Qəmküsar: Mollaları tənqid etdi, öldürüldü

 

Molla Nəsrəddin” fədakarı

 

Şeir yazmağı atasından öyrəndi

 

Əliqulu Nəcəfov Qəmküsar XX əsr Azərbaycan ictimai fikir tarixində görkəmli satirik şair, istedadlı jurnalist və aktyor kimi iz qoyub. Onun adı ədəbiyyatımızın, mətbuatımızın mollanəsrəddinçiləri sırasında fəxri yerlərdən birini tutur. O, hələ sağlığında müasirlərinin diqqətini hərtərəfli biliyə malik alim-şair kimi cəlb edib. “Molla Nəsrəddin ”jurnalının nəşri və mübarizəsi tarixində Ə. Qəmküsarın rolu xüsusilə böyükdür.

Qəmküsarın faciələrlə dolu olan ömür yolu uzun sürməyib.

Əliqulu Qəmküsar 1880-ci ildə Naxçıvanda anadan olub. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu gəncliyində papaqçılıq edib, sonralar isə Culfa gömrükxanasında komisyonçu olub. Tədqiqatçı alim İslam Ağayevin araşdırmalarına görə, Qəmküsarın atasıSəbatəxəllüsü ilə şeirlər yazırmış.

Qəmküsar səkkiz yaşından ərəb fars dillərini öyrənib, 1894-cü ildə molla məktəbini buraxaraq zamanının görkəmli müəllimlərindən Mirzə Məmmədtağı Sidqinin yenicə açdığı üsuli-cədid məktəbinə daxil olub.

Zamanının mütərəqqi ziyalısı olan Məmmədtağı Sidqinin fəaliyyəti yalnız müəllimliklə məhdudlaşmırdı. O, Naxçıvanın mədəni həyatına həqiqi mənada başçılıq edib, məktəbi-tərbiyəni şəhərin mədəni mərkəzinə çevirmişdi. Ə.Qəmküsar bu məktəbdə iki ilə yaxın təhsil alıb, rus dilini öyrənib, müəllimi Sidqidən bədii yaradıcılığın sirlərini öyrənməyə başlayıb.

 

İlk şeirlərindən hədəfi bəlli idi

 

Bu dövrdə gənc Əliqulunun həyatında gözlənilməz yeniliklər olub. 1896-cı ildə atasının xəstələnməsi səbəbilə onunla birlikdə Təbrizə gedib. Təbriz şəhəri onun yaradıcılığında dönüş yaradaraq, satirik şeirləri üçün zəngin həyat materialları verib. O, Təbrizdə məhərrəmlik mərasimini tənqid edən ilk şeirlərini yazıb.

Bu vaxt ərzində Təbriz həkimlərinin müalicəsi xəstəyə kömək edə bilmir. Dörd aydan sonra Məşədi Ələkbər vəfat edib. 16 yaşlı Əliqulu atasını yad şəhərdə dəfn edərək Naxçıvana qayıdıb.

Naxçıvana qayıtdıqdan sonra Qəmküsar atasının ticarət işlərini idarə edib. O, bu işdən daha çox özünü sənətə ədəbiyyata bağlayıb.

Dini mövhumata, ruhaniliyə qarşı nifrət duyğusu Qəmküsarın ürəyində hələ gənc yaşlarında baş qaldırmağa başlayıb. Azərbaycanın ilk qadın kino-rejissoru olan Qəmər Əliqulu qızı Salamzadə atası haqqında xatirələrində yazır: Nənəm deyərdi: Naxçıvanda molla qalmamışdı ki, onların anaları, arvadları mənim yanıma gəlib hədələməsinlər ki, oğluna deginən dinə, mollalara sataşmasın, yoxsa bu işin axırı pis qurtarar. Bir dəfə məhərrəmlikdə mənim yanıma qonşu arvadlar gəlmişdi. Məndən təvəqqe elədilər ki, quran oxuyum. Mən oxuyarkən arvadların bəzisi ağlamağa başladı. Əliqulu içəri girdi. Eynəyinin üstündən bir qədər bizə tamaşa elədi. Sonra quranı mənim əlimdən alaraq soruşdu: - Ana, bu oxuduqlarını başa düşürsən? -Yox bala, başa düşmürəm. Dedi indi ki, başa düşmürsən qoy sənin oxuduqlarını mən tərcümə eləyim. Burada ağlayası heç bir şey yazılmayıb. Burada ancaq doğruluq, təmizlik haqqında müsəlmanlara bir nəsihət verilir.”

 

Anasına nifrətinin səbəbi vardı

 

Cəhalətin, geriliyin Qəmküsara da ağır zərbələr vurduğu keçdiyi ömür yolundan aydın olur. Günlərin birində Culfadan Naxçıvana qayıdarkən anasını evdə görməyən Əliqulu böyük əmisinin təkidi ilə anasının kiçik əmisinə ərə verildiyini eşidib. O, mənən sarsılır, anasına qarşı nifrət hissi duyur.

Qohumları onu sarsıntıdan xilas etmək məqsədilə evləndirmək qərarına gəlirlər. Ona Naxçıvanın dövlətli xəsis adamlarından olan Hacı Pirinin yeganə qızı Xəndan xanımı alırlar. Əliqulu həm özündən kiçik olan qardaş-bacılarını saxlayırdı. Kiçik əmisi vəfat etdikdən sonra anası da onların yanına qayıdır.

1906-cı ilin aprel ayındaMolla Nəsrəddinsatirik jurnalının nəşrə başlaması Qəmküsarın həyatında yeni səhifə açır. Adını uşaqlıqdan eşitdiyi, bir il əvvəl isəŞərqi-Rus”-da əməkdaşlıq etdiyi həmyerlisi C. MəmmədquluzadəninMolla Nəsrəddinjurnalında redaktor olması onu sevindirir. Elə həmin ilin ortalarında Qəmküsarın adı mollanəsrəddinçilər sırasında çəkilir. Molla Nəsrəddinideyalarının təsiri nəticəsində onun dünyagörüşündə ciddi dönüş yaranır. Bu dövrdə Qəmküsarİrşad”(1905-1907), “Tərəqqi”(1908-1909), “Zənbur”(1909-1910), “Şəhabi-saqib”(1911) s. dövri mətbuatda çıxış etməyə başlayır.

 

Şeyx Nəsrullah rolunun ifaçısı

 

Bu illərdə Culfa ticarət komisyonunda işləyən Qəmküsar Cənubi Azərbaycanda Səttar xanın rəhbərliyi ilə başlamış milli azadlıq hərəkatına da yaxından kömək edib.

Bu illərdə o, həvəskar aktyor kimi fəaliyyət göstərib, bu işlə ardıcıl məşğul olub. Qəmküsar yaxın dostu Rza Təhmasiblə birlikdə Naxçıvanmüsəlman, incəsənət dram” cəmiyyətini təşkil edib tamaşalar hazırlayıb. O, “Ölülərpyesində Şeyx Nəsrullah rolunu təkrarolunmaz şəkildə ifa edib.

Ə.Qəmküsarın həm ictimai-mədəni tərəqqi uğrunda apardığı mübarizələr, həm xanlara, bəylərə dini fanatizmi təbliğ edən mollalara qarşı yazdığı kəskin satirik şeirlər, felyetonlar mürtəce qüvvələr tərəfindən hiddətlə qarşılanıb. Mollalar onu dinsiz adlandırıb, jandarmlar isə şübhəli adam kimi onu daima təqib ediblər.

Saysız təqib təhqirlər Ə.Qəmküsarı əzməsə , ailə faciəsi ona ağır zərbə vurub. 1912-ci ildə əvvəlcə iki qızını, sonra isə həyat yoldaşını itirən şairin sonrakı həyatı sarsıntılar içində keçib. O, tez-tez xəstələnib içkiyə meyli getdikcə artıb.

 

Molla Nəsrəddin”də redaktorluq

 

1911-ci ilin sonlarındaMolla Nəsrəddinjurnalı maddi cəhətdən böhran keçirərkən Ə. Qəmküsar qardaşını Tiflisə göndərərək Mirzə Cəlilə öz köməyini təklif edib. Lakin bu baş tutmayıb. Jurnal bağlanıb.

1912-ci ilin sonlarında Mirzə Cəlil Kəhrizdən Tiflisə qayıdıb. O, Qəmküsarı da Tiflisə dəvət edib Molla Nəsrəddinjurnalına redaktor olmasını təklif edib. Bu təklif Qəmküsar üçün böyük mənəvi dəstək olur.

Beləliklə, Ə. Qəmküsar da Naxçıvandan Tiflisə köçür. Şairin qızı Qəmər xanım yazır: “Mirzə Cəlil bizi çox mehribanlıqla qarşıladı. Elə həmin gün Mirzə Cəlil atamla razılığa gəldilər ki, “Molla Nəsrəddinjurnalının yenidən nəşrinə başlasınlar. Ancaq bir şərtlə. Jurnal iki redaktorun imzası ilə çap olunsun; Mirzə Cəlil Məmmədquluzadə Əliqulu Nəcəfov.”

Jurnalda Qəmküsarın adı 1913-cü ilin 6-cı nömrəsində yazılıb. Bu hadisə rəğbətlə qarşılanıb. Molla Nəsrəddin”in bütün Yaxın Şərq ölkələrində yayılmasında teatr aktyorluq sənətinin inkişafında, ictimai fikrin formalaşmasında Ə. Qəmküsarın əvəzsiz xidmətləri olub.

 

Gizli imzayla yazırdı

 

O, mətbuatdaXadimi-millət”, “Otaylı”, “Simurğ”, “Cüvəllağı” , “Qəmbərqulu”, “Sarsaqqulu bəy”, “Ləndahur”, s. gizli imzalarla da çıxış edib.

1916-cı ilin may ayındaMolla Nəsrəddinjurnalının nəşri müvəqqəti olaraq dayandırıldıqda, Qəmküsar Mirzə Cəlil ilə birlikdə səyahətə çıxır. OnlarÖlülərkomediyasını səyahətdən əvvəl Bakıda, sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə Volqaboyu şəhərlərində oynayıblar.

1917-ci ilin əvvəllərində Rusiyada, Zaqafqaziyada baş verən böyük siyasi hadisələri izləyən Qəmküsar bu mövzuda da bir sıra yazılar qələmə alıb. Şair yoğurduq, yapdıq, hazırca kökə tapdıqfelyetonu, “İngiltərəşeiri milli azadlıq mübarizəsinin, siyasi satirik yaradıcılığının ən gözəl nümunələrindəndir.

 

Qatili dəqiq məlum deyil

 

Ə.Qəmküsar 1919-cu il mart ayının 4-də axşam evinə qayıdarkən xaincəsinə qətlə yetirilir. Onun menşeviklər tərəfindən öldürülməsi

bəlli olsa da qətl səbəbi haqqında heç bir məlumat yoxdur. Cəmi 39 il ömür sürən nakam Qəmküsarın vaxtsız ölümünü geniş xalq kütləsi dərin kədərlə qarşılayıb. Şairin məzarı Tiflisdə yerləşir.

C.Məmmədquluzadə məslək dostunun ölümünün 5 illiyinə həsr etdiyiƏliqulu Nəcəfovadlı məqaləsində ürək ağrısı ilə yazırdı: “Təəssüflər edirəm ki, Əliqulu Nəcəfov kimi həqiqi ləzzətli əhli-qələm şairimiz bu dünyadan vaxtsız getdi məcmuəmizi öz köməyindən məhrum qoydu.”

Ə.Haqverdiyev isə Qəmküsarın ölümünə təəssüf hissini belə ifadə edib: “Əliqulu Nəcəfzadəyə dəyən gülləMolla Nəsrəddinməcmuəsinin ürəyinə dəydi.”   

 

 

Zivər AY

 

Ədalət.-2013.-22 yanvar.-S.8.