HAL-ƏHVAL
TUTANLARA
(İlk
növbədə Rasim Borçalıya)
Calanmada qışa küzü,
alnı qart ağac
kötüyü,
(Yada,
yabana dönüb də
balta
çalmayın, çalmayın).
Sinə
dağı düzüm-düzüm, -
Kədər
neyi, qəm tütəyig
(Ya
da çobana dönüb də
yalda
çalmayın, çalmayın).
İllərinin
yeli-quzu
Otlayıb
sarı kəklini
(Yaşıl
ömür çatıb başa,
Son zərbə daz
başa qalıb).
Adamların
buzdan buzu
İşə
almayır şəklini,
(Yaraşmayır
bir iş yaşa,
Şəkli
bir tək daşa qalıb).
Dünyanın
bir varlıq-duzu,
Nəm
çəkib də ağırlaşır.
(Üstən
əyilir yəhəri,
Altda
qatlanır kəhəri).
Səssiz
mələyir bir quzu,
Canavarı
fağırlaşır.
(Dişə
çəkməyir bəhəri,
Görüb
görünməz qəhəri).
Kökdən
düşüb sözü, sazı,
Yaraları
pambıqlayıb.
(Bilmir
dərman-dəvasını
qatar-qatar
hara düzsün).
Seyrələndən
Qarayazı
Əjdər
əmi pampaxlayıb
(Çalın
əlac havasını
Vaqif
Nəsib ilə süzsün).
DÜNYANIN AXIRINA DOĞRU
İzinə
düşüb pusa-pusa
Vura
bilmişdi çaşı Musa
Ağıla
dadanmış,
Canı
yanmış son canavarı.
Şenliyin
qoyunu, quzusu, -
cana
varı
kənd
itləri də
yaylaqda,
ağılda,
gerçəkdə,
nağılda
qurdlarla
qapışa bilmirdi
Dünyanın
iki əks qütbündə
qalmışdı
iki sevgili boyun qısa-qısa,
həsrətdən
gözlər duz bağlamışdı
bir
yazın,
bir
düzün
düz
ortasında
məhəbbət
yerləri buz bağlamışdı.
Ya şimalda tayqada,
ya cənubda bir bostanda,
Ya gerçəkdə, ya dastanda
Son sevgili ürəkləri
tapışa bilmirdi
Yer üzünü şər
qüvvələr basmışdı
özü boyda qara məkan olmuşdu.
Meyxanalar qara bayraq asmışdı.
Adamlar da qaratikan olmuşdu.
Nifrətlər qoşalülə gözlərdən
atılmış,
içki şüşələri
boş gilizə dönmüşdü
Qurular qonşu sulara qatılmış,
dünya yumru bir dənizə dönmüşdü.
Çaşbaş bəndələr göz
dikmişdi
Yeni bir Nuhun,
qətran ətirli
gəmisinə
Qəm dodaqlara mala çəkmişdi,
-
Deyən
tapılmırdı, oyna,
- Əjdər əmisinə.
Son yüzü vurub Şaiq Vəliylə
Vaqif Nəsib öpüşə
bilmirdi,
Bir saman çöpündən
yapışa bilmirdi.
BİR ÜNVAN NEKROLOQU
Dünya
yolunun alt tərəfində,
Ağdam
məscidinin üst yanında,
Dostlar üçün işığı
sönməyən
Bir ünvan vardı,
İçində də bir ömürlük üzü
dönməz
Həsən Qəhrəman, -
Evin dirəyi,
Həkim
zövcəsi, -
ərinin, balasının,
haça ürəyi,
ana şeirini atasına baxıb
oxuyan bir qız, -
qarabağın tər çiçəyi, - yaşardı.
Üzü kösövə dönsün
Ağdam damlarını qaraldanların.
Yurdu Qarabağ boyda
daraldanların.
Ağdamın yanmış
Damından,
daşından pozulmaz,
itməz,
Həsən dostluğunun xətri,
Bir ananın dam-daş boyda
qayğı çətri,
qız balanın söylədiyi
ana şeirinin sətri,
və damaqdan getməz
Qərvənd qarpızının ətrig
Heyf, yüz heyf,
hələ qara çərçivədədir,
dünya yolunun üst,
Ağdam
məscidinin alt yanı,
Həsən Qəhrəmanın
Qarabağ ünvanı
***
Dünyamız başına dəsmal
bağlayır,
Havası
qızdıqca bəndə
buzlanır
Arktika buzları yaman laxlayır,
ətraf aysberqlə
hey buynuzlanır, -
dünyada axmada
yüz,buz pələngig
Bəbələr dünyanın ahıl
yaşından
bəlkədə pay alıb
qoca doğulur
bir təhər dözənlər məzar
başından,
şəhidi yumaqdan ötrü dağılır,
-
badələr əllərin
yüz-yüz çələngig
Tale bərətdikcə öz
qurd gözünü,
olur adamlıqdan insan qıraqlı
dumanlı yollara düşüb, özünü,
sonra axtarırlar əli çıraqlı,
-
qulaqda ya əzan,
ya kilsə zəng
Bu yaşla, bu adam hara
taytaya,
onsuz da qədəri keçə
bilməyirg
dənk gəlmir dünyada neçə tay, taya, -
gedib ağsaq itlə içə bilməyir, -
basmaqda yolları
qürübün rəngig
Məğlubmu, qalibmi, axır
nəfəsdə,
dünya qarasını
bağlamağında,
İldırım Bəyazid əsir,
- qəfəsdə,
Şəhidləri üstə ağlamağında,
-
Guya qalib gəlmiş,
Hür Teymurləngi
AZAD TALIŞOĞLUNA
Beş guşəli ulduza,
Sözə, çörəyə, duza
Sadiq
Azad Talışoğlu
Çəkilib özünün onsuzluq
Və dünyanın sonsuzluq guşəsinəg
Boladi məzarlığında
Bütün işıqları sönüb
Sələfləri kimi o da
Özü boyda torpağa,
Sonsuzluq qədər səmaya dönüb.
Şair
Azad eşidir yəqin
Kəsilən ağacın, kor
qalan bulağın
hıçqırtısını
Yeni bahar alan
Çiçəyin, tumurcuğun pıçıltısını,
Qanadı
qırıq quş sızıltısını,
Bal müjdəli arı vızıltısını.
Boladidə
hər guşədən
azad, Azadımız
məzar ömrü
yaşayır.
Uyuyur
Sonsuzluq
boyda tuşlarla
Kim bilir danışır,
və ya danışmayır
adamlarla,
çaylarla, quşlarla
DÜNYANIN
DƏDƏ QORQUD AĞISI
Dəmrov
torpaq
Gülər üzlə
yazda çiçək
doğmaz olur.
vay-şivən et
qarım hey, qarım
heyg
Neçə oylaq
bulaq gözlə
hürkək-hürkək
baxmaz olur.
vay-şivən et
yarım hey, yarım
hey
neçə irmaq
şaqraq səslə
köpük-köpük
axmaz olur,
vay-şivən et
dərəm hey, dərəm
hey
neçə yaylaq
ballı süslə
ləçək-ləçək
yağmaz olur
vay-şivən et
arım hey, arım hey
dərəm quru gey, gey
yarım qara gey geyg
arım ağılan, ağılang
qarım ağı
dey, deyg
hey, hey
hey, hey
İNSANLARA VAQİF NƏSİB
AĞISI
Dünya
yoxdu,
biz də yoxduq,
göydən düşdük,
yerdən çıxdıq
köç salıb
da
ocaq yaxdıq, -
var yaşadıq, yox yaşadıq
Ovumuzu qapana dək,
əl atdıq da sapana dək,
ilk sünbülü tapana dək, -
ac yaşadıq, tox yaşadıqg
Şər qüvvələr baş
qatandan,
göz ağardıb, qaş çatandan
qonşulara daş atandan, -
yay yaşadıq,
ox yaşadıqg
Qazancımız ömür oldu,
-
qazanc üçün
sömür oldu,
hamı bir gün kömür oldu, -
az yaşadıq, çox yaşadıqg
ÇAYLARIN YAS GÜNÜ
Quraqlıqlar qarğa-qarğa
Qarıldaşdı, - boğuldunuz
Bölünübdə neçə arxa
Sağıldınız, sağıldınız,
Dağlarmı çevirdi arxa,
-
Soğuldunuz, soğuldunuz,
Suyu dağım-dağım çaylar,
Dərə boyda dağım
çaylarg
Sahildə ən çopur
qaya,
Mərət qalmış yaş
daşınız
Adlar dönüb quru paya
Yol üstündə
baş daşınız.
Bir çatan da yoxdur haya,
Daşınmada daş-qaşınız
Macəra
bitirən çaylar,
Həm məcra itirən çaylar
Bir ağsaqqal öyüdü
yox
Sizə
sarı çağlamağa
Allahın bir söyüdü
yox,
Ağı deyib ağlamağa:
Quraq çaldıqca mar kimi
Solub gedir çələng çaylar, -
Çaylarım vay, çaylarım
vayg
Quruduqca
damar kimi
Pişikləşir pələng çaylar, -
Çaylarım vay, çaylarım
vayg
Batmağında hüzün-hüzün
Gur suların fateh səsi
Sahillərə molla düzün
Oxunsun çay fatehəsi
Axır
qəmim, axır qəmin
Amin amin, amin, amin.
ÇİÇƏK KAFESİNƏ
Bizlərə təsəlli yeri
olmuş,
Bu alaqaranlıq məkan
Yüz yeri, əlli yeri olmuş,
Üç çappa stəkan
Burda Hüseyn Arif, mən, Rəfiq Zəka
Küsüşəndə qələmlə,
varaqla,
Özümüzü çox çəkmişik paka
Zəhrimara qalmış araqlag
Günlərin bir günü Hüseyn Arif,
Gedib Ağstafada
Son köçü saldı
Ata, - oğul məzarıyla
torpağın o guşəsi,
bir imza payı aldı
sonra Rəfiq Zəka,
yolunu ayıq görsə də
öz qara səddini yara bilmədi
gələn günlərini
qurban versə də
ötənləri qaytara bilmədig
Miras qaldı
Vaqif Nəsibə
taniş bir məkan
iki boş dost yeri,
iki çappa stəkan
indi çox vaxt xatirələrlə
meylənir, məzələnir
hərdən, birdən
Abbas Abdullanın sözləriylə
Ötən günlər təzələnir:
Kafe Çiçək,
Gedək
içəkg
***
Bu,
həm təzə,
həm boyatın,
həm ulu,
həm köpəyoğlu
həyatın
Əlimizi
ha uzatsaq, uzatsaq da
dərə bilmədiyimiz
bəhərləri varmış
bu,
həm
məzə, həm zəhər
həm
itki,
həm
bəhər həyatın
dilimizi
ha islatsaq, islatsaq da
əridə
bilmədiyimiz
qəhərləri
varmış
bir də,
bir də
könlümüzü
ha
atlatsaq, atlatsaq da
gedib
çata bilmədiyimiz
şəhərləri varmış...
Vaqif Nəsib
Sarıhüseynoğlu
Ədalət.-2013.- 25 yanvar.- S.7.