N U R

 

Hekayə

 

Səidə Haqverdiyeva

 

-Sən mənim gözlərimin işığısan!.. Məni həkimlər deyil, sən sağaltdın, bu nuru sən verdin gözlərimə...

Dilarə Adilin boynuna sarılaraq onu göz yaşlarında isladır, Adil isə onun gözlərindən öpməkdən doymurdu:

-Həyatımda səninlə ilgili yeganə bir arzum olub, Dilarə: itib gözlərinin qaranlığında, özüm özümü də tapa bilməyim... Amma nə yazıqlar ki, düz on il mən həyatın qaranlığında itib-batmalı oldum. Bu günə də şükür, biz yenidən qovuşduq!..

-Allah sənin bacın Nəzakəti də, bacın qızı Ramiləni də xoşbəxt eləsin, biz onların sayəsində... -göz yaşları Dilarəni boğdu, hönkürdü, bərk-bərk Adilin boynunu qucaqladı.

10 il əvvəl

-Bacı, nolar atamı dilə tut, qoy bir dəfə də elçi getsinlər, bəlkə qızın atasının ürəyinə rəhm gələ, daşı tök ətəyindən...

Nəzakət qardaşının əllərini sıxıb xəcalət çəkirmiş kimi ağlamsındı:

-Neyniyim, ay qardaş, neyniyim, vermir də bu qara keşiş, qızı vermir!.. Sən özün, abırsızlıq da olsa, atama bir də eşitdir.

Adil Nəzakətin sözlərindən sanki ayıldı.

-Abır-mabır qurtardı, elə bu dəqiqə dədəmlə danışaram! Dilarəni mənə almasa, başımı götürüb ilim-ilim itəcəm! - deyib, ayağa durdu.

-Nə dedin əəə, küçük?!

Təsadüfən qardaş-bacının sözünün üstünə çıxan ataları aram-aram toqqasını çıxara-çıxara:

-Bir ləçərə görə sən atana qarşı abırsızlıq edəcəksən, əəə?!

-Ata!.. - Adil toqqanın zərbəsini hiss etməyirmiş kimi heç tükünü də tərpətməyərək, atasının üzünə bozardı. - Elə etmə ki, ömürlük üzümə həsrət qalasız!..

-O pul hərislərinin qarşısında əskilməkdənsə, sənin kimi abırsız oğulun üzünə ömürlük həsrət qalmaq daha şərəflidir! - Ata qızı Nəzakətin araya girməsiylə toqqanı qeyzlə yerə ataraq otaqdan çıxdı.

...O gündən nə Adilin üzünü görən oldu, nə də Dilarənin. Adil Dilarəyə onunla qaçmağı təklif etsə də qız razı olmadı. Dilarəni varlı bir oğlana ərə verdilər, Adil isə Kazana, böyük qardaşının yanına getdi.

10 ildən sonra

-Seva, deyirəm, bəlkə bizə gedək, indidən evə gedib neyleyəcəksən? Son zamanlar anam da səni tez-tez soruşur. Deyir, Sevinc niyə bizə gəlmir, olmaya küsmüsüz? Nə qədər deyirəm vaxtı yoxdu, işləri cox olur, inanmır ki, inanmır. Bilirsən də, Seva, o səni bizdən heç vaxt ayırmayıb. Keçən dəfə Mirmövsüm ağanın ziyarətinə getmişdik, inanırsan, səninçün də dua elədi. Evə qayıdanda yolboyu səndən danışdı. Yaman darıxıb səninçün. Gedək bizə.

-Mən də onun üçün darıxmışam, Ramoş. Nəzakət xalanın xətrinə razılaşıram. Düz deyirsən, sonra belə boş vaxtı hardan tapacam. Qorxuram nə vaxtsa bu məsəli mənə də şamil edər: bağda ərik var idi - salamməlik var idi, bağda ərik qurtardı - salamməlik qurtardı.

İkisi də güldü. Dayanacağa tərəf yollandılar, dərhal da avtobus gəldi və onlar oturub Ramiləgilə gəldilər. Havadan od ələnirdi.

Qapını Ramilənin böyük bacısı Elnarə açdı. Sevinci görüb təəccübləndi:

-Ramoş, bu ceyranı hardan tutub gətirmisən? Olmaya yol azıb?

-Eliş, inan işlərim başımdan aşır. Bəzən yeməyə belə halım olmur, yatağa özümü güclə atıram.

Ramilə:

-Yemək dedin - mədəm dik atıldı, - deyə mədəsini sığallayaraq: -Bacı, acından ölürük.

Elnarə mətbəxə keçdi, Ramilə radionun səsini artırıb, Sevincə: - Dur oynayaq, - dedi. Sevinc başını yellədərək rəfiqəsinin təklifindən imtina etdi.

-Bilirsən, Seva, mən həmişə bu dalğaya qulaq asıram. "Bürc"ün bütün aparıcılarını dinləməkdən yorulmuram. Hələ biri var e, Zaur - ondan lap xoşum gəlir. Bu yaxınlarda eşitmişəm ki, o da Borçalıdandır. Bir dəfə onu küçədə gördüm, istədim yaxınlaşıb deyəm ki, a yerli, ölürəm sənin qoyduğun mövzular ucun. Amma deyə bilmədim, utandım.

-Eybi yox sənin yerinə ona mən deyərəm.

-Tanıyırsan bəyəm? Yox, yox, demə, sözdü də deyirəm. Yaxşı, çayını , soyuyur.

Sevinclə Ramilə səkkiz ildi rəfiqəlik edirdilər. Demək olar ki, bacı kimi idilər. Çox vaxt bir-birilərinin fikirlərini gözlərindən oxuyurdular. Bu dəfə belə oldu.

Ramilənin qəribə hərəkətlərini, dalğın baxışlarını tutan Sevinc qayğılandı:

-Səni narahat edən məsələni mənə demədin axı...

-Heç...

-O qadını görəndən sənin əhvalın dəyişib...

-Bəlkə mən səhv edirəm, bilim.

-Kim idi bayaq dayanacaqda gördüyün o qadın? Qohumundu o kor dilənçi?

-Yox.

-Ramilə, bu mənzərə məni sarsıltdı. Amma neyləməli. Onun həyatını biz qaraltmamışıq ki. Onun kor olmasına səbəbkar biz deyilik ki.

-O, Dilarəydi.

-Dilarə kimdi, sən danışırsan, sənin o adda tanışının olduğunu mən bilmirdim.

-O vaxtlar mən balaca idim, 10-11 yaşım olardı. Gör aradan neçə illər keçib.

-Kimdi axı o qadın?

-Mən sadəcə oxşatdım, lakin o, imkanlı ailənin qızıydı. Bu isə adi bir dilənçi, özü kor...

-Tutaq ki, sən səhv edirsən, bəs ona yaxınlaşıb, sənin adın Dilarədirmi deyəndə, üçün onun əl-ayağı titrədi, qaçaraq uzaqlaşdı.

- isə, qurtaraq bu söhbəti. İndilərdə anam gələr, səni bikef görüb mənim aşımın suyunu verər. Sən otur, mən gedim Elişə kömək eləyim.

Ramilə mətbəxə keçmişdi ki, qapı bərkdən döyüldü. Nəzakət xala əlləri dolu içəri daxil oldu. Sevinci görən kimi:

-Ay səni xoş gördük, qızım! - deyib, Sevincin üz-gözündən öpdü. - Dayan bir sənə yaxşı-yaxşı baxım. Bu nədir, Telli sənə yemək-zad vermir?

-Eh, Nəzakət xala, neynirəm çox yeməyi ki, sonra da əməliyyat üçün pul axtaram.

Sevincin bu sözünə mətbəxdən Ramilə şaqqanaq çəkdi:

-Elə bu fikirlə yaşadığın üçün ömrün boyu stulun küncünə sıxışdırılırsan da...

-Yaxşı-yaxşı, deyin görüm, yemək-zad vermisiz uşağa? - Nəzakət xala mətbəxdəkilərə səsləndi.

-Hazirlayırıq, darıxma, ay ana. Bircə dəqiqəyə hər şey hazır olacaq.

Doğurdan da heç bir dəqiqə keçməmiş otağı gözəl yemək qoxusu bürüdü. Bismillah edib çorəkdən bir tikə yenicə kəsmişdik ki, Ramilə özünü saxlaya bilmədi:

-Ana, ay ana, yadindadir nənəmgilin qonşuluğunda gözəl bir qız yaşayırdı, dayım da onu sevirdi?

-Kimi deyirsən, qızım, Məryəmin qızını?

-, onu. Adı nəyidi qızın?

-Dilarə?

-Ramilə, birdən elə yersiz suallar verirsən ki, adamın lap əti tökülür, -deyə, Elnarə söhbətə müdaxilə etdi.

-Elnarə, verdiyim sual yersiz deyil.

-Bu sənin hardan yadına düşdü, qızım? - Nəzakət xala sözünü deyib, əlini duza uzatdı, - Duzu ver görüm, yenə yeməyinizin duzu yoxdur. - Qonşumuz yalançı Güldanə deyir ki, güya Dilarənin getdiyi oğlan əmisi oğlunu öldürdüyünə görə həbs olunub, qızı isə döyməkdən kor ediblər.

-Deyir o kordu, ana?

-, güya kordu.

-Ana, sən niyə belə soyuqqanlısan onun kor olmasına.

-Ay bala, niyə olmayım, anam deyil, bacım deyil. Hər kəsin bir yazısı var, yaşayır. Bir ki, bu adam hardan gəldi sənin beyninə?

-Ana, o düz deyir, Dilarə həm kor, həm dilənçidir.

-Sənin başına hava gəlib?..

-Ramilə düz deyir, Nəzakət xala, biz onu bulvarda gördük, dilənirdi... Ramilə onu tanıdı, hətta yaxınlaşdı da.

-Ay bala, siz danışırsız, bu onu necə tanıya bilər axı? O vaxtlar Ramilə uşaq idi. Bir ki o niyə dilənməli idi, hər iki tərəfdən varlı, imkanlı qohumları, ata-anası, qaynatası vardı.

 

***

 

Qızlara inanmayan Nəzakət xala səhər onları da götürüb Dənizkənarı parka getdi. Lakin Dilarəni qədər axtardılarsa da, görə bilmədilər.

Nəzakət xala əsəbiləşmişdi:

-Əşi, mənim nəyimə gərəkdi bu? Mənə deyən lazımdir ki, iki uşağın sozünə aldanaraq işini-gücünü atıb, sübh tezdən düşmüsən parkın canına!

-Ana, sən həmişə yumşaq qəlbli insan olmusan axı, indi birdən-birə noldu sənə, elə bil heç mənim anam deyilsən?

-Qızım çox yorulmuşam, həm mən yüz faiz bilirəm ki, sən onu kiminləsə səhv salmısan.

-Yox, Nəzakət xala, vallah, biz dünən o qadını burda görmüşdük!

Onlar kor-peşman geri qayıdirdılar. Bu zaman Nəzakət xala birdən rişxəndlə:

-Bəlkə gördüyünüz o əsə-əsə gələn qadındır? - deyə, güldü.

Qızlar başlarını o səmtə çevirən kimi bərkdən qışqırdılar:

-, , odur!..

Nəzakət xala susdu, sonra astaca:

-Bu ona çox oxşayır, - dedi. - Amma inanmıram Məryəmın qızı bu vəziyyətə düşsün?!

Ona lap yaxınlaşanda, Nəzakət xala təəccübünü gizlədə bilmədi:

-Qızım, sən onu necə tanıdın?! Axı, sən uşaq idin...

-Ana həmin qızdır?

-Bilmirəm, qızım, bilmirəm.

Qadına bir-iki addım qalmışdı ki, Nəzakət xalanın ağzından sanki son nəfəsi çıxırmış kimi hayqırdı:

-Dilarə!!!

Dilarə yerindəcə dondu. Nəzakət xala ona yaxınlaşıb qolundan tutdu.

-Qorxma, mənəm, Nəzakətdi, Adilin bacısı, tanıdın?

 

-...

-Necəsən, Dilarə?

-...

Yanağından öpdü:

-Can bala, niyə üşüyürsən?

-Yox yaxşıdır, həyəcanlandım bir az...

-Gəl burda, skamyada oturaq, gəl.

Dilarə bir tükdən asılı qalmış payız yarpağı kimi titrəyirdi...

-Nəzakət bacı, məni necə tanıdınız axı? Düz bir ildir ki, bura gəlirəm, amma məni heç kəs tanımayıb. Hər gün Allaha yalvarıram ki, qohum-əqrəbayla qarşılaşmayım.

Dilarənin dilənçi görkəmi, xəstə halı Nəzakət xalaya elə təsir eləmişdi ki, o, göz yaşlarını saxlaya bilmirdi.

Birtəhər özünü toxdadıb boğunuq səslə:

-Dilarə, sən narahat olma, məni tanıyırsan, məndən söz çıxmaz. Sən buralara necə düşdün?

-Eh, ay bacı, hardan, nədən başlayım... Qurban olum Allaha, nə eləmişdim, hansı günahın sahibiydim, bilmirəm.

-Səni bu vəziyyətə kim salıb, Dilarə?

-Fuad evi yıxılmış! Mənim evimi o yıxdı, həyatımı o qaraltdı.

-Yəni, ərin haqqında deyilənlər düzdür?

-Düzdür, Nəzakət bacı, düzdür. Getdiyim gündən həyat mənim üzümə gülmədi. O hər gün məni döyürdü. İçirdi, çəkirdi - ağlı başından çıxırdı. Deyirdi ki, mən səni döyəndə sakitləşirəm. Boşanmaq istəyirdim, qoymurdular. Özüm də boşanmaqdan qorxurdum. Mənə deyirdi ki, məndən boşansan, öldürəcəm səni. Atam ölməmişdən əvvəl ondan çəkinirdi bir az - çox döymürdü, elə ki, atam rəhmətə getdi, mənim qara günlərim başladı.

 

(ardı gələn sayımızda)

 

 

Ədalət.-2013.-29 yanvar.-S.7.