HAVASI ÜRƏYİ OYNADAN SÖZ
O hava
mənim də ürəyimə düşdü
Hər
yeni kitabla tanış olanda illərdi ürəyimdə
kök atmış yaddaşıma hakim kəsilmiş və dəfələrlə
vurğuladığım bir fikri təkrar etməli oluram.
Doğrudur, təkrarı həmişə yüksək qiymətləndiriblər.
Amma mən bu təkrarı qiymət xatirinə yox,
doğrudan-doğruya hər yeni kitabın yeni bir dünya
olduğu qənaəti ilə dilə gətirirəm.
Çünki yeni kitab oxucunun evinə gələn təzə
bir qonaqdır...gyeni kitab yazarın ailə üzvünün
say etibarı ilə yanaşı, həm də keyfiyyət
etibarı ilə də böyüməsidi yeni kitab söz
dünyasına açılan yeni bir pəncərədi...
Bax,
bu mənada yeni söz, yeni kitab mənim üçün həmişə
sevindirici hadisə, maraqlı görüş, tam yeni bir
ünsiyyətdir. Həmin dediyim çalarları bu günlərdə
şair dostum Kəramətin mənə bağışladığı
yeni bir kitada da yenidən yaşadım. Daha doğrusu, mənə
bağışlanın bu kitabı çox qısa bir zaman kəsiyində
təkcə baxış süzgəcindən yox. Həm
də iç dünyamdan
keçirib "özümünküləşdirdim".
Müəllifi
Nurafiz olan bu kitabın ilk səhifəsindən, yəni təqdimatdan
və müxtəlif sözündən başlayaraq, sona qədər
oxuyub başa çıxandan sonra öncə mənə elə
gəldi ki, bu şeirləri əvvəl hardasa oxumuşam,
hardasa bu şeirlərlə baş-başa qalmışam. Sonra
bu doğmalığın arxasında dayanan
tanışlığı mənə yenidən yaşadan
hisslərin diqtəsi ilə anladım ki, mən Nurafizin
şeirlərini daha çox mətbuatda izləmişəm.
Etiraf edim ki, onun kitab halında, toplum şəkildə ilk dəfə
gördüyüm və səmimi etiraf edim ki, ürəyimi
oynadan şeirlərini çox bəyəndim, çox sevdim.
Bu səmimi etirafın arxasında dayanan əsas məqam isə
mövzuların, ifadə tərzinin, təqdimatın mənə
çox doğma olması idi. Daha çox bizim nəslin
yaradıcı üslubuna söykənən, xalq deyim tərzindən,
klassik ədəbiyyatdan mayalanan şeirlər istər-istəməz
bizim kimi "ötən illərdə qalan" yazarları
özünə çəkir.
Əslində
heç bir "izmə" dəxli olmayan bu şeirləri
böyük hərflərlə yazılan, deyilən, qəbul
olunan ədəbiyyatın bir nümunəsidir.
Kitabdakı
hər bir şeir özü-özlüyündə
yığcam, konkret bir fikrin poetik ifadəsi, təqdimatı
olmaqla yanaşı, həm də bir musiqiyə köklənmiş
ifadır.
Baxmazdım vara, yoxa,
Yaxamı verdim aha.
Demək,
ölmüşəm daha,
Bağışla məni, Allah!
Bütün söz adamları bu və ya
digər formada yerə, göyə üz tutur, Tanrıya əl açır, onun nuru altında öz işığını,
öz şamını
yandırır. Bu təmas əslində Allahın istedad bəxş etdiyi, fərqləndirdiyi söz adamlarını bir az da nurlu, bir
az da işıqlı
edir. Bu nur,
bu işıq sözdən-sözə, dildən-dilə
şölələnir və
baxıb görürsən
ki, bu işıq
çəkib səni
aparır. Bax elə
Nurafizi apardığı
kimi.
Yenə
durnalar uçur,
Üzü Şuşaya sarı.
Göy üzü ola
bilsəm,
Öpərdim bu rüzgarı.
Qələm adamı sözünü dünyaya gətirəndə
ona ürəyinin şirəsini, səsini, hərarətini, çırpıntılarını
hopdurur. Amma bu söz dünyaya gələnə
qədər, həmin
o söz adamının
canında, qanında bir ana laylası,
bir ana nəfəsi
həmişə yaşayır
və bu yaşam söz adamının ana qolları arasındakı
sonsuz dünyanın cənnətində pərvazlandırır.
Yəni bütün yazarlar daha çox anaya və Tanrıya,
yerə və göyə üz tutur. Bu da
təbiidir. Böyük Yaradanla
insanı dünyaya gətirən arasındakı
o İlahi bağlılıq
istər-istəməz sözün
qan damarından keçib gedir. Nurafiz yazır:
Bu dünyada anam vardı...
Daha burda nağıl bitdi.
Mən nağıla inanmazdım,
Nağıl kimi gəldi, getdi.
Çox səmimi və çox kövrək təəssüf. Elə həmin o səmimiyyətlə
də Nurafiz sözün ona nə qədər doğma olduğunu da etiraf edir
və yazır:
İçimdə doğmalaşdı,
Hər ağrım,
acım sonda.
Söz oldu güvənc yerim,
Qardaşım, bacım sonda.
Həqiqətən insanın, xüsusilə söz adamının sığındığı iki
danılmaz məkan
var. Biri təkliyi, biri də onun
içində çiçəkləyən
sözü. Həmin təklikdə də
həmin o söz yanında olur, o söz çiçəkləyəndə
də o təklik onu tərk etmir.
Ona görə də Nurafizin ümidi şam hesab etməsi çox anlayışla qarşılanır
və inanırsan ki, bu etiraf
həqiqətin özü
qədər təbii və gözlə görülən, əllə
duyulandı.
Nisgildən ev tikmişəm,
kilidi ay işığı.
Ümidi
şam eylədim
kiridi ay işığı.
"Sözün dörd havası" kitabı öz bölgüsü ilə əslində məni bir az razı salmadı. Çünki bu bölgülərin
hər biri bir-birinin içərisində
idi... bir-birinin içindən keçib ürəyə doğru yol gəlirdi. Bax, bu anlam
mənim şəxsi qənaətimdə, ola bilər ki, müəllif razılaşmasın. Ancaq sözlə
yaşayan, sözlə
işləyən hər
kəs bilir ki, söz adamı
bir anda bəzən fəsillərin
dördünü də
yaşayır. Təbii ki,
bölgü aparmaq müəllifin öx ixtiyarındadı. Mən
sadəcə öz içimdən keçəni
dedim. Amma onu da xatırladım ki, söz üçün dünya həmişə dar olub. Bunu Nurafiz də təsdiqləyir.
Susmaqla
iş düzəlsə,
Qayalar
şah olardı.
Səbrin
işi böyükdür,
Heyif
ki, dünya dardı.
Və
yaxud:
Diri
gözlü "qırxım" çıxdı,
Gözlərimi
bağlamayın.
Ölməyin
də dadı yoxdu,
Daha
məni ağlamayın.
Mən
çox böyük maraqla mütaliə etdiyim
"Sözün dörd havası" kitabında bircə
havanı əvvəldən axıra kimi hiss etdim,
yaşadım. O da oxuduğum şeirlərin sözü qiymətləndirən,
sözə dəyər verən, söz üçün
ölüb dirilən bir şairin qələmindən səslənən
hava idi. Bu havanı yaratmaq, onu təqdim etmək, onu sevdirəmk
zənnimcə Nurafizin şairlik istedadının göstəricisidi.
Çox sevindim ki, bu havayla, bu havada ifadə edilən sözlərlə
qovuşan ürəyim o havaya qol qaldıra bildi, rahatlıq
tapdım, dincəldim və həm də sevindim. Özü də
çox səmimiyyətlə bildirirəm ki, bu cür sevinmək
oxucuya həmişə qismət olmur. Bəlkə də bir
oxucu kimi qocalmışam, ona görə kövrək
olmuşam? Bəlkə də bunun yaşa dəxli yoxdu. Amma hər
halda, Nurafiz mənimlə şərik olar:
Özümü
hamıdan gizli saxladım,
Bir
adam bilirdim - o da ki, güzgü.
Qıvlasız
nə yaman mənə oxşayır,
Yaman
qocalmışam, ya da ki, güzgü.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.-2013.-18 yanvar.-S.6.