Mehriban Əliyeva "İlin adamı" elan edilib
Pakistanın nüfuzlu "Daily times" qəzeti və Qadın Könüllülər
Təşkilatı Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı
"Humanizm simvolu-2012-ci ilin
adamı" elan
edib.Modern.az AzərTAc-a istinadən
xəbər verir ki, Mehriban Əliyeva
bu ada Heydər
Əliyev Fondunun
2012-ci ildə Pakistanın
bütün əyalətlərində
keçirdiyi humanitar aksiyalara, o cümlədən
təhsil və səhiyyə sahəsində
işlərə görə
layiq görülüb.
"Daily times" qəzetinin 22 tarixli nömrəsinin 2 səhifəsi də bu mövzuya həsr olunub. Buradakı məqalələrdə
Mehriban xanımın
humanist fəaliyyəti, o cümlədən
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımının təşəbbüsü
ilə Pakistanda həyata keçirilən
layihələrə dair
geniş məqalələr
çap olunub. Qeyd edilib ki,
2007-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü və
dəstəyi ilə Pakistanın zəlzələdən
zərər çəkmiş
Müzəffərabad şəhərində
qızlar məktəbi
tikilib, 2012-ci ildə isə həmin məktəb əsaslı
təmir edilib, orada yenidənqurma işləri aparılıb.
Fond Pakistanda silsilə
humanitar yardımlar proqramı çərçivəsində
"Edhi Home" kimsəsizlər
evində sığınacaq
tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləşdirmə aparıb,
Peşavar şəhərində
"Akbar Care" Serebral Paraliç
İnstitutunda, həmçinin
Xeybər Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında
imkansızlar üçün
pulsuz müayinə təşkil etmiş, İslamabad şəhərinin
"Kulsum İnternational"
klinikasında açıq
ürək əməliyyatlarını
maliyyələşdirib, Həmzə
Fonduna (Peşavar) müasir qanköçürmə
avadanlığı və
laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi
hədiyyə edib, Xeybər Göz Fondunun yeni binasının
inşası üçün
maddi yardım göstərib, Pakistanın
bütün əyalətlərində
Ramazan ayında iftar süfrələri təşkil edib, Qurban bayramında Lakki Marvat bölgəsində
və Pəncab əyalətində qurbanlıqlar
kəsilərək əhalinin
kasıb təbəqəsinə
paylanılıb.
Qeyd
edək ki, böyük tirajla nəşr olunan nüfuzlu
"Daily times" qəzeti Pakistanla yanaşı, eyni zamanda,
Böyük Britaniyada və Birləşmiş Ərəb Əmirliklərində
də yayımlanır.
Ədalət.-2013.-23 yanvar.-S.2.