DEMƏK OLMAZ

 

Heç kimə yük olma, öz yükünü çək,

Qurtar hər işini gəlməmiş fələk.

Axı qızarsa da nar dənəsitək,

Hər ağac közünə köz demək olmaz.

 

Acı söz insanı ilan tək çalar,

Ağrısı hər zaman ürəkdə qalar.

Hər dərdə, bəlaya döz demək olar,

Bircə haqsızlığa döz demək olmaz.

 

Hər üzə gülənə etmə etibar,

Kimin əsli varsa vəfalı olar.

Ürəkdə hər sirrin öz zamanı var,

İnan ki, vaxtından tez demək olmaz.

 

Vahid, gəl sözünü söz qanana de,

Fikrini həmişə düz qanana de.

Dərdinə ürəkdən sən yanana de,

Heç vax dilbilməzə söz demək olmaz.

 

 

QAYIT, ƏZİZİM

 

O sənli günləri yada salıram,

Əkdiyin güllərdən ətrin alıram.

Yetim uşaq kimi tənha qalıram,

Gəl, qayıt yanıma, qayıt, əzizim.

 

Həsrətin alovu yandırır məni,

olar incitmə səni sevəni.

Unut həmişəlik olub keçəni,

Gəl, qayıt yanıma, qayıt, əzizim.

 

Sənsiz bağçamızda bülbül ötmür,

Yaşarır gözlərim heç nəyi görmür.

Ayrılıq dərdinə canım da dözmür,

Gəl, qayıt yanıma, qayıt, əzizim.

 

Vahidəm, qəlbimdə heykəl uc altdım,

Eşqin alovunu sinəmdə çatdım.

Halal sevgimizə mən imza atdım,

Gəl, qayıt yanıma, qayıt, əzizim.

 

 

DƏRDSİZ ÜRƏK OLMAZ

 

Yersiz sevinməyə gülməyə var,

Kim mərddir, namərddir bilməyə var.

Düşmən gülləsindən ölməyə var,

Dostun tənəsinə dözmək çətindi.

 

Qoru namusunu, vicdanını sən,

Atma qeyrətini, imanını sən.

Yalanla uzağa gedə bilməzsən,

Yalanla həyatda gəzmək çətindi.

 

Bu dünya fanidi yaxşı bil sən ,

Dərdsiz ürək olmaz bunu bil sən .

İnan ki, canından təngə gəlsən ,

Vallah can şirindi, bezmək çətindi.

 

Dünyanı dərviş tək çox dolaşsam da,

Dərələr keçsəm , dağlar aşsam da,

Vahidəm, dəniztək hərdən coşsam da,

Bu qəm dəryasında üzmək çətindi.

 

 

İNCİDİR

 

Kim dəyişdi bu dünyanı?

Mərd kişilər indi hanı?

Bənövşəni kol tikanı,

Yolları duman incidir.

 

Namərdin mərdi yıxması,

Haqsızlığın can sıxması,

Nadanın başa çıxması,

Qəlbimi yaman incidir.

 

Can sevinmir, üzüm gülmür,

Ürəyimdən qəm çəkilmir.

Öz yoluyla gedə bilmir,

Karvanı sarvan incidir.

 

din qalıb, iman,

Qardaşa da yoxdu güman.

Qarışıbdı dünya yaman,

Vahidi dövran incidir.

 

 

VƏTƏN YAXŞIDI

 

Qürbətdə yaşayan

soydaşlarımızın dilindən

Yenə qəlbimin başı göynəyir,

Doğma yurdum üçün, el-obam üçün.

İsinmək olmayır qürbət ellərdə,

Yaman darıxmışam öz sobam üçün.

 

Ömrüm ötüb-keçir boranla, qışla,

Yağışa düşmüşəm, qara düşmüşəm.

Bağışla a dağlar, bağışla məni,

Gör doğma yurdundan hara düşmüşəm.

 

Ayrılıq-duz yükü çəkmək olmayır,

"Qayıt" - deyib dağlar çağırır məni.

Günümüz qədər xoş keçsə yenə

Bir an da unutmaq olmur Vətəni.

 

Gəl, gedək bu yerdən ay vətən oğlu,

Mənə , sənə Vətən yaxşıdı.

Bu qürbət qədər cənnət olsa da,

Ölməyə yenə Vətən yaxşıdı.

 

 

VAHİD ƏLİOĞLU

 

Ədalət.-2013.-17 yanvar.-S.6.