Ürəyi Türkiyə üçün
döyünən bir Abbas
Abdulla var Azərbaycanda
Türkiyənin
"Bahar" və "Xəbər" jurnallarında
tanınmış ədibimiz, şair, tərcüməçi,
tənqidçi Abbas Abdulla haqda məqalələr çap
olunub. Birinci məqalə "Ürəyi Türkiyə
üçün döyünən Abbas Abdulla var Azərbaycanda"
adlanır, ikinci məqalə isə "Azərbaycanın
türkçü şairi Abbas Abdulladan Bayburta"
adlanır. Hər iki məqalənin müəllifi türk
dünyasının tanınmış yazarı Cazim
Gürbüzdür. O, neçə illər bundan əvvəl
bir neçə dəfə Azərbaycanda olub,
respublikamızı yaxşı tanıyır.
Cazim
GÜRBÜZ
"Köhnə
adı "Kommunist" yeni adı "İstiqlal
küçəsi" adlanan yola gedib Abbas Abdullanın
redaktoru olduğu "Ulduz" jurnalının redaksiyasına
girdiyiniz zaman, azərbaycanca desək, günorta yeni
başlayırdı.
Türkcəsi
ürəyi qədər işıl -işıl parıldayan
şair Abbas Abdulla bizi böyük bir ürəklə
qarşıladı. Yaxasında bozqurd nişanı ,
oturacağının üst tərəyində, başı
üstündə Atatürk portreti, maşınında
türk bayrağı qatı bir türk milliyyətçisi
Abbas Abdulla Azərbaycan Xalq Cəbhəsi idarə heyətinin üzvü...
Yeni
sözcüklər də daxil İstanbul türkcəsinə
çox yaxın, təmiz bir dili var. Keçən zamanlarda
Türkiyədən bir tanışı telefon etmiş, Azərbaycanın
müstəqilliyini təbrik etmiş və hal -əhvalını
soruşmuşdur.
- Çok mutluyum! - demiş Abbas
Abdulla.
Qarşısındakı səsin sahibi də Türkiyə milliyyətçilərindən. Amma mühafizəkar,
köhnəliyini davam
etdirən, inadkar bir milliyyətçi.
"Mutluluk" sözünü
yadırqamış və
demiş:
- Sən mutlu deyil, bəxtiyar olduğunu demək istəyirsən hər halda.
Abbas
Abdulla Türkiyə türkcəsini
belə gözəl bilməsinin sirrini belə açıklayır:
- Mən indi Gürcüstanda
qalan Borçalıda
doğuldum. Böyüklərim Türkiyə həsrətiylə
yanıb-yaxılan insanlardı.
Bu duyğularla böyüdüm. Türkiyə radiosunu daim dinlədim.
Zatən Borçalıda danışılan
türkcə ilə Qarsdakı türkcə arasında heç bir fərq yoxdur. Çox yaxşı
xatırlayıram. Anam
bir bayatı söyləyirdi:
Karsa yaz,
Bura gündür, Kars ayaz
Qələm qurbanım olum
Qismətimi Qarsa yaz.
(Abbas bəyin qohumu, məşhur şair Zəlimxan Yaqub keçən il Qarsa gəlmiş , bu bayatını xatırlamış və
nəzirə yazmışdır:
Qars ayazdı,
Bura gün, Qars ayazdı,
Qələmə qurban olum
Qismətim Qarsa yazdı.
Abbas Abdulla çox
şey anlatdı bizə. Hamısı da bir-birindən
gözəl.
Çap etdiyi "Ulduz" jurnalına maddi kömək almaq məqsədilə Moskvaya
getmiş, dərdini demiş, lazım olan yardımı almışdır. Həmin vaxt Kremlin koridorunda
azərbaycanlı bir dostuna rast gəlmişdir.
Dostunun gözləri Abbas Abdullanın döşündəki nişana
dikilmişdir:
- Yahu, sən dəlisənmi? Atatürk nişanı ilə
burada gəzməkmi olar?
Abbas
Abdulla gülmüş:
- Narahat olma, onlar
Leninə bənzətmişlər.
Abbas Abdullanın
canlı bir arxiv olduğunu anlayan Şəmsi Bəlli abi videokameranın obyektivi ilə kifayətlənmədi,
çantasını açıb
maqnitafonunu çıxartdı. Bir sözünü belə qaçırmayaraq Abbas Abdullanı dinləməyə
başladı:
- Biz türkçülüyü də,
milliyyətçiliyi də
Nazim Hikmətdən öyrəndik. Öz dilimizə candan bağlanmamızda onun payı az
deyildir. Burada bizim ziyalılarımızın
eləyə bilmədiyini
o, elədi. Kommunizmə bürünmüş
rus imperializminə ilk
qarşı çıxanlardan
biri Nazim Hikmət oldu.
Bizim görkəmli
dramaturqumuz Mirzə Fətəli Axundzadənin
xatirə günü keçirilirdi o illərdə. Nazim də
Bakıda idi, dəvətli idi. İclasın aparıcısı Nazimə söz vermək istəmir, onun başını qatırdı.
Nazim birdən kürsüyə
sıçradı:
"Sən kimsən
ki, mənə söz vermirsən, mən istədiyim yerdə danışa bilərəm, səndən
nəzakət xatirinə
söz istədim"
- deyə hayqırdı
və başladı danışmağa. Hamıdan fərqli olaraq o, Axundov yox, Axundzadə
deyirdi və birdən necə oldusa Axundzadə yerinə Axundov dedi. Həmən kürsüdən yerə tüpürdü və əvf dilədi "Günahımdan
keçin pis "ov" dedim, ağzım kirləndi, təmizlədim.
Ruslar Nazimin kommunizmdən artıq diksindiyini başa düşmüşlərdi,
amma susurdular, çünki dünya ictimaiyyətindən çəkinirdilər...
"Ortadoğu" qazetinin
8 dekabr 1992-ci ildə və "Şeir dərgisi" jurnalının
39-cu sayında yazmışdım
bunları. Abbas Abdulla ilə o gün
bu mövzuda doyunca mübahisə etmişdik (çəkişmişdik
desəm daha düz). Oturacağının arxasında, başı
üstə divarda Alparslan Türkeşin şəkili olduğunu, bir neçə gün əvvəl düşüb şüşənin
qırıldığını söyləmişdi, bunun üstündə rəhmətlik
Şəmsi Bəlli ilə mübahisə etmişdi. Mən də sözə
qarışmaq məcburiyyətində
qalmışdım. "Abbas bəy, Türkiyədə hər
kəsin Azərbaycana
simpatiyası və sevgisi var, bizdəki
siyasi və ideoloji mübahisələri,
çəkişmələri buraya gətirməyin, Azərbaycana zərər verirsiniz" demişdim.
Abbas bəy daha kəskin söhbət etməyə
başlamışdı: "Mənim İsmət İnönünün oğlu
Ərdal İnönü
xaricində hər kəsə sevgim və sayqım var. Sən Boraltan Körpüsü hadisəsini
bilirsən. Almaz İldırımın "Bizi siz öldürün,
verməyin rusa, Yaraşmaz türklüyə,
sığmaz namusa"
misralarını da bilirsən. Tayib Ərdoğanın indilərdə CNP-i çətin vəziyyətə
salmaq üçün
istifadə etdiyi o 147 Azərbaycan türkü hadisəsi var hə, ruslara təslim edilən və qarşı tərəfdə güllələnən
türklər o misralarda
deyiləni deyirdi.
Bu dediklərinizi yazımmı
Türkiyədə dedim,
"yaz" dedi.
"Mən də yazasan deyə dedim".
Mən də yazdım "Ortadoğu"
qəzetində.
Gələn il Abbas Abdulla rəhmətlik
Elçibəy prezident
olanda Azərbaycanın
İstanbul başkonsulu
təyin olundu. Bir az sonra Elçibəy Türkiyəyə gəldi.
Ankarada o
gecə bütün dövlət adamlarının
iştirak etdiyi bir qonaqlıq varmış. Abbas bəy
də orada imiş təbii ki. Bu arada
mədəniyyət naziri
Fikri Sağlar Abbas bəyin qoluna girib Ərdal
İnönünün yanına
aparmış, "hörmətli
başqanım, budur o
arkadaş" deyə
təqdim etmiş.
" Gəl, görüm sən mənim babamdan nə istəyirsən"
demiş Ərdal bəy. Abbas bəy daha sonra
bu hadisəni mənə danışarkən
belə deyirdi: "Dilimlə bəlaya düşmüşdüm. Başıma qaynar su töküldü.
İndi mən nə deyim bu
adama... sənin günahını aldım
haqqını həlal
eylə... "Əfəndim,
mən elə bir şey deməmişdim,
o qəzetçi, söz
qatıb sözlərimə
- dedim".
Abbas Abdulla Türkiyəni
tanıdıqca adamlara
baxışı da dəyişdi. Mənə "Sənin köhnə
kommunistlərlə qələm
yoldaşlığı etmən
çox xoşuma gəlir. Onlarla əlaqəni kəsmə,
onlar yaxşı adamlardır. Mən də
köhnə kommunistəm"
demişdi bir telefon söhbətimizdə.
1985-ci ildə A.Qadirin
ölüm xəbərini
eşitdim.
Gözyaşım selə döndü,
Dəli
bir rüzgar olaydım,
Əsəydim İstanbula,
Üzümü sürtəydim
məzar torpağına...
O da Nazim kimi gəldi, getdi.
Doğma
xalqı var olsun,
Var olsun doğma məmləkəti.
- deyə yazdığını
bilirdim, səmimi idi bu dediklərində.
Abbas bəy indilərdə Bakıda yaşayır, Azərbaycan
Yazıçılar Birliyində
vəzifəsi var, Türkiyə-Azərbaycan ədəbi
əlaqələrini irəlilətmək
üçün hələ
də çırpınır. Telefon etdim
əz əvvəl.
Bayburutda 18 il
əvvəl keçirilən
Dədə Qorqud Kültür və Sənət bayramında oxuduğu "Bayburta xitab" şeirini istədim, faksla göndərdi. Ağlıma
onun illərlə əvvəl imzalayıb bağışladığı, sovet zamanında kiril hərfləri ilə çap olunmuş "Sonsuzluğa
gedən karvan" adlı kitabındakı
"Bu dünyanın çıxmazları"
şeiri gəldi. Azadlıq və müstəqillik həsrəti
ilə yazılmış
bu şeiri sizinlə bölüşmək
istəyirəm, Abbas Abdullaya və Azərbaycana salam
göndərirəm:
Bu dünyanın çıxmazları
Çıxılmazdır, bilmədinmi?
Bu
sınırın dirəkləri
Yıxılmazdır,
bilmədinmi?
Bu
yazıya yoxmu pozu?
Yaram
sızlar səpmə duzu,
Sənsizliyin
qarı, buzu
Yaxılmazdır,
bilmədinmi?
Getmə,
getmə insan oğlu,
Vətən
dönüb qürbət olu.
Bu
sonsuz həsrətin yolu
Baxılmazdır,
bilmədinmi?
Gözdə
qoydun diləyimi,
Qəm
yuvası ürəyimi
Sıxdın,
sındı şüşə kimi
Sıxılmazdır,
bilmədinmi?
Ədalət.-2013.-26 yanvar.-S.5.