,
dini baxışlara bölmürəm. Oxucunun mənim
olanı və mənim olmayanı var. Son
iki romanımda -"Səni mənə söz veriblər" və "Əgər bilsəyding"də mən
süjeti hansısa konkret şəhərə,
millətə aid etmirəm.
Mən çərçivələri genişləndirdim, oxucuya
sətirlərin arasında
gəzişməsi üçün
daha çox azadlıq verdim.
- Artıq demək olar ki, həm Rusiyada,
həm də Azərbaycanda yaşayırsınız.
Buradakı təəssüratlarınız
necədi?
- Ümumilikdə müsbətdir,
amma problem də az deyil.
Azərbaycanda çoxlu
varlı insanlarla yanaşı eyni zamanda adi istilik
sistemi sarıdan əziyyət çəkən
çoxlu uşaq evləri var. Yəni yüz min manatlıq maşın sürən adam üçün
bu uşaq evlərinə on min manat ayırmaq eləmi çətindir? Bütün problemləri təkcə
hökumət həll
etməməlidir, insanların
da bu işə
qatqısı olmalıdır.
Hələ də Azərbaycanda gündüzün günorta
çağı, uşaqların
gözü qarşısında
küçə itlərini
güllələyirlər - halbuki qanunvericilik belə vəhşiliyə
icazə vermir. Mən hələ Bakının mərkəzində heyvan kəsməyi demirəm -axı bu iş
üçün şəhər
kənarında ayrıca
yerlər olmalıdır.
Məsələn, oxuduğum orta
məktəbin həyətində
hər gün səhər növbəsində
oxuyan məktəblilərin
gözü qarşısında
heyvan kəsirlər.
- Azərbaycanda mədəni-ictimai həyat
barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, gündəmi izləyirsinizmi?
- Bu
yaxınlara qədər mütəmadi olaraq yerli xəbər
portallarını izləyir, tez-tez yerli televiziyaya
baxırdım. Sonra əsəblərim dözmədi və mən
yerli xəbərləri oxumaqdan, yerli televiziyaya baxmaqdan vaz
keçdim. Bizimkilər çox vaxt o adamlardan yazırlar ki,
onlardan yazmağa dəyməz. O adamları çox göstərirlər
ki, o adamları göstərməyə lüzum yoxdur. Bu
işdə günah təkcə KİV rəhbərlərində
deyil. Məsələ kütlənin nə istəməyində,
yəni "millətin səviyyəsi"ndədi.
- Bu günlərdə Azərbaycan
dilində ilk hekayənizi Kulis.az-a təqdim edəcəksiniz. Gözləntiniz
nədir?
-
Bunu dilə gətirməsə də, hər
yazıçı öz mətninin başa düşülməyini
gözləyir. Mənsə cəsarətə gəlib, bunu
dilə gətirmək istəyirəm (gülümsəyir). Sənin
tərcüməndə təqdim edəcəyim bu hekayə
bir növ böyük debütün məşqidir -
2013-cü ilin axırına qədər Azərbaycan dilində
ilk romanımı nəşr etdirməyi
planlaşdırıram.
Günel Mövlud
Kulis.az
Ədalət.-2013.-16 yanvar.-S.8.