BU YAŞDA
Hələ
yaşanmamış illər varımış,
Tuta
bilmədiyim əllər varımış.
Sən
demə ətirsiz güllər varımış,
Haray bildiklərim
səsdi, bu yaşda.
Ovcumu yandırdı götürdüklərim,
Özgə həyətiymiş bitirdiklərim.
Elə mənimkiymiş itirdiklərim,
Təzədən ha qazan, nəsdi, bu yaşda.
Nahaqmış yatanı oatmağım
da,
Kökdən qaçmağımmış boy atmağım da.
Nə vaxtsa keçmişə qayıtmağım da,
Ömrümə, günümə qəsddi,
bu yaşda.
Heyif keçənlərə, o olanlara,
Ölü xəyallarda sağ qalanlara.
Vahid Əlifoğlu ağ
yalanlara,
Inandın bu qədər,
bəsdi, bu yaşdag
***
İlahi,
əkdiyin bəsdi,
Gözümü tökdüyün bəsdi.
Göylərə çəkdiyin bəsdi,
Bir az yerə
endi məni.
Sarımısan, bələmisən,
Ələk tutub ələmisəng
Bildiyini
eləmisən,
Neyləyirsən indi məni?..
Asırlar, eşim dilimi,
Qıyıq ver, deşim dilimi.
Yeyəcək dişim dilimi,
İnsaf elə, dindi məni.
...Quru səhra ölüm, itim,
Su yoxdursa necə
bitim?
Dedim göndər, minim, gedim
Gəldi,
bu at mindi mənig
***
At neynəsin, baxta çıxıb,
Cilov umub, noxta çıxıb.
Dünya, karın taxta
çıxıb.
Koruna and içmək üçün.
Toxuyursan,
tək toxuma,
Ilməsini çək, toxuma.
Qayıt,
hörümçək toxuma,
Toruna and içmək
üçün.
Dərd
ağacı əkiblər
ki,
Çəpərini çəkiblər
ki,
Bu bazarı tikiblər ki,
Şoruna and içmək üçün.
... Hansı yazıq doğdu bizi,
Qucağı boş, yerdə dizi.
Öldürmüşük dədəmizi,
Goruna
and içmək üçüng
MƏNİ QOÇA ÇEVİR
Qara dərdim baş ağartdı,
Qəbir qazdı, daş ağartdı.
Ac doyurdum, diş ağartdı,
Tanrım,
məni qoça çevirg
Cütə gəlməz boyunlar var,
Tərs oynanan oyunlar var.
Çiçək yeyən qoyunlar
var,
Tanrım,
məni qoça çevirg
Bostan əkdim, asdı kəllə,
Seyrək
ağıl, yastı kəlləg
Şeytan
quran tasdı kəllə,
Tanrım,
məni qoça çevirg
Yazıqlanmaq ömür deyil,
Baxta düşən əmir deyilg
Tox qarınlar dəmir deyil,
Tanrım,
məni qoça çevirg
Çörəyimin düzü çıxıb,
Gümanımın gözü çıxıb.
Hər şeyin buynuzu çıxıb,
Tanrım,
məni qoça çevirg
KÖC
Aman, bu məzarlar vaxtdan xəbərsiz,
Beşikdə, yüyrükdə qazılır
elə.
Taledən xəbərsiz, baxtdan
xəbərsiz,
Alın yazıları yazılır
elə.
Beli çomaqlıdı yetim qoçların,
Əcəli asandı çətin qoçların.
Bu künkü təkələr
qədim qoçların,
Köhnə buynuzundan asılır elə.
Getdik it
hürənə, yollandıq
daha,
Şeytan qarılara aldandıq daha.
Dibsiz quyulara sallandıq daha,
Tutduğumuz kəndir üzülür
elə.
Yığılıb boğaza canı bu köçün,
Ovsarın çəkənlər hanı, bu köçün?..
Hardadı əvvəli, sonu
bu köçün,
Dəvələr muncuqtək düzülr elə.
Hay-həşir saldılar, haya basdılar,
Biçib zəmimizi taya basdılar
Koroğlu, bizi də çaya
basdılar.
Yüz ildi suyumuz süzülür elə.
***
Dağ verdi, duman
apardı,
Min yerə güman apardıg
Zamanı
saman apardı,
Apardı, sözü çıxmamış.
Nəsə itir, nəsə
dönür,
Uzun yollar kəsə dönür.
Elə şey var səsə
dönür,
Yerindən özü çıxmamış.
Dəlləklik qırxmaq üçündü,
Danışmaq axmaq üçündü.
Göz də ki, baxmaq
üçündü,
Neyləsin gözü çıxmamış?!
Gördü uzaqdan suyu da,
Başın çıxartdı, qayıda...
Qamış bitmişdi quyuda,
Şahın buynuzu çıxmamış...
BU DÜNYA PƏNCƏRƏDİ
Ömür-gün söz ağacıdı,
Yolları duz ağacıdı.
Bu dünya qoz ağacıdı,
Selbəsinə baxım, gedim.
Dərd
gələndə bilmək
olmur,
Dərdə kələk gəlmək olmu.
Adam kimi ölmək olmur,
Suya dönüm,
axım, gedim.
Boş qazanlar daşan deyil,
Qaynayan daş bişən deyil.
Daha alma düşən deyil,
Yarpaqları yığım, gedim.
Göylər qapı, yer pəncərə,
Sim-sim umur hər pəncərə.
Dörd
divardı, bir pəncərə,
Aç
qapını, çıxım
gedim...
***
Dam dikəldər pərdi, qozbel,
Dərd eləyər mərdi qozbel.
Bu dünyanın dərdi qozbel,
Çəkməsən düzələn deyil.
Haqqa sarı kim
yeridi,
Arxasınca qəm yeridi.
Hər ağrı bir şum yeridi,
Əkməsən düzələn deyil.
Kim kəl kəsir, xış saxlamır,
Təhnələri qış saxlamır...
Hansı
diz ki, baş
saxlamır,
Bükməsən düzələn deyil.
...Yazıq eşşək çox döyüldü,
Keçdi ağacdan, söyüldü...
Yük ki, alıxdan əyildi,
Sökməsən düzələn deyil...
***
Dəf imiş qatıq qazanı,
Dindirir çırtıq
qazanı.
Saxlayıb yırtıq qazanı,
Qapağı satmışıq gedib.
Baxt bu yolu saldı
göyə,
Gümanımız qaldı göyə.
Allah, bizi qaldır göyə,
Torpağı satmışıq gedib...
Tüstüləndikcə yaşımız,
Qaralır ocaq daşımız
Açıq qalıbdı başımız,
Papağı satmışıq gedib...
***
Allah, qaçdı bəndən
uzaq,
Üzü qara səndən uzaq.
Satan aydan, gündən uzaq -
Bazarda pəncərə
olmur.
Bu budağın xatası var,
Açılmağa çatası var.
Dərdin
cana qapısı
var,
Azarda
pəncərə olmur.
Eşidilmir
gecə səsin,
Səs
içində neçə səsing
Bəlkə
daşdan keçə səsin,
Hasarda
pəncərə olmurg
Gözlərim
səni kim sıxıb,
Nəyin
qalıb, nəyin axıb...
Ağlama,
torpağa baxıb,
Məzarda
pəncərə olmur...
Vahid ƏLİFOĞLU
Ədalət.-2013.-16 yanvar.-S.7.