BADAMDAR QƏSƏBƏSİNİN
İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR
Tərəqqisinin dinamik mərhələsini
yaşayan Azərbaycan bu
gün tarix üçün kifayət qədər
qısa sayıla biləcək zaman kəsiyində
böyük uğurlarla
müşayiət olunan inkişaf
yolundadır. Sözügedən inkişaf
özünü həyatın bütün sahələrində göstərir.
Əsası ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulan
bu sosial kursu Prezident İlham Əliyev yeni çalarlarla davam etdirir. Xüsusən də qazanılan sosial-iqtisadi uğurlar hər
bir azərbaycanlı ailəsində hiss olunur. Elə bu da qarşıdakı dövr ərzində Azərbaycanının bütün regionlarını əhatə edir. Yerlərdə sağlam
kadr potensialının səmərəli
fəaliyyəti nəticəsində paytaxt
Bakının da qət etdiyi
inkişaf yolu tarixiliyini və müasirliyini
günü-gündən zənginləşdirir. Aparılan
abadlıq və quruculuq işləri hər
bir qəsəbə üzrə
paytaxtın simasının dəyişməkdədir. Paytaxt küçələrindən bir-iki aydan sonra
yenidən keçəndə "buralar nə
yaman dəyişib, heç
tanımaq olmur?!" deyə görülən
işlərə heyran qalırıq.
Bakının gözəlliyinə yeni çalarlar qatan infrastruktur layihələrinin icrası
paytaxtın Səbail rayonu Badamdar
qəsəbəsinin timsalında da
aydın görmək mümkündür.
Dinamik
inkişafı ilə Badamdar qəsəbəsi digər əsas
sahələr üzrə də özünün sürətli
yüksəliş dövrünü yaşayır. Bu mənada
burada görülən işlər həm miqyasına, həm
də gəlinən nəticələrə görə
nümunəvi xarakter daşıyır. Qeyd edilənlər
aydın göstərir ki, qəsəbənin inkişafı
kompleks xarakter daşıyır, qəsəbə həyatının
bütün sferalarını özündə ehtiva edir. Bu, həm
də prezident İlham Əliyevin ölkəmizin hər bir regionuna,
bölgəsinə olduğu kimi, Badamdar qəsəbəsinə
yüksək diqqət və qayğısının bariz nəticəsidir.
Bu diqqət və qayğı Səbail Rayon İcra Hakimiyyətinin
səmərəli və effektiv fəaliyyəti ilə şərtlənir.
Görülən işlər qarşıya qoyulan hədəfə
çox qısa zaman ərzində çatılacağına
heç bir şübhə yeri qoymur.
Qəsəbənin
elə bir ərazisi, küçəsi, məhəlləsi
yoxdur ki, orada təmir-tikinti işləri aparılmasın.
prezident İlham Əliyevin sədrliyi ötən ilin iyununda
"2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı"nın icrasının birinci
ilinin yekunlarına həsr olunan konfransdan keçən
müddət özünün konkret nəticələri ilə
göz önündədir. Prezidentimizin yerlərdə gedən
quruculuq proseslərini daim diqqət mərkəzində və
nəzarətdə saxlaması, yerli əhali ilə
keçirilən görüşlər zamanı aparılan
söhbətlər, insanların istək, arzu və təklifləri
bu prosesi daha da sürətləndirir. 2011-ci ilin aprelin 20-də
Badamdar qəsəbəsində olan prezidentimiz görülən
işlərlə tanışlıq üçün qəsəbəmizdə
oldu, ictimaiyyətin nümayəndələri ilə
görüşdü. Görüş zamanı qəsəbədə
həllini gözləyən, vətəndaşları narahat
edən məsələlərlə maraqlanaraq, sakinlərimizin
təkliflərini dinlədi. Görüş zamanı qəsəbə
sakinləri üçüncü yaşayış massivində
uşaq bağçası və məktəb binasının
tikintisinə ciddi ehtiyac olduğunu bildirmişdilər. Və
dərhal dövlət başçısı
tapşırıq verdi. Badamdar qəsəbəsində 120
yerlik uşaq bağçası və 880 şagird yerlik orta məktəb
binalarının tikintisinə başlamaq üçün sərəncam
imzaladı. Ötən ilin avqustunda növbəti gəlişi
ilə prezidentimiz öz tapşırıqlarının icra vəziyyəti
ilə maraqlanırdı. Məktəb də hazır idi,
uşaq bağçası da. Doğurdan da bu, biz sakinlərin
dövlət qayğısı ilə necə əhatə
olunmamızı təsdiqləyən başlıca amil kimi
yadda qaldı.
Qəsəbənin
Dövlət Proqramına uyğun olaraq uzun illər həllini
gözləyən problemlərin aradan qaldırılması
istiqamətində konkret tədbirlər bu gün də davam
etdirilir. Qəsəbədə təbii qaz, elektrik enerjisi,
içməli su və kanalizasiya sistemi ilə bağlı
işlər uğurla icra olunur. Səbail Rayon İcra Hakimiyyəti
başçısının Badamdar qəsəbəsi üzrə
nümayəndəsi Natiq Bağırovun 17 yanvar 2013-cü il
tarixli hesabat məruzəsində səslənən fikirlər
deyilənləri bir daha təsdiqləyir. Qəsəbədə
həyata keçirilən yenidənqurma işləri çərçivəsində
parkların ətraf əraziləri
abadlaşdırılmış, küçələrə
yeni asfalt örtüyü döşənir. Bütün
bunlar rayon icra hakimiyyətinin başçısı cənab
Asif Əsgərovun həyata keçirilən işləri nəzarətdə
saxlaması, özünün dövlət
başçısına olan etimadının təntənəsidir.
Dövr
baxımından, sözün əsl mənasında,
görülən işlər gələcəyə
hesablanıb. Digər regionlarda olduğu kimi, Badamdar qəsəbəsinin
də sosial inkişafına həssaslıq ictimaiyyət tərəfindən
yüksək qiymətləndirilir. Buna sevinirəm,
çünki hər bir iş real konkret əmələ
söykənir. Görülən işlər, görüləcək
işlərə inam yaradır.
Fəxrəddin Quliyev,
Bakı şəhəri Səbail
rayonu,
Badamdar qəsəbə sakini
Ədalət.-2013.-22 yanvar.-S.6.